Yaxşı oxuyanlar həm də qazanacaq
Elmi-Kütləvi,
Mədəni-Maarif, Təhsil Proqramlarının
Hazırlanması
Tələbə təqaüdü
proqramları çox müsbətdir, təhsilə və tələbələrə
böyük dəstəkdir
Azərbaycanda 2023-cü ildə dövlət büdcəsindən təhsilə ayrılan vəsait 4 403,8 milyon manat təyin edilib. Bu vəsait 2022-ci ildə təhsilə ayrılmış məbləğdən 13,3 faiz çoxdur. Bu o deməkdir ki, təhsil xərcləri 2023-cü ildə 500 milyon manata yaxın artırılıb. Ötən illərə nəzər salsaq, təkcə təhsil xərclərinin deyil, sosial həyatın bütün sahələrinə ayrılan vəsaitin yüksəldiyini görürük. Ölkəmizin sürətli iqtisadi inkişafı, ümumdaxili məhsulun yüksək artımı fonunda gəlirlərin artması və artan gəlirlərin zəruri sahələrə transfer edilməsi təbiidir. Bu, dövlət siyasətinin həm də sosialyönümlü olduğunu təsdiq edir. Dövlət siyasətində elm və təhsilin inkişafına xüsusi diqqət ayrılması isə təkcə dövlət büdcəsindən vəsaitlərin artırılmasında deyil, vəsaitlərin məqsədyönlü xərclənməsinin təmin edilməsində özünü göstərir. Aydın görünür ki, dövlətimiz təhsil sektorunun günün tələblərinə uyğun, qlobal dünyanın tələblərinə cavab verəcək səviyyədə inkişafında maraqlıdır. Orta ümumtəhsil məktəblərində müasir dünyanı əhatələmiş ixtisaslar – astronavtika, robototexnika, süni intellekt, operatorluq, proqramlaşdırma, kompüter, fiber-optik strukturlar, internet, sahibkarlıq, maliyyənin idarə edilməsi üzrə ilkin bilik və bacarıqların əldə olunması üçün xüsusi fənn otaqlarının təşkili, müəllimlərin bu sahələr üzrə ixtisasartırma kurslarına, təlimlərə cəlb edilməsi dövlətimizin bu istiqamətdə inkişafda maraqlı olduğunu göstərir. Son illərdə təhsil sahəsində çalışanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də ciddi addımlar atılıb. Müəllimlərin əməkhaqqı artırılıb. Ölkənin şəhər və kəndlərində hər il neçə-neçə yeni məktəb binası tikilərək istifadəyə verilir. Məktəbəqədər təhsil müəssisələrinin tikilməsi və yenilənməsi istiqamətində də xeyli işlər görülür. Və yeni təhsil müəssisələrinin tikintisi zamanı müasir təhsil standartlarına uyğunluq daha çox nəzərə alınır.
Təhsil sektorunda vacib məsələlərdən
biri də təhsilə cəlbetmə və
təhsilin əlçatanlığının təmin edilməsidir.
Sirr deyil ki, ali təhsil müəssisələrinə
ödənişli əsaslarla qəbul olunanlar
arasında təhsil haqqını ödəməkdə
çətinlik çəkənlər olur.
Əlbəttə, bu məsələdə
tələbənin əsas dəstəkçisi dövlətdir.
Dövlətimiz bir sıra kateqoriyalar üzrə təhsil haqqından azad edilmə proqramları həyata keçirir. Amma sivil dünyanın daha bir göstəricisi də ayrı-ayrı
fondların xeyriyyə tədbirləridir ki,
onlar sayəsində də bir
qisim tələbələrin təhsil
haqqı qarşılanır. Eyni zamanda müxtəlif fondların təyin etdiyi tələbə təqaüdləri
proqramları da var ki, bunlar da
tələbələrin xərclərinin qarşılanmasında
əvəzsiz əhəmiyyət daşıyır. Məsələn, bu günlərdə
"Azercell" mobil
rabitə şirkəti müvəffəqiyyətlə təhsil
alan və akademik fərq
nümayiş etdirən tələbələri
təhsilə daha çox
həvəsləndirmək, yüksək potensiala
malik gənclərin gələcək
mütəxəssis kimi formalaşmasına
dəstək olmaq məqsədilə
növbəti dəfə “Tələbə Təqaüdü
Proqramı”na start verib.
