Jurnalistikamızın şəhidləri:
Onlar öz qanları ilə tarix
yazıblar
Azərbaycanın onlarla
media fəalı erməni
terrorunun qurbanı olub
İllər boyu Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü
nəticəsində xalqımız
minlərlə şəhid
verib. Onlar arasında xidməti vəzifələrini yerinə
yetirərkən həlak
olan jurnalistlər də var. Bu ay baş verən hadisədə olduğu kimi...
4 iyun 2021-ci il tarixində işğaldan azad edilmiş Kəlbəcərin
Susuzluq kəndinə çəkiliş aparmağa
gedən jurnalistlər
- Azərbaycan Televiziyasının
operatoru, 1989-cu il təvəllüdlü Sirac
Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin –
"AzərTAC"-ın
müxbiri, 1982-ci il təvəllüdlü Məhərrəm
İbrahimov (Əlioğlu)
həlak oldular. Xatırladaq ki, onlar xidməti
vəzifələrinin icrası
ilə əlaqədar
işğaldan azad edilmiş Kəlbəcər
rayonuna ezam olunmuşdular. Əlbəttə ki, onların əllərində və çiyinlərində silah
və sursat deyil, mikrofon və kamera idi. Məqsədləri isə bir idi - 30 ildir vəhşi düşmən,
vandal erməni tapdağında
qalaraq viran edilən dədə-baba torpaqlarımızın viran
edilmiş halını
çəkib dünyaya
göstərmək. Aylardır bu
media nümayəndələri azad edilmiş torpaqlarımızı qarış-qarış
gəzərək işıqlandırır,
sənədləşdirir və
ermənilər tərəfindən
dəymiş ziyanın
müəyyənləşdirilməsi üçün öz vəzifə borclarını
yerinə yetirirdilər.
Təbii
ki, onların topladıqları materiallar
Azərbaycan xalqına
yüzilliklər boyu lazım olacaq.
Bir məqamı diqqətə
çatdıraq ki,
"AzərTAC" və
Azərbaycan Televiziyası
tərəfindən ezamiyyəti
dəyişdirmək barədə
müraciətin olmasına
baxmayaraq onlar geri dönmək istəmirdilər. Bu işi
böyük əzmlə,
fədakarlıqla, həvəslə
yerinə yetirirdilər.
Çünki Sirac Abışov
hələ uşaq olarkən işğal nəticəsində Qubadlıdan
məcburi köçkün
düşmüş, illər
sonra öz kəndlərini azad görə bilmişdi.
"Mən çəkdiyim
o kadrlarda 1 milyon məcburi köçkünün
hissini yaşaya-yaşaya
çəkirəm... 50 milyonluq
Azərbaycan xalqının
gözü ilə baxıram hamısına..."-
deyirdi Sirac. Təəssüf ki, onların
arzuları yarımçıq
qaldı və mənfur ermənilər tərəfindən xaincəsinə
basdırılmış minanın
qurbanı oldular.
Bu, eyni zamanda,
Azərbaycan jurnalistikası
və mediası üçün də böyük itki idi. Çox təəssüf ki, Birinci Qarabağ
müharibəsi (1988-1992-ci illər) dövründə
də 13 azərbaycanlı
jurnalist xidməti vəzifəsini yerinə yetirərkən erməni terrorunun qurbanı olub. Onlardan 9-u isə şəhid
olub. Çingiz Mustafayev, Salatın Əsgərova, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov və digər qəhrəman şəhid jurnalistlərin
müqəddəs yolunu
davam etdirən Sirac və Məhərrəm
də uğrunda bütün təhlükəni
gözə aldıqları
Vətən torpağında
minanın qurbanı oldular.
Vətən müharibəsi dövründə
də jurnalistlərimiz
kifayət qədər
riskli vəziyyətlərlə
qarşılaşıblar. 44 günlük müharibə
ərzində erməni
terrorçuları dəfələrlə
peşə fəaliyyətini
həyata keçirən
və fərqləndirici
gödəkcələrində olan jurnalistlərə atəş açıblar,
nəticədə media nümayəndələri
arasında yaralananlar da olub. Xatırladaq ki, İkinci Qarabağ müharibəsində isə
təqribən 27 nəfər
jurnalist ehtiyatda olan zabit və
digər kateqoriyalar qismində səfərbərlik
proqramına cəlb ediliblər ki, onlardan 2 nəfər döyüşlərin gedişində
yaralanıb və müxtəlif dərəcəli
xəsarətlər alıblar.
Qeyd edək ki, dünya
KİV-ləri Kəlbəcərdə
media nümayəndələrinin minaya düşərək
həlak olması ilə bağlı Azərbaycanın media ictimaiyyəti
ilə həmrəylik
nümayiş etdiriblər. Məsələn, İspaniyanın “El Boleten”
onlayn qəzetində dərc edilmiş “Jurnalistika matəm içərisindədir” sərlövhəli
məqalədə Kəlbəcərdə
minaya düşmüş
həmkarlarımız barədə
yazıblar. Ümumiyyətlə, dünyanın bir çox KİV-ləri jurnalist həmrəyliyi nümayiş etdirərək,
faciəvi hadisədən
bəhs edən çoxsaylı informasiya və şərhlər yayaraq bu mövzunu
gündəmdə saxlamışdılar.
