Nizaminin əsərləri düşüncələrimizin özəyi olmalıdır”

Bu il dahi Nizami Gəncəvinin dünyaya gəlişinin 880-ci ili tamam olacaq. Bu münasibətlə prezident İlham Əliyev ölkəmizdə 2021-ci ilinNizami Gəncəvi İlielan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Həmçinin şairin həyat yaradıcılığı, bünövrəsini qoyduğu ədəbi məktəb haqqında məlumatlar verilib.

Bildirilib ki, N.Gəncəvinin yubileyləri hər zaman ölkəmizdə diqqət mərkəzində saxlanılıb.

Məlum təşəbbüsü yüksək qiymətləndirən xalq şairi, Əməkdar İncəsənət xadimi Baba Vəziroğlu bunları qeyd edib:

Ölkə başçısı görüb ki, bizdən hərəkət yoxdur. Xüsusi qərarla deyib ki, dəyərimizin, irsimizin qədrini bilin, oxuyub, öyrənin.  Qəribədir ki, yalnız əlamətdar məqamlarda müəyyən məsələlərə diqqət edirik.

Yadımdadır, Nizaminin yubileyi idi. Nizamifilmi çəkildi, orda Müslüm Moqomeyev rol almışdı. Sonra yenə yaddan çıxdı.

Müstəqillik Allahın bir töhfəsidir. Amma bizi çox işlərdən yayındırıb. Müstəqilliyə o qədər  başımız qarışıb ki, müəyyən dəyərləri, mentalitetimizə xas olan ənənələri yadırğamağa başlamışıq.

Məsələn dünyada bir müddət qloballaşma dalğası yayıldı. Sonra bütün millətlər dərk elədi ki, bu tendensiya yaxşı deyil.

Hər kəs öz ölkəsində, torpağında, öz mentaliteti ilə gözəldir. Biz isə qloballaşmaya çox meylliyik, gözümüz onun-bunun dəyərlərindədir. Öz yanımızdakı, ölkəmizdəki sərvəti görmürük.

Nizami kimi dünyan dahisi şəxsiyyətin qədrini bilmirik. Sovet hökümətində, 1941-ci ildə müharibə ərəfəsində Nizaminin yubileyi keçirildi. Özü Sankt- Peterburq şəhərində, yəni o zaman Nizami yaddan çıxmadı.

Amma dünyanın düz vaxtında unutduq. Nizamini yadımıza cənab prezident saldı.

Əslində onun kitabları hər zaman göz önündə saxlanılmalıdır. Əsərləri dərsliklərimizin bəzəyi,  düşüncələrimizin özəyi olmalıdır.  Nizaminin sözləri  həyat prisinpimizə çevrilməlidir. Görünür, Nizami bizə sərf eləmir, bizim üçün dəyərli  fikirləri, kəlamları köhnəlib.

Cənab prezidentə təşəkkür edirəm ki, xalqı milli kökümüzün, sərvətlərimizin, dahilərimizin qədrini bilməyə səsləyir”.

 

Samirə Ərəbova

Şərq  2021.- 7 yanvar.- S.6.