Onlar dövlətin xeyirxahlığını heç vaxt unutmayacaq

 

Uşaq müəssisələrinin sakinlərinə sərf olunan investisiya heç vaxt itmir

 

"Valideyn himayəsindən məhrum uşaqların mənzillə təmin edilməsi humanist addımdır"

 

Gender, ailə, demoqrafiya məsələlərinin işıqlandırılması

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmişvalideyn himayəsindən məhrum şəxslərdən daha bir qrupuna Abşeron rayonundakı yaşayış kompleksindən mənzillər verib. Nazirliyin məlumatında bildirilir ki, yeni mənzillərin açarlarını Sosial Xidmətlər Agentliyinin sədr müavini Faiq Ağayev təqdim edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, həssas əhali qruplarından olan digər şəxslərin də sosial-məişət şəraiti yaxşılaşdırılır. Bu tədbirlər dövlət uşaq müəssisələrinin məzunlarını da əhatə edirbu kateqoriyadan olan insanların mənzillə təminatı sahəsində mühüm işlər görülür.

 

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olaraq və Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biri kimi, son illərdə Abşeron rayonunda çoxmənzilli yaşayış binaları inşa etdirilərək dövlət uşaq müəssisələri məzunlarının istifadəsinə verilib. Sosial Xidmətlər Agentliyinin “Məzun evisosial xidmət müəssisəsi kimi fəaliyyət göstərən həmin yaşayış binalarında 365 məzun mənzillə təmin olunub. Müəssisədə onlara sosial məsləhət, sosial-hüquqis. xidmətlər də göstərilir. Qeyd edək ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun eviSosial Müəssisəsi millidini mənsubiyyətindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunları üçün nəzərdə tutulmuş yaşayış evidir.

 

Müəssisə Azərbaycan Respublikası  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan, tabeliyindəki sosial müəssisə olmaqla, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun vahid sisteminə daxildir.

 

“Məzun eviSosial Müəssisəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əmrlərini, həmçinin öz Nizamnaməsini rəhbər tutur.

 

Müəssisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2015-ci il 30 mart tarixli 90 nömrəli qərarı ilə yaradılıb və Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarı ilə müəssisənin Nizamnaməsi təsdiq edilib. Müəssisə Abşeron rayonu, Masazır kəndi, “Duz zavoduyolu, 2-ci massiv, ev 1. ünvanında yerləşir. “Məzun evisosial layihəsi çərçivəsində yeni yaşayış komplekslərindən dövlət uşaq müəssisələrinin məzunlarına mənzillər verilir və həmin kateqoriyaya aid daha 186 vətəndaş bu il yeni yaşayış binalarında mənzillərlə təmin edilib. Yeni mənzillə təmin olunan məzunlar daim diqqət və qayğı ilə əhatə olunduqlarına, mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

“Məzun evisosial layihəsinin müsbət cəhətləri barədə “Şərq”a danışan  Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı qeyd etdi ki, valideyn himayəsindən məhrum uşaqların mənzillə təmin edilməsi humanist addımdır:

 

- Uşaq müəssisələrinə yerləşdirilən, yetkinlik yaşına qədər bu müəssisədə qalan uşaqları bəzən cəmiyyət üçün itki hesab edirlər. Məlumdur ki, bu uşaqlar həssas təbəqədir. Eyni zamanda bu həssas təbəqə dövlət, həmçinin cəmiyyətdən qayğı gördükdə vətəndaş cəmiyyətinin çox əhəmiyyətli təbəqəsinə çevrilir. Bu uşaqlar dövlətə, dövlətçiliyə bağlı olurlar. Çünki valideynlərin, müxtəlif səbəblərdən sahib çıxmadığı və ya sahib çıxa bilmədiyi uşaqlara dövlət qayğı göstərir. Onlar dövlətin bu xeyirxahlığını heç vaxt unutmurlaröz işləri ilə, əməlləri ilə dövlətin haqqını qaytarmağa səy göstərirlər. Yəni belə deyək, uşaq müəssisəsinin sakinlərinə sərf olunan investisiya heç vaxt itmir.

 

Əvvəllər bu məsələlərin həlli çox çətin idi. Uşaqlar müəssisədən  ayrıldıqdan sonra həyatda öz yerlərini bəzən tapa bilmirdi.

 

Belə hadisələr çox olub ki, bəlli bir yaşa çatdıqda uşaq evini artıq tərk edənlər təəssüf ki, cinayətkar qruplara qoşulub, həbsə düşüblər. Bəzən qız uşaqlarının da həyatı alınmırdı. Uşaqların həyatda doğru yolu tapmamasının əsas səbəblərindən biri də, onların evsiz-eşiksiz qalması, mənzillərinin olmaması idi.

 

Amma son illərdə dövlətimiz bu problemi həll edir artıq. İndiki dövrdə sosial proqramları icra etmək çox çətindir. Bu, böyük hünər istəyir. Dövlət səviyyəsində bu işlər aparılırsa, bunu yalnız alqışlamaq olar. Deməli, Azərbaycan dövləti hər bir vətəndaşına önəm verir, ailə dəyərlərini qoruyur. Mənzillə təmin olunan gənclərə özəl sektor da yardım etməlidir. Mənzillərin əşyalarla təmin edilməsini təşkil edə bilərlər. Vacib məsələlərdən biri bu gənclərin işlə təmin olunmasıdır.

 

Tək mənzillə problem həllini tapmaz. Mənzili olan gəncin həm daimi işi olsa, bu, onun gələcəyinin təmin edilməsi demək olacaq.

 

Bu gənclər ailə quracaq, yeni nəsil yetişdirəcəklər. Mən əminəm ki, necə ki, onlar özləri dövlətə, xalqa bağlıdırlar, onların yetişdirdiyi övladlar da dövlətə, dövlətçiliyə bağlı olacaq, hər zaman arzuladığımız əsl Azərbaycan ailəsi modelini yaşadacaqlar.

 

 

Məlahət Rzayeva

 

Şərq  2021.- 8 dekabr.- S.6.