İnformasiya savaşı sülhsüz,
bitməyən bir savaşdır
Jurnalistlərimiz erməni vandalizminin
qurbanına çevrilən Qarabağın yaralarını dünyaya çatdırır
"Belə səfərlər təşkil olunan zaman həmin məskənlərdə
yaşamış insanlar da
dəvət olunmalıdırlar. Səfər edən əcnəbilər
onların hisslərinin, həyəcanlarının şahidi olsunlar"
Azərbaycan torpaqlarının erməni
işğalından azad edilməsi uğrunda 44 gün davam edən, ordumuzun
şanlı qələbəsi ilə nəticələnən
Vətən müharibəsi dövründə media da informasiya
savaşında öndə oldu. Müharibə dönəmində bəlkə də
ən çətin iş elə
medianın üzərinə düşdü.
Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə
çatdırılması, Vətən müharibəsinin
beynəlxalq mediada
işıqlandırılması, sosial mediada təxribatların
qarşısının alınması istiqamətində
kütləvi informasiya vasitələrinin
işini danmaq olmaz. Azərbaycanın apardığı düzgün və ağıllı informasiya siyasəti Qarabağda
baş verən həqiqətlərin dünyaya çatdırılmasına imkan verdi.
Məlumdur ki,
müharibə zamanı informasiya siyasəti
çox böyük əhəmiyyət
daşıyır. İnformasiya siyasətinin
düzgün qurulması həm hərb
meydanında, həm də informasiya
müharibəsində üstünlük
qazanmağımıza şərait yaratdı. Bu
gün hərb meydanında müharibə
bitib. Amma hərbi
əməliyyatlardan fərqli olaraq, informasiya savaşında heç
vaxt atəşkəs olmur.
Çünki informasiya
savaşı sülhsüz, bitməyən
bir savaşdır. Bu
savaşı davam eləmək və qalib gəlmək isə hər bir media nümayəndəsi
üçün çox
vacibdir. Bildiyimiz kimi, Ermənistanın Azərbaycana vurduğu mənəvi və maddi
ziyanların ölçüsü çox böyükdür.
Bu günləri ölkə
başçısının tapşırığı ilə
erməni vəhşiliyinin, barbarlığının, ərazilərimizdə
törədilən dağıntıların hər biri sənədləşdirilir. Sözsüz ki, bu işlərin aparılmasında bir çox məqsədlər
var. İlk öncə
bu erməni vəhşiliyinin dünya ictimaiyyətinin diqqətinə
çatdırılması çox vacibdir. Dünya ictimaiyyəti
görməlidir ki, ermənilər Azərbaycanın
ekologiyasına, tarixi-mədəni abidələrinə ziyan vuraraq, hər şeyi yerlə-yeksan ediblər. İşğal olunmuş
Azərbaycan əraziləri demək olar ki, məhv edilib. Azərbaycan
Ordusu həmin ərazilərə girərkən
bayrağımızı sancmağa bina tapmayıb və bayrağı ötən
illər ərzində dağıdılmış bir binanın üzərində
qaldırıblar. Bu faktları bütün xarici media orqanları çəkməli və
işıqlandırmalıdır. Bunun üçün isə media
nümayəndələrinin işğaldan
azad olunmuş səfərlərə
təşkili çox mühümdür.
Bu məqsədlə də bir neçə gün bundan öncə Azərbaycanın bir qrup media
nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər ediblər.
Onlar Qarabağdakı erməni vandalizminin izləri ilə yerindəcə
tanış olublar.
Səfər edən jurnalistlər arasında "Moderator.az" informasiya agentliyinin redaktoru Xəyalə Rəis də olub. O, öz təəssüratlarını "Şərq"lə bölüşüb. Xəyalə Rəis deyir ki, Qarabağ səfəri onun mediada çalışdığı müddətdə ən maraqlı və unudulmaz anları ilə yadda qalıb:
“Qarabağa səfərimiz ölkəmizdə akkreditə olan diplomatik korpusun çoxsaylı nümayəndələrinin Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutmuşdu. Bu, həyatımın ən unudulmaz səfərlərindən oldu. Biz məktəb illərində gözümüzü açandan 20 faiz torpaqlarımızın işğal altında olduğunu və bu torpaqların altı da, üstü də cənnət məkan olduğunu eşitmişik. Biz bu ruhda, psixologiyada böyümüşük. 27 ildən sonra nəhayət ki, torpaqlarımız işğaldan azad olundu. II Qarabağ müharibəsində əldə etdiyimiz qələbə bu nağılın sonu idi. Xeyir şərə qalib gəlmişdi. Təəssüf ki, Qarabağa səfərimizdə ancaq tarix kitablarından oxuduğumuz, böyüklərimizin bizə danışdığı Qarabağın yalnız təbiətinin gözəlliyini seyr edə bildik. Çünki düşmən bu torpağa yaşamaq üçün deyil, vandalizm törətmək üçün gəlmişdi və istəyinə nail oldu da. Bu torpaqlarda daşı daş üstündə qoymayıblar. Qəbirlər dağıdılıb, insan sümükləri qəbirdən kənara səpilib, yaşayış evləri məhv edilib, illərlə məscidlərdə donuzlar saxlanılıb. Bu mənzərəyə şahidlik etmək insana təsir edir. Mənim ən böyük arzum uşaqlıq illərimdə tarix kitabımızın üz qabığını bəzəyən Xudafərin körpüsünə çıxmaq idi. Hətta uşaq yaşlarımda o körpünün üzərində şəklimi çəkir və bir gün o körpünün üzərindən keçməyin xəyalını qururdum. Xudafərinə səfər etdikdə isə qalanın ətrafını fırlanır, mənə bugünü görməyi qismət etdiyi üçün Allaha şükür edirdim. Araz çayı o qədər təmiz və gözəl idi ki, mənzərədən doymaq olmurdu. Havası təmiz, şırıltısı harmonik, sanki Araz bizi gördüyünə sevinərək dalğaları ilə rəqs edirdi, bir sözlə, mənzərə möhtəşəm idi. Buradan ora boylananda vətəndaş kimi çox yaralandığımı hiss edirəm. Bizə Arazın o tayından əl edən, sevincini hiss etdirən qardaşlarımızı gördükdə isə insanın ürəyi dağa dönür”.
