Jurnalistlər gördüklərini yazacaq yayacaqlar

 

Ermənilər Ağdam şəhərini insanlığa yad nifrətə bürünərək dağıdıblar

"Dünyanın hansı tərəfi olur-olsun bu dəhşəti görüncə, əlbəttə ki, ona uyğun hərəkət edəcəklər"

" qədər çox məzmunlu belə materiallar istehsal etsək qədər onları çox dillərdə yaysaq, işimiz bir o qədər asan olacaq"

Ötən gün 150-dən çox media qurumu QHT rəhbəri, bloger ictimai fəal işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşaiyət edib. Səfərdə əsas məqsəd işğaldan sonra Ağdam şəhərinin vəziyyətilə tanışlıq olub. Onlar səfər zamanı Uzundərə II Şəhidlər xiyabanında,  1991-ci ilin fevralında partladılmış avtovağzalda, Cümə məscidində, Mərkəzi meydanda, Qarabağ xanlarının abidələr kompleksində, AğdamınQarabağfutbol klubununİmarətstadionunda, Çörək muzeyində, 1941-1945 abidəsi I Şəhidlər xiyabanında, Qarağacı qəbiristanlığında, Şahbulaq qalasında olublar. Onlar eyni zamanda mina təmizləmə əməliyyatını müşahidə ediblər. İndi isə Azərbaycan həqiqətlərinin, erməni vandallığının dünyaya tanıdılması üçün çalışmaq gərəkir. İlk növbədə faktların dünya mediasında təbliğatı çox önəmlidir. Bəs erməni vandallığının dünyaya çatdırılması haqq səsimizin dünyaya duyulması üçün mediamız hansı işlər görməlidir? Sualımızı bir çox media mütəxəssislərinə ünvanladıq.

Modern.az-ın baş redaktoru Elşad Eyvazlı "Şərq"ə açıqlamasında qeyd edib ki, yerli media nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri çox önəmlidir. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərimizdə erməni vandalizminin yerli media nümayəndələrinin görməsi onun dünyaya tanıdılmasında mühüm rola malikdir:

"Bir neçə gün bundan öncə böyük bir heyətlə Ağdamda idik. Yerlə-yeksan edilmiş kəndlər, izi silinmiş qəbiristanlıqlar, zorlanmış bir şəhər vardı qarşımızda. O boyda Ağdamın ancaq adı vardı, özündən əsər-əlamət qalmamışdı. İşğaldan azad edilmiş Ağdamda hər tərəf "erməni" idi. Hər cığırdan, hər daşdan erməni vəhşiliyi boylanırdı. Biz bir tərəfə, əslən Ağdamdan olanlar da sanki harada olduqlarını kəsdirə bilmirdilər. Hətta hiss edirdim ki, onlar bu dözülməz gerçəkliyin içindən qaçıb xəyalən keçmişə getmək istəyirlər, amma gerçəkliklər buna imkan vermirdi. Səfər yoldaşlarımın bəzilərinin gözündənKeşkə gəlməsəydim, Ağdamın bu gününü görməsəydimfikirlərini oxumaq elə çətin deyildi. Bəli, indi Ağdama getməmək bir dərddirsə, gedib o halını görmək bundan min qat ağır idi. Amma media işçilərinin Ağdama səfəri çox önəmli idi. Yəni biri var sosial şəbəkələrdə, saytlarda, televiziyalarda bu vəhşilikləri görəsən, bir var ki, bu vəhşilikləri öz gözlərimiz ilə görək. Bax, ən vacib məqam elə budur. Çünki bu onların vandallığının dünyaya tanıdılmasında əhəmiyyətli rola malikdir. Bir məqamı qeyd edim ki, öz müşahidələrim əsasında deyə bilərəm ki, işğaldan azad olunmuş bütün bölgələrimizdə erməni izi var.  Yəni hər ağacdan, hər binadan, hər küçədən vəhşi erməni  obrazı boylanır. Bunlara şahid olmaq  ilk növbədə bizə erməniliyi dünyaya çatdırmaq üçün daha asan olacaq".

