Bəzi yerlərdə
imkan var, amma bir çoxunda
yoxdur
Gender, ailə, demoqrafiya məsələlərinin
işıqlandırılması
Valideynlər əlilliyi olan övladını harasa aparmaq üçün əziyyət çəkir
“Bu uşaqlar çox
vaxt evdə qalır. İctimai yerlərdə az-az
görünürlər. Bu isə onların
cəmiyyətdən təcridinə
səbəb olur.
Bu baxımdan problemə
diqqət ayrılmalıdır”
BMT-nin
Uşaq Hüquqları
Komitəsi əlilliyi
olan uşaqların valideynlərinə dəstəyi
gücləndirmək və
həmin uşaqların
öz ailə mühitində böyümək
hüququnun təmin edilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tövsiyə
verib. Bu, BMT-nin Uşaq Hüquqları
Komitəsinin Azərbaycan
Respublikasının sonuncu
dövri hesabatları
ilə bağlı tövsiyələr sənədində
öz əksini tapıb. Eyni zamanda sənəddə icma əsaslı xidmətlərin, o cümlədən
erkən müdaxilə
xidmətləri və
gündüz qayğısının
əlçatanlığının artırılması, bu cür xidmətləri göstərən və valideynlərə adekvat sosial-iqtisadi dəstək göstərən QHT-yə
dəstəyin göstərilməsi,
həmçinin damğalanma
ilə mübarizə
üçün maarifləndirmə
tədbirlərinin daha
da gücləndirilməsi
və əlilliyi olan uşaqların hüquq sahibləri kimi müsbət imicinin təşviq edilməsilə bağlı
tövsiyələr yer
alıb.
Qeyd edək ki, Azərbaycan dövlət siyasətinin sosialyönümlü
olması, əhalinin həssas təbəqəyə
məxsus hissəsinin
dövlət qayğısıyla
əhatə olunması
cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamlarda,
bu sərəncamlardan
irəli gələn vəzifələrin aidiyyətli
qurumlar tərəfindən
icra edilmsəində əksini tapır.
Qarşıda duran əsas
vəzifələrdən biri
şəhid ailələri
və digər həssas qrupların sosial dəstək tədbirləri ilə əhatə olunmasıdır.
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyində keçirilən
kollegiya iclaslarında
həssas qrupların,
digər məsələlər
kimi uşaqların lazımi sosial qayğıyla əhatə
olunması istiqamətində
görülən və
görülməsi zəruri
olan işlərin müzakirəsi aparılır.
Nazirlikdə keçirilən
növbəti kollegiya
iclasında sosial xidmətlər sahəsində
görülən işlər,
o cümlədən bu
il 5149 nəfərə
evdə sosial-məişət
xidməti göstərildiyi,
100 uşağın övladlığa
verildiyi, reinteqrasiya tədbirləri nəticəsində
dövlət uşaq müəssisələrindən 126 uşağın öz ailəsinə qaytarıldığı
qeyd olunub. Uşaqların valideyn himayəsindən
məhrum olmasının
qarşısının alınması,
«Himayədar ailə» qayğı modelinin tətbiqi istiqamətində
görülən işlərdən
bəhs olunub. İclasda sosial xidmətlər, hüquq, beynəlxalq əlaqələr, ictimaiyyətlə
əlaqələr və
digər sahələrdə
görülmüş işlər
və qarşıda duran vəzifələr müzakirə olunub.