X.Rəis Cəbrayılda mənbus
dağıntıların, tükürpədici vandalizmin qorxunc izlərinin
yaddaşından silinmədiyini bildirir: “Cəbrayılda
ermənilər daşı daş
üstündə qoymayıb. Ancaq bu viran qoyulmuş
məmləkətdə uçulmuş,
dağıdılmış qəbirlərin dibində
sarı, al-əlvan çiçəklər yetişib.
Sanki 30 il diqqətsiz,
sevgisiz, sahibsiz qalan torpaq da
ümidini itirməyib. Səbr etmişdi, bir gün sahibinin gələcəyi
günü gözləmişdi. Və bu gün -
qışın oğlan
çağında o, çiçək
açmışdı. Artıq Cəbrayılda təbiət
də olanlardan xəbərdar idi. Onlar da
bizim kimi məğrurdur.
Viran qoyulmuş torpaqda təbiət hər şeyə inad yenidən oyanmışdı. Eynən bizim ürəyimizə səpilən ümid, qayıdış ümidi
kimi”.
Müsahibimiz Zəngilanda
isə 30 ilə yaxın baxımsızlıqdan kol-kos basmış ərazilər,
ucsuz-bucaqsız qamışlıqların olduğunu
vurğulayır:
“Bu qamışlıqların arasında barbarcasına talan edilmiş, yandırılmış evlərin qalıqlarını gördük. Hətta bəzi evlərin ortasından 27 yaşı olan qocaman ağaclar boylanırdı. Hesab edirəm ki, Qarabağa getmək hər bir mətbuat nümayəndəsinin haqqıdır. Çünki bu günləri informasiya savaşı davam edir. Hər bir jurnalist o doğma yurdumuzda, obamızda olmalı və orada baş vermis erməni vandallığını dünya ictimaiyyətinin diqqətinə çatdırmalıdır”.
Səfər edən jurnalistlər arasında "Azvision.az"ın əməkdaşı Anar Kəlbiyev də olub. O da öz təəssüratlarını "Şərq"lə bölüşüb. Anar Kəlbiyev açıqlamasında vurğulayıb ki, Müzəffər Ordumuz tərəfindən işğaldan azad olunmuş Ağdam və Füzuli şəhərlərində, eləcə də Xocavənd rayonunun Edilli və Tuğ kəndlərində olub.
O qeyd edib ki, bu ərazilərə səfər zamanı müəyyən edilmiş yollarla hərəkət ediblər:
"Ərazidə mina və partlamamış hərbi
sursatların ola biləcəyi səbəbindən
biz deyilən bütün
qaydalara əməl edirdik.
İşğaldan azad
edilən bu torpaqlara ayaq basdıqca dəhşətə gəlməmək
mümkün deyildi. Çünki hər
yer ermənilər tərəfindən
tamamilə dağıdılıb, binalar
sökülüb və bütün
yaşayış evləri yerlə-yeksan edilib.
Ermənilər işğaldan sonra tarixi abidələrimizin
və məscidlərin hər birini mal tövləsinə çeviriblər. Bunun canlı şahidi olduq. İçəridə yığılan
ot bağlamaları və kəskin peyin qoxusu ermənilərin
həmin yerlərdə mal-qara
saxladığını təsdiqləyirdi.
