Bayrağımız zəfərimizin son nidasıdır!

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm mədəniyyətinin təbliği

Xankəndidə dalğalandıqdan sonra daha da möhtəşəm görünür

 

  9 NoyabrAzərbaycan Dövlət Bayrağı Günüdür. Tariximizin şanlı səhifələri çoxdur. əslində, bu şanlı səhifələrin hər birində ən ucada dalğalanan üç rəngli, ay-ulduzlu bayrağımız olub. Dünən , bu gün , sabah dadünya durduqca belə olacaq. Xalqımızın, dövlətimizin taleyinə yazılan şərəfli, ləyaqətli, qürurlu günlərə aparan yolumuz ağır, bəzən çox məşəqqətli olub. Amma həmin günlərdə ürəyimizi dağa döndərən, xalqımızı mübarizədən çəkindirməyən müqəddəs bayrağımız olub. Bayrağımız dalğalandıqca, qolumuza güc, dizimizə qüvvət, düşüncəmizə aydınlıq gəlib. Müstəqilliyimizin bərpası Günü, Milli Dirçəliş Günümüz, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, İstiqlal bayramımız, Milli Qurtuluş Günümüz tariximizin ən şanlı səhifələrindən biri – 8 Noyabr Zəfər Günümüzbütün bu əziz günlərimiz, bayramlarımız həm Bayraq günümüzdür. Çünki bütün bu günlərimiz dövlət bayrağımızdövlətimiz olmadan mümkünsüz görünərdi. Odur ki, Dövlət Bayrağı Günü xüsusi əhəmiyyət daşıyır.

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamına əsasən, hər il 9 noyabr tarixində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur həmin gün ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü rəsmi dövlət bayramıdır. Qeyd olunma tarixi isə 1918-ci ilin 9 noyabrında, Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Azərbaycan bayrağının dövlət bayrağı kimi qəbul edilməsi əsasında təyin edilib. 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verilib bu gün qarşısında ehtiramla baş əydiyimiz dövlət bayrağımız təsdiqlənib. Əvvəlcə yalnız qırmızı rəngdə, ay-ulduzlu bayrağımız, 1918-ci il noyabrın 9-da hazırkı şəklində təsdiqlənib. Dahi Üzeyir Hacıbəyli dövlət bayrağı haqqında yazırdı: "Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi budur”. Üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub. 2009-cu il noyabrın 9-da — Dövlət Bayrağı Günündə Bakıda Dövlət Bayrağı Muzeyinin açılışı olub. 2010-cu ilin sentyabrın 1-də İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının memorial abidə-istirahət kompleksinin təntənəli açılışı olub. Həmin meydanda Azərbaycan Respublikasının dövlət bayrağı dünyanın ən hündür bayraq dirəyində (162 metr) ucaldılıb. Bayrağın eni 35, uzunluğu 70 metr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

  Bayrağımıza indiyədək neçə-neçə şeirlər ithaf olunub, mahnılar bəstələnib. Dahi şair yazıçılarımızın, bəstəkarlarımızın yaradıcılığında dövlət bayrağımızın tərənnümü xüsusi istiqamət təşkil edir. Cəfər Cabbarlı, Əhməd Cavad, Almaz Yıldırım, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Qabil, Şahmar Ələkbərzadə... sair şairlərimiz bayrağımızı daim tərənnüm edib. Cəfər Cabbarlının bayrağa həsr olunan şeirində dərin mənalar var:

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,

Şu sevimli üç boyalı, üç mənalı bayrağı.

Mələklərin qanadımı üzərinə kölgə salan?

imiş bu, aman Allah?! Od yurdunun yarpağı!..

