Bəxti ilə
barışa bilməyən qadın
Azərbaycan incəsənətinə ağır itki üz verib. Yanvarın 4-ü bəstəkar, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli vəfat edib. Sənətkar infraktdan dünyasını dəyişib. O, Qurd qapısı qəbirstanlığında torpağa tapşırılıb. Qeyd edək ki, Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil alıb. O, 1981-1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində Musiqişünas, Dirijor, Xormeyster, Vokal, Aranjiman, Orkestrovka ixtisasları üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurub. Təhsilini davam etdirmək məqsədi ilə Nailə Mirməmmədli 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində Bəstəkarlıq ixtisasları üzrə təhsil alıb. 1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim,"Bənövşə" xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışıb.
2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru təyin edilib.Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşı idi. Bu qəfil ölüm xəbəri həm Azərbaycan xalqını, həm də incəsənət nümayəndələrini dərindən sarsıb.
“...Sən sevdiklərinə qovuşdun"
"Sherg.az" xəbər
verir ki,
tanınmış sənətçilər, sosial
şəbəkə hesablarında bəstəkarın
ölümündən yazıb. Əməkdar artist
Nailə İslamzadə hüznünü
belə dilə gətirib:
"Dostları itirmək çox
ağırdır. Allah sizə rəhmət
eləsin, Nailə xanım. Biz səni itirdik, amma sən sevdiklərinə
qovuşdun".
“İllərdir gözü
yaşlı qalan qadın...”
Tanınmış aparıcı Zümrüd Bədəlova da mərhumun fotosunu paylaşaraq bu sözləri qeyd edib:
"Söz tapmıram. Ürəyi tab gətirmədi. Məktəb illərimdən mənə incəsənəti sevdirən, ailəsinə, evinə daxil edən qadın. Qonşum, ideal bildiyim insan... Heç kimin ölümü onun qədər təsir göstərmədi. İllərdir gözü yaşlı qalan qadın, yoldaşına, oğluna, ailənə qovuşdun. Ruhun şad olsun, əziz Nailə Mirməmmədli".
“Elə bilirsiz o
xoşbəxt idi?!”
Sevilən
müğənni Zamiq Hüseynov da Nailə xanımın vəfatından
kədərli notlarla danışıb:
"Dünyada baş verən hadisələr öncə yaradıcı insanlara təsir edir. Çünki onlar dünyanı, həyatı, insanları xoşbəxt görmək istəyir. Dinlədiyiniz bütün musiqilər, sözlər, izlədiyiniz filmlər, rəsmlər bütün gözəlliklər sevgidən, xoşbəxtlikdən yaranıb. Dünya xoşbəxt olmadıqca belə insanları itirəcəyik. Yaradıcı adamların gözündən dünyaya baxsanız, həyatın nə qədər gözəl olduğunu görərsiz. İnsanların, heyvanların təbiətin gözəlliyini duyarsız. O zaman bilərsiz ki, Allah nə qədər gözəlliklər bəxş edib bizə. Amma insan oğlu dünyanı məhv edib. Bunu oxuyanda özünü kənarlaşdırma.
Hamımızın payı var.
Allah hər kəsə rəhm eləsin, onun qəzəbinə gəlmişik. Növbəti
sənətkarı vaxtsız itirdik. Elə
bilirsiz o xoşbəxt
idi? Xoşbəxtlikdən ürəyi
partladı?Yox. Nailə xanımı tanıyırdım. Bir gözü
ağlayıb,biri gözü gülürdü ki, insanlar düşünməsin
yıxılıb. Bir həftə öncə
telefonla danışdıq. Səsindən
nə qədər ruh düşkünlüyü
olduğunu hiss etdim. Bu gedişat çox canlar alacaq əlimizdən. Nailə xanım böyük bəstəkar idi".
“Bəxti ilə barışa bilməyən tənha
qadın”
Rəqqasə, aktrisa Oksana Rəsulova da üzgün olduğunu
vurğulayıb:
"Bəstəkar Nailə Mirməmmədli vəfat edib. Bəxti ilə barışa bilməyən tənha qadın. Hüzurunu yalnız bəstələrində tapırdı. Allah rəhmət eləsin".
Samirə Ərəbova
Şərq 2021.- 6 yanvar.- S.13.