Anasının qoynunda
dəfn olunmasını istəyib
Aida Eyvazlı Əzizə Cəfərzadənin
həyatının bir məktəb, əsərlərininsə
həyat dərsliyi olduğunu bildirib
Əzizə Cəfərzadənin anım günüdür. Adının qarşısına xanım sözünü yazsaq da, yazmasaq da, hər kim onun haqqında danışır, xatırlayırsa, mütləq “Əzizə xanım”, deyə sözə başlayır. Ətrafdakılar da söhbətin kimdən getdiyini bilir. Zatən, harada dilimiz, bayatımız, adət-ənənəmiz, ədəbiyyatımız, mədəniyyətimiz varsa, orada Əzizə xanım Cəfərzadə də var. Və olacaq. Bu böyük qadın özündə sadaladıqlarımızın hamısını cəmləşdirib təcəssüm etdirirdi. Əzizə xanımın anım günündə rəsmiyyətə lüzum görmədik. Özü bundan qaçaq idi, çünki. Çalışdıq ki, türk – Azərbaycan qadınının nurlu simasını onu tanıyan insanlarla bir daha xatırlayaq. Bu şəxs isə əziz həmkarımız, istedadlı jurnalist Aida Eyvazlıdır. Aida xanım Əzizə Cəfərzadənin anım gününə status paylaşmışdı: “Adı ilə qürur duyduğum, ləyaqət timsalı, Şirvanın sönməyən ulduzu, Vətən qızı Əzizə xanım Cəfərzadə vəsiyyət etmişdi ki, onu Hacıqabulda Udulu kəndindəki məzarlıqda anasının qoynunda dəfn etsinlər. Məkanın uçmaq olsun, Azərbaycan və Türk dünyasının tanınmış xanımı. P. S. Bu gün Əzizə xanımın Tanrıya qayıtdığı gündür”.
Statusun ardınca isə Aida Eyvazlı görkəmli ziyalı, professor Əzizə xanım Cəfərzadə ilə bağlı xatirəsini “Sherg.az”la bölüşdü:
– IX sinifdə oxuyurdum.
Xoşbəxt
çağlarımız idi. Elə vaxt bu vaxt
idi, zaman o zaman. Rəhmətlik atam Məmmədşahla
Sumqayıt bazarına
getmişdik. Atam
həmişə ətin,
meyvənin yaxşısını
alardı. Sumqayıt Mərkəzi bazarında bazarlığımızı edib,
qapıdan çıxanda
özümdən asılı
olmayaraq qışqırdım:
Papa, ay papa, bax... Əzizə
xanım Cəfərzadədir
eee...”. “Hanı ay bala?”- deyə atam həyəcanla soruşdu. Qara “Volqa”dan düşüb üzü bizə sarı gəlirdilər. Yanaşdım, tanış
oldum. Atam dedi ki, biz də
şamaxılıyıq. Əzizə
xanım gülə-gülə
cavab verdi: “Deməyə ehtiyac yoxdur. Ləhcəndən məlumdur!”. Dayanıb bir azca söhbət edəsi olduq. Məlum oldu ki, bağa gedəndə
Əzizə xanım hər zaman gəlib, Sumqayıt bazarından bazarlıq edir. Həyat yoldaşı da yanında idi. Mən ona dedim
ki, Əzizə xanım, mən də şer yazıram. Həkim olmaq istəyirəm.
Atam mənim ədəbiyyata marağım, əlaçı
olmağım, Əzizə
xanımın kitablarını
necə həvəslə
oxumağım haqqında
danışdı. Yenə
belə oldu. Ümumiyyətlə, atam məni tərifləməyi
sevərdi. Mən də sonra hisrlənib
ondan inciyərdim ki, “ay papa, məni niyə utandırırsan?!”.
Atamı dinləyəndən
sonra, diqqətlə üzümə baxdı, nəsə fikirləşdi,
dedi: “Şer bu gün var,
sabah olmaya bilər, həkim ol. Həkim ola bilməsən də, qələmi sev, sənin gözəl qələmin
olacaq. Ancaq unutma ki, bu
həyat dediyin qayadır, oraya cırmaqlaşa-cırmaqlaşa dırmanmasan, mübarizə
aparmasan, yüngül
həyat keçirəcəksən.
Yüngül həyatın
dadı olmur ”.
A.Eyvazlı Əzizə xanımın
“həyatla cırmaqlaşacaqsan”
sözlərini heç
vaxt unutmadığını
söylədi:
- Əzizə xanım dünyagörmüş adam
idi. Tanrıdan butalı idi. Yoxsa ki, balaca
boylu qadın, zərif cüssəsi ilə bu qədər
möhtəşəm işləri
necə görə bilərdi?!. Bu qədər
ağır mübarizələrdən,
çətinliklərdən necə baş çıxara bilərdi ki?! Atam çox
inad etdi ki, evimizə gəlsinlər, günorta
naharını birgə
edək, razılaşmadılar.
