“Dedim bəlkə
sözüm qala”
Qalib Rəhimlinin kitabı işıq üzü
görüb
Çox zaman bir müəllifin qələmə aldıqları ona görə oxunaqlı olur ki, o necə düşünürsə, eləcə yazır... Səmimidirsə, təbiidirsə, yazdıqları da eləcə olur. Qalib Rəhimlini tanıyanlar, əlbəttə, onun iç dünyasına bələddir. Şəxsən tanımayanlar isə, yenə də onun qələmindən süzülən bir yazısına, çox uzağa getmədən, elə adı çəkilən kitabda gedən ön söz əvəzi “ETİRAF”ından onun necə bir həssas və duyğulu qəlbə sahib olduğunu hiss edəcəklər.
Qalib Rəhimlinin bu etirafı da öz dünyasının qeyri-adiliyindən mayalanıb. Bu etirafında da jurnalistə xas cəsarətiylə çıxış edir...
“Ömrün ixtiyar çağlarına gedən yoldayam.” Bu cümləsindən sonra artıq bilirsən ki, müəllif nə yazacaq və sənin qarşında açılacaq cığır səni haralara aparacaq. Bəlkə də, Qalib Rəhimlinin içində daha böyük arzu və istəyi əlahəzrət SÖZə eşqdən doğan hisslər onu hardasa ilişdirib dolaşdıra-dolaşdıra və bu peşəyə sahib çıxmağa gətirib. Axı bu peşədə o bir qələm adamı kimi daha məsuliyyətli olmaq məcburiyyətindədir. Sözü düz demək, eşitdiyini doğru-dürüst götür-qoyedib həqiqəti oxucularına çatdırmalısan. Axı daşıdığın qələm sənin düşünən beyninin, vuran ürəyinin gücü ilə ayaqda durmalı, yeri gələndə sənə söykənəcək, sənin də söykənəcəyin olmalı, yeri gələndə də bir bayraq dirəyi qədər səni qürurlandırmalıdır. İndi “Dedim bəlkə sözüm qala...” kitabında da müəllif sanki öz qələmi ilə nələr yaratdığının, hansı “abidələr” ucaltdığının, hansı “qalaçalar” yapdığının fövqündəymiş kimi olanları çatdırır və bəyan edir ki, onun özündən sonra da qalacaq sözü var...
Zaman-zaman qələm adamlarımız Azərbaycanın dövlətçilik tarixində əvəzsiz xidmətləri olan Ulu öndərimiz Heydər Əliyevin ruhu qarşısında öz-özlüyündə bir vətəndaşlıq borcu hiss edərək onunla bağlı xatirələrini, əlbəttə ki, gec, ya tez araya-ərsəyə gətirərək və yəqin ki, bundan sonra da geniş ictimaiyyətə çatdırır və bundan sonra da çatdıracaqlar. Üstəlik,indi bu dediyim ərəfə torpaqlarımızın tam azad olunmağından və bütün işğaldan xilas olan yurdlarımızda bayrağımızın ucaldığından sonrakı ərəfəsidirsə...
Elə müəllifin özünün də qeyd etdiyi kimi, bu kitabı Ulu öndərimiz Heydər Əliyevin 100 illiyinə bir töhfə saymaq olar. Müəllif kitabın birinci hissəsində şərəfli və fədakar ömür yaşayan Heydər Əliyevi Ümummilli lider kimiöndə tutaraq ötən yüz illiyə öz jurnalist qələmi və yazıçı-vətəndaş baxışı ilə nəzər salır. Gəncədə, həmin zaman aralığında ( hərgah, yüz il az zaman deyil..) baş verənlər Qalib Rəhimlinin qələminin, necə deyərlər, püxtələşdiyi dövrlərə təsadüf edir.Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövrlərindəki əvvəlcə gənc Qalib, Respublikamızın müstəqilliyini qazandıqdan sonrakı illər isə artıq yaşa dolmuş Qalib nəyi düzgün hesab edirsə, onu da qələmə alır və özlüyündəki düzgünləri, həqiqətən də tarixin qaranlıq qatlarından qurtulub bu günəcən işıqlı yol gəlməkdədir.
Ulu öndərin Gəncəyə səfərləri və bu böyük, əzəmətli şəxsiyyətin - Nizaminin doğma yurdunda gördüyü əvəzsiz işlər öz əksini tapır. Jurnalistin zərgər incəliyi ilə qələmə aldığı sətirlərdə Heydər Əliyevinrəhbərliyi altında çiçəklənən və inkişaf edən qədim Gəncəni görürük. Gəncəni onunla birgə səyahət edir, bu günüylə qürurlanırıq.