Dağıtmadıqları yerləri isə qazanc
məqsədi üçün istifadə
ediblər. Məsələn, nümunə kimi
Şahbulaq qalasını göstərmək
olar. Ermənilər 1993-cü ildə
Ağdamın işğalından sonra digər
tarixi abidələrimiz kimi
Şahbulaq qalasını da
özününküləşdirməyə
çalışıblar. Qalada olduğumuz zaman bunun əyani şəkildə şahidi
olduq. Belə ki, ermənilər
füsunkar təbiətə malik ərazidə yerləşən Şahbulaq qalasından qazanc
məqsədilə istifadə ediblər. Qalaya
turistlərin qanunsuz səfərləri təşkil
olunub. Bunu orada gördüyümüz
giriş biletləri də təsdiqləyir".
Anar Kəlbiyev vurğulayıb ki,
Xocavənd rayonunun Tuğ
kəndində də tarixi abidələrimiz
ermənilər tərəfindən tamamilə
dağıdılıb: "Məkrli niyyətlərindən əl
çəkməyən ermənilər bu
kənddə də tarixi abidələrimizi
saxtalaşdırmağa çalışıblar. Tuğda yerləşən qədim alban məbədlərini kilsəyə
çeviriblər. Məbəd ərazisindəki daşlar sonradan düzəldilərək
ora gətirilib.
İşğalçılar yalançı qəbiristanlıq
salmaqla, buranın guya
qədim erməni kilsəsi olması görüntüsünü
yaratmaq istəyiblər. Olduğumuz
ərazilərdəki bütün qəbiristanlıqlar
ermənilər tərəfindən tamamilə məhv edilib. Bir sözlə,
hansı əraziyə getdiksə, orada erməni
vandalizminin şahidi olduq".
Müstəqil Jurnalistlərə Texniki və Hüquqi
Yardım İctimai Birliyinin
sədri Asəf Quliyev "Şərq"ə
açıqlamasında belə səfərlərin
artırılmasının vacibliyinə diqqət çəkib.
O qeyd edib ki, yerli media
nümayəndələrinin işğaldan
azad olunmuş ərazilərə
getməsi çox müsbət
addımdır:
"Hesab edirəm ki, xüsusilə xarici media nümayəndələrinin bu vandallığı öz gözləri ilə görməsi də çox əhəmiyyətlidir. Və yəqin ki, bundan sonra da işğaldan azad edilmiş ərazilərə belə səfərlər təşkil olunacaq. Hətta istərdim ki, belə səfərlərə Azərbaycana qarşı daha qərəzli mövqeyi ilə seçilən xarici kütləvi informasiya vasitələrinin nümayəndələri də dəvət olunsun və onlar bu faktları öz gözləri ilə görsünlər. Belə səfərlər təşkil olunan zaman hesab edirəm ki, həmin yaşayış məskənlərindən yaşamış insanlar da dəvət olunmalıdırlar. Səfər edən əcnəbilər onların hisslərinin, həyəcanlarının şahidi olsunlar. Düzdür, ora səfər edən Azərbaycan media nümayəndələrinin arasında bildiyim qədəri beynəlxalq arenaya çıxışı olan agentliklər də var idi. Amma indiki şəraiti - ermənilərin törətdiyi vandalizmi dünyaya göstərmək üçün məncə, xarici media nümayəndələrinin cəlb olunması daha məqsədəuyğundur. Bu günləri agentliklərdə, informasiya resurslarında xarici partnyorlarımız var. Məndə olan bəzi məlumata görə, əcnəbi jurnalistlərin səfəri zamanı onlar bəzi problemlərlə qarşılaşırlar. Hesab edirəm ki, onların gəlişi zamanı bu cür problemlər olmasa daha yaxşı olar".
A.Quliyev əlavə edib ki, Azərbaycan həqiqətlərini bir azərbaycanlı jurnalistin yazmasından daha çox xarici jurnalistin yazması daha effektlidir:
"Çünki həqiqətləri yerli media nümayəndəsi yazarsa, bu, dünya ictimaiyyətində yalnız bir azərbaycanlının baxışı kimi dəyərləndiriləcək. Amma informasiya müharibəsi baxımından əcnəbi jurnalistin yazması daha çox effektlidir. Bundan başqa hesab edirəm ki, yazmaqdan daha çox şəkillərə və fotolara geniş yer verilməlidir. Düzdür, ora səfər edən jurnalistlərimiz çoxlu şəkillər və videolar çəkirlər. Amma bunların film formatında olması daha məqsədəuyğundur. Məsələn, Zəngilanı yaxşı tanıyan bir jurnalist film çəkərsə və uşaqlıq xatirələrini bölüşərsə, bu, daha üstün keyfiyyətə malik olar. Tutaq ki, evi dağılmış jurnalistin reportaj hazırlamağı və uşaqlıq xatirələrini bölüşməyi daha səmərəli və faydalı olar. Təbii ki, bu cür filmləri və çəkilişləri dünya arenasına da çıxartmaq mümkündür. Yəni bir kadrın insan həyatı üzərindən qurulması daha effektlidir. Ümumiyyətlə, bu sahədə görüləcək işlər çoxdur. Ümid edirəm ki, çox ləngimədən bütün bunlar həyata keçiriləcək".
Aynurə Pənahqızı
Şərq 2021.- 23 fevral.- S.11.