Həssas qruplardan olan uşaqlara xüsusi diqqət lazımdır

 

Əsas məsələ bu cür uşaqların ya ailəyə qayıdışının, bu mümkün deyilsə, cəmiyyətə inteqrasiyasının düzgün təşkil edilməsidir

 

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

 

 

   Bakıda dünən “MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər” mövzusunda onlayn formatda beynəlxalq konfrans keçirilib. Konfransda çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan dövlətinin sosialyönümlü siyasətini konkret rəqəmlərlə şərh edib. Nazir bildirib ki, son dörd ildə Azərbaycanda ölkə əhalisinin 40 faizindən çoxunu əhatə edən üç əsas sosial islahat paketi həyata keçirilibbu paketlər üçün ayrılan əlavə illik vəsait ümumilikdə 6 milyard manatya 3,5 milyard ABŞ dolları təşkil edib. Əmək haqqı, sosial müavinətlər, təqaüd artımları ilə 176 minə yaxın ailə üzvü olan 40 min ailəyə ünvanlı dövlət sosial yardımı göstərildiyini açıqlayıb. Sosial paketlərdən danışarkən əlbəttə ki, həssas əhali qrupları üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin fəaliyyəti də vurğulanmalıdır.

 

Müəssisə ötən ildən xidmət göstərir. Sığınacağa yerləşdirilənlər arasında uşaqlar da var. Bunlar əsasən, valideynləri tərəfindən baxımsız vəziyyətdə saxlanılan, yaxud da nəzarətsiz qalaraq həyatları təhlükə altında olan uşaqlardır.  İndiyədək bir neçə belə uşaq müəssisəyə yerləşdirilib. Yanvar ayında Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə qalmış 5 uşaq sığınacağa yerləşdirildi. Bildirildi ki, burada uşaqlar xüsusi şöbənin peşəkar mütəxəssislərinin iştirakı ilə reabilitasiya prosesinə cəlb olunacaqlar. Prosesin davamında uşaqların reabilitasiyasının nəticəsinə uyğun olaraq onların rifahı üçün aidiyyəti tədbirlər görülməsi barədə qərar qəbul ediləcək. Eyni zamanda sağlamlıq imkanları məhdud 110 uşaq hazırda səyyar formada (evlərində) reabilitasiya xidmətləri ilə təmin olunur. Onlar daun sindromlu, uşaq serebral iflici, eşitmə məhdudiyyətli, hidrosefaliya, mikrosefaliya, sağsol yuxarı ətrafların inkişaf geriliyi olan 6 yaşadək uşaqlardır. Agentliyin psixoloq, pedaqoq, sosial işçi və loqopedlərdən ibarət mütəxəssis qrupları həmin uşaqların ünvanlarına gedərək, onları kompleks sosial-psixolojisosial-pedaqoji reabilitasiya xidmətləri ilə təmin edir. Qeyd olunan uşaqlarda davranış pozuntuları, diqqət çatışmazlığı, hiperaktivlik, adaptasiya problemis. kimi halların reabilitasiyası üçün işlər aparılır. Bu məqsədlə müxtəlif proqramterapiyalardan, pedaqoji texnikapediatrik reabilitasiya üsullarından istifadə olunur. Valideynlər üçün maarifləndirici təlim və seminarlar, dəstək qrupları da təşkil edilir. Sağlamlıq imkanları məhdud 16 uşağın səyyar sosial reabilitasiyası kursu isə artıq uğurla başa çatıb.

 

 Müəssisə yaxın zamanda fəaliyyətini daha da genişləndirəcək. Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin bu il Füzuli rayonunda filialı yaradılması gözlənilir. Nazirlikdən verilən məlumata görə, Agentliyin hazırda paytaxtda fəaliyyət göstərən Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqlara stasionar şəraitdə zəruri sosial xidmətlər göstərilir. Xüsusilə də həmin insanların normal həyat tərzinə qayıdışı, sosial adaptasiyası və reabilitasiyası işləri aparılır. Burada hazırda 10-u oğlan, 15-i qız olmaqla 25 uşaq həmin xidmətlərdən yararlanır. Müəssisədə ötən il 68 uşağa sosial xidmətlər göstərilib. Müəssisənin Füzuli rayonunda yaradılacaq filialına qəbul olunacaq uşaqlarla, həmçinin onların ailələri ilə xüsusi tərtib edilmiş fərdi qayğı planı əsasında aparılacaq.  Sosial işçilər, psixoloq, tibb işçisi, pedaqoq və tərbiyəçilər, dərnək rəhbərləri, musiqiidman mütəxəssisləri müəssisədə qeyd olunan kateqoriyadan olan uşaqlara reabilitasiya yönümlü zəruri sosial xidmətlərin göstərilməsini təmin edəcək. Bütün bunlar, dövlət tərəfindən uşaqlara göstərilən qayğının sübutudur.

 

 

“Təmiz Dünyaİctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında Azərbaycan dövlətinin uşaqların sağlam inkişafı üçün lazımi tədbirlərin həyata keçirilməsi məqsədilə sosial layihələrin icrasını daim davam etdirdiyini vurğuladı:

- Sosial layihələr yaşından, sosial təbəqəsindən asılı olmayaraq bütün uşaqları əhatə edir.

 

Təbii ki, həssas qruplardan olan uşaqlara xüsusi diqqət lazımdır və onlarla özəl proqram əsasında aparılmalıdır. Belə uşaqlar Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilir. Baxımsız, nəzarətsiz qalan, istismar edilən uşaqlar barədə məlumat alındıqda hüquq-mühafizə orqanları ilə birgə aparılır. Bu cür uşaqlar hüquq-mühafizə orqanları tərəfindən sığınacağa təhvil verilir. Müəssisədə uşaqlar təhsilə cəlb edilir, internat məktəblərə yerləşdirilir. Sağlamlıqlarının qayğısına qalınır, qida ilə, geyimlə təmin olunurlar. Onlarla müxtəlif oyunlar keçirilir, istirahətləri təşkil edilir. Bütün sığınacaqlarda vəziyyət belədir. Əsas məsələ bu cür uşaqların ya ailəyə qayıdışının, bu mümkün  deyilsə, cəmiyyətə inteqrasiyasının düzgün təşkil edilməsidir.

 

Bunun üçünsosial reabilitasiyaxüsusi inteqrasiya proqramları işlənib hazırlanmalı və tətbiq edilməlidir. İnteqrasiya proqramları azdır, zəifdir, amma bununla belə yenə də uşaqlarla müəyyən aparılır. Xüsusilə uşaqların təhsildən yayınmamasına çalışmaq lazımdır. Ailələrlə bağlı da araşdırma aparılmalıdır.

 

Çünki bəzən ailənin sosial problemlərinin olduğu aydınlaşır. Belə vəziyyətdə ailə başçılarının işlə təmini mümkün olarsa, uşaqların ailəyə qayıdışı da asanlaşar. Əlbəttə ki, yenə də həssas qruplardan olan uşaqlar nəzarət altında olmalıdır. Ailəyə qayıdıblarsa belə, onlara nəzarət azalmamalıdır.

 

Ailənin iqtisadi dayanıqlığı, sosial durumu, məişət zorakılığının olub-olmaması öyrənilməlidir, çünki qeyri-normal şərtlər daxilində ən çox əziyyət çəkən məhz uşaqlar olur. Hesab edirəm ki, həssas qruplara yönəlik daha geniş sosial proqramlar icra olunmalıdır.

 

 

Məlahət Rzayeva

 

Şərq .- 2022.- 24 fevral.- S.6.