“Ulu Öndər xalqın milli-mənəvi dəyərlərinə sahib çıxdı. Respublikanın rəhbəri ilk dəfə olaraq rəsmi tədbirlərdə çıxışlarını Azərbaycan dilində etməyə başladı. Bu, xalqın milli ruhunun ali hakimiyyət kürsüsündə öz ifadəsini tapması idi. Böyük rəhbər ana dilimizə bu münasibəti ilə xalqın tarixi köklərinə qayıdışını, milli-mənəvi dəyərlərimizə bağlılığını bəyan edirdi.” Başqa bir yazısında isə bir çoxlarımız üçün hardasa qaranlıq qalan Gəncədə baş verən məlum və məşum qiyamın necə yatırıldığına aydınlıq gətirməyə çalışır...
Kitabda həm Gəncə ziyalılarının, həm də o zaman Gəncədə fəaliyyət göstərən iş adamlarının tarixlərin qarşısına çıxardığı sınaqlardan üzüağ çıxmaq üçün çarpışan Azərbaycanın xilaskar oğlu Heydər Əliyev haqqında sətirlərə çevrilən qəlb döyüntülərinin səsini də az qala oxucu eşidir. Adım həmin sıralamada olmasa da, Ulu öndərimizə ithaf etdiyim şeirimdən bir parçanı da öz-özlüyümdə yadıma saldım, bir daha həmin sətirləri qürurla ədəbi yaradıcılığıma nəqş edilmiş gördüm:
“O tarixdi,
bu diyarın şərəf tarixi,
Həm yaratdı, həm də yazdı, yaşadaq deyə.
O bu yurdu
dirçəltməyi bacardı axır,
O səslədi
bütöv xalqı səfərbəyliyə.
Onun
adı çəkiləndə dilə gəldi xalq,
Ümidləndi, fərəhləndi, arxayın oldu.
Ona bata
bilməmişdi köhnə ittifaq,
Harda olsa öz xalqına o həyan oldu.”
Qalib Rəhimli
isə öz yazısını belə bitirir... “Dövlətçilik salnaməmizdə silinməz
izlər qoymuş, azərbaycanlı olması ilə
ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz
olan Heydər Əliyev bütün dünyada Azərbaycanın
rəmzi kimi qəbul edilir. Xalqımız
onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla
anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan
Respublikasının dövlət bayramı – Milli Qurtuluş
Günü kimi qeyd edir.”
Əslində isə müəllifin ürək sözləri
təkcə bunlarla bitmir. Hiss edirsən ki, müəllifin
ürəyində demədikləri dediklərindən daha
çoxdur. Sadəcə bunu hələ ki, bu bir kitaba
sığdıracaq gücdə və məqamda deyil...
Bəzən
bir qələm adamı kimi düşünürsən ki,
axı necə olur ki, lap yaxınında, doğmalarında
hiss etmədiklərini minlərlə kilometrlərlə uzaqda
yaşayan bir başqa qələm adamında hiss edir və
düşünürsən. Bilirsən, duyursan və hiss edirsən
ki, yüz min kilometrlərlə o üzdə olan bir adama sənin
yaradıcılığına və iç dünyana
qarşı etinasız deyil... Və bu, zamanla
qarşılığını tapan, yaradan hisslərə
çevrilir. Nəticəsində zəngin
və səddtanımaz ruhuna çox zaman dar gələn bu
dünyada tək-tənha olmadığına əmin olursan.
Bu əminlik sənin əlindən tutur, sənə
indi güc-qüvvət verir, sənin dayağın olur.
... Və
kitabın səhifələrini vərəqləyirəm... Kitabın ikinci hissəsi bir ayrı
qürurlandırır oxucusunu.
“Torpaq ətirli,
şəhid ünvanlı, döyüş və
döyüşçü ruhlu yazılar...”
Bu yerdə
ağ vərəqlər sənə qan rəngində
görünür... Üşüməyi keçməyib
axı yenicə qan çilənmiş Qarabağ adlı bir
yaramızın... Ancaq, təbii ki, bu yara artıq o göynədən
yaradan deyil... Bu sağalacaq yaradır, qaysaq tutacaq yaradır...
Bu ağrılı məqamda adamın şair
olmağı əlindən tutur.
Doğrudan
da heç olmayacaq kimi dadıma çatır bu şair
ruhum... Vərəqlərdə gözünü tutan qan rənginin
əslində heç də qan rəngi
olmadığını düşünürsən... Sanki bir
çöllükdə-çəmənlikdəsən,
yığmısan ovcuna dəstə laləni, ləçəklərini
qoparıb sıxırsan, barmaqlarının arasından
süzülən qara-qırmızı şirə
dönüb bir ağı olur... Ağbirçəkli nənələr
kimi ağlayırsan o ağını, əminsən ki, səni
özündən və təbii ki, Tanrıdan başqa bir kimsə
duymayacaq:
“Arzuları qanadlı,
üzü işıqlı Şəhid.
