"İnam"
doğru yolu göstərir
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin
inkişaf etdirilməsi
Əsas məqsəd
milli-mənəvi dəyərləri
topluma düzgün çatdırmaq, gənclərimizi
yad təsirlərdən
qorumaqdır
Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin müzəffər
Ali Baş Komandanı
İlham Əliyevin milli dəyərlərə
həssaslığı dövlət
siyasətində daim özünü göstərir.
Milli dəyərlərə hörmət,
onların qorunması,
bu istiqamətdə atılan məqsədyönlü
addımlar deyilənlərə
sübutdur.
Lakin cənab Prezident çıxışlarında
dəfələrlə həm
də bunu vurğulayıb ki, Azərbaycanın əsas
üstünlüyü çoxmillətli
ölkə olması,
milli dəyərlərlə
yanaşı dini və milli mənsubiyyətindən
asılı olmayaraq bütün xalqların mənəvi dəyərlərinə
hörmətlə yanaşması
və onları mühafizə etməsindədir.
Azərbaycan xalqının gücü,
dövlətimizin qüdrəti
də ilk növbədə
bundadır.
44 günlük
Vətən müharibəsində
də biz bunun şahidi olduq. Ölkənin dörd bir yanından
könüllülər orduya
axın etdi və cəbhə bölgəsinə, ən
qızğın atəş
nöqtələrində xidmət
etməyə hazır
olduqlarını bildirdilər. Danılmaz həqiqətdir ki,
Azərbaycan xalqının
birliyi sarsılmazdır. Lakin bu birliyi həzm
edə bilməyənlərin,
Azərbaycanın regionda
əsas söz sahibi olduğu gercəyini
qəbul etmək istəməyənlərin varlığını
da unutmamalıyıq.
Məhz bu qüvvələr daxildə etnik qarşıdurma, dinlərarası
narazılıq yaratmağa
çalışır.
Təsadüfi deyil ki, cənab
Prezident Fərid Qayıbovu gənclər və idman naziri
təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən gənclərimizin
bundan sonra da yad təsirlərdən
qorunmasının vacib
olduğunu vurğuladı.
Prezident qeyd etdi ki,
gənclərimiz ənənəvi
dəyərlər əsasında
tərbiyə almalıdır. Milli dəyərlər
bizim üçün
əsas prinsipdir. Gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır və buna nail olmaq üçün
tərbiyə işləri
düzgün istiqamətdə
aparılmalıdır.
Sirr deyil ki, bəzi
xarici qüvvələr
ölkə daxilində
qarşıdurma yaratmağa
cəhd edərkən
radikal dini düşüncələri önə
çəkir. Həssas qrupları, eləcə
də gəncləri hədəf alaraq ziyanlı fikirləri onlar vasitəsilə yaymağa çalışırlar.
Dinin həssas mövzu, spesifik sahə olduğunu diqqətə alsaq, bədxahların niyə məhz bu sahəni seçdiyi aydındır.
Bu cür zərərli
meyillərin qarşısını
isə ilk növbədə
dini sahədə maarifləndirməni gücləndirməklə
almaq mümkündür.
“Şərq”ə açıqlamasında
“Space” telekanalaında yayımlanan
“İnam” verilişinin
müəllifi və aparıcısı, şərqşünas
Seyid Camal Əzimbəyli illərdir
ki, məhz bu sahədə fəaliyyət göstərdiklərini
bildirdi:
- “İnam”
verilişi artıq
5-ci ildir ki, efirdədir. Həm də dini mövzulu yeganə canlı efirdir. Bunu tərif və
ya gördüyümüz
işi yüksək qiymətləndirmək məqsədilə
demirəm. Qeyd edim ki, “İnam”
verilişi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi
ilə efirə çıxır. Dini mövzulu
digər proqramlar da var. “Asan Radio”dakı
verilişə də
DQİDK dəstək verir.
İctimai Televiziyada
“Din və Cəmiyyət”,
“Mədəniyyət” kanalında
“Haqqın dərgahı”
proqramları da dini maarifləndirmə istiqamətində çalışırlar.
Əsas məsələ milli-mənəvi
dəyərləri topluma
düzgün çatdırmaq,
gənclərimizi yad təsirlərdən, radikal
dini təfəkkürlü
çağırışçılardan,
təkfirçi düşüncəlilərdən
qorumaq, onlara islamı olduğu kimi təbliğ etməkdir. Bilirsiz, nə qədər
gənc “İnam” verilişinin kollektivi ilə istər yayımdan əvvəl, istərsə də sonra görüşür
və bizə təşəkkür edirlər
ki, sayənizdə islamı anlamağa başladıq, zərərli
düşüncələrdən xilas olduq. Bu, ümumilikdə Azərbaycanda dini maarifləndirmə, dini tolerantlıq sahəsində
aparılan dövlət
siyasətinin nəticəsidir.
“İnam” verilişi
də, bütün digər bu məzmunlu
proqramlar da bu siyasətin bəhrəsidir.
Biz çox şadıq ki, “İnam” verilişi şəhid və qazi ailələri üçün daha bir tribunadır. Bu proqramı onlar özlərinə mənəvi təsəlli hesab edirlər. Bəlkə də izləmisiniz, şəhid anaları, şəhid ailələrinin üzvləri canlı yayıma tez-tez bağlanırlar. Təşəkkür edirlər, proqram ərzində oxunan duaların ruhi rahatlıq verdiyini deyirlər. Proqramı izləyənlər də canlı yayıma qoşularkən ilk növbədə Ali Baş Komandana, qalib ordumuza, şücaətli əsgərlərimizə dua etməyimizi xahiş edir. Bununla izləyicilərimiz daxili rahatlıq tapır, duaların qəbul olunacağına inanırlar. Yayıma qoşulan şəhid ailələri bizi evlərinə dəvət edir. Və ertəsi gün “İnam” kollektivini evinin qapısında görən bir şəhid anasının, şəhid bacısının hansı hisslər keçirdiyini məncə, anlatmağa ehtiyac da yoxdur.
S.C.Əzimbəyli qeyd etdi ki, “İnam” verilişində ilahiyyatçılar, din xadimləri ardıcıl çıxışlar edir. Bu isə dini maarifləndirmə və ölkədəki ümumi dini mənzərənin auditoriyaya çatdırılması baxımından vacibdir:
- Vətəndaşın inandığı, sözünə etibar etdiyi din xadiminin, ilahiyyatçının ölkədəki mövcud dini durum, həm islam, həm də qeyri-islam dinlər barədə məlumat verməsi, dini qaydaları, islamın daşıdığı missiyanı düzgün anlatması vətəndaşların doğru bilgi əldə etməsinə xidmət edir. Bəzi insanların yanlış istiqamətə yönlənməsi məhz islam və ya qeyri-islam dinlər barədə düzgün məlumatlara sahib olmamalarından irəli gəlir. İstər ilahiyyatçı olsun, istərsə də din xadimi Vətənini, dövlətini, bayrağını sevirsə, insanların doğru məlumatlanmasına çalışmalıdır. Doğru yola bunun sayəsində nail olunur. Öz adımdan deyə bilərəm ki, “İnam” verilişi efirə çıxdığı gündən məhz bu missiyanın daşıyıcısıdır. Nə qədər buna nail oluruq, yəqin ki, izləyicilərimiz ən doğrusunu söyləyər.
Məlahət Rzayeva
Şərq 2021.-
9 sentyabr.- S.6.