Uşaqları çox sevirdi
Milli Azadlıq Hərəkatının
lideri, mərhum prezident
Əbülfəz Elçibəyin ölümündən 23 il ötdü. Avqustun 22-i Bəyin
cismən bu dünyadan
ayrılıb əbədiyyətə qovuşduğu
gün idi.
Onu anmaq
istədik. Tariximizdəki rolunu,
azadlığımızdakı əməyini, bizə
aşıladıqlarını, gələcək nəsilə
miras qoyduğu türkçülük sevdasını hər
birimiz bilirik,
danmırıq.
Bəs, Bəy gündəlik həyatında
necə insan idi? Millətin
taleyi üçün
vuruşmaqdan başqa
nələr edərdi? Məsələn, hansı musiqiləri
sevirdi?
Bütün bu suallar ətrafında onun ən yaxınları ilə həmsöhbət
olduq.
Bəyin
qızı Çilənay xanımın ömür-gün
yoldaşı Aqil Səmədbəyli “Sherg.az”a söylədi
ki, o, ailədə də sadə, təvazökar bir insan idi:
“Çox mehriban,
təvazökar, hər yerdə necə idisə, evdə də
elə idi. Ancaq milli məsələlərlə
bağlı mövzularda kimsə xoşuna gəlməyən nəsə deyəndə,
milləti qınayanda qaşları çatılırdı.
Hər kəs də onun xasiyyətini bilirdi. Əbülfəz bəyin qaşı
çatıldısa, deməli onun xoşuna gəlməyən söhbət idi.
Eləcə də ailədə onun hər
mimikasının nəyi ifadə etdiyini
yaxşı bilirdilər. Kələki balaca
kənddir, hamı bir-birinə qohum idi. O Kələkidə qaldığı
dövrdə istər müxbirlər, istərsə də digər
dostlarla onu ziyarət etmişik. İlk dəfə
onu görənlər Əbülfəz bəyin
sadəliyinə heyrət edirdilər.
Milli Azadlıq Hərəkatının
lideri, Prezident olmuş, dünyada bu qədər tanınan insan
necə belə sadə ola bilərdi? Təəssüflər
olsun ki, vaxtında
xalqımızın bir hissəsi o sadəliyi doğru dəyərləndirə
bilmədi. Əbülfəz Elçibəyin sadəliyinin
böyüklükdən qaynaqlandığını anlaya bilməyən bir kəsim
oldu. O da bizim hamımıza zərər verdi. Ailədə bəzi hallarda Bəyin bir
mimikası bəs edirdi ki,
hər kəs farağat vəziyyətinə
keçsin. Əbülfəz bəy
haqqında danışmaq həm asandır, həm də çətin
və məsuliyyətlidir. Çünki onu heç bir kəlmə, söz,
cümlə, yazı tam ifadə edə
bilməz. Atalar boşuna
deməyib ki, yüz dəfə
eşitməkdən bir dəfə
görmək yaxşıdır. Bir xatirəmi
bölüşüm. Onda Bəy Kələkidə
idi. Türkiyədə Ağcabədidən
olan bir tələbə
var idi. Biz bir otaqda
qalırdıq. Çox suallar
verirdi, mən də
cavablandırırdım. Hiss edirdim ki, cavablar onu tam qane
etmir. Dedim ki, səni Kələkiyə
aparacağam, ürəyin nə istəyir
soruşarsan, cavabları da
Bəyin özündən alarsan. Onunla bərabər getdik,
O vaxt Bəyin qardaşı oğlu Ədalət onun
köməkçisi idi, biz
də ona “Cocu” deyirdik. Bəy də belə
çağırırdı onu. Bəyin
otağına girdik.
Dedim ki,
Bəy, bu mənim dostumdur,
tələbədir. Onun sualları var. Elçibəy 5 dəqiqədə bir mühit yaratdı, dostum özünü tam rahat hiss
etdi. Dedi ki, ürəyin hansı sahədən istəyir
soruş. Dostum sual verir, Bəy
cavablandırır. Mən də ləzzətlə dinləyirəm.
