90-cı illərdən
əleyhimizə çalışırlar
"Sərhədsiz
reportyorlar” Azərbaycana
qarşı qərəzli
mövqeyini davam etdirir
"Onların cavabını həmişə verməliyik,
çünki meydanı
boş buraxsaq bu cür yalanları,
təxribat xarakterli informasiyaları daha da çox tirajlayacaqlar"
Azərbaycan Mətbuat Şurası “Sərhədsiz reportyorlar”
təşkilatının xidməti
fəaliyyətini yerinə
yetirən ispaniyalı
jurnalistlərin Ermənistan-Azərbaycan
sərhədinin Kəlbəcər
rayonu ərazisində
Azərbaycan hərbçiləri
tərəfindən guya
ölümlə hədələndiklərinə
dair tvitter hesabındakı paylaşımı
ilə bağlı beynəlxalq təşkilatlara
və xarici media qurumlarına müraciət
ünvanlayıb.
Şuradan verilən
məlumata görə,
müraciətdə bildirilib:
- “Sərhədsiz
reportyorlar” təşkilatı
özünün tvitter
hesabında xidməti
fəaliyyətini yerinə
yetirən ispaniyalı
jurnalistlərin Ermənistan-Azərbaycan
sərhədinin Kəlbəcər
rayonu ərazisində
Azərbaycan hərbçiləri
tərəfindən guya
ölümlə hədələndiklərinə
dair paylaşım edib.
Azərbaycan Mətbuat Şurası olaraq bildiririk ki, Ermənistan müharibə müddətində
söz və ifadə azadlığı
müstəvisində çoxsaylı
manipulyasiyalara, Azərbaycanın
nəzarətində olan
ərazilərdə hadisələri
işıqlandıran jurnalistlərə
qarşı hücumlara
yol verib. Ermənistan hakimiyyəti
eyni zamanda media təmsilçilərini bilərəkdən
döyüş intensivliyi
ilə seçilən
bölgələrə, beynəlxalq
hüquqla Azərbaycanın
tərkib hissəsi sayılan ərazilərə
aparıb ki, onların həyatları üçün təhlükə
yaransın və bunu jurnalistikaya təzyiq kimi qiymətləndirsin. Həmin vaxt
“Sərhədsiz reportyorlar”
məsələni susmaqla
qarşılayıb, heç
bir münasibət bildirməyib. Təşkilat işğaldan azad edilmiş Kəlbəcər
rayonunda azərbaycanlı
jurnalistlərin mina partlayışı
nəticəsində həyatlarını
itirmələrinə də
səssiz qalıb.
Belə bir vəziyyətdə qurumun ispaniyalı jurnalistlərin həyatlarından
guya narahatlıq ifadə etməsi, bunu heç bir real fakta əsaslanmadan göstərməsi
təəssüf doğurur.
Aydındır ki, bu, “Sərhədsiz reportyorlar”ın
Azərbaycana qarşı
növbəti qərəzidir.
Təşkilat Azərbaycana münasibətdə
o qədər qərəzlidir
ki, Ermənistanla sərhəddə dayanmış
Azərbaycan hərbi qulluqçusunun əlindəki
silahla qarşı tərəfi nişanda saxlamaq kimi vəzifə
borcunu hədə olaraq qəbul edib. Qurumun tvitter paylaşımındakı
foto görüntüdən
bu qənaətə gəlmək mümkündür.
İspan
jurnalistlərin guya ölümlə hədələnmələrinin
sübuta yetirilməsi
cəhdi çox gülünc və absurddur. Azərbaycan hərbçiləri qarşı tərəfə
atəş açmayıb.
Bir daha bildiririk ki, "Sərhədsiz reportyorlar" təşkilatı
Azərbaycana qarşı
qərəzli mövqeyini
davam etdirir. Tvitter səhifəsindəki
paylaşım bunun
real sübutudur. Dünyada tanınmış
media qurumunun Azərbaycanla
bağlı bu sayaq ucuz və
bəsit gedişlərə
yol verməsi ölkəmizin media ictimaiyyətində
dərin hiddət hissi doğurur. İstərdik ki, sizlər
də əsl həqiqətlərdən xəbərdar
olasınız, söz
və ifadə azadlığı müstəvisindəki
manipulyasiyaların qarşısının
alınması üçün
səfərbərlik nümayiş
etdirəsiniz. Biz bu qənaətdəyik ki, bəşəri dəyərlər heç
bir maraqlı tərəf və ya tərəflərin, o cümlədən "Sərhədsiz
reportyorlar" təşkilatının
əlində alətə
çevrilməməlidir.
