İnformasiya savaşımızı daha da gücləndirməliyik

 

"Erməni işğalından azad olunmuş ərazilərdəki vəziyyəti istənilən yolla dünyaya çatdırmaq məqbuldur"

 

"Xarici jurnalistlərin və blogerlərin bu vandallığı öz gözləri ilə görməsi çox əhəmiyyətlidir"

 

44 günlük Vətən müharibəsində Azərbaycanın əks-hücum əməliyyatları nəticəsində öz ərazilərini işğaldan azad etməsi təkcə yerli medianın deyil, həm də bütövlükdə beynəlxalq medianın diqqətində oldu. Habelə, dünyanın nüfuzlu xarici informasiya agentlikləri, nəşr və qəzetləri, televiziya müxbirləri, hərbi jurnalist və analitikləri hazırlanan reportaj və çoxsaylı materiallarda Qarabağda baş verən döyüşlərin gedişatını, ictimai-siyasi vəziyyəti müxtəlif rakursdan şərh edib ictimaiyyətə çatdırdılar. Beynəlxalq medianın 44 günlük müharibədə baş verən proseslər barədə mövqeyi hər iki münaqişə tərəfindən reportaj hazırlayan müxbirlərin obyektivlik, tərəfsizlik və qərəzsizlik prinsiplərinə nə dərəcədə əməl etməsi, media orqanının məsələlərə baxış bucağında öz əksini tapdı.

Birinci Qarabağ müharibəsində olduğu kimi, bu dəfə də Avropa, Amerika, Asiya ölkələrinin bir sıra nüfuzlu nəşrləri baş verən döyüşləri, cəbhədə baş verən yenilikləri gündəmdə saxlamışdılar. Bu baxımdan ”Reuters”, “Associated Press”, “France Press”, “Anadolu”, “Sinxuakimi dünyanın nüfuzlu agentlikləri müharibənin ilk günündən sona qədər gündəlik olaraq, Qarabağda baş verənlər barədə xəbərlər, fotovideolar yayımlayırdılar. Qeyd edək ki, müharibənin gedişində bir sıra xarici media orqanları Azərbaycana müxbirlərini göndərdi.

Onların qaynar nöqtələrdən çoxsaylı materiallar, xüsusilə də videoreportajlar hazırlaması Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli rol oynadı.

Təcavüzkar Ermənistanın döyüşlərin getdiyi ərazilərdən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər və Mingəçevir şəhərlərini raket atəşinə tutması, bu qanlı terror nəticəsində xeyli mülki əhalinin həyatını itirməsi, yaralanması və yaşayış və inzibati binalara, mülki infrastruktura ciddi ziyan dəyməsi xəbərləri xarici mətbuat səhifələrində də fotoşəkillərlə öz əksini tapdı. İşğalçı Ermənistanın Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə iki dəfə raket hücumu beynəlxalq mediada geniş rezonans doğurdu.

France 24” kanalı, “Reuters”, “Ria Novosti” və digər aparıcı agentliklər baş vermiş hadisələr barədə ardıcıl məlumatlar yayımladılar. Türkiyə KİV-i başda olmaqla, bir sıra xarici kanallar və saytların hadisə, zərərçəkmişlər barədə reportajlar, məqalələr yayımlaması xüsusi qeyd edilməlidir. Türkiyənin “TRT Haberteleviziya şirkəti, "HaberGlobal" televiziyası və eləcə də digər kanalların Gəncədə terror zamanı videomüşahidə kamerasına düşmüş görüntüləri təqdim etməsi geniş əks-səda doğurdu.

Ermənistan ordusu tərəfindən həyata keçirilmiş bu barbarlıq aktının, raket hücumunun tərəflər arasında əldə edilən humanitar atəşkəs barədə razılaşmadan cəmi bir sutka sonra baş verməsi “CNN Türkün Gəncədə olan müxbiri Fülya Öztürkün dilindən insanlıq faciəsi olaraq, bütün dünyaya çatdırıldı. Hərbi əməliyyatların ilk günündən Qarabağda baş verənlərə geniş yer ayıran RusiyaUkrayna mediasında "Natsio-nalnaya Oborona" jurnalının baş redaktoru İqor Korotçenkonun, rusiyalı siyasətçi, jurnalist, televiziya aparıcısı Maksim Şevçenkonun, ukraynalı hərbi və siyasi icmalçı Aleksey Arestoviçin, hərbi ekspert Yuri Podolyakanın və digər ekspertlərin simasında Azərbaycan həqiqətlərinin təkzibedilməz faktlarla, obyektiv şəkildə rusdilli auditoriyaya da çatdırılması baxımından önəmli idi.

Bundan başqa, Kəlbəcər və Laçında qanunsuz məskunlaşdırılmış ermənilərin əraziləri tərk edərkən meşələri və evləri yandırmaları, ağacları kəsərək ekoloji terror törətmələri, azərbaycanlılara məxsus məzarları dağıtmaları kimi nüanslar “BBC”, “Franse Presskimi media orqanlarının müxbirlərinin gözləri qarşısında baş verdi. Və ermənilərin dinc əhaliyə qarşı qanlı terroru ilə yanaşı, Qarabağın flora və faunasına vurduğu ekoloji terror da xarici jurnalistlərin diqqətində oldu.