Əzizə xanım əlini başıma çəkdi, üzümdən
öpdü.
O zaman anlamamışdım,
yəqin ki, butalamaq elə belə olurmuş. İndi fikirləşirəm
ki, elə məni butalayan ƏZİZƏ
ANA imiş! O görüşü
uzun zaman unutmadıq. Axı bizim o gözəl çağlarımızda televizor
və qəzetdən başqa informasiya vasitəsi yox idi. Və mənim
Əzizə ANAnı təsadüfən tanımağımı
atam hamıya danışırdı. Aradan
illər keçdi. Mən həkim ola bilmədim. Jurnalist olmağa üstünlük verdim. Qələmə sarıldım.
Hər zaman Əzizə xanımın
“Həyatla cırmaqlaşacaqsan!”
fikrini unutmadım.
Harada , hətta televizyada
belə qayalıqlar ,
oraya cırmaqlaşaraq
çıxan adamlar görəndə Əzizə
xanımı xatırladım.
2003-cü ilə qədər
bir neçə dəfə görüşlərimiz
oldu. Şirvan və Şamaxı ziyalılarıının keçirdiyi
aşıq məclislərində,
söz məclislərində
görərdim onu. Heç bir dəfə də ağlımıza gəlmədi
ki şəkil çəkdirək...
A.Eyvazlı Əzizə Cəfərzadənin
vəsiyyətini də
xatırladı:
- Sonra
bildim ki, vəsiyyətində çox sevdiyi anasının
qoynunda dəfn olunmasını istəyib. Əzizə
xanımın bu vəsiyyətinə uyğun olaraq, onu Hacıqabulun Udulu kəndində
anasının uyuduğu məzarı açıb,
anasının qoynunda dəfn ediblər. Əbədiyyətə
qayıdıb, anasına qovuşmuşdu, ana ilə birlikdə
olmaq necə böyük xoşbəxtlikdir. Onun
üçün ən böyük Fəxri Xiyaban
anasının uyuduğu qəbirstanlıq idi. Əzizə xanımın uyuduğu qəbirstanlıq
həm də Pir Hüseyn xanəgahının
yanındadır. Şirvanlılar buranı el içərisində
müqəddəs ziyarərətgah hesab edirlər. Əzizə
xanımın o torpağa dönməsi ilə Pir Hüseyn xanəgahı
daha da müqəddəsləşdi.
A.Eyvazlı
Əzizə xanımın həyatının bir məktəb,
əsərlərininsə həyat dərsliyi olduğunu
bildirdi:
- Əzizə xanım millətin anası idi. Başına gətirilən əzablara,
çətinliklərə, üzünə bağlanan
qapılara rəğmən
əsil şirvanlı
qızı kimi, Şeyx İbrahimxəlil dəyanəti göstərdi.
Şirvanın ədəbi
qanunlarnı, mədəniyyətini,
dövlətçilik tarixini
yazıb, bizlərə
əmanət, miras qoydu. Moskvada çap olunan kitablarının puluna Hacıqabul rayonunun Tağlı kəndində
məktəb və klub binası tikdirdi. Vəsait çatmayanda, həyat yoldaşı Əlcəzairdə
işlədiyi zaman ona aldığı bahalı boyunbağını
satıb, tikintini başa çatdırdı.
Mən bilmirəm, bu gün Əzizə
xanımın o məktəbində
oxuyanlar onun yazdığı kitabları
oxuyurmu? Ümumiyyətlə,
görəsən Azərbaycan
təhsilində məktəb
kitablarında Əzizə
Cəfərzadənin həyatı,
əsərləri öyrədilirmi?
Əgər kimsə əsil vətəndaş
yetişdirmək, övladlarına
ləyaqət, namus təlqin istəyirsə, Əzizə Cəfərzadənin
kitablarını təbliğ
etsin, o kitabları oxutdursun. Ümumiyyətlə,
Əzizə Cəfərzadənin
“Anamın nağılları
”, “Aləmdə səsim
var mənim...”, “Bakı 1501” kitabları hədiyyə kimi, cehiz kimi gəlin
köçən qızlara
verilsin. Həyatı,
ləyaqəti, ailə
formulunu o kitablardan öyrənəcəklər. Qoy,
Tik-Toka baxan deyil, kitab oxuyan
övladlar yetişsin.
Bu cəmiyyətin Əzizə
ANA kimi dəyərlərə
çox ehtiyacı
var.
Məlahət Rzayeva
Şərq .- 2023.- 5 sentyabr.-
S.6.