Turanın bir dili,
bir media platforması olmalıdır
İlk rəqəmsal layihə
ilə yanaşı gələcəkdə yeni
platformalar da yaradılacaq
"Trend" informasiya
agentliyi və Türkiyənin “Albayrak
Media Group”un birgə yaratdığı
“TURKİC.World” (Türk
Dünyası) adlı
ilk rəqəmsal layihənin
təqdimatı olub. İlk dəfə həyata keçirilən lahyihənin
məqsədi türkdilli
ölkələrin ortaq
tarixi, dini, mədəni və ana dili dəyərlərini
əsas götürərək
türk dünyasının
həmrəy kommunikasiya
platformasını yaratmaq
və kontenti birbaşa informasiya mənbəyinə çevrilməkdir.
Bildiyiniz kimi, bu il fevralın 18-də, Prezident
İlham Əliyev “Azərbaycan Respublikası
ilə Türkiyə Respublikası arasında
media sahəsində strateji
əməkdaşlıq haqqında”
Anlaşma Memorandumunu təsdiqləyib. Memorandumun hazırlanması
məqsədi ilə Azərbaycan Respublikası
Prezidentinin köməkçisi
- Prezident Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyevin rəhbərlik
etdiyi nümayəndə
heyəti Türkiyəyə
səfər edib.
Səfərin əsas məqsədi Azərbaycanla Türkiyə
arasında birgə
media platforması yaratmaq,
o cümlədən, hər
iki ölkənin sosial media vasitəsilə
dünyada daha yaxından tanıdılması
olub. Səfər çərçivəsində
Türkiyə Prezident
Administrasiyasının İctimaiyyətlə
Əlaqələr İdarəsinin
rəhbəri Fəxrəddin
Altun, bir sıra dövlət və media qurumlarının
rəhbər şəxsləri
ilə görüşlər
keçirilib, ortaq
media platformasının qurulması
yolları müzakirə
olunub. Eyni zamanda, aprelin 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının (Türk
Şurası) informasiya
və media üzrə
məsul nazirlərinin,
yüksək vəzifəli
rəsmilərinin üçüncü
toplantısında türkdilli
dövlətlər arasında
əlaqələrin inkişaf
etdirilməsi istiqamətində
lazımi işlərin
görüldüyü bildirilib.
Həmçinin, ölkəmizin türkdilli
dövlətlərlə əməkdaşlığın
inkişafı məqsədilə
yol xəritəsi hazırladığı qeyd
olunub. Bununla yanaşı, tədbir
zamanı İnformasiya
və kommunikasiya sahəsində əməkdaşlığın
genişləndirilməsinin qarşıda duran prioritet istiqamətlərdən
biri olduğu vurğulanıb. Türkdilli
ölkələr arasında
əlaqələrin dərinləşməsi
həm Cənab Prezident İlham Əliyevin, həm Türkiyə Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın, həm də digər türkdilli ölkə rəhbərlərinin
diqqət mərkəzindədir.
Bu qardaş ölkələr
arasında həyatımızın
bir çox səhələrində münasibətlərin
daha da inkişaf
etdirilməsində ortaq
media platformasının yaradılması
xüsusi əhəmiyyət
daşıyır.
Nadir proqram
təminatı layihənin
daha da təkmilləşməsinə
və yaradılan rəqəmsal platformaya digər türkdilli ölkələrin də
media qurumlarının qoşulmasına
imkan verir.
Qeyd olunub ki, rəqəmsal
platformanın mobil versiyası da mövcuddur. Mobil versiya
gələcəkdə bütün
platformanın inkişafının
və təkmilləşməsinin
əsasını təşkil
edəcək. Eyni zamanda,
nadir proqram təminatı
sayəsində gələcəkdə
türkdilli ölkələrin
media qurumları öz
ölkələri ilə
bağlı xəbərləri
rus, ingilis və digər dillərdə sayta yerləşdirə biləcəklər.
Diqqətə çatdırılıb
ki, türkdilli ölkələr arasında
əlaqələrin dərinləşməsi
həm Prezident İlham Əliyevin, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm də digər türkdilli ölkələrin rəhbərlərinin
diqqət mərkəzindədir.
Layihə gələcəkdə daha da inkişaf
edərək türkdilli
ölkələr arasında
media sahəsində körpü
olacağına ümid
edilir.
"Trend" informasiya
agentliyinin nümayəndəsi
Sahil Kərimli "Şərq"ə açıqlamasında
bildirib ki, ilk dəfə həyata keçirilən layihənin
əsas məqsədi
türkdilli ölkələrin
ortaq tarixi, dini, mədəni və dil dəyərlərini
əsas götürərək,
türk dünyasının
ortaq kommunikasiya platformasını yaratmaqdır.
S.Kərimli vurğulayıb
ki, yeni yaradılan rəqəmsal
platforma digər türkdilli ölkələrin
də media qurumlarının
qoşulmasına imkan
verir:
"Bildiyiniz kimi, türkdilli ölkələr arasında
əlaqələrin dərinləşməsi
həm Prezident İlham Əliyevin, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm də digər türkdilli ölkələrin rəhbərlərinin
daim diqqət mərkəzindədir. Məlumdur ki,
türkdilli ölkələr
arasında əməkdaşlıq
yalnız bu günün işi deyil. Yəni uzun illərdir
ki, bu sahədə
böyük işlər
aparılır. Təbii ki,
burada Azərbaycan və Türkiyə prezidentlərinin çox böyük rolunun olduğu danılmazdır.
