Güclü mətbuat, güclü ictimai nəzarət deməkdir

 

Yeni media qanunu informasiya siyasətindəki pərakəndəliyi aradan qaldıracaq

 

Azərbaycan mediasının inkişaf etdirilməsi hazırda dövlətin qarşıya qoyduğu əsas prioritetlərdəndir. Ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi media sektorunun da hazırda yenilənməyə, təkmilləşməyə peşəkarlaşmağa ehtiyacı var.

 

Məhz bu səbəbdən Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərman imzaladı. Sözügedən fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" (MEDİA) publik hüquqi şəxs yaradıldı. Təbii ki, bu addım media cameəsində yüksək rəğbətlə qarşılandı. Çünki hər kəs mediada, xüsusən mediaya dəstək sahəsində ciddi islahatlara ehtiyac görürdü. Beləliklə, MEDİA artıq fəaliyyətə başlayıb. Təbii ki, ilkin mərhələdə bu sahədəki mövcud problemlər öyrənilir, xüsusən qanunvericiliyin təkmilləşdirilməsi üçün işlər aparılır. Güman ki, yaxın vaxtlarda "Kütləvi İnformasiya Vasitələri haqqında" yeni qanun layihəsi ölkə parlamentinə təqdim olunacaq. Bununla yanaşı, MEDİA artıq kütləvi informasiya vasitələrinə (KİV) dəstək məqsədilə bir neçə müsabiqə elan edib. Qəzetlərlə yanaşı, bu gün agentlik ilk dəfə olaraq onlayn mediaya yardım üçün müsabiqə elan etdi.

 

Mövzu ilə bağlı fikirlərini bildirən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli "Şərq"ə açıqlamasında vurğulayıb ki, Medianın İnkişafı Agentliyinin çox qısa müddətdə formalaşmasına baxmayaraq, çox ciddi, önəmli proseslər başlayıb. O qeyd edib ki, MEDİA-nın kuratorluğu ilə Azərbaycanda yeni media qanunvericiliyi hazırlanır:

 

"Düzdür, hələ bu proseslər inkişaf mərhələsindədir, yekunlaşmayıb. Lakin başlanan proseslər yekunlaşanda Azərbaycana çox böyük töhfələr vermiş olacaq. Layihə qəbul olunacaqsa, Azərbaycan mediasına çox ciddi töhfələr vermiş olacaq. MEDİA-nın əsas üstünlüyü, ilk növbədə informasiya alınması yayılması sahəsində pərakəndəliyi aradan qaldırmaqla bağlı olacaq. İndiyə qədər Azərbaycanda informasiya alınması yayılmasına qədər üst-üstə 10-a yaxın qanunvericilik var idi. Məsələn, "KİV haqqında" qanun, "Televiziya radio yayımı haqqında" qanun sair. Bəzən bu qanunlar arasında ziddiyyət ortaya çıxırdı. Yeni media qanunu həmin pərakəndəliyi aradan qaldırır. Artıq konkret bir qanunvericilik olacaq o qanunvericilik həm medianın müxtəlif qollarını, həm ümumilikdə informasiya alınıb-yayılmasını tənzimləyəcək”.

 

M.Ələsgərli onlayn media standartlarının hazırlanması ilə bağlı qanunvericiliyə toxunub:

 

Bilirik ki, Azərbaycanda indiyə qədər uzun müddətdir medianın fəaliyyət göstərməsinə, rəqəmsal medianın informasiya məkanında çox yüksək rola malik olmasına baxmayaraq, bizdə onlayn medianın fəaliyyəti tənzimlənmirdi. İlk dəfədir ki, Azərbaycanda elan olunan müsabiqələr arasında həm onlayn media üçün yardımların verilməsi nəzərdə tutulub. Burada, doğrudur, yardımların məbləği bir qədər aşağı – 3 min manatdır. Lakin prinsip etibarilə, onlar medianın institusional xərclərini ödəmək üçün kifayət qədər yüksək məbləğdir. Ən azı, ofis xərci, 3 nəfər ştatda olan işçi saxlamaq ya texniki xərclər üçün 3 min manat yaxşı xərcdir. Bu, digər mənbələrdən əldə olunan gəlirlərdə istisna yer tutur. Əgər KİV qurumları bu maliyyədən düzgün istifadə etsələr, onların peşəkarlaşmasına, fəaliyyətlərinin təkmilləşməsinə ciddi töhfələr verə bilər. Müsabiqənin şərtində vurğulanır ki, onlayn media qurumu özü ay ərzində - 20 gün müddətində ən azı hər gün 20 dənə informasiya istehsal etməlidir. İndi ortalığa çıxan informasiya saytlarının əksəriyyəti aqreqator saytlar olduğundan, başqalarının məhsulunu götürüb paylaşmaqla özlərinə bazar formalaşdırırlar. Əslində bu, mahiyyət etibarilə yolverilməzdir o baxımdan agentliyin qoyduğu şərti yüksək qiymətləndirmək olar. Həmin şərtə əsasən, media qurumu özü informasiya istehsalçısı olmalıdır. Ofisinin olması, əməkdaşlarla müqavilə imzalanması da şərtlərdən biridir. Bilirik ki, informasiya saytlarının əksərtiyyəti bir nəfərdən ibarət olurlar. Həmin 1 nəfərlə saytı saxlamaq mümkün deyil. Onlar da məcbur olub informasiya dövriyyəsini təmin etmək üçün informasiyanı necə-gəldi hazırlayırlar. Bu da peşəkarlığın aşağı düşməsinə səbəb olur. O baxımdan agentliyin ən azı 3 əməkdaşının olması onlarla əmək müqaviləsinin bağlanması ilə bağlı tələbi mühüm şərtdir. MEDİA-nın fəaliyyəti yüksəkdir, bu, KİV-ə dəstək verməklə yanaşı, həm KİV standartlarını tərtib etmiş olur. Həmin standartları müsabiqələrdə tətbiq etməklə, onlayn media qurumlarında səliqə-səhmanı stimullaşdırmış olur. Hesab edirəm ki, bu, şərtlərin hamısı deyil. Yəqin ki, gələcəkdə proseslər təkmilləşdikcə, əlavə şərtlər qoyulacaq bu da onlayn medianın müasir standartlara uyğunlaşmasına səbəb olacaq".