BMT-nin Uşaq Hüquqları Komitəsinin əlilliyi olan uşaqların valideynlərinə dəstəyi
gücləndirmək və
həmin uşaqların
öz ailə mühitində böyümək
hüququnun təmin edilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə etdiyi tövsiyələr barədə
“Şərq”ə danışan
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, uşaqlara həssas qruplara, o cümlədən xüsusi
qayğıya ehtiyacı
olan uşaqlara göstəriləcək sosial
xidmətlər “Azərbaycan
Respublikasında sosial
xidmətin inkişafına
dair 2023–2026-cı illər
üçün Dövlət
Proqramı” ilə təsdiq edilib:
- Bununla bağlı ölkə başçısının
28 avqust 2023-cü il tarixli sərəncamı var. Sərəncamla
“Azərbaycan Respublikasının
2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasının
təmin edilməsi məqsədilə adını
çəkdiyimiz Dövlət
Proqramı Prezident tərəfindən təsdiq
edilib. Sərəncamda
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
həvalə edilir ki, Dövlət Proqramında nəzərdə
tutulan tədbirlərin
həyata keçirilməsini
əlaqələndirsin, nəzərdə
tutulmuş tədbirlərin
icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin. Tədbirlərin icrasının monitorinqi
və qiymətləndirilməsini
də nazirliyin sifarişi əsasında İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti də bu Sərəncamdan
irəli gələn məsələləri həll
etməlidir. Dövlət Proqramında nələr nəzərdə tutulur.
Qısaca baxsaq, həssas
qrupa aid uşaqların
sosial qayğısının,
onlara göstərilməli
olan xidmətlərin siyahısı açıq
verilib. Dövlət Proqramında qeyd
edilir ki, hər bir cəmiyyətdə
uşaqların sosial müdafiəsi, sağlam və firavan böyüməsi, fiziki və mənəvi inkişafı üçün
həyata keçirilən
siyasət həmin cəmiyyətin ümumi inkişafının əsas
keyfiyyət göstəricilərindən
biridir. Sivil və ümumbəşəri
dəyərləri daim
yüksək tutan Azərbaycan Respublikası
da uşaqların münasib şəraitdə
böyüyərək tərbiyə
olunmaları və onların layiqli vətəndaş kimi formalaşmalarının təmin
edilməsi sahəsində
fəal siyasəti ilə fərqlənir.
Hazırda Azərbaycan Respublikasının
ixtisaslaşdırılmış sosial xidmət müəssisələri tərəfindən
uşaqların münasib
yaşayış şəraiti,
sığınacaq və
reinteqrasiya xidmətləri
ilə təmin edilməsi, təhsilin və peşə hazırlığının, sosial
reabilitasiyasının təşkili,
onlara hüquqi, psixoloji yardımın göstərilməsi və
digər tədbirlər
həyata keçirilir.
Uşaqlarla bağlı dövlət
siyasətinin əsas hədəflərindən biri
uşaq müəssisələrində
yaşayan uşaqların
ailə mühitində
böyüməsinin təmin
edilməsi, eyni zamanda onların stasionar uşaq müəssisələrinə düşməsinin
qarşısının alınması
istiqamətində qabaqlayıcı
tədbirlərin görülməsidir.
Uşaq müəssisələrinə
düşmək riski
olan 3234 uşaq müxtəlif şəhər
və rayonlarda təşkil edilən günərzi qayğı
mərkəzlərində xidmətlərə
cəlb olunub, “Azərbaycan Respublikasında
dövlət uşaq müəssisələrindən uşaqların ailələrə
verilməsi (de-institusionalizasiya)
və alternativ qayğı ilə bağlı 2006–2015-ci illər
üzrə Dövlət
Proqramı”nın icrası çərçivəsində,
eləcə də sonrakı dövr üzrə fəaliyyət
nəticəsində 879 uşaq
ailələrinə qaytarılıb.
Əlilliyi olan uşaqların
digər ölkələrdə
ixtisaslaşmış bərpa
müalicəsinin təşkili
diqqətdə saxlanılır,
ötən müddət
ərzində bu kateqoriyadan olan 386 uşağın xarici ölkələrdə ixtisaslaşmış
reabilitasiya kursu keçməsi təşkil
edilib. Hər iki valideynini
itirmiş və ya valideyn himayəsindən
məhrum olmuş uşaqlar üçün
sosial xidmət müəssisələrinin və
təhsil müəssisələrinin
məzunu olan gənclərin yaşayış
problemlərinin həlli
ilə bağlı ciddi tədbirlər görülür, bu məqsədlə inşa
edilmiş çoxmənzilli
binalarda həmin kateqoriyadan olan 590 gəncə mənzil verilib. Bunlar həyata keçirilən
əsaslı işlərdir.