Mövzu ilə bağlı Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin
Həmkarlar İttifaqının
rəhbəri Müşfiq
Ələsgərli "Şərq"ə
açıqlamasında vurğulayıb
ki, "Sərhədsiz reportyorlar"
təşkilatının Azərbaycana
qarşı bu cür yalançı, neqativ informasiya yayması ilk dəfə deyil. O qeyd edib
ki, "Sərhədsiz
reportyorlar" 90-cı illərdən
başlayaraq bu günə kimi birmənalı şəkildə
Azərbaycana qarşı
yalançı, neqativ
rəyin formalaşması
üçün çalışıb:
"Bu təşkilat əlinə
düşən hər
fürsətdə bu addımı atıb.
Hətta qeyd edim ki, İkinci
Qarabağ savaşında
və ondan sonrakı dövrlərdə
də "Sərhədsiz
reportyorlar" tərəfindən
Azərbaycana qarşı
qərəzsiz siyasətin
həyata keçirildiyini
çox aşkar şəkildə gördük.
Misal olaraq bir neçə
nümunə deyə bilərik. Məsələn, hamımız bilirdik
ki, İkinci Qarabağ savaşı dövründə Ermənistan
media üzərindən informasiya
manipulyasiyaları həyata
keçirirdi. Bu məqsədlə
xaricdən olan bir çox jurnalistləri cəbhə
bölgəsinə gətirib
atəşin altına
salmaqla, dünyaya belə bir fikir
aşılamaq istəyirdi
ki, guya, Azərbaycan tərəfindən
Ermənistan jurnalistlərinə
qarşı atəş
açılıb. Hansı ki,
bunlar tamam yanlış informasiyalar idi. Ancaq Azərbaycanın özünün jurnalistləri
Ermənistan ordusu tərəfindən dəfələrlə
atəşə məruz
qaldılar".
M.Ələsgərli diqqətə
çatdırıb ki,
müharibə dövründə
də "Sərhədsiz
reportyorlar" haqsız
olaraq Azərbaycana qarşı bəyanat yaydılar: "Təşkilat
müharibə dövründə
tvitter hesabından açıqlama yaydı ki, guya, Dağlıq
Qarabağın Xankəndi
şəhərində 80 yerli
və xarici jurnalist qalıb və Azərbaycan beynəlxalq jurnalistləri mühasirədə
saxlayır. Onların çıxıb getməsinə imkan vermir. Yəni çoxsaylı belə
nümunələri göstərmək
olar. Qeyd edim ki, həmin vaxtlar "Sərhədsiz reportyorlar"
məhz erməni şəbəkəsinin tərəfindən
çıxış edərək
onların maraqlarına
uyğun olan informasiyaları yayırdı.
Hansı
ki, həmin vaxtda "Sərhədsiz reportyorlar"ın Ermənistana
qarşı bəyanat
verməsi üçün
kifayət qədər
faktları var idi. Məsələn, bildiyiniz kimi,
o vaxt Fransa TF1 kanalı Qarabağda həqiqətləri səsləndirdiyi
üçün erməni
icması tərəfindən
hücuma məruz qaldı və terror aktı ilə hədələndi. Lakin həmin
vaxtlarda "Sərhədsiz
reportyorlar" susdu.
Çünki orda cinayəti
törədən erməni
tərəfi idi.
Lakin onlar buna layiqli
cavab verə bilmədi. Belə nümunələr çoxdur. Yaxud da ki, iyunun 4-də bilirsiniz ki, azərbaycanlı jurnalistlər Kəlbəcərdə
ermənilərin basdırdıqları
minaya düşərək
həlak oldular. Həmin hadisə barədə bütün beynəlxalq təşkilatlar
bəyanat verdilər,
amma bu təşkilat
yalnız beş
gündən sonra ümumi bir münasibət bildirən
açıqlama yaydı.
Bütün bu nümunələr
onu göstərir ki, "Sərhədsiz reportyorlar"ın fəaliyyətində
daimi olaraq Ermənistan tərəfini
haqlı, Azərbaycan
tərəfini isə
haqsız göstərməyə
yönəlmiş bir
siyasət yürüdülür.
