44 günlük Vətən müharibəsi bir dərsdir

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

Regionda yaranan yeni reallıqlar qeyri-hökumət təşkilatlarının da fəaliyyətində əksini tapır

“Vətəndaş cəmiyyətinin vəzifəsidir ki, məsələn, əsir və girovlarla bağlı problemi gündəmdə saxlasın. Həmçinin mina təhlükəsizliyini, “Böyük Qayıdış” proqramını, reinteqrasiya məsələlərini. Bunlar ölkəmizin gələcəyi deməkdir”

  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə kiçik, ortaböyük qrant müsabiqələrini elan edib. Elan olunan, reallaşmasına dövlətin yardım etdiyi qrant müsabiqələri də vətəndaş cəmiyyətinin inkişafına, vətəndaş institutlarının fəaliyyətinin daha da təkmilləşməsinə və bu institutların dövlət strukturları ilə əməkdaşlıq edərək dövlət-vətəndaş tandeminin möhkəmlənməsinə xidmət edir. Sadəcə, təqdim olunan layihələrin hansı məzmun daşıdığı, hansı istiqamətə yönəldiyi əsasdır. QHT-yə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqədə əsas hədəflər göstərilib. Müsabiqənin əhatə etdiyi kateqoriyalar üzrə mövzulara diqqət yetirəndə bunların vacib sosial çağırışlar olduğu görünür. Məsələn, A – kateqoriyasında ətraf mühitin qorunması, sağlam və təhlükəsiz həyat, həssas qruplarla , sosial-iqtisadi inkişaf, (Ekoloji məsələlərin həllinə kömək, sağlam və təhlükəsiz həyat tərzinin (narkomaniya, tütünçəkmə, yoluxucu xəstəliklər ilə mübarizə, yaşıl nəqliyyatın, “yaşıl düşüncə”nin inkişafı və s.) təşviqinə, həssas əhali qrupları (müharibə veteranları, şəhid ailələri, uşaqlar, qadınlar, ahıllar, əlillər, aztəminatlı ailələr və s.) ilə işə, məişət zorakılığının, məşğulluq probleminin (xüsusilə qadınların məşğulluğunun) və digər sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş təşəbbüslərə üstünlük verilir). B – kateqoriyasında Cənubi Qafqazda sülhetimad quruculuğu, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi (Qarabağ və Şərqi Zəngəzurun potensialından səmərəli istifadəyə, "Böyük Qayıdış" nəticəsində doğma yurdlarına dönmüş sakinlərlə işə, Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya Prosesinin sürətləndirilməsinə, dinc birgəyaşayışın təşviqinə, beynəlxalq təşkilatlar üçün alternativ hesabatların hazırlanmasına dair təkliflərə üstünlük verilir), C kateqoriyasında - itkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə (azərbaycanlı itkin, əsir və girovların taleyi ilə əlaqədar təşəbbüslərə, onların ailələri ilə işə, dünyanın müxtəlif ölkələrində bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının birgə müdafiəsinə dair təkliflərə, işğaldan azad edilmiş ərazilərin minaPHS-dan təmizlənməsinə dəstək təkliflərinə, bu barədə əhalinin maarifləndirilməsi tədbirlərinə, mina qurbanları, onların ailələri ilə işə, BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri kimi “minasız dünya”nın müəyyənləşdirilməsi istiqamətində təşəbbüslərə üstünlük verilir), D kateqoriyasında Qərbi Azərbaycana qayıdış prosesi (Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə dair təşəbbüslərə, xarici QHT-ni tərəfdaşlığa cəlb etməklə, xarici ölkələrdə beynəlxalq tədbirlərin təşkili təkliflərinə, beynəlxalq qurumlar üçün hesabatların hazırlanması təşəbbüslərinə üstünlük verilir), E kateqoriyasında Milli, ictimai və beynəlxalq əhəmiyyətli digər təşəbbüslər (A, B, C, D kateqoriyaları üzrə mövzulardan kənarda qalan, milli, ictimai, beynəlxalq əhəmiyyətli digər bütün təşəbbüsləri əhatə edir. Təhsil, mədəniyyət, vicdan azadlığı, ana dilinin saflığının qorunması, korrupsiyaya qarşı mübarizəyə, ictimai nəzarətin və iştirakçılığın təşviqinə dair təşəbbüslərə üstünlük verilir) üzrə layihələr təqdim edilə bilər. Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti də müəyyənləşib. Kiçik qrant müsabiqələrinin icra müddəti 6 ayadəkdir, məbləğ 15000 manat, orta qrant müsabiqəsi üzrə 30000 manat, icra müddəti 9 ayadək və böyük qrant müsabiqəsi üzrə 50000 manat, icra müddəti 12 ayadək. QHT geniş seçim imkanına malikdir, layihə təklifinin kiçik, orta, yoxsa böyük qrant müsabiqəsinə uyğunluğunu özü sərbəst müəyyən edir, hətta bütün müsabiqələrə uyğun fərqli layihələr təqdim etməkdə məhdudiyyət yoxdur. Əsas budur ki, təqdim edilən layihə onu təqdim etmiş QHT-nin fəaliyyət sahəsinə uyğun olsun.