Həm qəhrəman,
həm
cəsur,
həm yaraşıqlı
Şəhid.
Qalib Rəhimlinin yazdıqlarında şəhidlərimizə
yanaşması da bir qələm adamı kimi özünəməxsusdur. O, uzaq Əfqanıstanda,
Qarabağda baş verən hər iki savaşda, eləcə
Qarakənd üstündə vurulan təyyarədə şəhid
olan oğullarımızın əziz ruhuna eyni həssaslıqla
yanaşır. Azərbaycan oğullarının
qəhrəmanlığı, cəsarəti və hünəri
ilə qürur duyur, fəxr edir. Gəncənin ilk şəhidlərinin,
eləcə də şəhidlərin - Vidadinin, Yunisin,
İsmayılın döyüş yoluna işıq tutur və
Oğuz elini sanki əsl döyüş meydanına haraylayaraq
yazır: “Xalqımın şərəfli tarixi, qeyrətli
oğulları, bir dəli nərə ilə yeri-göyü lərzəyə
salan igidləri var və bizə ağlamaq yox,
döyüşmək lazımdır. Yalnız
döyüşlə biz yaralarımıza məlhəm ola bilərik. İtirdiklərimizi
belə qaytara bilərik. Bax elə buna
görə də tək mənim yox, Xocalıda, Malıbəylidə,
Kərkicahanda, Meşəlidə, Ağdamda, eləcə də
respublikanın digər qaynar nöqtələrində min faciə
ilə üzləşən oğullarımızın da
ağlamağa mənəvi haqqı yoxdur.”
Kitabı
vərəqlədikcə müəllif həm də öz həmkarı,Azərbaycanın
Milli QəhrəmanıAlı Mustafayevin şəhidliyinə
yanırsan, şərik olursan, təkcə hönkürə-hönkürə
Xocalı faciəsini lentə alaraq bu soyqırımı
dünya ictimaiyyətinə çatdırması ilə
yaddaşlarda qalan digər bir Milli Qəhrəmanımız,
bir vaxtlar bizim Şabranda həkim kimi işləyən
Çingiz Mustafayevinhəlakı ilə barışmaq ona
ağır gəlir... Eyni zamanda da qorxmaz qadın jurnalistimiz
Salatın Əsgərovanı, çətin dövlət məmuru
Osman Mirzəyevi, o illər televiziyamızın əməkdaşları
Fəxrəddin Şahbazovu, Arif Hüseynzadəni və Gəncə
gil torpaq kombinatında çıxan “Əməkçi” qəzetinin
müxbiri, sinəsinə fotoaparat əvəzinə silah
basıb ilk gündən könüllü olaraq
döyüşə gedən, bu yolda da şəhid olan Ruzigar
Qasımovu xatırlayır..
. Qalib Rəhimlinin
hələ 1992-ci ilin sentyabrında bizim igid bayraqdarımız
Natiq Süleymanov haqqında qələmə aldığı
yazısı var. Belə ki, əsl jurnalist olmaq
üçün təkcə təhsil və təcrübə
lazım deyil, eyni zamanda da içində bir yurd sevgisi, bir Vətən
təəssübkeşliyi olmalıdır ki, bütün
bunlardan qat-qat artığı Qalib Rəhimli də var... Təkcə şəhidlərimizə, qazilərimizə
deyil, qaçqın və köçkün həyatı
yaşayan insanlarımıza həsr olunan yazıları, bir
oxucu kimi inanıram ki, ötən həmin ağır günlərimiz
haqda yazıları zaman keçdikcə mətbu salnamələrə
dönəcək və gələcək nəsillərə
çatdırılacaq. O, 1990-1991-ci illərdə qələmi
ilə necə “döyüşürdüsə”, bu gün də
eləcə “döyüşməkdədir”.
Əlbəttə, Qalib Rəhimlinin də öz istək
və arzusu çərçivəsində qələmə
aldığı yazılar da vardır. Hətta o yazılarda da
müəllif kiməsə bir dost, kiməsə qardaş, kiməsə
ata, kiməsə oğul oldu. Xeyirxahların
xeyirxahlığından, əməkçilərin əməyindən,
gözəl ürəkli insanların insanlığından bəhs
etdi. Əsas olan odur ki, heç durmadı.
