Qubadlının qəhrəmanı...

Yüksəkliyi azad etdilər, amma dəstəsindəki hər kəs şəhid oldu

 Vətən müharibəsində şəhadətə ucalan igidlərimizin hərəsinin öz qəhrəmanlıq dastanı var. Kimisi uzun illər hərbidə fəaliyyət göstərib, kimisi isə Vətənin  çağırışına cavab verib, döyüşə yollanıb. Lakin hər biri canla-başla vuruşub, qan töküblər. İllərdir düşmən tapdağında olan Qarabağın əsarətinə son qoyublar. Onlar 21-ci əsrin igidlik salnaməsinə adlarını yazıblar. Nəinki 4 ay, illər keçsə, qəlbimizin ən qutsal köşəsində yaşayacaqlar. İndi isə şəhid qardaşlarımızın birindən danışacam.

O, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Taleh Adil oğlu Kərimovdur. 1985-ci ildə Sumqayıt şəhərində dünyaya göz açıb. Corat qəsəbəsində 7 nömrəli tam orta məktəbi bitirdikdən sonra Məhəmməd Füzuli adına Tibb, Humanitar Texniki Təmayüllüİstedadliseyində oxuyub. Ali təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi MəktəbindəKəşfiyyatçıixtisası üzrə alıb.

2007-2008-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris MərkəzindəZabitixtisası üzrə təlimlərdə olub. “N” saylı hərbi hissədə 2010-cu ilə qədər Motoatıcı Taborun Qərargah rəisinin Kəşfiyyat üzrə müavini Kəşfiyyat taqım komandiri vəzifəsində çalışıb. Daha sonra kəşfiyyat sahəsində fəaliyyətini davam etdirib.

 Taleh Kərimov 2018-ci ildən 2019-cu ilin noyabr ayına qədər  "N" saylı hərbi hissənin Kəşfiyyat rəisi Kəşfiyyat bölməsinin rəisi vəzifəsini icra edib. O, 2019-cu ilin noyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin Qoşun Kəşfiyyatı İdarəsinin Planlaşdırma Əlaqələndirmə şöbəsində  çalışıb.

Şəhidimiz  Vətən müharibəsində Füzulinin, Cəbrayılın Qubadlının azadlığı uğrunda savaşıb. Oktyabrın 30-da Qubadlı döyüşləri zamanı şəhadətə ucalıb. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

 Şərq”lə həmsöhbət olan şəhidin bacısı Mehriban xanım deyir ki, savaş dönəmində onunla soraqlaşıblar, özünü qorumasını tövsiyə ediblər:

Qardaşım nazirlik xətti ilə cəbhəyə göndərildi. İş yoldaşları ondan danışdılar. Şəhadət şərbətini yanındakı əsgərləri ilə birgə içib. Qubadlıda yüksəkliklərin birini azad etdikdən sonra dəstəsindəki hər kəs şəhid olub”.

Müsahibim qardaşını  savadlı, gülərüz, Vətəninə bağlı bir insan kimi xatırlayır:

Həm məndən kiçik olduğu üçün əlimdə böyümüşdü”.

Qeyd edək ki, Taleh Kərimov ölümündən sonraQarabağordeni, “Vətən uğrundaQubadlının azad olunmasınagörə medalları ilə təltif edilib. Eyni zamanda T.Kərimov Aprel döyüşlərində savaşıb.

 

Samirə Ərəbova

Şərq  2020.-11 fevral.- S.7.