Bakıda uşaqların növbəti forumu keçirilib

 

Leyla Tağıyeva: "Uşaqların irəli sürdüyü təkliflər mütləq nəzərə alınmalı, dövlət proqramlarına daxil edilməlidir"

 

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

 

Dünən Bakıda  “Heydər Əliyev Fondunun,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Regional İnkişafİctimai BirliyininBMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirildi. Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, həmçinin komitə tərəfindən təşkil olunan yay məktəbinin iştirakçısı olmuş, liderlik keyfiyyətlərinə məxsus 350-yə yaxın uşaq iştirak edirdi. Həmçinin Forumda xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud, digər millətlərdən olan, valideyn himayəsindən məhrum olmuş, xüsusilə şəhid və qazi ailələrindən olan uşaqların təmsilçiliyinə daha çox önəm verilirdi.

 

Ümumrespublika Uşaq Forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətlidir. Forumlar uşaq hüquqlarının qorunması və təbliği, uşaqlarla bağlı siyasihüquqi qərarların qəbulu, qanunvericilikdə, proqram və layihələrin hazırlanması və həyata keçirilməsində uşaqların fikirlərinin nəzərə alınması və onların maraqlarının qorunması; uşaqlara öz problemlərini səsləndirmək, təşəbbüslərlə çıxış etmək və tövsiyələr vermək imkanı yaratmaq; dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin, eləcə də, kütləvi informasiya vasitələrinin diqqətinin uşaqların hüquq və azadlıqlarının qorunması və təmin edilməsinin zəruriliyinə cəlb edilməsi məqsədilə keçirilir. Məlumat üçün qeyd edək ki, Azərbaycan Uşaqlarının ilk Ümumrespublika Forumu 2009-cu ildə keçirilib. Ümumiyyətlə, forumlar 3-4 ildən bir keçirilir. Ölkəmizdə uşaq hüquqlarının qorunması, uşaqların sağlam yaşayışı, fiziki inkişafı dövlət siyasətinin prioritet sahəsidir. Bunun təsdiqi təkcə qəbul edilən dövlət proqramları deyil, həm də proqramların icrasında qarşıya qoyulan ciddi tələblərdir. Forum iştirakçılarına ünvanladığı müraciətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məqama toxundu.

 

Prezidentin müraciətində qeyd edilir ki: “uşaqlar cəmiyyətin sabahıdır. Övladlarımızın milli dəyərlərə sadiq və yüksək mənəviyyatlı şəxsiyyət olaraq formalaşmalarının ölkəmizin tərəqqisi baxımından müstəsna əhəmiyyəti vardır. Uşaq hüquqlarının qorunması ilə bağlı Azərbaycan dövlətinin ardıcıl həyata keçirdiyi sosialyönümlü siyasət də bu məqsədə xidmət edir. Ötən Forumunuzda səsləndirilmiş bir çox məsələlər uşaqlarımızın hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin olunmasına yönələn “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda dolğun əksini tapmışdır. Siz uşaqlar xoşbəxtsiniz ki, yeni əsrə və yeni minilliyə müstəqil dövlət olaraq qədəm qoymuş ölkəmizdə dünyaya göz açmısınız. Siz fəxr etməlisiniz ki, qalib xalqımızın şərəfli və qürurverici tarixinin şahidlərisiniz. Bu gün Azərbaycan sürətli inkişaf yolundadır. Yurdumuzun ildən-ilə daha güclü, daha qüvvətli olması eyni zamanda sizin xoşbəxt və firavan yaşamağınızın rəhnidir. İndiki nəsil qüdrətli Azərbaycanı məhz sizə əmanət edəcəkdir. Odur ki, üzərinizə düşən məsuliyyəti daha dərindən dərk edərək, daim əzmlə çalışmalı, Vətəni layiqincə təmsil etməlisiniz. İnanıram ki, siz mənən zəngin nəsil kimi azərbaycançılıq ruhunda böyüyərək boya-başa çatacaq, respublikamızın gələcək inkişafı və uğurlar qazanması naminə töhfələrinizi əsirgəməyəcəksiniz. Ümidvaram ki, Forum çərçivəsində aparacağınız müzakirələr ölkəmizdə uşaqlarla bağlı dövlət siyasətinin gerçəkləşdirilməsində yeni mərhələnin başlanğıcı olacaqdır". Forumun işi məhsuldar olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, uşaqların ümumrespublika forumlarındakı təklifləri dövlət proqramlarının hazırlanmasında nəzərə alınır. Hazırkı Forumda da bir sıra maraqlı və düşündürücü təkliflər səslənib: "2009-ci ildən uşaqların ümumrespublika forumları keçirilir. Bu müddət ərzində artıq müəyyən bir ənənə formalaşıb. Biz forumu Azərbaycan uşaqları içərisindən yüksək liderlik qabiliyyətləri olan müxtəlif sahələr üzrə savadlı, bacarıqlı, ictimai həyata marağı olan uşaqların üzə çıxarılması və onların gələcək həyatına müəyyən istiqamətlər verilməsi üçün çox əhəmiyyətli platforma kimi qiymətləndiririk. Eyni zamanda bu forumlarda gündəlik həyatımıza daxil olan bir sıra aktual məsələlər uşaqlar tərəfindən müzakirə olunur. Onlar düşüncələrini, narazılıqlarını və istəklərini bildirirlər və onların fikri ümumiləşdirilərək forumun qəbul etdiyi sənədlərdə əksini tapır. Sonra isə bu qərarlarda, işlənilən dövlət və fəaliyyət planlarında, ayrı-ayrı layihələrdə nəzərə alınır. Bu baxımdan forumlar böyüklərin işini asanlaşdırır. Əlbəttə ki, onların istək və arzularının imkanlar çərçivəsində reallaşdırılmasına çalışırıq. Maraqlı və vacib məsələlər qaldırılır. Bu günə kimi uşaqların təklifləri əsasında bir sıra dövlət proqramları qəbul olunubicra prosesindədir. Bugünkü forum da çox ciddi məsələlərə həsr olunur”.

 

Regional İnkişaf  İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva da bu fikirdədir ki, uşaqların sağlam gələcəyi və sağlam inkişafı üçün onların özlərinin səsləndirdiyi fikirlər, təkliflər mütləq nəzərə alınmalıdır: 

 

- Əvvəla bunu qeyd edim ki, Azərbaycanda uşaqlarla bağlı beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi onlara göstərilən diqqət və qayğının nümunəsidir. Uşaqlar üçün keyfiyyətli həyatın təmin olunmasında vacib məsələlərdən biri uşaq hüquqları sahəsində genişmiqyaslı işlərin aparılmasıdır. Görürük ki, iqlim dəyişikliyi, təhsil, psixologiya, sağlamqlıqdan tutmuş bir sıra digər məsələlərdə uşaqlar öz səslərini ucaldır. Uşaq hüquqlarının qlobal problem olması pandemiyada bir daha üzə çıxdı. Uşaqların təhsil, səhiyyəyə çıxış imkanlarının azalması bu istiqamətlərdə çatışmazlıqlar olduğunu göstərdi. Çalışmalıyıq ki, hər bir uşağın təhsilə, səhiyyəyə çıxışı bərabərhüquqlu olsun.  Forumun əsas üstünlüyu budur ki, uşaqların ictimai fəallığı artır, onlar özləri təşəbbüslərlə çıxış edir, təkliflər irəli sürürlər. Uşaqların irəli sürdüyü təkliflər mütləq nəzərə alınmalı, dövlət proqramlarına daxil edilməlidir.

 

Şərq .-  2021.- 19 noyabr.- S.6.