“...Mən şəhid olmalı idim

 

Narkozun təsiri altındaQarabağ Azərbaycandır!” söyləyən, işğal altındakı rayonlarımızı sadalayanlar da var idi

Bir dəfə bir əsgərə yemək yedirəndə mənə baxdı gülümsəyərək dedi ki, müharibədən sonra ilk yeməyi sizin əlinizdən yeyirəm

Şəmistan Əlizamanlının ifasındakı ümidmahnısı son günlər qulağımdan getmir. Bilirsiniz niyə? Çünki hərbi həkimlərimiz İkinci Qarabağ müharibəsi dövründə elə əsgər zabitlərimiz tək böyük şücaət göstərdilər. Canlarını, həyatlarını təhlükəyə atdılar. Mahnıda deyildiyi kimi, gözləri kədərlə dolmaması üçün əllərilə hərbçilərimizin qəlblərinə şəfa verdilər. Sevindiricidir ki, həmin ümid”lərin çoxu könüllülər idi. Hətta aralarında tələbələr var idi. BDU-nun Biologiya fakültəsinin üçüncü kurs tələbəsi Fəridə Rəhimli məhz belələrindəndir. O, 44 günlük Vətən müharibəsində adını tarixə yazdı, onlarca hərbçimizin şəhid yox, qazi olmasına kömək etdi. Deməli, qədər etsək , bu tələbə-həkimin borcu ödənməz.

“Sherg.az” olaraq onu ictimaiyyətimizə daha yaxından tanıtmaq məqsədilə özü ilə söhbətləşdik. Tələbə-həkim təşəbbüsün necə yarandığını açıqladı: 

“Biz hərbi hospitalın yanında qalırıq. Müharibə dövründə, demək olar, bütün gün təcili tibbi yardımın səsini eşidir narahatlıq keçirirdim. Əsgər qardaşlarımıza necə kömək edə biləcəyim barədə düşünürdüm. Nəhayət, belə bir qərar verdim fikrimi valideynlərimlə bölüşdüm. Sağ olsunlar ki, hörmətlə yanaşdılar, məni dəstəklədilər. Beləliklə, hərbi hospitala müraciət etdim. Təsəvvür edin, məni içəri buraxmırdılar. Deyirdilər ki, tibbi personalımız kifayət qədərdir. Amma çox yalvardım.

Nəhayət, xahişlərimi nəzərə aldılar məni Səlahəddin həkimin müdiri olduğu oftolmologiya şöbəsinə istiqamətləndirdilər. Beləlikə, könüllü fəaliyyətə başladım. Yaralı əsgərlərin sarğılarına dəyişir, onlara dərman, yemək verirdim. Yəni əlimdən gəldiyi qədər kömək olmağa çalışırdım. Bu dövrdə çox şey gördüm, çətin həyəcanlı anlar yaşadım. həm həkimliyin necə şərəfli, məsuliyyətli olduğunu anladım. Həkim olmaq mənim uşaqlı arzum idi, lakin alınmadı. Bununla belə  müvəqqəti olsa da, doktorluq etdim, hərbçi qardaşlarımı sağaltdım. Buna görə göydə Allaha, yerdə valideynlərimə minnətdaram”.

F.Rəhimli, həmçinin xatirələrindən danışıb:

Əsgərlərin çoxu özünə qapanmışdı. Mən həm onlarla danışır, söhbətləşirdim. Bir neçəsi məni görən kimi ağlayıb deyirdi ki, mən şəhid olmalı idim. Hələ narkozun təsiri altındaQarabağ Azərbaycandır!” söyləyən, işğal altındakı rayonlarımızı sadalayanlar da var idi. Bacardığım qədər onlara qulluq edirdim. Bir dəfə bir əsgərə yemək yedirəndə mənə baxdı gülümsəyərək dedi ki, müharibədən sonra ilk yeməyi sizin əlinizdən yeyirəm. Hər iki gözündən yaralanan hərbi qulluqçununMən sizi görməsəm , gəlişinizi hiss edir, qolbaqlarınızın səsindən tanıyıramsözləri heç vaxt yadımdan çıxmaz.

Əsgərlər mənəqanadsız mələkdeyirdilər. Amma əsl mələk onlar özləridir. Sağ olsunlar ki, şəxsən mənə bütün millətimizə qələbə sevincini bəxş etdilər. Mənim etdiklərim onların xidmətləri qarşısında çox cüzidir”.

 

Kənan Novruzov

Şərq  2021.- yanvar.- S.12.