Qeyd edək ki, hər zaman dünyamızda informasiya savaşı çox böyük önəm kəsb edib. Tam əminliklə deyə bilərik ki, işğaldan azad edilmiş ərazilərimizə xarici media nümayəndələrinin səfəri ilk növbədə ölkəmizin informasiya cəbhəsindəki mövqelərinin gücləndirilməsində, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması işində çox önəmli rola malik oldu. Qeyd edək ki, bu günləri ölkəmizdə xarici jurnalistlər və ekspertlərin Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə tez-tez səfərləri təşkil edilir. Ötən gün "Show Me Azerbaijan" layihəsi çərçivəsində Azərbaycanda olan xarici blogerlərin işğaldan azad olmuş Ağdam şəhəri səfərinə start verilib.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilən "Show Me Azerbaijan" layihəsində Şimali AmerikaAvrasiya daxil olmaqla 8 ölkədən ümumilikdə 12 sosial media fenomeni iştirak edib.

Layihənin məqsədi blogerlər işğalın ağır nəticələrini, Ermənistan tərəfindən törədilmiş cinayətləri öz gözləri ilə görməsi və bunları dünya ictimaiyyətinə çatdırmasıdır. Qeyd edək ki, “Facebook”, “Instagram” və “YouTubesosial media platformalarında aktivlik göstərən qrupun ümumi izləyici sayı 10 milyon nəfərdən artıqdır. Ümumiyyətlə, sual yaranır. Xarici blogerlərin Qarabağ həqiqətlərini və erməni vandalizmini öz ölkələrində işıqlandırması Azərbaycan üçün nə dərəcədə önəmlidir?

Sualımızı cavablandıran Müstəqil Jurnalistlərə TexnikiHüquqi Yardım İctimai Birliyinin sədri Asəf Quliyev "Şərq"ə açıqlamasında belə səfərlərin artırılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, xarici jurnalistlərin və blogerlərin bu vandallığı öz gözləri ilə görməsi çox əhəmiyyətlidir:

"Hesab edirəm ki, bunun daha da təşviq edilməsinə ehtiyac var. Bunun üçün əlavə işlər görülməlidir. Qeyd edim ki, blogerlik artıq jurnalistikanın bir qoluna çevrilməkdədir. Onların oxucu dairəsi daha genişdir və kütləvi auditoriyaya malikdirlər. Amma sözsüz ki, ciddi informasiya resurslarının yeri başqadır. Tutaq ki, "New York Times" jurnalistinin Qarabağdan dağıdılmış evləri göstərməsi hansısa blogerin göstərməsindən daha ciddi qəbul olunur. Bu baxımdan onların auditoriyasının geniş olması heço demək deyil ki, onlar daha yaxşıdır. Məsələ burasındadır ki, blogerlərin auditoriyası qərar verən auditoriya deyil. Düzdür, onlar ictimaiyyətdə müəyyən rəy yarada bilirlər, amma onların auditoriyası ciddi qəbul edilmir. Bilirik ki, ciddi kütləvi informasiya vasitələrinin dinləyiciləri qərar verən insanlardır. Daha yaxşı olardı ki, işğaldan azad edilmiş ərazilərə dünyanın dinlədiyi, qulaq asdığı radioların, televiziyaların, oxuduğu kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunsun".

A.Quliyev qeyd edib ki, daha yaxşı olardı ki, səfərlərə daha çox müxalif mövqedən olan jurnalistlər dəvət olunsunlar:

"Azərbaycanda bir az yanaşmada yanlışlıq var. Bu nədir? Tutaq ki, hansısa beynəlxalq səviyyədə tanınan kütləvi informasiya vasitəsi hansısa müxalif siyasətçidən və ya müxalif düşüncəli insandan müsahibə götürürsə, bu zaman ona qarşı bizdə qısqanclıq yaranır. Əslində onları bura dəvət eləmək lazımdır ki, qoy onlar öz gözləri ilə həqiqətləri görsünlər. Bax, o zaman hazırlanan materiallar auditoriya üçün daha inandırıcı təsiredici olar".

Tanınmış jurnalist Elçin Şıxlı "Şərq"ə açıqlamasında qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması çox önəmlidir. Buna görə istənilən əlçatan yolla üsulla həqiqətlər çatdırılmaldır:

"Əslində Azərbaycanda baş verən prosesləri, erməni işğalından azad olunmuş ərazilərdəki vəziyyəti istənilən yolla dünyaya çatdırmaq məqbuldur. Yəni bu istər bloger olsun, istərsə dünyada tanınmış hər hansısa media olsun. Ona görə , hesab edirəm ki, istənilən imkandan istifadə etmək mütləqdir. Bu günləri nəzərə alaq ki, blogerlərin auditoriyası rəsmi strukturlara nisbətən daha genişdir. Hətta deyərdim ki, onlara insanlar daha çox inanır. Buna görə blogerlər olsa belə onların vasitəsilə Azərbaycan haqqında olan həqiqətləri göstərmək tam müsbət bir addımdır. Bu günləri şahid oluruq ki, insanların çoxu sosial şəbəkələrdədir. onlar blogerlərin yaydığı xəbərlərə daha çox maraq göstərirlər izləyirlər. Hesab edirəm ki, blogerlər vasitəsilə biz ermənilərin törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdıra bilərik. Buna görə bu baxımdan xarici blogerlərin Ağdama səfərini məqbul hesab edirəm. Ümid edirəm ki, onlar əsl Azərbaycan həqiqətlərini daha geniş kütləyə çatdıracaqlar".

 

Aynurə Pənahqızı

 

Şərq 2021.- 1 iyun.- S.11.