Fransa Azərbaycanla açıq düşmənçilik edir

 

Makronun davranışları iki ölkə arasında onsuz da soyuq olan münasibətləri gərginləşdirə bilər

 

Ermənistan rəhbərliyi Zəngəzur istiqamətində Azərbaycan Ordusunun dövlət sərhədini bərpa etmə prosesi ətrafında yalançı hay-küyünü davam etdirir. Əslində Azərbaycan Ordusu GPS xəritələr əsasında davranır heç bir aqressiv addım atmır. Buna rəğmən, erməni tərəfi Ordumuzun Qaragölə nəzarətiniErmənistan sərhədlərinə müdaxiləkimi təqdim edərək müxtəlif dövlətlərə şikayətə başladı.

 

Rusiya lideri Vladimir Putindən tutmuş Fransa rəhbəri Emmanuel Makrona qədər, bir neçə dövlət başçısına dəfələrlə zəng edən Nikol Paşinyan Qaragöl ətrafında şounu genişləndirməyə çalışdı. Paşinyan Fransa Prezidenti Makrona zəng edərək Azərbaycan Ordusunun, guya, Ermənistan sərhədinə müdaxilə etdiyini bildirdi. Yelisey sarayından yayılan məlumata görə, Makron Ermənistanın ərazi bütövlüyünə bağlılığını dilə gətirib. Eyni zamanda, ənənəvi simasını nümayiş etdirərək hadisənin mahiyyətini bilmədən yaxud öyrənmək istəmədən, “qərarınıelan edib. Təcili surətdəAzərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılması gərəkdiyinibəyan edib.

 

Məsələnin mühüm tərəfi Paşinyanın məhz Makrona müraciəti, Fransa prezidentinin isə birtərəfli açıqlamasıdır. Halbuki, Ermənistan KTMT-nin üzvüdür bu marionet dövlətin sərhədlərini Rusiya Sərhəd Xidməti qoruyur. Başqa sözlə, faktiki olaraq Ermənistan sərhədi Rusiyanın nəzarətində, KTMT-nin himayəsindədir.

 

Əgər sərhəddə hər hansı gərginlik varsa, bunu Rusiya sərhədçiləri ilə Azərbaycan Ordusu müzakirə edir sərhəd delimitasiyasını aparırlar. Belə məqamda Fransaya şikayət etmək nəyə lazımdır? Görünür, Nikol Paşinyan da həmin ərazilərin Azərbaycana məxsus olduğunu, Azərbaycan Ordusunun GPS xəritələrlə davrandığını yaxşı bilir. Rusiya KTMT Paşinyana məhz bunu çatdırıb. Həqiqətin Rusiya tərəfindən təsdiqlənməsindən sonra isə Nikol Makrona üz tutub. Kremlin mətbuat katibi Dmitri Peskov bildirdi ki, Rusiya Prezidenti Vladimir Putin üçtərəfli razılaşmaların icrasının alternativsizliyinin tərəfdarıdır: “Rusiya Ermənistan Bakı ilə daim təmasdadır. Hazırda gərginliyin aradan qaldırılması vəziyyətin düzəlməsi üçün səylər göstərilir”. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın hərbi yardımla bağlı məktubunu Putinin alıb-almaması ilə bağlı sualına isə Kremlin sözçüsü belə cavab verib: “Dəqiq deyə bilmərəm”. Yəni Moskvasərhəd problemi”ni həqiqi problem görmədiyini açıq şəkildə İrəvanın diqqətinə çatdırıb.

 

Fransa prezidentinin olaya qeyri-peşəkar, birtərəfli qeyri-obyektiv münasibəti isə Fransanın Cənubi Qafqaz siyasətinin Minsk qrupunun həmsədri kimi iflasının daha bir sübutudur.

