Xarici media əlaqələrinə önəm verilməlidir

 

"Beynəlxalq media əlaqələrinin qurulması inkişafı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm vasitədir"

Müasir silahlı konfliktlərdə informasiya sahəsində qarşıdurma döyüş bölgəsindəki qədər vacibdir. Bu günləri qlobal informasiya müharibəsinin gedişində xaricidilli medianın üzərinə çox böyük yük düşür. Çünki  düşmən qüvvələrə qarşı informasiya müharibəsi aparmaq həmin qüvvələri elə yerindəcə əsaslı faktlarla susdurmaq üçün məhz xaricidilli mediaya ehtiyac var. Bütün bunlar nəzərə alınaraq ölkəmizdə ana dilimizlə yanaşı, bir neçə xarici dildə yayımlanan media qurumlarının yaradılmasına xüsusi diqqət ayrılır.

Əvvəlki illərlə müqayisədə hazırda xarici dillərdə fəaliyyət göstərən media orqanlarının sayında artım müşahidə olunmaqdadır. Artıq xeyli sayda xəbər agentliyi mövcuddur ki, Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız alman dillərində fəaliyyət göstərir. Bu, əslində ölkəmizin doğru yöndə tanınması üçün ən önəmli amillərdəndir.

Amma bu istiqamətdə həyata keçirilən tədbirlərin gözlənilən effekt verməsi üçün başlıca şərtlərdən biri xaricidilli jurnalistlərin olmasıdır ki, ekspertlər  bu sahədə vəziyyətin qənaətbəxş olmadığı qənaətindədir. Hesab edirlər ki, ölkəmizin dünya informasiya məkanına daxil olması üçün aparıcı dilləri bilən jurnalistlərlə yanaşı bir çox dövlət orqanları da bu sahədə mediaya dəstək olmalıdır.

Yəni bu sahədə mütləq proqressiv addımlar atılmalı, bu istiqamətdə dövlət səviyyəsində diqqət ayrılmalı maraqlı layihələr həyata keçirilməlidir.

Düzdür, Vətən müharibəsində Azərbaycan həm döyüş meydanında, həm informasiya cəbhəsində mühüm nailiyyətlər qazanaraq möhtəşəm qələbəni təmin etdi. Jurnalistlər Azərbaycan həqiqətlərini istər yerli, istərsə beynəlxalq ictimaiyyətə düzgün çatdırmaq məqsədilə məsələni peşəkarlıqla işıqlandırdılar. Xüsusilə , Türkiyə mediasının Vətən müharibəsi dönəmindəki rolu danılmazdır. Qardaş ölkənin mediası Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadı. Qarabağ savaşı artıq bitib, lakin informasiya savaşı yenə davam edir. Buna görə , atəşkəsi olmayan informasiya müharibəsində daim diqqətli olmaq mühüm məsələlərdən biridir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından beynəlxalq əlaqələrin genişləndirilməsinə çox ehtiyac var. 

Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşənİslahatçı Gənclərİctimai Birliyinin sədri Fərid Şahbazlı  hesab edir ki, bu günləri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün media sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə çox ehtiyac var. Onun sözlərinə görə, bu məsələ bu günləri Azərbaycan mətbuatının qarşısında dayanan ən ciddi məsələlərdən biridir:

"Biz xüsusilə  44 günlük Vətən müharibəsi dövründə bunun qədər aktual olduğunu gördük. Yəni hesab edirəm ki, Azərbaycanın ayrı-ayrı mətbuat orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən biri kimi xarici media təşkilatları ilə əməkdaşlığı əsas götürülməlidir. Bu əməkdaşlıq həm ikitərəfli, həm  üçtərəfli, həm ümumiyyətlə, beynəlxalq təşkilatlar çərçivəsində ola bilər.

Çünki bilirsiniz ki, bu gün müharibələr ölkələrə müxtəlif formalı təzyiqlər, fiziki gücdən daha çox yumşaq güc vasitəsilə həyata keçirilir. Yumşaq gücün əsas alətlərindən biri şübhəsiz ki, mediadır. Sosial şəbəkələrdə hesab edirəm ki, bizim mətbuat orqanları bu istiqamətdə ciddi işlər görməlidirlər. Ən azı region ölkələrinin mətbu orqanları ilə tərəfdaşlıq haqqında müəyyən razılıq əldə edilməlidir.

Biz müharibə dövründə gördük ki, Türkiyə ilə Azərbaycan mediası arasında ortaq koordinasiyalı işin aparılması Azərbaycan həqiqətlərinin təbliği işinə qədər böyük imkan yaratdı. Əlbəttə xüsusən , Türkiyə ilə Azərbaycan ortaq media platformasının yaradılması barədə qərarın qəbul olunmasını xüsusilə mühüm qiymətləndirirəm. Çünki Türkiyə mediasına yalnız türk auditoriyası kimi baxılmamalıdır. Türkiyə mediası dünyanın ən böyük medialarındadır. Bu da Azərbaycanın dünya mediasına açılan qapısı sayıla bilər. Bu gün nəzərə almaq lazımdır ki,  Türkiyədə 400 xarici kütləvi informasiya vasitəsi akkreditasiyadan keçib. Bu, olduqca böyük bir rəqəmdir".

