Zəngilan dünyanın ən gözəl şəhəri olacaq

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

Ağalı kəndi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən "Böyük Qayıdış"ın qaranquşudur

 

  30 il öncə Ermənistanın işğal edərək tamamilə talan etdiyi Zəngilan şəhəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci ildə azad edilərək bu gün yenidən canlanır, öz intibah dövrünə qədəm qoyur. Dövlət başçısının göstərişinə əsasən, aparıcı qlobal şəhərsalma prinsipləri nəzərə alınaraq şəhərin planlı və sistemli inkişafını təmin etmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərin Baş planı hazırlandı və aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq 30.10.2023-cü il tarixində Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilib.

  Zəngilanın Baş planının hazırlanması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nüfuzlu beynəlxalq şəhərsalma təşkilatı - İsveçrənin "sa_partners" şirkətini və Bakı Dövlət Layihə İnstitutunu əməkdaşlığa cəlb edib.

  Arxitektura Komitəsinin Mətbuat xidməti bildirir ki, baş planın konsepsiyasına əsasən, Zəngilan logistika, turizm və ticarət, bərpaolunan enerji, müasir innovasiyalar mərkəzi kimi inkişaf etdiriləcək. Şəhərin beynəlxalq əhəmiyyəti, nəqliyyat dəhlizinin üzərində yerləşməsi onun strateji məntəqə rolunu gücləndirəcək, sürətli inkişafına töhfə verəcək. Şəhərin bilavasitə yaxınlığında ən müasir dünya standartlarına uyğun inşa edilərək artıq istismara verilmiş Zəngilan Beynəlxalq Hava Limanı, inşası davam edən magistral dəmir və avtomobil yolları onu əhəmiyyətli regional logistik mərkəzə çevirəcək.

  Eyni zamanda şəhər gözəl iqlimi, mənzərəli landşaftı, yaşıl çayətrafı bulvarı və digər ictimai məkanları, habelə "ağıllı şəhər", "ağıllı mobillik" və "yaşıl enerji" yanaşmaları, zövqlü memarlığı, rahat şəhər mühitimüasir sosial infrastrukturu sayəsində yüksək həyat keyfiyyəti ilə seçiləcək.

  Zəngilan şəhərində yaşayış ərazilərinin və ictimai məkanların uğurlu plan həlli yüksək yaşıllaşdırma göstəricilərinə nail olmağa imkan verir. Belə ki, Baş plana uyğun olaraq şəhər ərazisinin 135,2 hektar (40,5 faiz) sahəsini yaşıllıqlar təşkil edir. Şəhərlərdə ümumi istifadədə olan yaşıllıq sahəsinin bir adama düşən norması qanunvericiliklə 8-10 kvadratmetr nəzərdə tutulduğu halda, Zəngilan şəhərində bu göstərici 44,7 kvadratmetr  təşkil edəcək. Şəhərin Baş planı ilə ümumi ərazisi - 333 hektar, əhali sayı isə 16 min nəfər olacaq.

  Şəhərdaxili küçə-yol şəbəkəsinin uzunluğu 29 kilometr, velosiped yollarının uzunluğu isə 14,6 kilometr kimi nəzərdə tutulub. Şəhərin memarlıq simasını, milli ənənələri özündə qoruyan müasirminimalist həllər, eləcə də zəngin təbiəti, sağlam və yaşıl mühiti formalaşdıracaq. Binaların inşasında əsasən yerli materiallardan istifadə olunacaq. Fasadlarda təbii daşboya, taxta elementlərinə üstünlük veriləcək.

Şəhərin Baş planı əsasında ilk mühüm layihələr artıq reallaşdırılıb. Bunlar, təbii ki, Zəngilan Beynəlxalq Hava Limanı və 29 sentyabr 2023-cü il tarixində dövlət başçısının da iştirak etdiyi II Milli Şəhərsalma Forumuna ev sahibliyi etmiş Zəngilan Konqres Mərkəzidir. Eyni zamanda hazırda şəhərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulmuş bir sıra layihələr sürətlə həyata keçirilməkdədir.

  Millət vəkili Azər BadamovSherg.az"a açıqlamasında deyib ki, 30 il ərzində  Ermənistan işğal etdiyi digər ərazilərimiz kimi Zəngilanı da  darmadağın edərək daşı daş üstündə saxlamamışdı. Üç il əvvəl işğaldan azad olunan Zəngilan rayonunda  yenidənqurma və bərpa işləri aparılmaqla yenidən həyat qaytarılır:

“Zəngilan rayonunun Ağalı kəndi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən "Böyük Qayıdış"ın qaranquşudur. O cümlədən Zəngilan Beynəlxalq Hava Limanı və  nəqliyyat infrastrukturu yenidən qurulub başa çatmaq üzrədir. Zəngilan şəhərinin yenidən qurulması zəngilanlıların 30 illik arzularını reallaşdıracaqdır. Təsdiq olunmuş Baş planın konsepsiyasına əsasən, Zəngilan logistika, turizm və ticarət, bərpa olunan enerji, müasir innovasiyalar mərkəzi kimi inkişaf etdiriləcək. Şəhərin beynəlxalq əhəmiyyəti nəqliyyat dəhlizinin üzərində yerləşməsi onun strateji məntəqə rolunu gücləndirəcək, sürətli inkişafına töhfə verəcək. Şəhərin bilavasitə yaxınlığında ən müasir dünya standartlarına uyğun inşa edilərək artıq istismara verilmiş Zəngilan Beynəlxalq Hava Limanı, inşası davam edən magistral dəmir və avtomobil yolları onu əhəmiyyətli regional logistik mərkəzə çevirəcək. Zəngilan şəhərinin bütün  sosial infrastrukturu yenidən yaradılacaq. Beləlikə, Zəngilan dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. 

  Zəngilan rayonu həm böyük iqtisadi potensiala malikdir. Zəngilan rayonunun ərazisi faydalı qazıntılarla zəngindir. O cümlədən bu rayonun kənd təsərrüfatı potensialı da böyükdür. Artıq Zəngilanda kənd təsərrüfatı məhsulları istehsal edilən ağıllı sahələr ərsəyə gəlmək üzrədir. Beləliklə, Zəngilan rayonunun həm beynəlxalq logistik dəhlizlərin üzərində yerləşməsi, həm iqtisadi potensialının reallaşdırılması zəngilanlıların işlə təmin olunması  məsələsini həll etməklə yanaşı ölkə iqtisadiyyatına reinteqrasiya olunmaqla  töhfələr verəcəyi gözləniləndir”.   

Şəymən Bayramova

Şərq  2023.- 18 noyabr, ¹ 210.- S.6.