  Sevimli şairimiz Bəxtiyar VahabzadəninBayraq mənliyimdir, bayraq kimliyim, Bayraqöz yurduma öz hakimliyim...” misraları isə günümüzlə necə səsləşir. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən sonra Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət bayrağımızı işğaldan azad edilmiş yurd yerlərimizdə ucaltdı. Nəhayət, 23 saatlıq antiterror tədbirləri nəticəsində separatizmin məhv edildiyi Xankəndidə dövlət bayrağımızı ucaltmaqla ərazi bütövlüyümüzü dövlətçiliyimizi bütün ölkə ərazisində təsdiqlədi. Görkəmli şairimiz Bəxtiyar Vahabzadə yazırdı ki, “harda əcdadımın ayaq izi var, Bu zəfər bayrağım orda dikəlsin. Keçdiyi yerlərdə dağlar, yamaclar, Onun hüzuruna salama gəlsin. Daim ucalasan, Savaş günündə əsgər silahıyla səni tən görüm. Yalnız zəfər çalmış şəhid önündə, Səni alqış üçün əyilən görüm”. Dediyi kimi oldu. Müqəddəs bayrağımız əcdadımızın ayaq izi olan hər yerdə dalğalandı, qəhrəman əsgərlərimiz bir əlində silah, bir əlində bayraq tutdu, hər kəs bayrağı salama gəldi, Bayraq isə yalnız şəhid məzarları önündəəyildi”. Bayraq dövlətin ən müqəddəs rəmzlərindən biridir, millətin, xalqın varlığının, mövcudluğunun sübutudur. Ümummilli Lider Heydər Əliyev deyirdi ki, biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi məhəbbətin rəmzidir.

  Politoloq, şair-publisist Elçin Mirzəbəyli “Sherg.az"a açıqlamasında bildirdi ki, istiqlal uğrunda verdiyimiz qurbanların xatirəsini əziz tutanlar, azadlığın və bir millət kimi müstəqil dövlətə sahib olmağın dəyərini anlayanlar, azad, hürr bir Vətəndə yaşamağı haqq edənlər 3 rəngli müqəddəs bayrağımızın hansı məhrumiyyətlər bahasına yenidən başımız üstündə dalğalandığını, güllələnmiş, Sibir çöllərində tədrici ölümə məhkum edilmiş, vətənindən, elindən, yurdundan didərgin salınmış minlərlə Vətən fədaisinin qan yaddaşından sıyrılaraq yenidən və necə dirçəldiyinin fərqinə varmağı bacaranlar bayrağının, Bayraq Gününün nə qədər böyük bir bayram olduğunu çox yaxşı başa düşür:

- Həm də bilirlər ki, bu bayraq təkcə Vətənimiz Azərbaycanın ərazisində deyil, bütün dünyadaharada Azərbaycan türkləri, azərbaycanlılar yaşayırsa, həm də onların bayrağıdır. Əsrlərlə bizimlə iç-içə, könül-könülə yaşayan, sevincimizi, kədərimizi bölüşən, bu ölkənin vətəndaşı olaraq torpaqlarımızı qoruyan, Vətənimiz uğrunda canını, malını fəda edən, Vətənin, dövlətçiliyin təəssübünü çəkən bütün xalqların bayramıdır. Bayrağımız həmişə başımız üstündə dalğalanıb, yüksəklərdə olub, ucaldığı yerlərdən qürur duymuşuq. Amma xüsusilə 200 illik separatizmə, aqressiyaya, xəyanətə son qoyulan Xankəndidə dalğalandıqdan sonra daha da möhtəşəm görünür. Əldə etdiyimizvarsa Ali Baş Komandana, xatirəsi heç vaxt qəlbimizdən, yaddaşımızdan silinməyəcək şəhidlərimizə, qazilərimizə, əsgər və zabitlərimizə borcluyuq. Bayraq Günü Zəfər günündən sonra gəlir. Bu mənada bayrağımız zəfərimizin son nidasıdır. Bayrağımız haqqında saatlarla danışmaq mümkündür, amma həyəcansız danışmaq mümkün deyil. Bayramımız və bayrağımız mübarək olsun.

 

 

Məlahət Rzayeva

Şərq .- 2023.- 8 noyabr, ¹205.- S.6.