 

Yenisabah.az saytının Baş redaktoru Seymur Verdizadə "Şərq"ə açıqlamasında deyib ki, o, mediaya dövlət dəstəyinin tərəfdarıdır. O hesab edir ki, Azərbaycan kimi medianın yenicə inkişaf yoluna qədəm qoyduğu ölkələrdə dövlət media təsisatlarına yardım etməlidir:

 

"Amma bu, medianın dövlətdən birdəfəlik asılılığına gətirib çıxarmamalıdır. Medianın maddi-texniki bazasını yaxşılaşdırmaqla paralel olaraq, jurnalistikanın nüfuzunu da qaldırmaq lazımdır. İlk növbədə edilən yardımlar qəzetlərin maddi bazasının gücləndirilməsinə, böyük auditoriya qazanmasına gətirib çıxarmalıdır. Bu prosesi elə təşkil etmək lazımdır ki, həmin yardımlar havaya sovrulmasın, yəni edilən yardımın nəticəsi olsun. Nəhayət, mətbuat "dördüncü hakimiyyət" funksiyasını yerinə yetirməlidir. KİV-lərin məmurlardan ilk növbədə asılılığına son qoymaq lazımdır. Bundan başqa ölkədə reklam bazarını inkişaf etdirməyin qeydinə qalmalıyıq. Bu günləri qəzetlər "çılpaq" çıxır, saytlar reklama pişiyin dəlikdə gizlənən siçovula baxdığı kimi baxır. Böyük şirkətlər, adamları öz məhsullarını mətbuatda reklam etməkdən çəkinməməlidirlər onları buna təşviq etmək lazımdır. Bundan başqa, jurnalist yüksək əməkhaqqı almalıdır. Çünki onun gözü heç kimin əlində ya cibində olmamalıdır. Jurnalist ehtiyac üzündən məmura yaltaqlanmamalıdır, yaxud hansısa məmur jurnalisti özünə yaltaqlanmağa vadar etməməlidir. Nəinki vadar etməməlidir, heç buna cəsarət etməməlidir. Bunun üçün jurnalist gərək heç kimin yanında gözükölgəli olmasın. Əgər belə olsa, hansısa məmur jurnalistə 5 manat verib nəyisə yazdırmağı ağlının ucundan keçirməz. Hesab edirəm ki, MEDİA rəhbərliyi bu problemlərin fərqindədir onların həlli yolları barədə ciddi düşünür".

 

S.Verdizadə yeniliklər barədə danışıb:

 

"Bu dəfə yenilik ondan ibarətdir ki, çoxlu sayda sayta maddi yardım edilməsi nəzərdə tutulur. Artıq internet mediası bizim xəbər məkanında aparıcı yerə sahibdir. Cəmiyyətimizin əksər hissəsi yeni xəbərləri internet mediadan alırlar. Bu mənada Azərbaycanda internet medianın güclənməsinə, inkişafına ehtiyac var. Saytlara maliyyə yardımının ayrılması bütövlükdə bu sektorun inkişafına təkan verəcək. Ümid edirəm ki, ayrılan vəsaitlər təyinatı üzrə xərclənəcək. Medianın İnkişafı Agentliyinin rəhbərliyindən xahiş edirəm ki, güclü monitorinq aparsınlar və ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət etsinlər. Yəni bu, birbaşa kollektivin rifahının yaxşıladırılmasına yönəldilsin. Biz media nümayəndələri isə ancaq əl-ələ verməklə, bir-birimizə dəstək olmaqla mətbuatın əvvəlki nüfuzunu geri qaytara bilərik. Qeyd edim ki, güclü mətbuat güclü ictimai nəzarət deməkdir. Güclü ictimai nəzarət isə açıq və şəffaf cəmiyyət, yüksək rifah, xoş güzəran deməkdir".

 

 Aynurə Pənahqızı

 

Şərq  2021.- 4 iyun.- S.11.