 

E.Eyvazlı əlavə edib ki,  hər bir media işçisinin bu həqiqətləri həm yerli, həm xarici mediada işıqlandırması informasiya savaşı baxımından çox vacibdir:

"Bir vaxtlar torpaqlarımız işğal altında idi. Təəssüf ki, ora gedə bilmirdik. Sevindirici haldır ki, artıq gedə bilirik. Amma çox təəssüflər olsun ki, indi ermənilərin əməlləri əsərləri ordadır. Hər bir media işçisi mütləq şəkildə xarici media dünyasına yazı hazırlamalıdır. Bundan başqa ermənilərin əsl kimliyi barədə daha çox işlər görməliyik. Söhbət bundan gedir ki, hər bir həmkarımız bu istiqamətdə çox fəal olmalıdır".

E.Eyvazlı qeyd edib ki, indi Ermənistanı, erməniləri, Ermənistanın müdafiəçilərini dünyaya tanıtmağın ən yaxşı zamanıdır:

"İşğaldan azad edilmiş hər bir bölgənin hər cığırında, hər daşında "erməni" var. Biz bu erməniləri usanmadan, yorulmadan dünyaya göstərməliyik. Prezidentin köməkçisi Hikmət Hacıyev demək olar ki, hər həftə xaricdən gələn fərqli heyətlərə Qarabağdakı "erməniləri"  göstərir. Biz bu işdə onlara kömək etməliyik. Məsələ, niyə Qurban Qurbanov, Rəşad Sadıqov Messini, Ronaldonu Qarabağın Ağdamdakı indiki məhv edilmiş stadionuna dəvət etmir? Gəlməyəcəklər, gəlməsinlər, bu dəvətin özü dünyada səs-küy qoparacaq xəbər olacaq... Amma mütləq gələn olacaq... NiyəQarabağ”ın məktəb yaşlı oyunçuları məktub yazaraq dünyanın tanınmış futbolçularını, klublarını Ağdamdakı darmadağın olunmuş stadionuna dəvət etməsin? Bir Messinin, bir Ronaldonun, bir Məsutun bir tvit-i min BBC-nin gerçəyi dünyaya çatdırmaq baxımından daha effektli olacaq. Müğənnilər , həkimlər , jurnalistlər , alimlər , diaspor nümayəndələri - hamı, uşaq da, yaşlı da, bütün azərbaycanlılar Ağdamdakı, işğaldan azad edilmiş bölgələrdəki "erməniləri" dünyaya göstərmək üçün ölüm-dirim mübarizəsinə qoşulmalıdır. "Dünya həqiqəti görür, sadəcə ikili yanaşması vardeyib keçməyək. Ağdamdakı "erməniləri" tam yox edəndən sonra saz da çalarıq, şeir yazarıq, bayatı da deyərik".

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev deyib ki, Ağdamda gördüklərimiz ürəklərimizi paramparça etdi:

"Beş avtobusdan ibarət olan maşın karvanımız Ağdamın içinə doğru irəlilədikcə, erməni vandalizminin miqyası adamı dəhşətə gətirirdi. Təbii ki, hər kəs burada gördüklərini lentə alır, yaddaşlara köçürürdü. Bu gün işğaldan azad olunmuş rayonlarımıza media vətəndaş cəmiyyəti nümayəndələrinin səfərlərinin təşkil edilməsi çox vacibdir. Onun əhəmiyyətindən saatlarla danışmaq olar. Önəmli olan odur ki, təşkilatçıların verdiyi mesajlara görə yaxın gələcəkdə bu cür səfərlər işgaldan azad olunmuş başqa rayonlarımıza da təşkil olunacaq. Bu cür səfərlərin tez-tez təşkil olunması erməni vandallığının tanıdılması baxımından çox önəmlidir. Buna görə belə səfərlərin təşkili labüddür".

