Regionda yeni tarixi fürsət yaranıb
Mətbuat konfransında beynəlxalq
tərəfdaşlarımıza da, Ermənistana
da mühüm
ismarıclar verildi
Dövlət başçısı növbəti
dəfə xatırladıb ki, istənilən
revanşizm cəhdləri Azərbaycan tərəfindən
ciddi şəkildə cəzalandırılacaq:
“Heç bir
şübhə olmasın ki, biz bu məsələdə
tərəddüd etməyəcəyik. Biz
hər hansısa bir addımı özümüz üçün
substantiv təhlükə görsək, dərhal
hərəkətə keçəcəyik. Digər tərəfdən
revanşizm cəhdləri olmasa,
10 noyabr bəyanatına uyğun
olaraq Ermənistan hərəkət etsə,
öhdəliklərini yerinə yetirsə, təbii ki, addım-addım sülh
bərqərar olacaq. Biz
dayanıqlı sülhə nail olmaq istəyirik. Çünki
bu, nifrət dolu
kitabın səhifəsini çevirə bilmək üçün yeganə yoldur.
İndi müzakirə etdiyimiz
məsələ dayanıqlı sülhün
və sabitliyin bərqərar
olmasıdır. Və buna nail
olmağın yeganə yolu əməkdaşlıqdır.
Azərbaycan, Ermənistan və Rusiyada
müzakirə etdiyimiz layihələrdən
biri logistika sahəsində
əlaqələrin açılmasıdır, nəqliyyat dəhlizlərinin
yaradılmasıdır və bütün
məhdudiyyətlərin aradan
qaldırılmasıdır . Bu layihə
həyata keçirilsə, o zaman Ermənistan təbii ki,
bundan yararlanacaq. Onlar sülhün
üstünlüklərini görəcək”.
Keçmiş millət vəkili,
Milli Dirçəliş Hərəkatı
Partiyasının sədri Fərəc Quliyev
“Şərq”ə açıqlamasında deyib
ki, Prezidentin mətbuat
konfransı Münhen debatı qədər
önəmliydi. Partiya rəhbərinin
sözlərinə görə, dövlət
başçısının cavabları Ermənistan və onun havadarları, eyni zamanda Qarabağda yaşayan ermənilər üçün
ciddi mesaj xarakteri daşıyırdı:
“Azərbaycan ictimaiyyəti onu düşündürən bir çox suala cavab tapdı. Həm də xarici dövlətlər mesajlarını aldılar. Düşmənlərimizə öz mövqeyimizi yenidən xatırlatdıq. Bizə qarşı çıxanlara, çıxmaq istəyənlərə sərt şəkildə münasibətimizi ortaya qoyduq. Gücümüzü bir daha göstərdik, qətiyyətimizi sərgilədik. Bilirsiz ki, Qarabağda rus sülhməramlılarının fəaliyyəti ilə bağlı müəyyən narahatlıqlar var idi. Həmçinin, separatçılar tərəfindən “rus dili” məsələsi ortaya atılmışdı. Ölkə başçısı bu məsələrlə bağlı konkret fikrini açıqladı. Vurğuladı ki, ölkəmizin hər yerində rəsmi dövlət dili Azərbaycan dilidir. Eyni zamanda sülhməramlılarla və “status”la bağlı rəsmi Bakının yanaşması yenidən dilə gətirildi. Əlbəttə, bunların təkrar bəyan edilməsi çox önəmlidir. Çünki Ermənistanın yenidən silahlandırılması məsələsi də gündəmdədir. Bununla bağlı xəbərlər yayılır. Cənab Prezident ermənilərin yenidən silahlandırılmasına ciddi iradını bildirdi. Dövlət başçısı haqlı olaraq sual etdi ki, “əgər bölgədə sülh və sabitlik üçün çalışılırsa, onda Ermənistan hansı məqsədlə silahlandırılır?”. Hesab edirəm ki, Ermənistan ümumiyyətlə silahsızlaşdırılmış dövlətə çevrilməlidir. Bununla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlamışam. Əgər Ermənistan regionu təhdid edirsə, mütləq silahsız vəziyyətə salınmalıdır. Cəmiyyətimizin bu məsələlərlə bağlı mövqeyi eynidir”.
İsmayıl Qocayev
Şərq 2021.- 2 mart.- S.11.