Yazdı, yaratdı... Hər zaman öz ürəyinin diktəsi
ilə qələmi əlinə aldı, ona sarıldı
Qalib, yenə də daha çox ürəyi ilə
hesablaşdı... Bilirdi ki, zaman gələcək,
öz qəlbi bir vaxt ondan hesab soracaqvə o zaman o da
vüqarla əlində həmin bu kitabı ilə, “Dedim bəlkə
sözüm qala...” ilə alnıaçıq,
üzüağ şəkildə dünyaya üzüağ təvazökarlıqla
gülümsəyəcək.
“Hər şair
yaradıcılığında öz ömrünü
yaşayır. Sevinci, kədəri,
vüsalı, sevdalı günlərini, zamanını,
tarixini, gələcəyini yazır.”
Bu iki cümlə kitabın biz olan hissəsində
yazılıb.
“Biz” dedim, niyə dedim? Çünki həmin
hissəyə ruh adamlarını, poeziya insanlarını soraqlaya-soraqlaya
öz dünyasına doğma olanları tapıb
yığıb müəllif. Həmin
hissədə artıq ruh özbaşnalığı
yaranır. Yorulan yolçulara yoldaş
kimi dizini qatlayıb əyləşirsən öz içində.
Qalan qalıb sənin istəyinə.
Özünə əyləşdiyin yerdə taxt da qurub
özündən şah seçə, şah kimi yaşaya bilərsən
(bunu istəsən də bacarmazsan! ). Yaxud
da, özünü həmin taxtdan salıb edam əmri ilə
son ümid işığına tutunubmuş kimi yaşaya,
yaşlana da bilərsən.( bax, budur sənin
əzəli, əbədi taleyin!)
Müəllifin ruh adamları da
özünə bənzəyir, həmin adamlar bir balaca kəpənək
qanadının küləyi tuta bilən adamlardır... Bu qədər
kövrəkdilər, həssasdılar...
Qalib Rəhimli ədəbi-tənqidi yazılarında,
kiçik hekayələrində də özünə sadiq
qalır. Çiyninin yox, ruhunun daşıya biləcəyi qədər
yük götürür.
“Qədim və zəngin
yaradıcılıq ənənələrinə malik Azərbaycan
ədəbiyyatı zaman-zaman gəncliyin gətirdiyi yeni nəfəslə
ucalıb, inkişaf edib, özünə əbədi yaşam
qazanıb. İstər qədim dövr,
istər hər hansı bir rejim, istərsə də sözə
azad meydan olsun-fərq etməz - yaradıcı insan
özünü tanıdıb, təsdiq edib. İçində gəzdirdiyi fikirləri misra
çələnginə çevirib, düşüncə və
məntiqi ilə mənəvi qida boşluğunu doldurub.
Beləcə həm ədəbiyyatımızın
poeziya qolu güclənib, həm də oxucu bədii
sözün sehri ilə qaynayıb qarışıb. Bu gün isə həqiqi mənada böyük
istedadlar yetişir. Sərbəst
düşünür, ürəyinin hökmünə qulaq
asır və söz dünyasının möcüzəsini
zərrə-zərrə insanların qanına hopdurur. O
söz, o şeir sevilən olur ki, o doğrudan yazan insanın
daxilindən qaynayıb gəlir.”
Bu, o deməkdir
Qalib Rəhimlinin bir yazıçı gözü ilə ədəbiyyata
öz baxış bucağı var və eyni zamanda da Azərbaycan
ədəbiyyatının inkişafı bilavasitə gənclərin
öhdəsinə düşəcəyinə əmindir... Gözəllik olur, halallıq olur, insanlar
özündən sonra gələnləri
düşünürsə.
Deməliyəm ki,
kitabın redaktoru tanınmış
yazıçı-jurnalist Rəfiqə Sadıqova, nəşrə
hazırlayanı isə poeziyamızda xüsusi yeri olan
şair Rafail İncəyurd İsmayılovdur. Yəni, Qalib Rəhimlinin təqdim etdiyi bu kitab həm
də sözü kifayət qədər bilən, onu qiymətləndirən
söz xiridarlarının süzgəcindən keçib.
Sonda nə olursa,
“xeyirliyə olsun” arzusu var bizim ruh insanının. Düşünürəm ki, Ulu öndərin ruhu
da şaddır. Çünki bu kitabda heç kim unudulmayıb. Nə siyasətçi, nə
iqtisadiyyatçı, nə döyüşçü, nə
ədəbiyyatçı...
Axı Heydər
Əliyev də heç kimi unutmazdı. Hər
kəsin layiqli qiymətini verərdi.
Ümummilli liderin
anadan olmasının yüz illiyi ilə çapdan
çıxan bu kitab təbii ki, oxucuların diqqətini cəlb
edəcək.
AY Bəniz
ƏLİYAR
Şərq .- 2023.- 5 dekabr, ¹ 221.-
S.7.