Hərflərin dili, sözün
çaları
Nizami – 880
Hərtərəfli və zəngin
biliyə, böyük istedada
malik və bütün
ömrü boyu elmləri
mütaliə edən dahi şairimiz
Nizami Gəncəvinin əsərlərindəoxucunu
heyran qoyan cəhətlərdən
biri də onun hərflərə
rəmzi məna verməsidir. Şair ərəbəlifbasındakı
müxtəlif hərflərin adlarından yeri gəldikcə məharətlə istifadə
etməklə çox dolğun
və güclü mənaya malik olan beytlər
yaratmışdır.
Onu qeyd etmək lazımdır ki, klassikədəbiyyatda istər hərflər
və istərsə də rəqəmlər vasitəsiləpoetik
fikir söyləmək şairdən dərin
bilik və yüksək istedad
tələb edirdi və bu
ağır vəzifənin öhdəsindən az şairlər gələ bilirdi. Bu çətin
sınaqdan şərəflə çıxanlardan biri də N. Gəncəvi olmuşdur.
Şairin bu qəbildən
olan poetik nümünələrindən
bir neçəsini nəzərdən
keçirək.
“Sirlər xəzinəsi” poemasında “Sonuncu peyğəmbərin şəninə” parçası aşağdakı beytlərlə başlayır:
Varlığın lövhəsinə ilk söz yazanda qələm,
– Əhmədin “əlif”ini yazıbdır onda qələm.
“Əlif” “hey”i mülkünəhakim edəndən
bəri,
“Dal” onun boyunbağı, “mim” də ki, bir
kəməri.
Bu kəmər, boyunbağı
edib camal sahibi,
Səadət dünyasında olub kamal sahibi.
Şair burda demək istəyir ki, lövhi-məhfuzda ilk söz
“əlif”lə başlanır
(lövhi-məhfuz – İslam
dininə görə,
göyün ən yüksək qatında üzərində Allahın
bütün göstərişləri
yazılmış lövhə. Allah-təala Adəmi yaratdıqdan sonra lövhi-məhfuzda elmi ona təlim etmişdir. Bax: Qurani-Kərim,“Bəqərə”
surəsi, 31-ci ayə).
Peyğəmbərin adı Əhmədin
də (Əhməd və Məhəmməd eyni kökdən – “həmədə”olduğu üçün
peyğəmbər bu
adla məşhurdur) bu hərflə başlanmasını şair
onun yüksək şərəfə və
hörmətə layiq
olması kimi qiymətləndirir. Nizami ikinci
beytdə Əhməd
(Məhəmməd peyğəmbər)
adındakı hərflərin
necə birləşməsini
də çox maraqlı şəkildə
izah edir. Bildiyimiz kimi, Əhməd (Məhəmməd) dörd
hərfin (əlif,
hey, mim və dal) birləşməsindən
əmələ gəlir.
“Əlif” ikişəkilli
hərf olduğu üçün özündən
sonra gələn “hey”
ilə birləşmir,
ona görə də sözün sonrakıhissəsi “hey” hərfi
ilə başlanır,
yəni “əlif” hakimliyi “hey”ə verir. Boyunbağıya oxşayan “dal” hərfi ilə “hey”i bir-birinə bağlayan isə kəmərə bənzəyən
ortadakı “mim”dir. Eyni zamanda şairin
boyunbağıya oxşayan
“dal” hərfi ilə Peyğəmbərin
saçına işarə
etdiyini də düşünmək olar
(rəvayətə görə,
Peyğəməbərin uzun
və yaraşıqlı
saçı olmuşdur.
Saç
arxaya tökülərkən
“dal” hərfinə oxsayır). Beləliklə, şair Məhəmməd
peyğəmbərin zahirən
yaraşıqlı olması
ilə bərabər,
dünyaya ağıl
və kamal bəxş etdiyini göstərir.
Yenə
həmin parçadan iki beytə diqqət edin:
Dünyaya dərs almamış
natiq kimi gəlibdir,
Dərsi – Məsihin “mim”i, Adəmdəki “əlif”dir.
“Ənbiya” kəlməsinin
həm əvvəli, həm sonu,
Əhdinə, vəfasına “əlif” tək düz bil onu.
Şair burada Məhəmməd peyğəmbərin anadangəlmə
alim olmasına işarə etmiş (Əhməd və ümmi – ərəbcə
anadangəlmə alim
– sözlərindəki hərf
uyğunluğu), eyni zamanda, Adəm və Məsih (İsa peyğəmbər)
sözlərində də
həmin hərflərin
olduğunu göstərmişdir. Bununla adların
hərflərininin alleqorik
şərhini verərək
isbat etmək istəyir ki, Məhəmməd həm Adəm peyğəmbərdən,
həm də İsa peyğəmbərdən
üstündür. İkinci
beytdə isə “ənbiya” (yəni peyğəmbərlər) kəlməsinin
də Əhməd (Məhəmməd peyğəmbər)
kəlməsinin əvvəlində
“əlif”lə başlanın
“əlif”lə bitməsi
şair Məhəmməd
peyğəmbərin bütün
peyğəmbərlərdən üstün olması kimi izah edir,
Onun öz “əhdinə və vəfasına” şaquli düz xəttə bənzəyən “əlif”
kimi düz olduğunu göstərir.
