"28 ildə
şəhərdə heç bir iş görülməyib"
Tahir
İmanov: "Babamın Şuşadakı 3 mərtəbəli
evindən ancaq tövlə salamat qalıb"
"Babamın evi demək olar
dağılıb, sağ-sol tərəflərdə
də dağıdılmış evlər idi.
Qonşularımız vardı, evləri yerli-dibli
sökülüb. Heç
bir daşı da
qalmayıb, deyəsən ki, bu daş bu
evindi"
"Şəhəri
elə günə qoyublar ki,
məsəl var, deyirlər, it də yaşamaz, həqiqətən
bir dənə çöl
itinə də rastlamadıq. Amma donuzlar gördüm..."
"İstəyirəm
babamın evi bizim gördüyümüz, içində
yaşadığımız şəkildə bərpa edilsin. Biz demək olar ilin yarısını
Şuşada keçirirdik"
Şuşaya səfərlər getdikcə
artır. İncəsənət xadimləri, musiqiçilər,
28 il Şuşa həsrətinə
sinə gərmiş şuşalılar imkan
daxilində doğma şəhərlərini,
evlərini, ocaqlarını görmək üçün
Şuşaya yol
alırlar. Bir müddət
əvvəl sənətçilərdən bəzisi Şuşada olub,
Yuxarı Gövhər Ağa məscidini
ziyarət edib, Şuşada
çəkilən fotolarını sosial
şəbəkədə paylaşıblar. Şuşaya
ayaq basanların demək olar
hamısı eyni hissləri yaşayır
və “İlahi, mən Şuşadayam!”, nidası qopur
ürəklərdən.
Ötən ilin dekabrında isə Şuşada hərbi qulluqçular üçün ilk konsert təşkil olundu. Bu barədə kifayət qədər məlumat paylaşıldı, konsertdən götüntülər sosial şəbəkələrdə yayımlandı. Lakin konsertin aparıcısı, Azərbaycanın Əməkdar artisti, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanovla söhbət etməyə imkan tapmamışdıq. Onun da instaqram paylaşımları vardı. Babası, Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Süleyman Ələsgərovun evinin görüntüləndiyi videonu sevinc və qürur hissi qarışıq, həm də kədərli notlarla paylaşmışdı. Və bu sözləri yazmışdı:
“Əziz dostlar. Mən Azərbaycanın
ayrılmaz hissəsi olan Şuşadayam.
Şuşam, anam, atam, nənəm... mən gəlmişəm.
Canım Şuşam, yaşa
Şuşam, yaşa
Qarabağım”.
Nəhayət Tahir İmanovla həmsöhbət ola
bildik.
- Tahir müəllim, Cıdır
düzündə təşkil olunan ilk konsertin
aparıcısı olmaq sizə təklif edildi, yoxsa öz təşəbbüsünüz
idi?
- Belə deyim,
həm təklif edildi, həm də öz təşəbbüsüm oldu. İkisi
üst-üstə düşdü.
Artıq bilirsiniz ki, konsert Azərbaycan Respublikası Dövlət
Təhülkəsizlik Xidmətinin Mədəniyyət Mərkəzi
tərəfindən təşkil edilmişdi.
Bu, 28 ildən sonra Şuşada – məşhur Cıdır
düzündə keçirilən ilk konsert idi. Bizim dəyərli sənətkarlarımız
– Tünzalə xanım, Abbas
Bağırov, Təyyar Bayramov, Mirələm
Mirələmov, Cavid, Ənvər
Sadıqov, Almaz xanım Orucova,
Azad Şabanov...
çıxış etdilər. Şuşadakı ilk konsertin aparıcılığını
etmək məhz mənə nəsib oldu. Çox xoşbəxtəm... Sanki uşaqlığıma qayıtdım...
Babalı-nənəli günlərimə... Bunlar
sözlə deyiləsi deyil. Ən əsası
isə bilirsiz nədi? Əsas odur ki, mən bu günə inanırdım. Bəziləri
getdikcə inamını itirirdi. Cənab Prezident də çıxışında deyirdi ki, elə insanlar vardı, inanmırdılar, biz Şuşaya
qayıdacağıq, amma qayıtdıq! Amma biz bir
gün də inamı itirməmişdik.
Əsas məsələ inamdı, imandı.
- Babanızın
evini necə gördünüz?
- Ona ev demək olmaz... Hər yeri dağıdıblar. 3 mərtəbəli evdən tövlə salamat qalıb, dayımın qarajı...
- Tahir müəllim, 28 ildə, xüsusən də son illərdə Qarabağdan müxtəlif videolar paylaşılırdı, Şuşanın görüntüləri vardı, elə bilirdik ki, Şuşada yaşayış var, Şuşa daha az dağıntılara məruz qalıb, yəni başqa şəhərlərlə, kəndlərlə müqayisədə. Mənfur düşmənimiz Şuşanı “özününkü” sayırdı, belə təsəvvür etmək olardı ki, şəhər dağılmamalıdı. Amma indi görürük ki, dəhşətdir, Şuşanı da bərbad günə qoyublar.
- Onlar haqqında “barbar”, “vəhşi” sözü
indi çox işlənir.
Doğru da deyilir. Təsəvvür etmək
bəlkə çətindir ki,
Şuşadakı o nəhəng mədəniyyətdən
əsər-əlamət qalmayıb. İnsan
həqiqətən, bu münasibətə
“vəhşilik”dən başqa söz tapa bilmir.
Şuşa işğala
qədər necə olmuşdusa, 28 il ərzində orda heç bir iş görülməyib.
