"Vaqif müəllim evdə, işdə, hər yerdə yanımdadır"

Nüşabə Vəkilova: "Nə qədər ki, Azərbaycan poeziyası var, o yaşayacaq"

"Onun suallarınıza hər kəsdən eşitdiyiniz şablon cavabları olmazdı. Bu səbəbdən də belə insanlar ən çətin məqamlarda da axtarılır, yada salınır"

Olumunölümün şairi, dahi Vaqif Səmədoğlunun vəfatından 6 il ötür. İllər keçsə də, unudulmayan böyük adamın həyat yoluna bir daha boylanmaq istəyirik. 

Vaqif müəllim Azərbaycan ədəbiyyatına 3 böyük şəxsiyyət bağışlayan Vəkilovlar ailəsində, 1939-cu il iyunun 5-də dünyaya göz açıb. Bülbül adına musiqi məktəbində və Üzeyir Hacıbəyov adına  Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Bir müddət “Oğuz eli” qəzetində baş redaktor vəzifəsində çalışıb. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi-hissə müdiri vəzifəsində işləyib. Poeziya, teatrdramaturgiya sahəsinə böyük töhfələr verib. Onun şeirlərinə musiqilər bəstələnib, dillər əzbəri olan mahnılar ərsəyə gəlib. Məsələn, “Uzaq yaşıl ada”, “Bir axşam taksidən” indi də sevilərək dinlənilir. O, yalnız şeirlərində deyil, həm də dram əsərlərində də öz fərqini, möhtəşəmliyini göstərir. Misal kimi qeyd edək ki, “Bəxt üzüyü  filmi dramaturqun eyni adlı pyesinin əsasında çəkilib. Vaqif Səmədoğlu fəlsəfəsinin duyulduğu hər söz, hər  kəlmə yaddaşlarda silinməz izlər qoyub. O,  2015-ci ilin 28 yanvarında əbədiyyətə qovuşub.

"Sherg.az" ömür-gün yoldaşı Nüşabə Vəkilova ilə ustad  şairi yad etdi.

- Vaqif Səmədoğlusuz 6 il necə keçib?

- Dediniz, Vaqif müəllim olmadan, amma o, həmişə  var. Bu illər ərzində  görmüşəmsə, onun varlığını hiss etmişəm. Bəlkə, pafoslu səslənər, lakin həqiqət belədir. O, evdə, işdə, hər yerdə yanımdadır. Daim mənə güc verir, yol göstərir. 

- Hər halda bu gün ziyarətinə getdiniz...

- Əlbəttə...

- Ən çox onun hansı sözü, hansı xüsusiyyəti üçün darıxmısınız?

- Hər insan üçün  həyatdan köçən yaxını əzizdir. Biz adi insandan danışmırıq. Hərdən Vaqif müəllimin adını sosial şəbəkələrdə, hansısa bir qəzetdə görəndə onu yad edənləri tanımasam da sevinirəm. Çünki Vaqif  Səmədoğlu var, unudulmayıb. Həm belə adamlar yaddan çıxmır. O, elə bir iz qoydu ki... Ona görə Vaqif müəllimi bütovlükdə götürək. Çox yaradıcı insan, böyük şair, dramaturq idi. Hər şeydən əvvəl onun hadisələrə, qeyri-adi, fərqli fikirləri, münasibəti vardı. Vaqif müəllimdə suallarınıza hər kəsdən eşitdiyiniz şablon cavablar olmazdı. Bu səbəbdən belə insanlar ən çətin məqamlarda da axtarılır, yada salınır. Onun bütün xüsusiyyətlərini deyərdim, onu bütov bir varlıq kimi görürəm.

- Vaqif müəllimin bir şeiri var, deyir: Şair kimi yox, şeir kimi ölmək istəyirəm. Sizcə, arzusuna çatdımı?

- Məncə, . Çünki indi  gənclər, qiraətçilər Vaqif müəllimə müraciət edirlər. Onun poeziyası da fərqlidir. Ona görə Vaqif Səmədoğlu yaradıcılığı hər zaman xatırlanacaq. qədər ki, Azərbaycan poeziyası var, Vaqif müəllim yaşayacaq. 

- Səhv eləmirəmsə, bir müddət öncəVaqif Səmədoğlu mərkəziyaradıldı...

- Bəli. Həm Azərbaycanda ilk dəfə Vaqif Səmədoğlu adına poeziya teatrı fəaliyyətə başladı. Düzdür, indi üzbəüz görüşə  bilməsək , uşaqlar şeirlərini səsləndirirlər. İnşallah, bu pandemiya Azərbaycanın da, dünyanın da yaxasından qurtarsa, o zaman işlər görəcəyik. 

- Qələm dostlarından sizi kimlər yada salır?

- İlk növbədə Anar müəllimi deyərdim, imkan olanda əlaqə saxlayır. Cavanlardan da axtaranlar çoxdur, var. Bilirsiz, həm pandemiya, həm müharibə dövründən keçdik. Hamının başı qarışdı. İndi yadıma düşənlər, Anar müəllimdi, Rüstəm Kamaldı. Vaxtaşırı ünsiyyətdə oluruq. Hər birinə, bütün insanlara minnətdaram. Kimdənsə umub-küsən deyiləm. Vaqif müəllim belə adam idi.

Nüşabə xanım tələsdiyi üçün sağollaşmalı oluruq. Mən isə sonda sözü verirəm Vaqif Səmədoğlunun özünə:

 

Mühit içində

təpədən dırnağa kimi

ümid içindəyəm.

Dalamır indi məni

illərin

başyuxarı axarı,

ömrün

üzüqoylu axırı.

Bilirəm,

yer üzündə bütün izlər

ömürdən gedir,

dəniz belə gözdən itir.

Bilirəm,

yer üzündə

bir yol da salınmadı

insan gözündən.

Tapılmadı itənlər.

Mənsə gah həyata,

gah ölümə səbəb gəzirəm.

Yaşayıram, dözürəm.

Bir misra da, bir gecə .

Çünki

mühit içində

təpədən dırnağa kimi

ümid içindəyəm.”

 

Samirə Ərəbova

Şərq  2021.- 29 yanvar.- S.12.