Məsələn, iyunun 11-də Avropa
Xəbər Agentlikləri
Alyansının onlayn
seminarı minaya düşərək həlak
olan azərbaycanlı
jurnalistlərin xatirəsinin
anılması ilə
başlayıb. Dünyanın ən mötəbər xəbər agentliklərindən
biri olan “Press
Association” agentliyinin baş
icraçı direktoru
Klayv Marşal EANA-nın rəhbərliyi adından Azərbaycanın
media ictimaiyyətinə başsağlığı
verib. Qardaş Türkiyənin Anadolu Agentliyi, “Haber Global” televiziya
kanalı və digər KİV-ləri Ermənistanın mülki
əhalini və jurnalistləri hədəfə
alan əməllərini
pisləyib, bu hadisəni terror aktı adlandırıb. Həmçinin,
Rusiya, Ukrayna, Qırğızıstan, Əlcəzair,
Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş
Ərəb Əmirliklərinin
saytları və ərəbdilli digər informasiya resursları azərbaycanlı jurnalistlərin
həlak olması barədə xəbərlər
dərc etməklə
yanaşı, Azərbaycan
media ictimaiyyətinin kədərinə
şərik çıxdıqlarını
bildiriblər.
Azərbaycanlı jurnalistlərin minaya düşərək faciəli şəkildə həlak olmaları Qərb mətbuatının da diqqət mərkəzində olub. “Reuters”, “Associated Press” agentlikləri, ABŞ-ın “The USA Tribune” və “Wabash Plain Dealer” qəzetləri, Fransanın “Mediapart”, “Musulmansenfrance”, “Lorientlejour”, “Caucasefrance” informasiya portalları, Kanadanın “Alkalimanews” saytı, ispandilli KİV-lər - “Horrarpress” (İspaniya), “Snoticias” (Kolumbiya), “Expresionmexico”, “Mipuntodevista”, “Clubjuridico” (Meksika), “Innova.news” (Paraqvay), “Espacocaspio” (Braziliya), “Eldiariodehonduras” (Honduras) və digər informasiya portalları oxucularına bununla bağlı operativ xəbərlər çatdırıblar.
Qeyd edək ki, şəhidlərimiz hər zaman dövlətin diqqətindən kənarda qalmır. Bu dəfə də, yəni iyunun 14-də dövlətimizin başçısının imzaladığı Sərəncamla Kəlbəcərdə minaya düşərək həyatlarını itirmiş hər üç şəhidimiz 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Təbii ki, bu, onun göstəricisidir ki, Vətən uğrunda canından keçənlər heç vaxt nə xalqımız, nə də dövlətimiz tərəfindən unudulmur.
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən media eksperti Tural İsmayılov vurğulayıb ki, Azərbaycanda hər zaman media fəalları erməni terrorunun qurbanı olublar: "Jurnalistlərin müxtəlif qaynar bölgələrdə həyatlarını itirmələri onların peşə fəaliyyətlərinin riskli mahiyyətindən irəli gəlir. Çox təəssüf ki, müharibə başa çatsa da, mina qurbanlarının sayı günbəgün artır. Üzücü haldır ki, jurnalistlərimiz də onların sırasındadır. Bu, bir daha onu göstərir ki, minalanmış ərazilər problemi eyni zamanda jurnalistikanın fəaliyyətini də məhdudlaşdırır. Buna görə də Ermənistana beynəlxalq təzyiqlər olmalı və minalanmış ərazilərin xəritələri alınmalıdır".
T.İsmayılov əlavə edib ki, hətta Birinci Qarabağ savaşında da jurnalistlərimiz arasından həm şəhidlərimiz, həm də itkilərimiz olub:
"Sonuncu olaraq iki jurnalistimizin Kəlbəcərdə düşmənin mina terroruna qurban çevrilməsi isə həddindən artıq üzücü bir hadisədir. Təəssüflər olsun ki, beynəlxalq media qurumları, əslində dünyada jurnalistlərin hüquqlarını qorumaqda məsul olan qeyri-hökumət təşkilatları iki azərbaycanlı jurnalistin erməni terroruna qurban getmək məsələsində istənilən fəallığı və aktivliyi nümayiş etdirmədilər. Ölkə başçısı İlham Əliyevin şəhid olan iki jurnalistimizi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etməsi, həm vətəndaşlarımızın, həm də bütün jurnalistlərimizin ürəyincə olmuş bir qərar oldu. Bu onun göstəricisidir ki, Prezident İlham Əliyev həmkarlarımızın fədakarlıqlarını hər zaman olduğu kimi yenə də diqqət mərkəzində saxladı. Bu, dövlətimizin başçısının kütləvi informasiya vasitələrinə göstərdiyi diqqətin bariz nümunəsidir. Bu, həm də dövlətimizin başçısının həmkarlarımızın fədakar fəaliyyətinə verdiyi qiymətin təzahürüdür. Əslində peşə fəaliyyətlərini yerinə yetirərkən, yəni işğaldan azad olunmuş torpaqlarımızda çəkilişlər hazırlayarkən həmkarlarımız terrora qurban getdilər. Bu hadisə bir daha göstərdi ki, erməni terrorunun hədəfi nə qədər çox rakurslu və çox sahəlidir. Təkcə jurnalistlər deyil, istənilən peşə sahibi olan mülki vətəndaşlarımız da erməni terrorunun həmişə hədəfində olublar".
İşğaldan azad edilmiş ərazilərdə çəkiliş aparan qrupun üzvü, AzərTAC"-ın fotomüxbiri Roman İsmayılov şəhid jurnalistlərlə bağlı xatirələrini bölüşüb, onların yüksək ordenlə təltif olunmalarının onda böyük qürur hissi oyatdığını bildirərək söyləyib:
“Bu onu göstərir ki, Vətəni
uğrunda canından keçənlər heç vaxt nə
xalqımız, nə də dövlətimiz tərəfindən
unudulur”.
Aynurə Pənahqızı
Şərq 2021.-
18 iyun.- S.11.