Peomanın “Haqsızlıq və
doğruluq” hissəsində
Nizami yazır:
“Əlif” kimi öyünmə, düzdür
deyə qamətin,
Lovğalıqdan əyilər bu fələyə qamətin.
“Əlif” olsan, qanadsız quşa dönüb uçmazsan,
“Bey” kimi əyilməsən, bu torpağı qucmazsan.
“Əlif” qəddin olsa da hər
məclisə yaraşıq,
Yaraşarmı “əlif” tək sən müflisə yaraşıq?
Bu beytlərinmənası belədir:
Ey “əlif” hərfi kimi öz qamətinə aşiq olan insan, sən özünəpərəstiş nəticəsində hədsiz
dərəcədə təkəbbürlü
olmusan. Bu quru
lovğalığınla və
yersiz təkəbbürünlə
sən qanadsız quşa bənzəyirsən,
heç vaxt uça bilməzsən.
Həqiqət xəzinəsindən bəhrəsiz qaldığın
üçün “əlif”
kimi şax qamətini aşağı
əyməyə səndə
təvözakarlıq çatmır.
Həmin
xəzinədən bəhrələnmək
üçün gərək
“bey” hərfi kimi başını aşağı salıb təvazökar olasan.
“Əlif” kimi düz, yaraşıqlı
qamətinlə məclislərə
yaraşıq olsan belə, unutma ki, sən həm
də “əlif” kimi müflissən, necə ki, “əlif”in bir düz şaquli xətdən başqa heç bir çıxıntısı və
əyrisi yoxdur.
Nizami “Xosrov və Şirin” poemasında da mənası hərflərlə
ifadə olunmuş beytlər işlətmişdir.
Poemanın “Atabəy Əbu
Cəfər Məhəmməd
Eldəgizin tərifi”
hissəsində oxuyuruq:
Bu adla fəxr edir hər iki
dünya,
İêi “mim” hərfindən taxmışdır sırğa.
“Aləm”də bir “mim” var, onda
iêisi,
Bölmüşdür “aləmi” paxıllıq hissi.
Qələm türêlərinə salaraq nəzər,
Bir “mim” tac
bağışlar, bir
“mim” dəkəmər.
Nizami bu beytlərdəAtabəy Məhəmmədin
adındakı iki “mim” hərfinə işarə edib onu tərifləyir. Şair
ərəb əlifbası
ilə “Məhəmməd”
sözündəki “mim”lərin
başda və ortada yazılmasına işarə edərək,
onun şairlərə
tac və
kəmər bağışladığının
nəzərə çarpdırır.
Bu tipli beytlərə
şairin “Yeddi gözəl” poemasında da rast gəlmək
olar. Məsələn, poemanın
“Sözün tərifi
və hikmət haqqında” hissəsində
bu beytə diqqət edək:
Zər birləşməz iki hərfdir gerçək,
Birləşsinlər deyə nədir bu əmək?
Beytin mənası belədir ki, ərəb əlifbasında “zər”
(qızıl) sözü
bir-birinə birləşməyən
ikişəkilli hərflə
“ze” və “re” ilə yazılır. Yəni mümkün olmayan bir işdən yapışmaq “zər”sözündən
bu iki hərfi
birləşdirməyə çalışmaq
kimi faydasızdır.
Poemanın başqa bir yerində Nizami hər bir işin
və sözün yerini bilməyi nəsihət edərək
yazır:
“Sin”i “yey”siz əgər qoysan baş-ayaq,
Çevrilər mis olar o gümüş
ancaq.
Yəni
“sim” (gümüş)
sözündəki “yey”
hərfini atıb samitlərin yerini dəyişdirəndə “mis”
əmələ gəldiyini
kimi, yerindədeyilməyən
söz və yersiz edilən hərəkət də insana peşmançılıqdan
başqa heç nə verməz.
Poemanın sonunda şair:
Qoy bütün dünyada çəkilsin adım,
İki hərflə
başa gələr muradım.
– deməklə ərəb əlifbaslndakı
“kaf” və “nun” hərflərini nəzərdə
tutur. Bu iki
hərfin birləşməsi
“kun” (ol) sözünü
əmələ gətirir.
Yəni şair kitabını “Ol”, “Əbədi var ol” duası
ilə bitirir.
Nizami özünüz
son poeması olan “İsgəndəramə”də də
bu ənənəni davam etdirmişdir. Poemanın
bir yerində oxuyuruq:
İsgəndər sözünü yazanda
katib,
Yalnız
beş hərflə
işarə edib,
Beş hərfə müvafiq etdin beş
səfər
Suları, dağları keçdiyin
yetər.
Beş hərf dedikdə şair İsgəndər
sözündəki beş samiti (sin, kaf, nun, dal, re) nəzərdə tutur. Beş səfər isə İsgəndərin Misir, İran, Hindistan, Rus və Çin
səfərlərinə işarədir.
Ümummiyyətlə, bu tipli beytləri
Nizaminin istər poemalarında, istərsə
də yaradıcılığının
başqa numunələrində
istənilən qədər
tapmaq mümkündür. Onları oxuyub
mənalarına vardıqca
Nizami dühası qarşısında bir daha boyun əyməli
olursan.
Elşad NƏSİROV,
Masallı rayonu, Qüdrət
Babayev adına
Mahmudavar kənd
ümumi orta məktəbinin
Azərbaycan dili və ədəbiyyat
müəllimi
Şərq 2021.- 12 fevral.- S.13.