  Mövzu ilə bağlı “Sherg.az"a danışan Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli qeyd etdi ki, Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbədən sonra regionda yaranan yeni reallıqlar qeyri-hökumət təşkilatlarının da fəaliyyətində əksini tapır:

- 44 günlük Vətən müharibəsi, həqiqətən də, nəhəng dəyişikliklərə səbəb oldu. Vətəndaş cəmiyyəti təmsilçiləri arasında o vaxta qədər də fəallıq vardı. Qarabağ həqiqətlərinin dünyaya tanıdılması, erməni yalanlarının ifşası istiqamətində çox işlər görülürdü. Təkcə Xocalı faciəsinin dünyaya tanıdılması üçün saysız-hesabsız tədbirlər, konfranslar keçirilib, həm daxildə, həm də xarici ölkələrdə, kitablar nəşr olunub, sənədli, xronoloji filmlər hazırlanıb. Bu işlərdə qeyri-hökumət təşkilatları aktiv olublar. Dövlət də bu səpkili layihələrin reallaşmasına dəstək verib. Lakin 44 günlük Vətən müharibəsi QHT sektorunun fəaliyyətinə də yeni çalarlar gətirdi. QHT-yə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsində təklif olunan mövzulara baxdıqda, müsabiqənin çox geniş sahələri əhatə etdiyi görünür. Sadalamaq istəmirəm. Məlumdur. Oradakı istiqamətlərin bir çoxu məhz Qarabağla bağlıdır. Vətəndaş cəmiyyətinin vəzifəsidir ki, məsələn, əsir və girovlarla bağlı problemi gündəmdə saxlasın. Həmçinin mina təhlükəsizliyini, “Böyük Qayıdış” proqramını, reinteqrasiya məsələlərini. Bunlar ölkəmizin gələcəyi deməkdir. Və bu da böyük mənada həm də vətəndaş cəmiyyətindən asılıdır.

  V.Tofiqli qeyd etdi ki, təkcə bu istiqamətlər üzrə deyil, sosial problemlərin həllində də QHT-lər dövlətə dəstək verməlidirlər:

 - Sizə bir misal çəkim. Samux rayonunda "Valideyn məsuliyyətliyi" adlı təlim keçirilib. Bu, Bələdiyyə Resurs və Təlim Mərkəzi İctimai Birliyi tərəfindən icra olunan "Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir adlı tədbirlərin təşkili" layihəsinin icrasıdır. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir, valideynlər arasında maariflənmə işləri aparılır. Layihə çərçivəsində Samux rayonu Çobanabdallı kəndindəki kənd tam orta məktəbində 25 valideynə "Valideyn məsuliyyətliyi" mövzusunda təlim keçirilib. Təlim zamanı valideyn vəzifələri və məsuliyyəti, valideyn-övlad münasibətində anlaşılmazlıq, konfliktlər və onların həlli yolları, həmçinin məsuliyyətsizlik və digər səbəblərdən qanunvericiliklə tənzimlənən valideynlik hüquqlarından məhrum edilmə kimi məsələlərə toxunulubvalideyn-övlad arasında sağlam münasibətə təsir edən amillərdən söhbət aparılıb. Təlim boyu müxtəlif rol oyunları, energizerlər və qrup işləri təşkil olunub. Bu cür layihələrin reallaşması da vacibdir. Çünki son illərdə müxtəlif səbəblərdən valideyn məsuliyyətinin azaldığı müşahidə edilir. QHT-nin Qarabağ mövzusuna meyli başadüşüləndir. 2020-ci ildən sonra regionda reallıqlar dəyişib, QHT də fəaliyyət istiqamətlərini daha çox bu yöndə təşkil etmək istəyir. Beynəlxalq tədbirlərdə vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı bizə üstünlük qazandırır. Məsələn, bir neçə gün əvvəl Polşada ATƏT sədrinin çağırışı ilə İnsan ölçüsü üzrə Varşava Konfransı keçirildi. Orada Qərbi Azərbaycan İcmasının təmsilçisi Pərvanə Vəliyeva, "Qarabağa Dönüş" İB-nin sədr müavini Gülməmməd Məmmədov da iştirak edirdi. Onlar öz çıxışlarında Ermənistana çağırış edərək, Qərbi azərbaycanlıların öz evlərinə layiqlidinc şəkildə qayıtmaq hüquqlarını tanımasını istəyiblər, Azərbaycandakı tolerant mühiti faktlarla diqqətə çatdırıblar, Azərbaycanda etnikmilli azlıqların Azərbaycan konstitusiyanına uyğun olaraq bərabərhüquqlu şəkildə yaşadığını vurğulayıblar. Və vaxtilə Qrəbi Azərbaycandan deportasiya edilmiş həmvətənlərimizin də dinc şəkildə doğma yurdlarına qayıtmaq hüququnun tanınmasını istəyiblər. Beynəlxalq tədbirlərdə vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı və problemləri dilə gətirməsi daha çox inandırıcı olur. Bunu nəzərə alaraq bizim qeyri-hökumət təşkilatları ölkəmizin və dövlətimizin, vətəndaşların mənafeyinə uyğun layihələrlə çıxış etməli və məhz bu yöndə layihələrin icrasına çalışmalıdırlar. 

Məlahət Rzayeva

Şərq .-  2023.- 14 oktyabr.- S.6.