Qəbul
imtahanına dəyişikliklər labüd
idi
Elşən Ramizoğlu: "Hesab edirəm
ki, Coğrafiya fənni
üçüncü qrupa
tamamilə əlavə olunmalıdır"
Kamran Əsədov:
"İnformatika fənni üzrə yetərli qədər
test bazası yoxdur"
Elmi-kütləvi,
mədəni-maarif, təhsil proqramlarının
hazırlanması
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı layihəsinə əsasən, 2022/2023-cü tədris ilindən başlayaraq III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqrupuna daxil edilən ixtisaslar olmaqla 2 altqrupa bölünməsi və TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin isə ədəbiyyat fənnindən imtahan verməsi nəzərdə tutulur. Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər. Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Xatırladaq ki, 2020-ci ilin dekabr ayında Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə məlumatında qeyd olunduğu kimi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 9 sentyabr tarixli 252 nömrəli Qərarına əsasən, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil edilib.
Mövzu ilə bağlı təhsil eksperti Elşən Ramizoğlu "Şərq"ə açıqlamasında bildirib ki, coğrafiya fənninin yenidən üçüncü qrupa salınması zərurət idi. Ekspert qeyd edib ki, əgər abituriyent III qrupda "Regionşünaslıq" və ya "Beynəlxalq münasibətlər" ixtisası üzrə müraciət edəcəksə, bu məqamda ədəbiyyat əvəzinə coğrafiya fənnindən imtahan verəcək:
"Bu qərar
çoxdan verilməli
idi. Qeyd edim ki, üçüncü qrupa
coğrafiya fənninin
əlavə olunması
uzun zamandır müzakirə olunan məsələlərdən biri
idi. Fikrimcə, bu ixtisaslara yiyələnəcək şəxslər
"Coğrafiya" fənni
ilə yaxından tanış olmalıdır. "Regionşünaslıq" ölkənin
siyasi, iqtisadi, mədəni həyatını
öyrənib tədqiq
edən tədris proqramıdır. Əlbəttə, bu ixtisasa yiyələnən
şəxs tarix fənni ilə yanaşı coğrafiya fənnini də mənimsəməli, bu haqda məlumata malik olmalıdır.
Çünki öz ölkəsinin
coğrafiyası haqqında
geniş məlumata malik olmayan şəxs
sözsüz ki, xarici ölkənin coğrafiyası haqqında
təhlillər apara bilməz və bu, məqsədəuyğun
hesab edilmir. Ümumiyyətlə, hesab edirəm
ki, Coğrafiya fənni üçüncü
qrupa tamamilə əlavə olunmalıdır".
Təhsil eksperti Kamran Əsədov isə
"Şərq"ə açıqlamasında
deyib ki, ali məktəblərə
qəbul imtahanında
III ixtisas qrupunda dəyişiklik ediləcəyi
gözlənilirdi. Ekspert
qeyd edib ki, yeni dəyişiklik
III ixtisas qrupuna coğrafiya fənninin əlavə edilməsi yox, eyni zamanda
coğrafiya fənnindən
imtahan verməyə imkan yaradacaq:
"Təbii ki,
III qrupda dəyişiklik
ediləcəyi gözlənilirdi.
Çünki 2020-ci ildə Nazirlər
Kabinetinin qərarı
ilə "Beynəlxalq
Münasibətlər" və
"Regionşünaslıq" ixtisasları III qrupa keçirilmişdi. Amma bura
coğrafiya fənninin
əlavə edilməsi
müzakirə predmeti
idi. Bir şeyi qeyd
edim ki, bu dəyişiklik III ixtisas qrupuna coğrafiya fənninin əlavə edilməsi yox, eyni zamanda
coğrafiya fənnindən
imtahan verməyə imkan yaradacaq. Bu da sadəcə
adıçəkilən iki
ixtisası seçənlər
üçündür. Təbii ki, bu dəyişiklik
III qrup üçün
müsbət haldır.
Çünki bu iki ixtisasın əlavə edilməsi
plan yerlərinin sayını
artıracaq. Hər il III qrupda
böyük sayda abituriyent ali məktəblərə qəbul
ola bilmirdi. Hətta yüksək balla kəsilənlər də
olurdu. Amma mövcud dəyişiklik
bu qrupda abituriyentlərin şansını
artıracaq".
Ekspert bildirib ki, I qrupda isə
vəziyyət bir az fərqlidir.
Çünki bu fənn üzrə lazımi səviyyədə
hazırlıq materialı
yoxdur: "Bu qrup üzrə imtahan verəcək abituriyentlər
çətin fənn
olduğu üçün
VI-VII sinifdən kimya üzrə hazırlaşırdılar.
Biz uzun illər
kimya üzrə hazırlaşıb gələcəkdə
informasiya texnologiyaları,
informasiya təhlükəsizliyi,
kompüter elmləri,
kompüter mühəndisliyi,
proqramlaşdırma, eyni
zamanda digər logistika ixtisaslarına daxil olmaq istəyənlərin
arzularının üzərindən
xətt çəkə
bilərik. Bu, təhlükəli
ola bilər.
Əslində bu ixtisaslara
qəbul üçün
informatika fənnindən
əlavə imtahan verilməsinin təklif edilməsi doğru yanaşmadır. Amma bura
qədər bir problem
var. Hazırda ölkə
üzrə ən ciddi müəllim çatışmazlığı informatika fənnindəndir.
Baxmayaraq
ki, bu fənn
Azərbaycanda yeganə
fənlərdəndir ki,
Azərbaycan dili, riyaziyyat, xarici dillə yanaşı I sinifdən XI sinfə qədər tədris olunur. Amma informatika fənni üzrə yetərli qədər test bazası yoxdur. Digər tərəfdən informatika praktiki fəndir. Birincisi, mövcud dərsliklərimiz
test tapşırığı hazırlamağa uyğun deyil, ikincisi, informatika fənni qəbul imtahanında istifadə edilə biləcək qədər
keyfiyyətli tədris
edilmir. Hesab edirəm ki,
bu dəyişikliyə
yaxın 2 il ərzində getməməliyik".
Aynurə Pənahqızı
Şərq 2021.- 29 oktyabr.- S.6.