Tanınmış jurnalist Azər Həsrət "Şərq"ə açıqlamasında bildirib ki, Ağdam şəhərində düşmən hər yeri insanlığa yad nifrətə bürünərək dağıdıb:

"Azərbaycanın böyük strateji əhəmiyyət kəsb edən rayonlarından biri olan Ağdamın bütün infrastrukturu, məşhur binaları, memarlıq inciləri, dini ibadətgahları yerlə bir edilib. Ümumiyyətlə, Ağdamda gördüklərimizi sözlə ifadə etməyə çətinlik çəkirəm. Çünki həqiqətən də 21-ci əsrdə o cür mənzərələri görmək sadəcə olaraq ağıla batan deyil. Yəni bir millət nə qədər vəhşi olmalıdır ki, bütöv bir şəhəri, o cümlədən digər torpaqlarımız da bu cür viran qoysun. Bunun dünyaya çatdırılması əlbəttə ki, çox vacibdir. Amma biz "dama-dama göl olar" misalı öz həqiqətlərimizi dünyaya çatdırmalıyıq. Konkret Ağdamdan söhbət gedirsə, burada əlavə şərhə ciddi ehtiyac yoxdur. Sadəcə olaraq onu göstərmək lazımdır. Yəni dünyanın hansı tərəfi olur-olsun bu dəhşəti görüncə, əlbəttə ki, ona uyğun hərəkət də edəcəklər. Sual yarana bilər. Bəs biz bunu necə edə bilərik? Əlbəttə ki, görüntülər hər bir media nümayəndəsində var. Mən də çəkmişəm. Artıq bir sıra hazırlıq işləri görürəm və onları bir sıra yerlərdə paylaşacağam. Xüsusən də ilk növbədə xarici ölkələrdə geniş yayılmasına çalışacağam. Ümumiyyətlə, bütün media nümayəndələri, xüsusən də, kimin əlində nə imkanı varsa, yaxud da ki, kiminsə xarici media nümayəndələri ilə əlaqələri varsa, bütün bunları işə salmaq lazımdır. Biz jurnalistlərin vəzifəsi yazmaq, çəkmək, göstərmək, oxurtdurmaq və dinlətdirməkdir. Ona görə də əlimiz çatan bütün ünvanlara  bu materialları göndərməliyik".

A.Həsrət vurğulayıb ki, bu haqda xarici dillərdə materialların hazırlanması xüsusilə vacibdir:

"Şəxsən mən özüm ingilis və rus dillərində, eləcə də Türkiyə türkcəsində materiallar hazırlamışam. Onları mümkün şəkildə xarici ölkələrdə dərc etdirəcəm. İndi əlbəttə ki, internet əsridir.  Biz sadəcə olaraq ermənilərin əsl simasını dünyaya çatdırmalıyıq. Bunlar isə bir neçə istiqamətdə işlənməlidir. Tutaq ki, əgər ermənilər iddia edir ki, bura guya qədim erməni dövlətinin mərkəzi olub, onda sual vermək lazımdır, niyə dağıdırsınız bunu? Əgər sizin torpaqlar idisə, niyə daşı daş üstünə qoymamısınız? Şəhəri viran qoymusunuz? İnanın ki, Ağdamdabir dənə salamat bina, nə də ki, obyekt və küçə var. Bunu bu məntiqlə dünyaya təqdim etmək gərəklidir. O zaman dünya da başa düşəcək ki, doğrudan da torpaq onların idisə, işğaldan sonra niyə salamat yerləri dağıdıblar. Yəni düşünürəm ki, belə təqdimatla dünyanın duyğularına toxuna bilərik. Amma təbii ki, illərlə aparılmalıdır. Nə qədər çox məzmunlu belə materiallar istehsal etsək və nə qədər onları çox dillərdə yaysaq, işimiz bir o qədər asan olacaq".

 

Aynurə Pənahqızı

Şərq  2021.- 17 mart.- S.11.