Vaqif Poeziya Günləri

mədəniyyətimizin daha bir təntənəsi oldu

 

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm mədəniyyətinin təbliği

 

Əkbər Qoşalı: “Bu incəsənət festivalı bütün ölkəni əhatə edir 

 

Şuşada keçirilən Vaqif Poeziya Günləri hər dəfə əlamətdar hadisələrlə yadda qalır. Bu poeziya, incəsənət bayramının bünövrəsi milli-mənəvi dəyərlərimizə, minillik incəsənət tariximizə, dünyanı heyran edən zəngin mədəniyyətimizə istinad edilərək  elə möhkəm qoyulub ki, sarsıtmaq mümkün deyil.

Hətta 30 illik erməni işğalı, mədəniyyətimizin beşiyi, Qafqazın konservatoriyası Şuşamızın erməni qəsbkarları tərəfindən darmadağın edilməsi, maddi-mədəni abidələrimizin yerlə-yeksan edilməsi xalqımızın milli-mədəni dəyərlərini silə bilmədi. Şuşamız, Qarabağın işğal altındakı digər əraziləri ilə birlikdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun şücayətiylə azad olunduqdan dərhal sonra o torpaqlarda musiqimiz daha ucadan səslənməyə, mədəni ənənələrimiz yenidən davam etməyə başladı. Vaqif Poeziya Günlərinin bünövrəsi həm Ulu Öndər Heydər Əliyevin hələ sovet illərində siyasi hakimiyyətdə olduğu vaxt qoyuldu. Ümummilli Liderin göstərişi ilə Şuşada Molla Pənah Vaqifin məqbərəsi ucaldıldı. Elə o vaxtdan da Şuşa Vaqif Poeziya Günlərinin məkanına çevrildi. Bu ənənə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirildi. Şuşa işğaldan azad edildikdə cənab Prezident Vaqifin məqbərəsinin bərpasıyla bağlı göstəriş verdi Vaqif Poeziya Günlərinin açılışında ölkənin birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə iştirak etdi. Onu da qeyd etməliyik ki, Vaqif Poeziya Günləri məhz Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir.  Bu dəfə istisna olmadı. Builki poeziya günləri Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada baş tutdu. mübaliğəsiz deyə bilərik ki, Vaqif Poeziya Günlərində Azərbaycanın mədəniyyət, incəsənət çələngi bir daha dünyaya nümayiş olundu.  Vaqif Poeziya Günləri yalnız poeziya ilə məhdudlaşmır.  Bu, möhtəşəm bir incəsənət bayramıdır mədəniyyətimizin bütün sahələrini əks etdirir.  Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, Xalq yazıçısı Çingiz Abdullayevin tədbirdəki çıxışı diqqətə layiqdir: “Biz fəxr edirik ki, öz mövqeyindən dönməyən Nəsimi, Vaqif, Mikayıl Müşfiq, Hüseyn Cavid kimi şairlərimiz olub. Bizim şairlərimiz, yazıçılarımız həmişə belə olublar. Bu gün biz böyük şairimizin məqbərəsinə toplaşmışıq. Azərbaycan Yazıçılar Birliyi adından hər birinizə təşəkkür edirəm, ona görə ki, bu, dövlətin, xalqın qiymətidir. Belə ədiblər olmasaydı, bu gün Azərbaycan ədəbiyyatı olmazdı. qədər insan Şuşaya gəlmək istəyir. Ona görə ki, Şuşa Azərbaycanın ürəyidir. İnanıram ki, burada keçirilən bu bayramlar əbədi olacaq düşmənin ayağı heç vaxt bu torpaqlara dəyməyəcək”. Vaqif Poeziya Günlərinə qardaş, dost ölkələrdən qonaqlar da qatılıb. Türk Ədəbiyyat Vəqfinin rəhbəri Serhad Kabaklı Şuşada Vaqif Poeziya Günlərinə dəvət olunmasından qürur hissi keçirdiyini deyib tədbirin təşkilatçılarına təşəkkür edib. Şuşanın işğaldan azad olunduğu günlərdə Bakıda olduğunu burada gördüyü möhtəşəm qələbə sevincini ömrü boyu unutmayacağını bildirən Serhad Kabaklı deyib: “Həmin gün Bakının küçələrində Azərbaycan Türkiyə bayraqlarının insanlar tərəfindən böyük coşqu sevgi ilə dalğalandığını görmək olduqca sevincli idi. Gördüklərimdən o qədər duyğulanmışdım ki, göz yaşlarıma hakim ola bilmədim. İstanbula döndükdən sonraŞükürnamazı qıldım dua etdim ki, Allah mənə Şuşada da bu namazı qılmağı nəsib etsin. Çox şükür ki, Allah bunu mənə nəsib etdi. Bu gün Şuşada Vaqif Poeziya Günlərində aldığım unudulmaz hissləri ürəyimdə yenidən Türkiyəyə daşıyacağam. Bundan çox qürurluyam”. Tədbirdə Özbəkistanın Xalq artisti Xurşud Davron digər çıxışçılar Şuşanın füsunkarlığı, qeyri-adi təbiəti, bənzərsizliyi, beynəlxalq tədbirlərin ünvanına çevrilməsi Türk dünyasının mədəniyyət paytaxtıkimi önəmli yer tutması barədə danışıblar. Vətənpərvərlik mövzusunda, eləcə Şuşaya həsr olunmuş şeirlər səsləndirilib. Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada Mehmandarovların Malikanə Kompleksində Vaqif Poeziyası Günləri çərçivəsində Ulu Öndər Heydər Əliyevə həsr olunmuşƏbədi ömrün 100 ilikitabının təqdimatı Molla Pənah Vaqifin əbədi yaradıcılığı türk irsi müstəvisindəmövzusunda elmi konfrans keçirilib.