Dağılan dağılıb, bir neçə ev var ki, salamat qalıb, harda ki, az-çox yaşayışıblar. Yəni, bu 28 il ərzində evlərə əl gəzdirmək olardı da. Heç işıq dirəklərini də dəyişməyiblər. Bu şəhərə belə yad münasibət göstərilibsə, nə haqları var “bizimdir” deyirlər?!. İnsan özünkü olana belə düşmən münasibət bəsləməz, belə nifrət etməz. Baxın, harda Azərbaycanın adı var, orda abadlıqdır, ora abad edilir, gözəlləşir.
Mən fikirləşirəm, bunlar
biliblər ki, ordan gedəcəklər.
Bəlkə də
gen deyir bunu. Şüuraltı diktə edir
insana belə məsələləri. Məsələn, biz, niyə yaponların suşisinə meyilli deyilik? Çünki dədə-babamız ət, kabab yeyib. Yaponun yeməyi bizə
yaddır. Ermənilər
də yəqin şüuraltı hiss edirlərmiş
ki, Qarabağ, Şuşa onların
deyil, onlar burda müvəqqətidirlər,
ona görə də tikməyə, yenilənməyə, abadlıq
işləri aparmağa
həvəs göstərməyiblər.
Heç nə bərpa etməmələri,
tikməməkləri bir
yana, olanları
da dağıdıblar.
Şuşadakı o böyük, nəhəng
infrastrukturdan heç
nə qalmayıb.
- Gəzə bildiniz Şuşanı, başqa hara getdiniz?
- Hara getməyə icazə vardı, ora getdik. Qaydalara əməl etdik.
Çünki təhlükə
ola bilər.
Babamın evi Çöl
qala məhləsindədi.
Babamın evi demək
olar dağılıb,
sağ-sol tərəflərdə
də dağıdılmış
evlər idi. Qonşularımız vardı, evləri
yerli-dibli sökülüb.
Heç
bir daşı da qalmayıb, deyəsən ki, bu daş bu
evindi. Öz məhləmizdən Bülbülün evinə
kimi piyada getdim, sonra da
Üzeyir bəyin ocağına tərəf
getdim. Şəhəri elə günə
qoyublar ki, məsəl var, deyirlər, it də yaşamaz, həqiqətən
bir dənə çöl itinə də rastlamadıq. Amma donuzlar gördüm...
- Məzarlığa
getmək istəyirdiniz?
Gedə bildiniz?
- Yox, ora da
icazə verilmədi. Uzaqdan gördüm ki, bəzi qəbirlər salamatdı.
- Tahir müəllim, söz yox ki, Şuşa abadlaşacaq,
yenidən qurulacaq. Şübhəsiz, mərhum
Süleyman Ələsgərovun
ocağı da bərpa ediləcək...
- Mən buna zərrə
qədər də şühbə etmirəm
və əminəm ki, belə də
olacaq.
- Demək istəyirəm ki, siz babanızın evinin bərpasında iştirak etmək istərdiniz?
- Əlbəttə. O ev necə olub, biz bilirik. Mən heç bir yenilik istəmirəm.
İstəyirəm babamın evi
bizim gördüyümüz,
içində yaşadığımız
şəkildə bərpa
edilsin. Biz demək olar ilin yarısını Şuşada keçirirdik.
Bu ənənəni elə də davam etdirmək istəyirəm. Süleyman müəllim,
heç vaxt xarici ölkələrdəki
kurortlara getməyib.
Heç
Bakı bağlarında
da dincəlməyib.
Hərçənd buna onun imkanları vardı.
O vaxt bəstəkarlara,
xalq yazıçılarına,
şairlərə bağ
sahələri verilirmiş,
babama da Bakı kəndlərindən
birində 9 sot torpaq veriblər, amma o, dövlətə qaytarıb
ki, istəmirəm, mənim bağım var. Kiminki yoxdu, ona verin.
- Şuşa kimi
bağı olan başqa bağı neyləyir...
- Özü də həmişə dostlarına,
yoldaşlarına deyərdi
ki, niyə istirahət etmək üçün xaricə,
başqa yerlərə
gedirsiniz? Deyirdi, burda yaşamaq
lazımdı. Gəlin öz
ocağınızı yandırın,
öz ocağınıza
sahib çıxın. Harda ocaq yanacaqsa, ora Vətəndi, ora doğma torpaqdı. Torpağın qədrini bilmək
lazımdı.
- Tahir müəllim, işğaldan
azad edilmiş ərazilərdə aparılacaq
abadlıq, tikinti işləri ilə bağlı çox adam sizin
kimi düşünür
ki, həmin yerlər əvvəlki görkəmdə bərpa
edilsin. Doğma yurdlarına qayıdanlar gözlərinin alışdığı,
28 il əvvəl
qoyub çıxdıqları
yerləri olduğu kimi görsünlər...
- Belə də olar. Müəyyən tarixi yerlər,
yaddaqalan tikililəri əvvəlki görkəmində
bərpa etmək olar, amma müasir
elementlər də olmalıdır. Bütün ərazilərimiz
ən gözəl şəkildə bərpa
ediləcək. Mən buna
əminəm. Allaha şükür
edirəm ki, Azərbaycan kimi dövlətdə dünyaya
gəlmişəm. İlham Əliyev
kimi Prezidentimiz var.
Güclü lideri olan xalq
qələbəyə layiqdir,
gözəl, firavan yaşayışa da haqqı var.
Məlahət Rzayeva
Şərq 2021.- 8 yanvar.- S.8.