 

Azərbaycan Xarici İşlər Nazirliyi vurğulayıb ki, sərhəd demarkasiyası delimitasiyası ikitərəfli məsələdir, olduqca mürəkkəb texniki bir prosesdir: “Üçüncü ölkələrin bölgədəki vəziyyətlə əlaqədar, gərginliyin kəskinləşməsinin aradan qaldırılmasına yönələn narahatlıqlarını başa düşürük. Hesab edirik ki, belə həssas bir mövzuda hər hansı bir açıqlama verməzdən əvvəl bütün fundamental səbəblər məsələlər hərtərəfli araşdırılmalıdır. Təəssüf ki, bu texniki məsələ təxribat xarakterli bəyanatlar Azərbaycana qarşı qarayaxma kampaniyası ilə şişirdilib. Bu cür destruktiv yanaşma yalnız gərginliyin artmasına xidmət edir”.

Rusiyalı tarixçi siyasi analitik Oleq Kuznetsov deyib ki, Fransa prezidenti öz sözləri ilə Minsk qrupunun tabutuna son mismarı vurub onun Qarabağ tənzimlənməsi prosesinə hər hansı formatda qayıtması perspektivinin üzərindən xətt çəkib: “Bu anadək Fransanın ermənipərəst mövqeyi müzakirə mövzusu idi. Artıq bunun real siyasət olduğu ortadadır. Bundan sonra heç bir skeptik bunun belə olmadığına inana bilməz. Fransa xarici siyasətinin həqiqi üzü birmənalı şəkildə dünya ictimaiyyətinə nümayiş olundu. Fransa artıq bundan sonra ATƏT Minsk qrupunun həmsədri olmaq hüququna malik deyil təşkilat bu strukturu buraxmalıdır. Məhz Prezident Makron ATƏT Minsk qrupununqatilikimi tarixə daxil olacaq”. Politoloq əlavə edib ki, Makronun bəyanatı Ermənistandakı ermənilərə, Nikol Paşinyana deyil, Fransadakı ermənilərə hesablanıb: “Orada gələn il prezident seçkiləri keçiriləcək cənab Makron daha bir prezidentlik müddətində ölkəni idarə etmək istəyir. Bu məsələdə ona bir milyon Fransa ermənisinin səsləri erməni diasporunun pulları lazım olacaq. Makron Cənubi Qafqazdakı oyununu artıq uduzub, indi o, erməni kartını daxili siyasi məsələlərdə oynamağa çalışır. Bu isə onu göstərir ki, Ermənistanın özü onu çox da maraqlandırmır”.

 

Makronun uğursuz bəyanatından sonra Xarici işlər naziri Ceyhun Bayramovla fransalı həmkarı Jan İv Drian arasında telefon danışığı baş tutub. Nazir Ceyhun Bayramov sərhəd gərginliyi məsələsinin şişirdilməsi siyasiləşdirilməsinin yolverilməz olduğunu bu kimi məsələlərin danışıqlar yolu ilə həllinin vacibliyini qeyd edib.

 

Nazirlər Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliklə bağlı məsələləri müzakirə ediblər. C.Bayramov uzun müddətdən sonra Ermənistanla sərhədlərin gücləndirilməsi tədbirlərinin həyata keçirildiyi, bu xüsusda Azərbaycan sərhəd qüvvələrinin ölkəmizə aid mövqelərdə yerləşdiyi, tərəflər arasında mövcud olan fikir ayrılığı yaranmış gərginliyin aradan qaldırılması üçün Azərbaycanın nümayiş etdirdiyi konstruktiv yanaşmanı qarşı tərəfin diqqətinə çatdırıb. Nazir sərhəd gərginliyi məsələsinin şişirdilməsi siyasiləşdirilməsinin yolverilməz olduğunu bu kimi məsələlərin danışıqlar yolu ilə həllinin vacibliyini qeyd edib.

 

Ümumən, son dövrlər Fransadan Azərbaycana qarşı ən yüksək səviyyədə, daha dəqiq desək, Prezident Emmanuel Makron səviyyəsində təxribat xarakterli fikirlər səsləndirilir. Heç kəs üçün sirr deyil ki, erməni lobbisi Fransada ciddi sosial, siyasi iqtisadi bazaya malikdir. Həmçinin erməni diasporası Fransada mediaya ciddi nəzarət mexanizimlərinə sahibdir. Məhz buna görə zaman-zaman Fransa mətbuatında həm Azərbaycana, həm qardaş Türkiyəyə qarşı əks-təbliğat fikirləri yer almaqdadır.