  Vaqif Poeziya Günləri çərçivəsində Şuşanın sevilən məkanlarından birindəXurşidbanu Natəvanın evi qarşısındaDövri-sədaadlı konsert proqramı təqdim olunub.  Konsert çərçivəsində Əməkdar artist Vüqar Camalzadənin ədvar sistemi üzrə bəstələdiyi 8 musiqinin Qədim Musiqi Alətləri Ansamblının ifasında təqdimatı olub. Konsertdə Xalq artistləri Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova, xanəndələr Rövşən Məmmədov, Hüseyn Məlikov, Aysel İbrahimova digərləri Molla Pənah Vaqifin qəzəlləri ilə yanaşı, Xəqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mir Həmzə Nigari, Mir Möhsün Nəvvab, Nizami Gəncəvi, Şah İsmayıl Xətainin ölməz əsərlərindən parçalar ifa edib, hər ifadan əvvəl isə qiraətçilər qəzəllərdən parçalar təqdim ediblər. Vaqif Poeziya Günlərində Şuşanın hər tərəfində müsuqi sədaları eşidilib, şerlər səslənidirlib.  Şuşamız musiqi, şeir sədalarına bürünüb. Poeziya günlərinin növbəti tədbiriElektron muğam saatıolub. Tarzən bəstəkar İbrahim Babayev milli elektron musiqinin sintezindən ibarət ifa səsləndirib. Bundan başqa, açıq səhnədə gənc qiraətçilər şairlər musiqinin müşayiəti ilə improvizasiya şəklində öz şeirlərini təqdim ediblər.  Molla Pənah Vaqifin əbədi yaradıcılığı türk irsi müstəvisindəmövzusunda elmi konfrans keçirilib.

  Vaqif Poeziya Günlərinin iştirakçılarıTürk dünyasının mədəniyyət paytaxtı”nda tarixi məkanları ziyarət ediblər. Ekskursiya Milli Xalça Muzeyinin Şuşa filialından başlayıb. Burada qonaqlara məlumat verilib ki, Milli Xalça Muzeyinin Şuşa filialında sərgilənən sənət əsərləri qədim Qarabağ torpağının ruhunu, əsrlərlə burada yaşayıb-yaratmış insanların, o cümlədən sənətkarların həyat məişətini, estetik zövqünü, bədii dünyagörüşünü duymağa imkan yaradır. Sonra qonaqlar Heydər Əliyev Fondu tərəfindən bərpa işləri aparılan Saatlı məscidində, bərpa edilmiş Yuxarı Gövhər Ağa məscidini ziyarət edib, məscidin ərazisindəki mədrəsə binasındaMir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimisərgisi ilə tanış olublar. Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunanDövlətin memarı. Bir ömrün ensiklopediyasıunikal triptixi, ensiklopedik xatirə xalça kompozisiyası - müəllif əsərinin təqdimatı olub. Heydər Əliyev Fondu, İqtisadiyyat Nazirliyi Azərxalça” ASC tərəfindən həyata keçirilən layihənin həmmüəllifləri Əməkdar incəsənət xadimi, “Azərxalça” ASC İdarə Heyətinin sədri Emin Məmmədov, Əməkdar rəssam Rəşad Ələkbərov, icraçıları isəAzərxalça”nın yaradıcı komandasıdır. 2022-ci ilin may ayından etibarən toxunan triptixin ərsəyə gəlməsindəAzərxalça”nın İsmayıllı emalatxanasında çalışan 11 toxucunun əməyi olub. Üç hissədən ibarət əsərin hər bir hissəsində Ümummilli Liderin əsas həyat fəlsəfəsi, daim diqqətdə saxladığı məsələlər, önəm verdiyi dəyərlər ilk dəfəxalça dili”ndə çatdırılır. Poeziya Günləri çərçivəsindəVətənim Qarabağadlı poeziya saatının ikinci hissəsi isə Xan qızı Natəvanın evinin önündə keçirilib. Tədbirdə bölgələrdən olan şairlər Azərbaycan Yazıçılar Birliyinin üzvü olan gənc şairlər şeirlərini oxuyublar. Diqqətə çatdırılıb ki, builki poeziya günlərinin təşkili işğaldan əvvəlki illərdə olduğu kimi, Vaqifin doğulduğu Qazax şəhərindən başladı əziz Şuşada davam edir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra 41 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilməkdədir. Şuşada keçirilən Vaqif Poeziya Günlərinin sonuncu tədbiriVaqif dünyasıadlı  poetik-musiqili tamaşa olub. Tamaşada Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Məhəmməd Füzuli, Əlişir Nəvai, Şah İsmayıl Xətai Türk dünyasının digər şairlərinin obrazları canlandırılıb. Səhnə əsərinin nümayişindən öncə Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi çıxış edərək, Vaqif Poeziya Günlərinin əhəmiyyəti barədə danışıb, builki poeziya günlərində yaşanan unikal fərqli məqamlardan söz açıb. Qeyd edib ki, Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunması səbəbindən builki bədii hissələr sadəcə, Vaqifin həyat yaradıcılığı üzərindən yox, Vaqif Türk dünyası kontekstində quruldu.