Bu isə beynəlxalq
təşkilata yaraşmayan
hadisədir. Yəni beynəlxalq
təşkilat obyektiv,
neytral olmalı və hər kəsə bərabər gözlə baxmalıdır.
Amma biz bunu "Sərhədsiz reportyorlar"da görmürük".
M.Ələsgərli əlavə
edib ki, "Sərhədsiz reportyorlar"
uzun müddətdir
ki, Azərbaycana qarşı bu cür qərəzli davranış nümayiş
etdirirlər:
"Son bir il müddətində onun bu cür fəaliyyəti Azərbaycanın media ictimaiyyəti tərəfindən daim izlənilir. Onun yanlış hərəkətinin ifşa olunması üçün bir sıra proseslər həyata keçirilir və yanlışlıqlarına qarşı obyektiv cavablar verilir. Bu baxımdan Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqının, eyni zamanda ayrı-ayrı media qurumlarının "Sərhədsiz reportyorlar"ın bu cür yanlış hərəkətləri barədə bəyanatlar səsləndirilir. Hesab edirəm ki, onların Azərbaycana qarşı bu qərəzsiz fəaliyyətinin ifşa olunması baxımından bəyanatların verilməsi lazımlı bir addımdır. Qeyd edim ki, bütün bunlar artıq öz nəticəsini verməkdədir. Nəzərə çatdırım ki, bu cür bəyanatlar, açıqlamalar cavabsız qalmır. Həmçinin bunlar beynəlxalq digər ictimai təşkilatların nəzərinə çatdırılır və onlar "Sərhədsiz reportyorlar"a qarşı düzgün addımlar atmaq üçün artıq istiqamətləndirilirlər.
Mövzu ilə bağlı "Şərq"ə açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Azərbaycana qarşı belə bir yanaşmanı qərəzdən doğan hal kimi qiymətləndirib: "Yəni bunun özü onun göstəricisidir ki, Azərbaycana yanaşma qərəzlidir və bunun heç bir əsası yoxdur. Çünki Azərbaycan o ölkələrdəndir ki, burada dövlət heç bir halda medianın fəaliyyətinə maneçilik törətmir, eyni zamanda heç bir formada müdaxilə etmir. Qeyd edim ki, "Sərhədsiz reportyorlar"ın paylaşımı anonim xəbərçilik kateqoriyasına aid bir paylaşımdır.
Çünki konkret ad çəkilmir, hansısa ispaniyalı jurnalistlərin guya ölümlə təhdid edildiyi deyilir. Mən "Sərhədsiz reportyorlar"ı paylaşımlarının altında ciddi xəbərçiliyə dəvət elədim. Hətta bunun saxta xəbərçilik olduğunu qeyd elədim.
Qeyd edim ki, "Sərhədsiz reportyorlar" Azərbaycan, Türkiyə və ümumən türk dünyasına qərəzli mövqeyi ilə seçilir. Parisdə yerləşən bu təşkilat ənənəvi anti-türk əhvallı bir təşkilatdır və bizi sevmir. Bu təşkilat Türkiyədə, Azərbaycanda və türk dövlətlərində nə baş verərsə, araşdırmadan dərhal onu paylaşırlar. Amma göründüyü kimi, Azərbaycan jurnalistlərinin Kəlbəcərdə minaya düşməsi ilə bağlı onlar bir açıqlama yaymadılar. Amma indi hansısa anonim jurnalistlərin, guya, Azərbaycan əsgəri tərəfindən ölümlə təhdid edildiyi haqqında bir paylaşım ediblər. Təbii ki, bu, Azərbaycana qarşı qərəzdir və düşmən münasibətdir. Düşünürəm ki, Azərbaycan Mətbuat Şurası çox doğru bir addım atdı və beynəlxalq qurumlara bununla bağlı müraciət göndərdi.
Biz bunların
arxasınca daim getməliyik. Onlar daim nəfəsimizi boyunlarının arxasında
hiss etməlidirlər. Çünki meydanı boş buraxsaq bu cür
yalanları, təxribat
xarakterli informasiyaları
daha da çox
tirajlayacaqlar".
Aynurə Pənahqızı
Şərq 2021.- 26 iyun.- S.11.