Bir müddətdir ki, türkdilli ölkələr
arasında həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çoxşaxəli
əməkdaşlıq mövcuddur.
Buna görə də bu qardaş
ölkələr arasında
həyatın bir çox sahələrində
münasibətlərin daha
da inkişaf etdirilməsi üçün
ortaq media platformasının
yaradılması xüsusi
əhəmiyyət daşıyır.
Qeyd olunanları nəzərə
alaraq, türkdilli ölkələr arasında
ortaq media platformasının
yaradılması ideyasına
öz töhfəmizi
vermək qərarına
gəldik. Bu məqsədlə "Trend" informasiya agentliyi Türkiyənin “Albayrak
Media Group”u ilə birgə yaradılan TURKİC.World (Türk Dünyası) adlı ilk rəqəmsal layihəni
(https://turkic.world) təqdim etdik".
S.Kərimli qeyd edib ki, bu,
Azərbaycanda yaradılan
ilk belə media layihəsidir:
"Yeni
layihənin çox böyük imkanları olacaq. Çünki ilk növbədə proqram təminatımız
buna imkan verir ki, digər
türkdilli ölkələri
də bu layihəyə cəlb edək. Artıq bu istiqamətdə
işlər də aparılır. Yaxın vaxtlarda
digər türkdilli ölkələr də bu layihəyə qoşula biləcəklər.
Həmçinin türkdilli ölkələrin
xəbər media qurumları
öz ölkələri
ilə bağlı xəbərləri bu layihədə bir çox dillərdə - rus, ingilis və
digər dillərdə
işıqlandıra biləcəklər.
Yəni hədəflərimiz böyükdür.
Biz gələcəkdə bu layihəni daha da genişləndirmək
niyyətindəyik. Təbii ki,
əsas məqsədimiz
türkdilli ölkələrin,
türk dünyasının
haqq səsini dünyaya çatdırmaqdır.
Bilirsiniz
ki, türkdilli ölkələrə qarşı
dünyanın müxtəlif
dairələrindən daim
haqsız hücumlar olub. Təbii ki, gələcəkdə
də bu haqsız hücumların qarşısını almaq
və onlara layiqli cavab vermək
üçün biz bu
layihəni ərsəyə
gətirdik. Əminik ki,
bu layihə türkdilli ölkələrin
cəmlənməsi və
birləşməsi üçün
bir körpü rolunu oynayacaq".
“Xalq Cəbhəsi” qəzetinin
baş redaktoru Elçin Mirzəbəyli
“Şərq”ə vurğulayıb
ki, Türkiyə-Azərbaycan
media platformasının yaradılması
ilə bağlı bir sıra istiqamətlərdə
ciddi tədbirlər görülür. Baş redaktorun sözlərinə
görə, Türkiyə-Azərbaycan
və bütövlükdə
türk dünyasının
media platformasının real məzmun alması sevindiricidir:
“Trend" informasiya
agentliyi və Türkiyənin “Albayrak
Media Group”un birgə yaratdığı “TURKİC.World”
(Türk Dünyası)
adlı ilk rəqəmsal
layihənin bir sıra üstünlükləri
var. Həmçinin, gələcək
üçün daha böyük imkanların yaradılması nəzərdə
tutulub. Şübhəsiz ki, bundan sonra da yeni
platformalar yaradılacaq.
Sevindirici haldır ki,
“Türk Dünyası”
layihəsi ilk gündən
peşəkar, ciddi platforma kimi formalaşır. Qarşıya qoyulan hədəflər də bütövlükdə
Türkiyə və Azərbaycanın, eyni zamanda bu iki
dövlətin ideya birliyi üzərindən formalaşan türk dünyasının birliyinə,
bütövlüyünə xidmət edir. Uğurlu bir addımdır, davamlı olmasını arzulayırıq”.
Milli Məclisin deputatı Hikmət Babaoğlu isə vurğulayıb ki, ortaq media platformasının yaradılması
türk dünyası
mediasında önəmli
və tarixi bir hadisədir. O bildirib
ki, türk dünyasının media gücünün
bu vahid platformada birləşməsi
türk dünyası
mediası qarşısında
yeni üfüqlər
açır:
"44 günlük
Vətən müharibəsi zamanı Türkiyə mediası
Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında mühüm
rol oynadı. Media hər
zaman mühüm rola malik olub.
Yaradılan yeni media
platforması türkdilli medianın
inkişafına mühüm töhfə
verəcək. Mən bu münasibətlə
hər kəsi təbrik edirəm”.Azərbaycan Mətbuat
Şurasının sədri Əflatun Amaşov
"Şərq"ə açıqlamasında deyib ki, bu
platforma ilə Türkiyə və Azərbaycan
arasında medianın inkişafının yeni
bir mərhələsi başlayır.
Ə.Amaşov bildirib
ki, Türkiyə hər zaman
Azərbaycanın yanında olub: “Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında Türkiyə mediasının böyük rolu var. 44 günlük Vətən
müharibəsində də Türkiyə mətbuatı Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasına böyük
önəm verdi. Hesab
edirəm ki, bu platforma türk
dünyasında media əlaqələrinin
genişləndirilməsinə mühüm
töhfə verəcək”.
Pənahqızı
Aynurə
Şərq 2021.- 26 may.- S.11.