Ekspert əlavə edib ki, bu gün biz Türkiyədə mətbu orqanların maddi-texniki bazasını, onun kadr potensialını qiymətləndirsək görərik ki, bu istiqamətdə böyük uğurlar əldə edilib:

"Əlbəttə, belə bir güclü ölkənin mediası ilə əməkdaşlıq şübhəsiz ki, Azərbaycana böyük bir şansdır. Amma biz yalnız Türkiyə ilə  kifayətlənməməliyik. Region ölkələri, daha sonra digər böyük ölkələrlə bu əməkdaşlıqlarımız genişləndirilməlidir. Məsələn, ATƏT Avropa Şurası  çərçivəsində mütəmadi olaraq media azadlığı, mətbuatla bağlı müxtəlif beynəlxalq konfranslar, forumlar keçirir. Hesab edirəm ki, bizim mətbuat orqanları da burada aktiv iştirak etməlidir. Ümumiyyətlə, fikrimcə, xarici dili bilən, eyni zamanda xarici media təşkilatlarla işləməyi bacaran jurnalistlərin ya media mütəxəssislərinin sayının artırılmasına mühüm ehtiyac var".

F.Şahbazlı diqqətə çatdırıb ki, Vətən müharibəsini qələbə ilə başa vursaq da, ancaq diplomatik informasiya savaşı müstəvisində bu müharibə hələ bitməyib:

"Hesab edirəm ki,  Ermənistanın təxribatçı siyasəti nəticəsində hələ bu, uzun illər bitənə oxşamır bu mənada bütün bunlara hazır olmalıyıq. Əlbəttə, bu istiqamətdə dövlətin dəstəyi zəruridir. Hesab edirəm ki, səfirlərimiz bizim media orqanlarına yaxından yardım etməlidirlər. Eyni zamanda yeni yaranan Media İnformasiya Agentliyinin əsas vəzifələrindən biri bu olmalıdır. Buna görə , mətbuatın beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, xarici mətbu orqanları ilə tərəfdaşlıq müqavilələrinin imzalanması, regional beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq bu istiqamətdə çox əhəmiyyətlidir. Bütün bunlar Azərbaycan həqiqətlərinin, ölkəmizin dünya mədəniyyətinə, tarixinə verdiyi töhfələrin təbliği ən əsası haqq səsimizin çatdırılması baxımından çox əhəmiyyətli olar". 

Tanınmış jurnalist Vüqar Zifəroğlu "Şərq"ə açıqlamasında beynəlxalq media əlaqələri üçün ilk növbədə sağlam infrastrukturun yaradılmasının çox mühüm olduğunu vurğulayıb:

"Bildiyimiz kimi, Azərbaycan-Türkiyə arasında imzalanan Birgə Media Platforması ikitərəfli əlaqələrini gücləndirməklə, strateji media ortaqlığının qurulmasını nəzərdə tutur. Onun əsas fəaliyyət istiqamətləri kimi məlumat, bilik, təcrübə mənbələr mübadiləsi, iki ölkənin media sahəsində çalışan rəsmi qurumlarının birgə araşdırmalar həyata keçirməsi nəzərdə tutulub. Təlim mübadilə proqramlarının təşkil olunması, eləcə fikir liderləri arasında rabitə körpüsünün qurulması da əməkdaşlığın müddəaları sırasındadır".

Ekspert vurğulayıb ki, Vətən müharibəsində Türkiyə mediası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında çox mühüm rol oynadı: "Əlbəttə ki, Türkiyə mediasının bu istiqamətdəki rolu danılmazdır. Birgə Media Platformasının yaradılmasının Azərbaycan ölkə mediasının inkişafında çox mühüm rol oynayacağı danılmazdır. Amma unutmaq olmaz ki, media hər zaman dinamik dəyişkən bir sahə olub. Çünki texnologiyalar inkişaf edir, jurnalistikanın özü simasını dəyişir s. İlbəil bu fərq getdikcə daha qabarıq şəkildə özünü göstərməkdədir. Çünki janrlar dəyişir, jurnalistikanın prinsipləri, jurnalistikanın fəlsəfəsinə baxış dəyişir. Ölkəmizdə yaradılan Medianın İnkişafı Agentliyi medianın gələcək inkişafı baxımından son dərəcə əhəmiyyətli ciddidir. Amma unutmaq olmaz ki, yalnız Türkiyə ilə deyil, beynəlxalq media ilə əlaqələrin gücləndirilməsinə çox ehtiyac var".

V.Zifəroğlu qeyd edib ki, beynəlxalq media əlaqələrinin qurulması inkişafı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm vasitədir:

"Qeyd edim ki, beynəlxalq jurnalistika həmişə ən yüksək meyarlardan biri olub. Beynəlxalq jurnalistika sahəsində peşəkar kimi formalaşmaq üçün ilk növbədə jurnalistdən politologiyanı, tarixi, fəlsəfəni bilmək zəruridir. Bir məqamı qeyd edim ki, hansı region üzrə ixtisaslaşırsınızsa, onun spesifik məqamlarını bilməlisiniz. Hesab edirəm ki, xarici jurnalistlərlə əlaqələrin qurulmasına çox ehtiyac var. Bu sahədə ixtisaslaşmaya ehtiyac var. Bildiyimiz kimi, beynəlxalq auditoriyaya informasiya çatdırarkən təhlillərin düzgün aparılması çox mühümdür. Ümumiyyətlə, beynəlxalq təşkilatların - ATƏT, BMT, UNESCO-nun bir sıra sahələrlə bağlı qəbul etdiyi tövsiyə xarakterli qərarları, tövsiyələri və deklarasiyaları vardır. Həmin sənədlər də beynəlxalq jurnalistlərə aid qərarlar da vardır. Hesab edirəm ki,  beynəlxalq əlaqələr qurularkən bu sənədlərin hər bir jurnalist tərəfindən bilinməsi mühümdür".

 

Aynurə Pənahqızı

Şərq  2020.- 2 fevral.- S.11.