Proqram çərçivəsində
şirkət “Tələbə Təqaüdü Proqramı
2024”ə seçilmiş 10 tələbəyə
aylıq 300 AZN məbləğində təqaüd təqdim
edəcək. Verilən məlumatda qeyd olunur ki,
informasiya texnologiyaları, kibertəhlükəsizlik,
biznes analitikası, Data
elmi, marketinq sahələri
üzrə Azərbaycan Respublikasının müxtəlif ali təhsil müəssisələrində bakalavr təhsili alan sonuncu 2 kursun tələbələri
bu proqrama müraciət
edə bilər. Namizədlərin son 2 kurs qiymətləri A və ya B (5 və ya 4) olmalıdır. "Azercell"in
“Tələbə Təqaüdü
Proqramı”na müraciət etmək üçün şirkətin
rəsmi veb səhifəsində (www.azercell.jobs) müvafiq linkə keçid almaq lazımdır. Seçim mərhələlərinin gedişi və nəticəsi haqqında məlumat namizədlərin
elektron poçtuna göndəriləcək. Ərizələr 01.10.2023-dən 31.10.2023 tarixinədək
və yalnız onlayn formatda qəbul ediləcək.
Qeyd edilir ki, "Azercell" əməkdaşlarının
Gəncə, Naxçıvan
və Lənkəran şəhərlərinə səfər
edərək proqram çərçivəsində universitetlərdə tələbələrlə
görüşləri də
təşkil olunacaq.
"Azercell"in “Tələbə Təqaüdü
Proqramı” yalnız maddi dəstəklə məhdudlaşmır. Hər
il bu
proqram çərçivəsində
onlarla gənc "Azercell"də təcrübə
keçərək telekommunikasiya
sahəsi üzrə biliklərini artırır
və gələcək
karyeraları üçün
əvəzedilməz təcrübə
qazanırlar.
“Tələbə
Təqaüdü Proqramı”nın üstünlükləri
haqqında “Sherg.az"a
anışan təhsil
eksperti Elşən Ramizoğlu qeyd etdi ki, bu
cür dəstək layihələri gənclərin
elmə, təhsilə
cəlb edilməsində
böyük rol oynayır:
"Xatırlayırsınızsa, bir müddət əvvəl “Qırmızı Ürəklər Fondu” "Onu oxut" aksiyasına start verdi. Aksiyanın məqsədi “Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı" çərçivəsində həyata keçirilən ianə aksiyasında toplanacaq məbləğlər hesabına sosial həssas qruplardan olan tələbələrə təqaüd vermək idi. Qeyd edilirdi ki, 2023/2024-cü tədris ilində 600 və daha yüksək bal toplayaraq ali məktəbə daxil olan və həssas qrupa aid tələbələr insanların ianələri ilə daha rahat təhsil imkanına sahib olacaqlar. Bir neçə tələbə Fonda müraciət etmişdi artıq. İanələr üçün Fondun veb-saytı, eləcə də "Kapital Bank" terminalları, o cümlədən "Birbank" mobil tətbiqi aktiv idi. Ötən tədris ili üçün Fonda 43 590 AZN ianə toplandığı qeyd edilirdi. Bu da 26 tələbənin təhsil xərclərinin qarşılanmasına sərf olunub. Layihəyə qoşulan donorların dəstəyi ilə 11 tələbənin təhsil haqqı ödənilib, 15 tələbəyə isə 10 ay müddətində 21 600 AZN məbləğində təqaüd verilib. "Azercell" mobil rabitə şirkətinin elan etdiyi “Tələbə Təqaüdü Proqramı” da bu qəbildəndir və ali məqsəd daşıyır. Müvəffəqiyyətlə təhsil alan və akademik fərq nümayiş etdirən tələbələri təhsilə daha çox həvəsləndirmək, yüksək potensiala malik gənclərin gələcək mütəxəssis kimi formalaşmasına dəstək olmaq məqsədi qarşıya qoyulub. Proqram çərçivəsində 10 tələbəyə aylıq 300 AZN məbləğində təqaüd təqdim edilməsi kiçik məsələ deyil. Həm də fikir verək ki, təqaüd veriləcək tələbələr informasiya texnologiyaları, kibertəhlükəsizlik, biznes analitikası, Data elmi, marketinq kimi müasir çağırışlara cavab verən ixtisaslar üzrə bakalavr təhsili alanlar olacaq. Namizədlərin son 2 kurs qiymətləri yüksək və yaxşı olanlar arasından seçilməsinin özü də stimullaşdırıcı, həvəsləndiricidir. Tələbə sosial ehtiyaclarını daha rahat ödəyə bilmək üçün yaxşı da təqaüd almalıdır, bunun üçün də yaxşı oxumalıdır, yaxşı oxumağa, akademik göstəricilərinin yüksək olmasına can atmalıdır. Hesab edirəm ki, bu cür layihələr, çox müsbətdir, təhsilə və tələbələrə böyük dəstəkdir. Tələbə Krediti Fondu da var və bu fond da mühüm işlər görür. Lakin xeyriyyə fondları, dəstək aksiyaları nə qədər çox olsa, bir o qədər tələbə gəncimizin təhsil xərcləri də, maddi ehtiyacları da qarşılanar. Tələbələrdə təhsilə, öyrənməyə həvəs artar. Təhsilin əlçatanlığı da təmin edilər".
Məlahət Rzayeva
Şərq 2023.- 3 oktyabr.- S.6.