Azərbaycan gənclərinin xaricdə təhsil alması davamlı olmalıdır

Elmi-Kütləvi, Mədəni-Maarif, Təhsil Proqramlarının Hazırlanması

Qəbul olunan Dövlət Proqramı bu məqsədi hədəfləyir

 

  “Mən 14 iyun 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra, ilk növbədə, təhsillə məşğul olmağa başladım. O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar Azərbaycana lazım olacaq. Vaxt gələcək ki, nəhayət, Azərbaycan müstəqil olacaqbu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər. O vaxt gəlib çatdı”. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti bu günöz töhfəsini verir. Ümummilli liderin ötən əsrin 80-ci illərində gənclərimizi keçmiş ittifaqın aparıcı ali məktəblərinə təhsil almağa göndərməsini xalq unutmayıb. Heydər Əliyev gəncləri SSRİ-nin müxtəlif ali məktəblərinə sadəcə, göndərməklə işini bitmiş hesab etmirdi. Təhsil almağa göndərilən gənclərlə görüşürdü, onlara tövsiyələrini verirdi.

Ümummilli liderin Azərbaycan gənclərinin savadlanması, müxtəlif ixtisaslara yiyələnmək üçün ozamankı ittifaqın nüfuzlu ali məktəblərində təhsil almalarını təmin etməsi ölkəmizin gələcəyinə hesablanmış, kadr potensialının artırılmasına yönəlmiş addım idi. Həmin dövrdə 15 mindən çox Azərbaycan gənci respublikamızdan kənarda - keçmiş SSRİ-nin 50-dən artıq şəhərinin 170 ali məktəbində 250-yə yaxın ixtisasa yiyələndi. Təhsilini başa vurduqdan sonra ölkəyə qayıdan ixtisaslı kadrlar müxtəlif vəzifələrdə çalışaraq Azərbaycanın güclənməsinə öz töhfələrini verdilər. Ümummilli Lider Heydər Əliyev 27 fevral 1998-ci ildə Yaponiyada təhsil alan azərbaycanlı tələbələrlə görüşdə bildirirdi: “Mən Azərbaycana neçə illər rəhbərlik etmişəm. Mənim çox arzum olub ki, Azərbaycan gəncləri dünya ölkələrinə səpələnsinlər, orada təhsil alsınlar. O vaxt dünya ölkələrinə getmək mümkün deyildi, mən bunu SSRİ miqyasında edirdim. Amma indi dünya ölkələri bizim üçün açıqdır. İndi Amerikada da, Avstraliyada da, Meksikada da, Yaponiyada da gedib oxumaq olar”.

Əsasını Ümummilli Liderin qoyduğu xaricdə təhsil strategiyası artıq neçə illərdir cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

Dövlət başçısının müvafiq sərəncamları ilə təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, eləcə də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsini təmin edir. “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il tarixli Sərəncamında qeyd olunur ki, “qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyası təhsillə əhatənin və ona əlçatanlığın artmasına, bu çərçivədə gənclərin qabaqcıl xarici təhsilə cəlbinin müxtəlif proqramlarla dəstəklənməsinə mühüm imkanlar yaradır. Təcrübə göstərir ki, təhsilin keyfiyyətinin yüksəlməsi Azərbaycanda iqtisadi tərəqqinin daha da sürətlənməsi üçün güclü potensial yaradır. Xüsusilə gənclərin xarici təhsilə cəlbi ölkənin sosial-iqtisadi həyatına, eləcə də insan kapitalının milli sərvətdə payının böyüməsinə, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşmasına, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin akademik potensialının güclənməsinə əhəmiyyətli töhfə verir. Postpandemiyayeni strateji dövrün çağırışları, həmçinin milli inkişaf məqsədlərimiz nəzərə alınmaqla, ölkənin rəqabət və inkişaf sahəsində sürətlə irəliləməsi üçün yüksək intellekt cəmiyyətin əsas güc mənbəyinə çevrilməli, yenilikçi təbəqənin iqtisadi fəallıq və idarəçilikdə rolu möhkəmlənməlidir. Bu məqsədlə Azərbaycan gənclərinin ehtiyac duyulan istiqamətlər üzrə qabaqcıl xarici ali təhsil müəssisələrinin bakalavriatmagistratura səviyyələrində təhsil alması davamlı olmalıdır. Bu məqsədlə də gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı təsdiqlənib və icrası müvafiq dövlət qurumlarına tapşırılıb. Bu Dövləıt Proqramının bəhrələri də artıq görünür. Verilən məlumatlarda bildirilir ki, 2023–2024-cü tədris ili üzrə “2022–2026 Dövlət Proqramı” çərçivəsində ümumilikdə dünyanın 17 ölkəsinin nüfuzlu xarici ali təhsil müəssisələri üzrə 381 nəfər Azərbaycan Respublikası vətəndaşı təhsil almaq hüququ qazanıb. Siyahı üzrə 67 nəfər bakalavriatura, 314 nəfər isə magistratura üzrə təhsil alacaq. Proqram iştirakçılarından 48 nəfəri cari il üzrə dünyanın 10 ən yaxşı universitetindən qəbul alıb. Onlardan 9 nəfəri "Harvard University", 2 nəfəri "Massachusetts Institute of Technology", 2 nəfəri “University of Oxford”, 8 nəfəri "Imperial College London", 2 nəfəri “ETH Zurich” digər universitetlərdə təhsil almaq hüququ qazanıb.

