20 Yanvar milli iradəmizin zəfər günüdür

 

Qəhrəmanlıq salnaməsi ilə tanış olanlar əlbəttə vətənpərvər ruhda böyüyəcəklər

 

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi vətənpərvərlik hisslərinin tərbiyəsi

 

 

Gənc nəslin milli şüurunun inkişafında, vətənpərvərlik hisslərinin, azadlıq ideyasının təbliğində 20 Yanvar faciəsinin müstəsna rolu var. 1990-cı ilin 20 yanvarı xalqımızın azadlıq, müstəqillik mübarizəsinin zirvəsi olmaqla yanaşı, həm yetişməkdə olan gənc nəslin milli-mənlik şüurunun formalaşmasında, gənclərin vətənpərvər ruhda böyüməsinə bir mayak kimi işıq saldı. Milyonlarla gənc bu işığa doğru istiqamət alıb gələcəyini müəyyənləşdirdi. 20 Yanvar faciəsinin 31-ci ildönümündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Facebook" səhifəsində paylaşım edərək bu sözləri yazmışdı: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar". Həqiqətən 20 Yanvar milli iradəmizin zəfər günüdür. 2020-ci ildə Ali Baş Komandanınİrəliəmri ilə düşmən üzərinə atılan xalqımıza şanlı qələbə sevincini yaşadan əsgərlərimiz məhz həmin qanlı, lakin fəxarət duyduğumuz o günün yetirmələridir. 20 Yanvar faciəsinin növbəti ildönümü  ilə bağlı Prezident İlham Əliyevin rəsmi saytında qeyd edilir ki, 1990-cı il yanvarın 20-də ölkəmizə ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə meydanlarına axışaraq buna qəti etirazını bildirən xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməyən faciəyə gətirib çıxardı. Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Sovet imperiyasının hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazıldı. Böyük itkilər, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə qovuşmağa can atan Azərbaycan xalqının həm mübarizliyini, əyilməzliyini məğrurluğunu nümayiş etdirdi.

Qanlı 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə faciə günü yox, həm şərəf səhifəsidir. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa qarşı sinəsini sipər etməyi, özünün mənliyini mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpası uğrunda savaşmaq əzminə sahibdir. Bunu qeyd etməliyik ki, 20 Yanvar faciəsinə ümummilli lider Heydər Əliyevin təşəbbüsü rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Soveti tərəfindən ilk dəfə siyasi-hüquqi qiymət verildi. Sovet hakimiyyətinin süqutundan Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra bir müddət başları hakimiyyət uğrunda mübarizəyə qarışan Azərbaycan rəhbərləri xalqımıza qarşı törədilən bu ağır cinayətin səbəblərinin araşdırılması cinayətkarların müəyyənləşdirilməsi istiqamətində məqsədyönlü aparmadılar. Yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələri dövlət səviyyəsində siyasi-hüquqi qiymətini aldı. Beləliklə, 20 Yanvar faciəsi tarixi yaddaşımızda təkcə kədərli hadisə, hüzn günü kimi qalmadı, onun xalqımızın taleyindəki tarixindəki yeri məna mahiyyət baxımından daha mötəbərdir.

 

 

20 Yanvar Azərbaycan xalqının tarixinə həm fədakarlıq qəhrəmanlıq zirvəsi kimi daxil oldu. Xalqımız XX yüzilliyin sonunda əvəzedilməz qurbanlar verdi, amma əsrlərlə iftixar ediləcək, qürur duyulacaq müstəsna iradə cəsurluq, milli ruhun sarsılmazlığı ilə müşayiət olunan bir tarix qazandı. Bütün dünyaya sübut etdi ki, biz bir millət olaraq haqq-ədaləti bərqərar etməyə öz ləyaqətimizi qorumağa qadirik. Odur ki, Qanlı Yanvar Azərbaycan xalqı üçün faciə olmaqdan daha çox ləyaqətini qorumaq baxımından ən uca zirvə, bu yolda hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli səhifədir. Tariximizin bu səhifəsi imperiya güllələrinin səsindən açılsa da, şəhidlərimizin qanı ilə yazıldı. Həm əbədi yazıldı. Azərbaycan bu mübariz oğul qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin xatirəsini hər zaman uca tutur.

 

Azərbaycan Prezidenti yanında Dövlətçilik İdarəetmə Akademiyasının professoru Həvva MəmmədovaŞərq”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan gəncliyinin milli-vətənpərvərlik hisslərinin tərbiyəsində 20 Yanvar faciəsinin əhəmiyyəti danılmazdır:

 

- 20 Yanvar, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından  keçərək şəhidlik zirvəsinə ucalanlara rəhmət diləyirəm. 20 Yanvar faciəli tarix olsa da, Azərbaycan tarixinin həm də şanlı səhifəsidir. Statistikaya baxsaq görərik ki, 20 Yanvarda sovet imperiyasının ağır texnikasının önünə çıxan, sinəsini güllələrə sipər edənlərin böyük əksəriyyəti gənclər olub. Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin baş daşlarındakı fotolara baxanda da bunu görürük. Şəhidlərimizin  demək olar böyük əksəriyyəti gənclərdir. Bu o deməkdir ki, Azərbaycan xalqı 70 il sovet imperiyasının əsarətində qalsa da, xalqımızın azadlıq eşqi ölməmişdi. Xalqımız azadlıq, müstəqillik ideyalarına sadiq idi. Bilirsiniz ki, 20 Yanvar faciəsinə aparan yol həm də Qarabağdan keçirdi. Mənfur qonşularımız ərazi iddialarına başlamışdı, Qarabağda faciəli hadisələr baş verirdi. Məhz xalqımızın sarsılmaz əzmi, Qarabağı heç vaxt güzəştə getməyəcəyini əminliklə bildirməsi sovet imperiyasının silahları işə salmasına səbəb oldu. Lakin bu da xalqımızın iradəsini qıra bilmədi. Xalqımız və vurquladığım kimi gənclərimiz əliyalın zirehli texnikanın qarşısına çıxdı. 20 Yanvar şəhidlərindən örnək alan, onların şəhidlik məktəbini davam etdirən gənclər də 28 il sonra torpaqlarımızı işğaldan azad etdilər. Bu nəyin sayəsində oldu? Təbii ki, Ali Baş Komandannın qətiyyəti, 30 il ərzində uşaqlarımıza, gənclərə aşılanan milli-vətənpərvərlik ruhu sayəsində. Nəinki 20 Yanvar faciəsinin ildönümlərində, adi vaxtlarda da uşaqlar, məktəblilər Şəhidlər Xiyabanını ziyarət edirlər. Bu qəhrəmanlıq salnaməsi ilə tanış olanlar əlbəttə vətənpərvər ruhda böyüyəcəkdi. Və biz bu gəncləri 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində cəbhədə, ön sıralarda gördük.  Minlərlə gəncimiz canını Vətən torpaqlarının işğaldan azad edilməsi üçün əsirgəmədi, şəhid oldular, qazi oldular. Bu, hər birimiz üçün fəxrdir, qürurdur.

 

 

Məlahət Rzayeva

 

Şərq .-  2022.- 20 yanvar.- S.6.