Azərbaycan müsəlman dünyasının bir hissəsidir

Dini milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

Bu günə kimi heç bir müsəlman dövləti Azərbaycanın islam dünyasına əks mövqe nümayiş etdiyini görməyib

  Prezident İlham Əliyev oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin sənaye qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı ilk növbədə, qonaqlara Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirak etdiklərinə görə minnətdarlığını bildirərək, bunu dostluq əlaqələrimizin böyük hörmətin nümunəsi kimi dəyərləndirib. Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasiminin keçirilməsini tarixi hadisə kimi qiymətləndirən Azərbaycan Prezidenti ikitərəfli münasibətlərimizin bir çox digər sahələri əhatə etdiyini vurğulayıb. Prezident İlham Əliyev bugünkü görüşün əməkdaşlığımızın hazırkı vəziyyətinin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib. Gündəlikdə duran birgə layihələrin əlaqələrimizin daha da genişləndirilməsi baxımından önəmini qeyd edib. Birləşmiş Ərəb Əmirliklərinin sənaye qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir, ilk növbədə, ölkəmizdə göstərilən yüksək qonaqpərvərliyə görə nümayəndə heyətinin adından dövlətimizin başçısına minnətdarlığını ifadə edib. Bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin ali rəhbərliyi qüdrətli ölkə olan Azərbaycanla həmişə strateji tərəfdaşlığın önəmini qeyd edir. Sultan Əhməd Əl-Cabir vurğulayıb ki, Azərbaycan qısa müddət ərzində qarşıya qoyulan məqsədlərə çatmaq istiqamətində ciddi uğurlara nail olub. O, ölkələrimiz arasında mövcud olan əlaqələrin uzunmüddətli tərəfdaşlığa xidmət etməsinə əminliyini bildirib. Eyni zamanda qeyd edib ki, Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri əməkdaşlığın strateji tərəfdaşlığın yeni nümunəsinin yaradılması işinə sadiqlik nümayiş etdirir. Siyasi məsləhətçi tədqiqatçı Basel Hac Casem bildirib ki, Azərbaycanın iri neft təbii qaz hasilatçıları - Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Əlcəzairlə enerji sektorunda əməkdaşlığı bu ölkələrə beynəlxalq enerji bazarına ciddi təsir göstərməyə imkan verir. Onun sözlərinə görə, Azərbaycan ilə ərəb ölkələri arasında yaxşı münasibətlər mövcuddur: “Bu həm , bu ölkələrdəki azərbaycanlı diplomatların fəal fəaliyyəti, ölkələr arasında siyasi, iqtisadi mədəni əlaqələrin canlanmasına yönəlmiş səylərlə bağlıdır”. O, Azərbaycanla BƏƏ arasında əlaqələrə xüsusi diqqət çəkib: “Azərbaycanın Fars körfəz ölkələri ilə ticarət dövriyyəsinin 70 faizdən çoxu məhz BƏƏ-nin payına düşür”. Ekspertin fikrincə, BƏƏ təkcə enerji sektorunda deyil, həm bir çox sahələrdə Azərbaycanın mühüm ticari tərəfdaşıdır: “Son illərdə BƏƏ-nin Azərbaycana energetika, nəqliyyat, metallurgiya, qida sənayesi digər sahələrlə bağlı layihələri çərçivəsində investisiyaları 2,2 milyard ABŞ dollarından çox olub”. Casem əlavə edib ki, Azərbaycan isə BƏƏ- 350 milyon ABŞ dollarından çox sərmayə yatırıb ki, bunlardan ən mühümü daşınmaz əmlak sektorudur. Beynəlxalq platformalarda əməkdaşlığa münasibət bildirən ekspert qeyd edib ki, ərəb ölkələri beynəlxalq gündəmdə olan bir çox məsələlərlə bağlı mövqelərini əlaqələndirmək yolu ilə Azərbaycanla əməkdaşlıqdan faydalana bilər: “Bundan başqa, onlar mövcud münaqişələrdə birgə beynəlxalq vasitəçi kimi çıxış edə, gərginliyin azaldılmasına yardım göstərə ya münaqişələrdən zərər çəkənlərə kömək edə bilərlər. Bu ölkələrdə - Azərbaycan, Qətər, BƏƏ, Əlcəzairdə iqtisadi vəziyyət yaxşıdır. Bu, onlara beynəlxalq arenada mühüm siyasi rol oynamağa imkan verir”. Bir müddət əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Ərəb Dövlətləri Liqasının (ƏDL) Baş katibi Əhməd Əbul Qeyt ilə görüşüb. Görüşdə, Azərbaycanın ƏDL çərçivəsində, habelə individual əsasda Ərəb ölkələri ilə əməkdaşlıq məsələləri, habelə bölgədə cari vəziyyət müzakirə olunub. Ceyhun Bayramov, tarixi mədəni baxımından bir çox oxşar xüsusiyyətlərimizin olduğu Ərəb dünyası ölkələri ilə, o cümlədən ƏDL çərçivəsində əməkdaşlığa verdiyimiz əhəmiyyətdən bəhs edərək, bu istiqamətdə bir çox sahələr, o cümlədən iqtisadiyyat, investisiyalar, kənd təsərrüfatı, bağlantılar s. sahələr üzrə əməkdaşlığın perspektivlərinin mövcud olduğunu diqqətə çatdırıb. Xüsusilə, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə ƏDL üzvü olan bir sıra ölkələrlə əlaqələrimizin daha da genişləndirilməsi məmnunluqla qeyd edilib. C.Bayramov, həmçinin post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa quruculuq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. 2020-ci ildə müharibənin bitməsindən dərhal sonra Azərbaycanın təşəbbüsü ilə başlayan normallaşma sülh prosesi, mövcud çağırışlar çətinlikləri qeyd edən nazir Ceyhun Bayramov, bu xüsusda regionda təhlükəsizliyə ən böyük hədələrdən biri olan ərazilərimizdə qeyri-qanuni erməni silahlı qüvvələrinin mövcudluğuna tərəfimizdən aparılan antiterror tədbirləri nəticəsində son qoyulduğunu bildirib. Ərazi bütövlüyümüz suverenliyimizə hədə olan bu təhlükənin eyni zamanda Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlər ilə reinteqrasiya prosesinin irəlilədilməsinə ciddi maneə törətdiyi diqqətə çatdırılıb. Bundan sonra da tərəfimizdən Ermənistanla ikitərəfli əsasda normallaşma gündəliyinin təşviqi, habelə milli səviyyədə erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası sahəsində əməli addımların atılacağı diqqətə çatdırılıb. Baş katib Əhməd Əbul Qeyt, ötən il Qlobal Bakı Forumu çərçivəsində ölkəmizə səfərini dövlət başçımızla keçirdiyi görüşü xatırlayaraq, bu kimi təmasların münasibətlərin inkişaf perspektivlərinin müzakirəsində əhəmiyyət kəsb etdiyini söyləyib. Azərbaycanın bölgədə sülh quruculuq səylərinin təqdirəlayiq olduğu, bu xüsusda regionda dayanıqlı sülh quruculuğu sahəsində işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

