Zəngəzur dəhlizinin
açılması Bakının əsas gündəmidir
Hikmət Hacıyevin
son mesajlarının səbəbləri
var
Son günlər müzakirə
olunan əsas məsələlərdən biri
Ermənistanın silahlandırılmasıdır
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış
tarixi qələbə,
Ermənistan tərəfindən
törədilmiş sülh
və insanlıq əleyhinə cinayətlər,
habelə müharibə
cinayətləri ilə
bağlı həqiqətlərin
dünya ictimaiyyətinə
çatdırılması
Azərbaycan tərəfi ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli
Bəyanatda nəzərdə
tutulan bütün şərtləri birmənalı
şəkildə yerinə
yetirir. Ancaq əfsuslar olsun
ki, kapitulyasiya sənədinə imza atan Ermənistan üzərinə götürdüyü
öhdəliklərə əməl
etməkdən boyun qaçırır. Üçtərəfli sazişdə imzası olan Rusiya da
bəyanatın icrası
üçün İrəvana
hansısa təzyiq göstərmir. Əksinə, mediada Moskvanın ordusu darmadağın edilmiş Ermənistanı
yenidən silahlandırdığı
ilə bağlı informasiyalar tirajlanır.
Sözsüz, indiki vəziyyətdə
Rusiyanın Ermənistanı
hər hansı bir formada silahlandırması
onun işinə yaramayacaq. Azərbaycanın potensialı Ermənistandan
qat-qat yüksəkdir.
Ona görə də Azərbaycan bu məsələnin daha çox sülh yolu ilə həllinin
vacibliyini bildirir.
Sərhədlərində, bölgədə sabitliyin yaranmasına əsas prioritet məsələlərdən biri
kimi yanaşır.
Azərbaycan açıq və
səmimi mövqeyini ortaya qoyur. Son günlər Ermənistan
rəhbərliyinin məsuliyyətsiz
bəyanatları, müharibə
ritorikası isə əslində, onları faciəyə sürükləyir.
Dəfələrlə vurğulandığı kimi Ermənistan Azərbaycana qarşı revanşist addımlarından
əl çəkməsə,
vəziyyəti daha da acınacaqlı olacaq. Bu məsələyə
ötən gün Prezidentin köməkçisi
Hikmət Hacıyev də toxunub.
Administrasiya rəsmisi
bildirib ki, Ermənistan dövlət olaraq qonşuları ilə normal şəkildə
yaşamağı bacarmalıdır:
“Ermənistanın silah-sursata,
mərmiyə ehtiyacı
yoxdur. Bunların Ermənistanın öz-özünü təsəlli
etmək cəhdindən
başqa bir şey olduğunu düşünmürük. Əgər Ermənistanda kimlərsə
revanşla bağlı
düşünəcəksə, bu, onların etdikləri növbəti tarixi xəta olacaq. Azərbaycan öz ərazi
bütövlüyünü təmin edib. Bundan sonra da öz
sərhədlərinin mühafizəsini,
vətəndaşlarının təhlükəsizliyini təmin
etməkdə davam edəcək”.
H.Hacıyev Zəngəzur
dəhlizinin açılması
məsələsindən də
danışıb: “Üçtərəfli
təmaslar davam edir. Dəhlizin açılması məsələsi 10 noyabr
tarixində imzalanan üçtərəfli bəyanatın
tərkib hissəsidir.
Ermənistanın öhdəliyi var. Nəticə etibarı ilə regionumuzda əlaqələrin daha da yaxşılaşdırılması
baxımından hər
kəs üçün
yaxşı fürsət
olacaq. Amma təəssüf ki, bu məsələ
ilə bağlı Ermənistanda qeyri-rasional,
məntiqsiz fikirlər
görürük”.
Prezidentin köməkçisi
30 illik münaqişə
müddətində Ermənistan
tərəfinin nümayişkaranə
şəkildə Azərbaycanın
mədəni və islam irsini
məhv etdiyini söyləyib: “Dəfələrlə
UNESCO-ya müraciət
etdik. Cavabda isə onun siyasi təşkilat olmadığı, Minsk qrupu
rəhbərlərinin məsələ
ilə maraqlandıqları
və UNESCO-nun bu məsələ ilə məşğul olmaq iqtidarında olmadığı
qeyd edildi. Tarixi, mədəni irs elə
bir şeydir ki, binaları yenidən tikmək olar, amma mədəni,
xüsusilə də tarixi irsi bərpa
etmək çox çətin olur. Bu təkcə Azərbaycanın
deyil, dünya mədəniyyətinin tərkib
hissəsidir. Bütün mədəni
irsimizin qiymətləndirilməsi
həyata keçirilməli,
dəymiş ziyan qiymətləndirilərək beynəlxalq
ictimaiyyətə təqdim
olunmalıdır”.