Dövlət Proqramının
prioritet istiqamətlərinə
hüquqi bazanın təkmilləşdirilməsi, əlilliyi
olan uşaqlara mobil xidmətlərin səviyyəsinin yüksəldilməsi,
bu sahədəki beynəlxalq təcrübənin
öyrənilməsi, sosial
xidmətlərə əlçatanlığın
artırılması, sosial
işin idarə edilməsində inkişafa
nail olmaq, xidmət paketinin artırılması,
fiziki məhdudiyyətli,
əlilliyi olan uşaqların inklüziv
təhsilə cəlb
edilməsi, sosial-iqtisadi
dəstək, bu kateqoriyadan olan uşaqların cəmiyyətə
inteqrasiyası, imkanlardan
bərabərhüquqlu istifadəsinin
təmini, həmçinin
belə uşaqların
cəmiyyətdən təcridinin
qarşısının alınması
istiqamətində tədbirləri
gücləndirmək daxildir.
M.Zeynalova qeyd etdi ki,
tövsiyələr arasında
qeyri-hökumət təşkilatlarına
dəstəyin artırılması
və onlarla birgə əməkdaşlığa
üstünlük verilməsi
də əksini tapır:
- QHT bu sahədə
çox iş görə
bilər. Bölgələrdə mövcud
durumu öyrənmək, ailələrlə
ünsiyyət, xüsusi həssas qrupa aid uşaqların
üzə çıxarılması və onlara
sosial xidmətin təşkilində QHT bəlli
bir təcrübəyə sahibdir.
Hesab edirəm ki, sosial xidmətlərin keyfiyyətini yüksəltmək
üçün əlilliyi olan uşaqlara sahib ailələrə maddi
dəstək artırılmalıdır. Söhbət sosial müavinətlərin
artırılmasından gedir. Doğrudur,
dövlət tərəfindən sosial
müavinətlərin həcmi artırılır, lakin hesab edirəm ki, bu məbləğ
gündəlik istehlak səbətini
qarşılayacaq həddən yüksək olmalıdır ki, ailə əlilliyi olan
övladına daha yaxşı xidmət
göstərə, onun ehtiyac və istəklərini qarşılaya bilsin. Adi bir
misal çəkim; əlilliyi olan uşağı harasa aparmaq üçün taksi xidmətindən istifadə edilməlidir.
Təəssüf ki, əlilliyi olan şəxslərin sərbəst hərəkəti
üçün uyğun
şərait hələ tam
formalaşmayıb. Bəzi yerlərdə imkan
var, amma bir çoxunda yoxdur. Valideynlər əlilliyi olan
övladını harasa aparmaq
üçün əziyyət çəkir.
Həm infrastruktur baxımından, həm
də maddi çatışmazlıqdan. Ona gorə də bu uşaqlar çox vaxt evdə qalır. İctimai
yerlərdə az-az görünürlər.
Bu isə onların cəmiyyətdən təcridinə
səbəb olur. Bu
baxımdan problemə diqqət ayrılmalıdır. İnklüziv təhsil mərkəzlərinin,
həmçinin günərzi qayğı mərkəzlərinin
də sayı artırılmalıdır. Elə valideynlər
var, işləyirlər, onların
imkanı yoxdur övladına bütün gün ərzində
nəzarət edə bilsin. Belə
uşaqların günərzi mərkəzlərinə yerləşdirilməsi
çox vacibdir, nəzarətsiz
qalmasınlar və qayğı ilə əhatə olunsunlar deyə. Təkcə əlilliyi olan uşaqlar deyil, bu mərkəzlərə
valideyn himayəsindən məhrum, həmçinin
valideyni əmək fəaliyyəti ilə
məşğul olan uşaqlar
da cəlb edilə bilər. Sadəcə,
bu mərkəzlərdə uşaq yeri sayı
artırılmalıdır ki, daha çox uşaq və ailələr bu
imkandan yararlana bilsin.
Məlahət Rzayeva
Şərq .- 2023.- 6 oktyabr.- S.6.