  Politoloq Azər Qasımov "Sherg.az"a bildirib ki, Azərbaycan dövləti müsəlman ölkəsi kimi hər zaman islam dünyası ilə münasibətlərində "İslam dünyası" faktorunu rəhbər tutmuş ölkədir. Ekspert diqqətə çatdırıb ki, Azərbaycan müsəlman dünyasının bir hissəsidir:

"Müxtəlif platforma təşkilatlarda müsəlman birliyi nöqteyi-nəzərindən çıxış edib. Bu günə kimi heç bir müsəlman dövləti Azərbaycanın islam dünyasına əks mövqe nümayiş etdiyini görməyib. Eyni mövqeyi Azərbaycan da hər zaman müsəlman dünyasından gözləyib. Müsəlman dünyasının ərəb, türk, fars, urdu s. mənşəli xalqlarının bir çoxlarının Azərbaycanın vaxtılə işğal altında olan ərazilərinə görə ciddi dəstək verməməsi faktları çox olub. Təbii ki, dəstək verən az olmayıb. Türkiyə, Pakistan, eləcə Qətər kimi. Ermənistan 1991-ci ildə müstəqillik qazandıqda, Dağlıq Qarabağdakı qanlı müharibəyə qatılır. Bu səbəbdən o dövrdə Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın mövqeyini dəstəkləyərək, iki ölkə arasında rəsmi münasibətlər qurmur. Bunu 2018-ci ildə Azərbaycan hökuməti ilə danışıqlar zamanı BƏƏ-nin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bəyan etməsi təsdiqləyir. Buna baxmayaraq, Birləşmiş Ərəb Əmirlikləri Ermənistan arasında hələ rəsmi diplomatik münasibətlər qurulur".

  Analitikin fikrincə, 2020-ci ildə Dağlıq Qarabağda silahlı qarşıdurma başlayanda, Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə, gizli şəkildə Azərbaycana qarşı mübarizədə Ermənistanı dəstəkləməsi iddia olunur: "Bundan əvvəl isə Birləşmiş Ərəb Əmirliklərinin liderləri Şeyx Xəlifə bin Zayed Əl Nahyan 21 sentyabr 2020-ci il tarixində Ermənistanı Müstəqillik Günü münasibətilə təbrik edib. Erməni lobbisinin təsiri din amilindən üstün olmasa da, müəyyən məqamlarda irəli çıxması təəssüf doğurub. Ərəb ölkələrinin Azərbaycana münasibətini ümumilikdə müsbət qiymətləndirsək , daha yaxşı olmasını ümid etdiyimiz məqamlar da var".

İsmayıl Qocayev

Şərq .- 2023.- 28 oktyabr, ¹197.- S.6.