 

Millət vəkili Azər BadamovŞərq”ə deyib ki, Makron birtərəfli Ermənistanı dəstəkləyirsə, Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyində işi yoxdur. Deputat təəssüflə qeyd edib ki, Fransa Prezidenti Makron öz erməni sevgisindən əl çəkmir:

 

Makron yaddan çıxarıb ki, Fransa rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bu gün Azərbaycanın Sərhəd Xidməti Fransanın tanıdığı sərhədlərini bərpa edir. Azərbaycan Ordusu Ermənistanın ərazisində deyil qarşı tərəfdən fərqli olaraq ölkəmizin başqa dövlətin torpaqlarında gözü yoxdur. Amma ərazimizin bir qarışını da ermənilərə güzəştə getmək fikrimiz yoxdur. Azərbaycan Sünik vilayəti ilə sərhəddə demarkasiya işlərini aparır. Əgər Ermənistan sərhəd postlarının qurulmasını siyasiləşdirirsə, bu onların problemidir. Biz öz sərhədlərimizi möhkəmləndiririk. Cənab Makrona onu da xatırlatmaq istəyirəm ki, “Dağlıq Qarabağadında bir inzibati ərazi yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü 44 günlük müharibədə, döyüş meydanında təmin edib. Azərbaycanın daxili işlərinə qarışmağa heç kim özündə haqq görməsin”.

 

Parlament üzvü vurğulayıb ki, Fransada ermənilərin kompakt yaşadığı Marsel şəhəri var: “Bu gün Qarabağda sizin statistikanıza görə, 40-50 min erməni məskunlaşıb. Bu, Fransa üçün heç böyük say deyil. Marsel şəhərini ermənilərin dövləti elan edin kiçik qardaşlarınızı ora daşıyın”.

 

Politoloq Qabil Hüseynli Şərq”ə bildirib ki, Fransa Azərbaycana qarşı açıq düşmənçilik edir. Onun sözlərinə görə, prezident Emmanuel Makronun son paylaşımında Azərbaycanı Ermənistan torpaqlarını işğalda günahlandırması, bu da azmış kimi, ermənilərə dəstək mesajı verməsi iki ölkə arasındakı onsuz da soyuq olan münasibətləri daha da gərginləşdirə bilər:

 

“Torpaqlarının 20 faizi ermənilər tərəfindən uzun müddət işğalda saxlanılan bir ölkənin “işğalçı” adlandırılması Fransanın ədalət anlayışının və beynəlxalq hüquqa yanaşmasının göstəricisdir. Zəngəzur istiqamətində Azərbaycan Ordusunun dövlət sərhədini bərpa etməsi, görünür, Ermənistandan çox, onun havadarlarını “narahat edir”. Bu narahatlıq o həddədir ki, Fransa prezidenti açıq-aşkar öz rəsmi hesabından Azərbaycan Ordusunun dövlət sərhədini bərpa etməsini Ermənistan torpaqlarının işğalı olaraq adlandırır. Fransa prezidenti öz paylaşımı ilə Fransanın tərəfli və qərəzli mövqeyini açıq-aşkar etiraf etmiş oldu. Azərbaycan Fransaya qarşı ciddi mövqe ortaya qoymalıdır. Bir ölkənin Senatı, Xarici İşlər NazirliyiPrezidentinin ard-arda Ermənistanla bağlı belə mövqe ortaya qoyması gözardı edilə bilməz. Rəsmi Bakı Fransanın ATƏT-in Minsk Qrupuna həmsədr olmasına etiraz etməlidir. Onsuz da ortada həll edilməli bir münaqişə daha yoxdur. Bəzi kiçik nüanslar qalıb. Lakin bu qədər açıq qərəz nümayiş etdirən ölkə həmsədr ola bilməz. Fransanın ölkəmizdə fəaliyyət göstərən səfiri ən qısa müddətdə XİN-ə çağırılmalı və Makrona görə bəyanat verilməlidir”.

 

İsmayıl Qocayev

 

Şərq  2021.- 19 may.- S.11.