 Qeyd edək ki, elm təhsil naziri Emin Əmrullayev xaricdə təhsil üzrə Dövlət Proqramıyla bağlı müsbət paylaşım edib. Nazir bildirib ki, “2022-2026-cı illər üçün xaricdə təhsil üzrə Dövlət Proqramıçərçivəsində bu il təqaüd alacaq tələbələrin ən azı 10 faizi ya 38 nəfəri dünyanın ən yaxşı (ilk onluqda yer alan) universitetlərində təhsil alacaq”.

  Xaricdə təhsilin uğurlu nəticələrindən danışan təhsil eksperti Qoşqar MəhərrəmovŞərq”ə açıqlamasında bildirdi ki, Azərbaycan gənclərinin dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları ölkəmiz üçün uzunmüddətli investisiya deməkdir:

- Bakalavriat mərhələsində də dövlət hesabına xaricdə oxumaq mümkündür. Azərbaycanda 11 illik təhsil sistemini bitirib Amerikanın, İngiltərənin universitetlərində bir il akademik hazırlıq oxuduqdan sonra universitet təhsilini davam etdirmək olar. Amma onu da deyim ki, bakalavrların xaricdə oxuması üçün dövlət dəstəyi bir o qədər də effektli deyil. Çünki 17 yaşlı yeniyetmələrin əksəriyyəti nə istədiyini hələ dəqiq bilmir, hədəflər konkretləşməmiş olur. Mümkündür ki, təhsil müddətində istiqamət dəyişsin, tələbə əvvəlkindən fərqli ixtisasa meyl etsin. Ona görə də bakalavrlara investisiya qoymaq bir qədər risklidir, əsas diqqət magistraturadoktorantura pilləsində xaricdə təhsil almaq istəyənlərə yönəldilməli, onlara daha çox diqqət ayrılmalıdır. Çünki onlar artıq öz hədəflərini konkretləşdirmiş olur, onların xaricdə öz ixtisaslarını təkmilləşdirib Vətənə qayıtmaları və Azərbaycan dövlətinə xidmət etmələri üçün daha az vaxt tələb olunur. Görürük ki, xarici ali təhsil müəssisələrində hüquqtibb ixtisasına Azərbaycan dövlətinin önəm verməməsi müəyyən narazılıqlar yaradır. Hesab edirəm ku, bunun səbəbləri var. Hüquq ixtisası, beynəlxalq hüquq istisna olmaqla hər bir ölkədə yerli xarakter daşıyır. Yəni hər hansı bir ölkənin hüquq sistemi ilə bizim hüquq sistemimiz, Ana qanun – Konstitusiyamız fərqli ola bilər. Zatən, fərqli məqamlar da çoxdur. Ona görə də tələbə xarici ölkədə hüquq təhsili alırsa, yenidən burda ixtisasını təkmilləşdirməli və yerli qanunvericiliyi mənimsəməlidir. Buna da zaman lazım gələcək. Bu səbəbdən hüquq ixtisası üzrə təhsil alan gənclərin xaricdə təhsilini maliyyələşdirmək rasional sayılmır. Amma tibb ixtisası, məncə, lazımlıdır. Tibb ixtisası üzrə təhsil alanların, xüsusən də uzmanlıq üçün xaricdə təhsil almasını və bunun dövlət tərəfindən maliyyələşdirilməsinin mən də tərəfdarıyam. Prinsip etibarilə, hətta rezidentura mərhələsini də, baxmayaraq ki, bu, uzun müddət tələb edir, maliyyələşdirmək olar, əgər biz yüksəkixtisaslı, dünya tibb təcrübəsini mənimsəmiş tibb kadrları istəyiriksə.

  "2022-2026-cı illər üçün xaricdə təhsil üzrə Dövlət Proqramı”nın icrasının qənaətbəxş vəziyyətdə olduğunu vurğulayan Q. Məhərrəmov qeyd etdi ki, bu proqram sayəsində gənclərimiz dünyanın ən yaxşı universitetlərində təhsil ala bilir:

- Sadəcə olaraq prosesi daha əlçatan vəziyyətə gətirmək olar. Ən əsası isə ölkədə mühiti şəffaf olmalıdır ki, təhsil üçün xaricə göndərilən tələbələr qayıtdıqdan sonra ölkəmizdə işləyib, öz bilik və bacarıqları ilə Azərbaycana töhfə versinlər. Bunun üçün də işlə təmin olunma mexanizmini təkmilləşdirmək və ehtiyac duyulan ixtisaslar üzrə müvafiq çərçivəni konkretləşdirmək lazımdır.

Məlahət Rzayeva

Şərq .-  2023.- 2 sentyabr.- S.6.