Söhbət bitdi, biz çıxanda Cocu
dedi ki, xəbəriniz
var, neçə saatdır içəridəsiniz?
Söhbət mənə o qədər şirin gəlib ki, deyirəm,
yəqin yarım saatdır. Cocu dedi ki, 4 saat
yarımdır ki, içəridəsiz.
Deməli, bu müddət ərzində dostum
sualları verib, Bəy də əhatəli
və dəqiq danışıb. Onda dostum dedi ki, “Aqil,
qolumdan tut”. Dedim, nə olub? Qayıtdı
ki: “Aqil, uçacağam”. Dedi ki, bu adam peyğəmbərdir.
O belə adam
idi. Bir dəfə görüşmək
kifayət edirdi ki, onun fanatiki
olasan. O qədər
dərin
, səmimi insana
nüfuz edən şəxsiyyət idi. Həqiq mənada Tanırının
millətimizə göndərdiyi
bir elçi idi. Allah yarımçıq qalan arzularının həyata keçməsini
bizə nəsib etsin”.
Elçibəyin köməkçisi Oqtay Qasımov da böyük şəxsiyyətdən danışır:
“Təbii ki, Əbülfəz Elçibəy
20-ci əsr Azərbaycan
tarixinin yetişdirdiyi
ən görkəmli şəxsiyyətlərdən biridir. Dövlət, siyasət adamı
idi. Milli Azadlıq Hərəkatının
lideri kimi Azərbaycan tarixində olduqca önəmli rol oynamış bir şəxsdir. Hər bir liderin həm də şəxsi həyatı olur. Əbülfəz bəy də
öz həyatını
kifayət qədər
sadə və təvazökar yaşayırdı,
insanlara qarşı diqqətcil idi. Həm də uşaqlara böyük sevgisi var idi. Hər zaman getdiyi yerdə,
küçədə, yaxud
da hansıa bir məclisdə uşaqları görəndə
onlara qayğı ilə yanaşar, bir neçə dəqiqə də olsa, hal-əhval tutub, söhbətləşərdi.
Kasıblara qarşı çox
diqqətli idi. Dörd il
yarım Kələkidə
olduğumuz müddətdə
o imkanı qədər
kəndin ən kasıb ailələrinə
yardım etməyə
çalışardı.
Onların özü bilmədən
yaxın adamları vasitəsilə yardımlar edirdi. Əslində Əbülfəz bəyin
həyatı şəffaf idi. Eyni zamanda onun
qeyd etdiyimiz
davranışları da insanların gözü qarşısında olurdu. Baxmayaraq o bu məsələlərin
bilinməsini çox istəməzdi. Sadə bir insan idi. Kənddə öz odun sobasını özü yandıracaq qədər sadə idi.
Əbülfəz bəyin cəmiyyətdə
davranışları necə idisə, həyatda da elə idi. Olduğu kimi görünür, göründüyü
kimi də olurdu.
Onun musiqi biliyi mükəmməl
idi. Özü də
təsəvvür etməyəcəyimiz qədər. Xalq musiqisini, klassik musiqini, aşıq
sənətini, fokloru çox
gözəl bilirdi. Bir
çox musiqişünaslar
onunla söhbətləri ilə
bağlı xatirələrini bölüşəndə bunu qeyd edirlər. Deyirlər
ki, Əbülfəz bəyin musiqini bu qədər dərindən
bilməsi onları ciddi təəccübləndirib.
Bəy gözəl musiqini
xoşalyırdı. Türk musiqisini çox sevirdi. Əbülfəz bəyin Azərbaycanın
görkəmli musiqiçiləri ilə yaxın dostluq
münasibətləri olub. Məsələn, Akif
İslamzadə, Flora Kərimova, Cavanşir Quliyev...”.
Samirə Ərəblinskaya
Şərq 2023.- 23 avqust.- S.4.