  BeynəlxalqAlaşƏdəbiyyat Mükafatı laureatı, sevilən şairimiz Əkbər Qoşalı Şuşada keçirilən Vaqif Poeziya Günlərinin iştirakçısı olub. Əkbər bəydən təəssüratlarınıSherg.az"la bölüşməyi xahiş etdik. Əkbər Qoşalı bildirdi ki, Mədəniyyət Nazirliyinin Heydər Əliyev Fondu Azərbaycan Yazıçılar Birliyi ilə birgə təşkil etdiyi Vaqif Poeziya Günləri Şuşa şəhərində davam edir. İki rəsmi, bir fəxri paytaxtımızırespublikamızın paytaxtı Bakı, Ədəbiyyat paytaxtı Qazax Mədəniyyət paytaxtı Şuşanı birləşdirən festival, nəticə etibarı ilə bütün ölkəmizi əhatə edir:

"Ayrıca, Şuşa bu il Türk dünyasının Mədəniyyət paytaxtıdır; heç təsadüfi deyil ki, builki Vaqif Poeziya günlərində qardaş ölkələrin şairləri, sənətkarları da iştirak edirdi. Türk dünyası məzmunu konsert proqramlarının repertuarına da güclü gözəl şəkildə təsir edib. Habelə, Vaqif irsi haqqında nəfisÖzü vəzir, sözü şahkitabını məhz Türk Mədəniyyəti İrsi Fondu hazırlayıb, nəşr edib. İrs demişkən, başqa bir önəmli məqama diqqət etməyinizi istərdim. Bəlli olduğu kimi, Vaqifin qəbri üzərində məqbərə ucaldılması da, onun 1982-ci ilin şaxtalı-qarlı yanvarında dövlət törəni ilə açılması da, habelə Vaqif Poeziya Günlərinin keçirilməyə başlanması da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Vaqifin məqbərəsinin mükəmməl şəkildə bərpasını, Vaqif Poeziya Günlərinin yenidən keçirilməsini, Şuşada tarixi-mədəni abidələrin yüksək zövqlə bərpası yenidən qurulmasını məhz Heydər Əliyev Fondunun həyata keçirdiyini qədirbilənliklə vurğulayıram. Onu da vurğulamalıyam ki, “Özü vəzir, sözü şahkitabı da, AYB-nin Ümummilli Liderin 100 illik əlamətdar yubileyi ilə bağlı nəşri Heydər Əliyev Fondunun Şuşamıza yenidən qazandırdığıMehmandarovların malikanəsi”ndə baş tutdu. Bu il Bakı-Qazax-Şuşa marşrutu üzrə, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu Yazıçılar Birliyi tərəfindən keçirilən Vaqif Poeziya Günlərinin gələcəkdə daha yeni çiçəklənmələrlə davam inkişaf edəcəyinə dərindən inanırıq. Müstəqil Azərbaycan kimi, Türk dünyası kimi, Şuşa da, Vaqif irsi , şeirimiz, sənətimiz əbədi var olacaq.

 

Məlahət Rzayeva

 

Şərq.- 2023.- 18 iyul.- 6.