Ortaq əlifba və ünsiyyət dili yolunda uğurlu addım

 

Professor Şükrü Halûk Akalın,

Türkiyə Cümhuriyyəti Hacettepe Universiteti Emeritus

 

  Türk respublikaları müstəqillik qazandıqdan sonra türk dillərinin orfoqrafik orfoepik problemlərinin, fonetik, leksik-semantik qrammatik qatlarının diaxron sinxron planda, müqayisəli-tipoloji müstəvi-də araşdırılmasına maraq artıb bu sahədə bir sıra araşdırmalar aparılıb.

 

 Türk xalqları arasında ortaq əlifba, orfoqrafiya, ortaq dil, terminologiya problemləri bu gün türkologiya elmi üçün olduqca siyasi-ictimai əhəmiyyət daşıyır. Qeyd edək ki, son dövrdə istər Azərbaycanda, istərsə Türk dünyasında türklər üçün ortaq ünsiyyət dili ilə bağlı bir sıra araşdırmalar aparılsa da, ortaq ünsiyyət dilinə gedən yolda əlifba orfoqrafiya problemləri hələ sistemli hərtərəfli araşdırma obyekti olmayıb bu sahədə fikir ayrılıqları bu gün mövcuddur.

  Ortaq əlifba ünsiyyət dili problemləri türk xalqları arasında həllini tapmamış müzakirə obyekti kimi hər zaman xüsusi aktuallıq kəsb edən məsələlərdən biridir. XX əsrin əvvəllərindən başlayaraq indiyə qədər bu problem bir zərurət kimi türk xalqlarının hər birinin maraq dairəsində olub. Aydındır ki, türk xalqları üçün ortaq əlifba məsələsi həll olunmadan onlar arasında ortaq ünsiyyəti ortaq orfoqrafiya qaydaları yaratmaq mümkün deyil. Ona görə türkologiyada bu istiqamətdə çeşidli mövzuların araşdırılması böyük elmi əhəmiyyət kəsb edir.

 

 

  Bu baxımdan filologiya elmləri doktoru Elçin İbrahimovun əsərinin əsas müddəaları türkologiya elmi üçün uğurlu bir addım, gərəkli bir araşdırma sayıla bilər. Müəllif kitabınTürk dünyasında əlifba problemiadlanan birinci fəslində qeyd edir ki, dil əlifba hər bir xalqın varlığını, mövcudluğunu təsdiq edən başlıca amillərdəndir. Tarix boyunca müxtəlif xalqlarla qarşılıqlı əlaqələr quran, fərqli dini inanclara inanan türk xalqları bir-birindən fərqli türk dil sisteminə uyğun olan ya olmayan çoxsaylı yazı sistemindən istifadə ediblər. ƏsərinAzərbaycanda latın əlifbasına keçid mücadiləsi”, “Türkiyədə latın əlifbasına keçid mücadiləsi”, “Qazaxıstanda latın əlifbasına keçid mücadiləsi”, “Türkmənistanda latın əlifbasına keçid mücadiləsi”, “Qırğızıstanda latın əlifbasına keçid mücadiləsi”, “Özbəkistanda latın əlifbasına keçid mücadiləsiadlanan hissələrində adı çəkilən ölkələrdə əlifba mücadilələrindən bu-günkü əlifba vəziyyəti haqqında ətraflı məlumat verilib.

  KitabınTürk dünyasında ortaq ünsiyyət diliadlanan fəslində türk xalqları üçün ortaq ünsiyyət dilinin zəruriliyi ortaq ünsiyyət dilinin yaradılmasında mövcud problemlər onların aradan qaldırılması yollarından geniş şəkildə danışılır. XX əsrin əvvəllərində istər Azərbaycanda, istərsə digər türk xalqlarının yaşadığı bölgələrdə milli dirçəliş, milli oyanış dövrü olduğuna görə türk xalqlarının birliyi ideyası da həmin dövrdə aktuallaşdı. Türk xalqlarının birliyi ideyasında əhəmiyyətli məsələlərdən biri ortaq ünsiyyət dili məsələsi idi.

  Bildiyimiz kimi, XX əsrin əvvəllərində ortaq türk dili ortaq türk əlifbası ideyalarının təbliğ olunması ilk növbədə bu dövrdə türkçülük hərəkatının böyük vüsət alması ilə bağlı idi. Həm Türkiyədə, həm digər türk xalqları arasında milliyyətçi qüvvələr türkçülüyü böyük bir hərəkata çevirdilər. XX əsrin 90-cı illərində türk xalqlarının ictimai-siyasi həyatında baş verən çox böyük tarixi dəyişikliklər, bütövlükdə Türk dünyasının daha da yaxınlaşması milli təməllər uğrunda birləşməsi yeni-yeni problemlərin meydana çıxmasına səbəb olub. Yetmiş illik fasilədən sonra müstəqillik dövründə ortaq türkçülük ideyalarının davamçıları bu hərəkatı daha da genişləndirərək əməli fəaliyyətə başladılar. Hazırda türkoloji dilçiliyi ayrı-ayrı türk dillərinə dair məsələlərlə yanaşı, bütün türk xalqlarının vahid ünsiyyəti üçün ümumi olan problemlər daha çox maraqlandırır. Bunlardan biri də türklər arasında ortaq ünsiyyət dilinin yaradılmasıdır.

  XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Qafqaz bölgəsində əslən Krım tatarı olan İsmayıl bəy Qaspıralı və onun nəşr etdirdiyi “Tərcüman” qəzeti ortaq türk ədəbi dili ideyasının yayılmasında müstəsna tarixi rol oynayıb. Ümumiyyətlə, ortaq ədəbi dil hər zaman bir mübahisə mövzusu olub. Bu ideyaya qarşı çıxanlarla yanaşı, onu dəstəkləyənlər də olub. Sözügedən məsələ keçən əsrdə repressiyanın başladığı 30-cu illərə qədər davam etdirilib.

  Qohum xalqlar üçün ortaq ünsiyyət dili yaratmaq onların siyasi-ictimai həyatında xüsusi əhəmiyyət kəsb edir. Ortaq ədəbi dil elmi, mədəni, iqtisadisiyasi əlaqələrin yaranıb genişlənməsində əvəzsiz vasitədir. Başqa xalqlar kimi, Türk dünyasını təmsil edən hər bir xalqın da tarixən öz doğma, zəngin ədəbi dili yaranıb formalaşıb. Bu çoxsaylı türk ədəbi dilləri, təbii olaraq, bir-birindən az-çox dərəcədə fərqlənir. Hə-min fərqlər dillərin bütün komponentlərində, xüsusilə də, lüğət tərkibini təşkil edən dil vahidlərində özünü daha qabarıq şəkildə göstərir. Yaşadığımız dövrdə türk xalqları üçün ortaq türk ədəbi dilinin yaradılmasına böyük ehtiyac duyulur. Ortaq ünsiyyət dili yaratmaq artıq zamanın tələbidir, və bu sahədə ciddi addımların atılmasının vaxtı artıq yetişib.

  Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Elçin İbrahimovunTürk dünyasında ortaq əlifba, ünsiyyət dili” adlı əsəri türkologiyada ortaq əlifba, orfoqrafiya kimi aktual problemlərinin araşdırlması və öyrənilməsi baxımından çox əhəmiyyətli və faydalı bir qaynaqdır.

 

Şərq .- 2023.- 21 dekabr, ¹233.- S.7.