Ermənistanın sərgilədiyi
mövqe və Prezident köməkçisinin
açıqlaması barədə
“Şərq”ə danışan
siyasi şərhçi
Asif Nərimanlı bildirib ki, Hikmət
Hacıyevin mesajları
və xəbərdarlığı
rəsmi Bakının
indiyədək səsləndirdiyi
fikirlərin növbəti
dəfə gündəmə
gətirilməsidir. Analitikə
görə, bu fikirlər Prezident İlham Əliyev tərəfindən də
bir neçə dəfə səsləndirilib:
“Baş verən müəyyən proseslər fonunda Azərbaycan cəmiyyətində müəyyən gözləntilər yaranır. Məsələ ondadır ki, üzərinə vasitəçilik öhdəliyi götürmüş Rusiyanın bəzi addımları rəsmilər və ictimaiyyət tərəfindən heç də xoş qarşılanmır və etiraza səbəb olur. Belə anlarda yaşananlara rəsmi cavab verməyə ehtiyac duyulur. Əlbəttə, hər dəfə dövlət başçısı səviyyəsində Rusiyaya, yaxud Ermənistana xəbərdarlıq edilməsinə lüzum görülmür. Bu mesajlar Prezidenti təmsil edən rəsmi şəxsin dilindən də səslənə bilər. Konkret olaraq Hikmət Hacıyevin məhz indiki məqamda bu cür açıqlamalar verməsinin səbəbləri var. Son günlərin müzakirə olunan əsas məsələlərindən biri Ermənistanın silahlandırılmasıdır. Rusiya Ermənistanı silahlandırdığını açıq şəkildə etiraf edir. Bu məsələ ciddi narahatlıq doğurur. Eyni zamanda Zəngəzur dəhlizinin açılması da Bakının əsas gündəmidir. Zəngəzur dəhlizi üçtərəfli sazişin müddəalarına əsasən gündəmə gətirilir və haqlı olaraq vurğulanır ki, burada Ermənistanın da öhdəlikləri var. Görünən isə odur ki, İrəvan dəhliz məsələsinə yaxın durmur və prosesi yubatmaq üçün müxtəlif təxribatlara əl atır. Rəsmi Bakı Ermənistana növbəti dəfə xəbərdarlıq edir ki, revanşist ritorika ermənilərin faciəli sonunu gətirə bilər”.
A.Nərimanlıya görə, silahlanma heç nəyi həll etmir, çünki ortada erməni ordusu yoxdur:
“İndiki məqamda Azərbaycanın güclü Ordusu erməni silahlılarının qalıqlarını tamamilə yer üzündən silməyə qadirdir. Ermənistanda, elə Rusiyanın özündə Zəngəzur dəhlizi məsələsi prioritet olmaya bilər. Amma qalib Azərbaycan nəyi diktə edirsə, üçtərəfli sazişə imza atan tərəflər, ilk növbədə Ermənistan qeyd-şərtsiz ona əməl etməlidir. 10 noyabr Bəyanatında regional bütün layihələrin açılması xüsusi qeyd olunur. Son proseslər fonunda Azərbaycanın hərbi təlimlərinin sayını artırması, qardaş Türkiyə ilə Laçında birgə təlimlər də diqqət çəkir. Əslində bunun özü də revanş düşüncəsində olanlara mühüm bir mesajdır. Mesaj sadəcə Ermənistana deyil, eyni zamanda onları müharibəyə təhrik edən kənar güclərədir. Əvvəlcədən atacağımız addımlarla bağlı düşməni xəbərdar edirik”.
Pünhan Rəhimov koronavirusdan vəfat etdiSON DƏQİQƏ! Azərbaycan və Türkiyə qırıcıları havaya qalxdı: Zərbələr endirilirPünhan Rəhimov koronavirusdan dünyasını dəyişdi (FOTO)Fuad Əlişovun keçmiş həyat yoldaşının aktyorla SƏMİMİ FOTOSUYeni təyin edilən Gənclər və İdman naziri ailəsi ilə birgə - FOTO - xeberlerMəktəb direktorunu polis nəzarətə götürdü
İsmayıl Qocayev
Şərq.-2021.-8
sentyabr.-S.6.