15 sentyabr
şanlı tarixdir
Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və
mədəniyyətinin
təbliği:
Azərbaycan və
Türkiyə əsgərləri Bakını bolşevik-daşnak
işğalından azad edərək Azərbaycan
dövlətinin tarixinə şərəfli gün
yazıblar
15 sentyabr Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür. Azərbaycan paytaxtının azadlığından 105 il ötür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Azərbaycan xalqının dövlətçilik tarixində şərəfli mərhələ olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu dövründə qazanılmış çoxsaylı uğurlardan biri Bakı şəhərinin işğaldan azad edilməsi və onun öz sahiblərinə qovuşması idi. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan dövlətçilik tarixinin şərəfli səhifələrindən biridir. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc Azərbaycanın ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. 1918–ci ilin mayında Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra gənc dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri paytaxt Bakını düşmənlərdən azad etmək və ölkənin ərazi bütövlüyünü təmin etmək idi. Bu vəzifənin yerinə yetirilməsi kompleks hərbi siyasi-diplomatik tədbirlərin yerinə yetirilməsini tələb edirdi. 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi - Bakı və ətraf rayonlar daşnak-bolşevik işğalı altında idi. Müstəqilliyə yeni qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Yeni yaranmış öz ərazi bütövlüyünü təmin etmək üçün kifayət qədər hərbi gücü olmadığından kənardan hərbi yardıma ehtiyac var idi və yaranmış şəraitdə ümid yalnız qardaş Türkiyəyə idi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, Osmanlı dövləti 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən, Osmanlı dövləti qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi. Tarix boyu Türkiyə Azərbaycana daim öz dəstəyini nümayiş etdirib. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Osmanlı əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçürüldü. Osmanlı ordusu Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verdi. Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü. Tarix boyu Türkiyə Azərbaycana daim öz dəstəyini nümayiş etdirib. Bu dəstək həm siyasi, həm də hərbi formada mümkün olub. İşğal altında olan torpaqlarının azadlığı uğrunda 2020-ci ilin sentyabrın 27-də başlatdığı Vətən müharibəsinin ilk günündən Türkiyə Azərbaycana mənəvi və siyasi dəstəyini göstərdi. Belə ki, Azərbaycanın haqq savaşında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışları və bəyanatları bir daha iki ölkə arasında dostluq və qardaşlığın təcəssümü idi. Türkiyə Prezidentinin nümayiş etdirdiyi siyasi və mənəvi dəstəyin Azərbaycan haqq savaşında qələbə qazanmasında mühüm rolu olub. Azərbaycan və Türkiyə əlaqələri bu gün də yüksələn xətlə inkişaf edir. İstər Vətən müharibəsindən əvvəl, istərsə də sonra iki ölkə arasında imzalanan çoxsaylı sənədlər, qardaş dövlətlərin bir-birinə nümayiş etdirdiyi dəstəyin və birliyin göstəricisidir.
AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a deyib ki, 15 sentyabr 1918-ci ildə Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni daşnakları və rus bolşeviklərinin işğalından azad edilməsi çox mühüm hadisədir. Alimin sözlərinə görə, bu önəmli günün xüsusi qeyd olunması vacib və əhəmiyyətlidir:
"Əvvəlki dönəmlərlə müqayisədə son illər Bakının işğaldan azad edilməsi nisbətən nəzərəçarpacaq dərəcədə qeyd olunur. Ancaq bu, bizim tam istədiyimiz deyil. Məhz Qafqaz İslam Ordusunun, daha doğrusu, Osmanlı və Azərbaycan Xalq Cümhuriyyətinin birləşmiş ordusunun Bakını düşmənlərdən azad edilməsini, paytaxtın qurtuluşunu daha təmtəraqlı qeyd etmək lazımdır. Bakının işğaldan azadlığı həmin dönəmdə çox əhəmiyyətli idi. Söhbət sadəcə Bakıdan getmirdi, bütövlükdə Abşeron yarımadası, Yalamadan tutmuş Astaraya qədər böyük coğrafiya işğaldan azad olundu. Hətta Qafqaz İslam Ordusu Dağıstanı belə düşmənlərdən təmizləmişdi. O baxımdan 15 sentyabr kimi mühüm günün dövlət səviyyəsində ən yüksək formada qeyd olunması çox-çox vacibdir. Bunu müəyyən məhdudiyyətlərlə etmək doğru deyil. Xatırladım ki, sovet rejimi XI ordunun işğalçılıq günlərini, aprelin 27-28 tarixlərini böyük təmtəraqla qeyd edirdi".
F.Ələkbərli
vuğulayıb ki, Qafqaz
İslam Ordusuna, onun komandanı Nuru Paşaya, onunla
çiyin-çiyinə döyüşmüş
Osmanlı və Azərbaycan generallarına dəyərli abidə
ucaltmaq lazımdır: "Bu şəkildə 15 sentyabrın sözün həqiqi mənasında bizim üçün nə
qədər önəmli olduğunu dərk
edə bilərik. Eyni zamanda 15 sentyabrda
hərbi yürüşlərin təşkil edilməsi də
yaxşı olardı. Nəzərə alaq
ki, bu cür
addımlar sadəcə Azərbaycan-Türkiyə birliyi yox, həm də Türk Dövlətləri Təşkilatı
üçün də vacibdir.
Öz varlığımızı belə
mühüm günlərdə daha qabarıq şəkildə ortaya qoymalıyıq ki, ortaq düşmənlərimiz bilsinlər ki, türk
dünyasının ciddi gücü
var. Qarabağ məsələsinin
tamamilə həll olunmaması və digər problemlər fonunda 15 sentyabr kimi önəmli tarixi
günlərin qeyd edilməsi xüsusilə
mühümdür. Vaxtı ilə Azərbaycan
Cümhuriyyətinin qurucusu, Milli Şuranın başqanı Məhəmməd
Əmin Rəsulzadə dəfələrlə demişdi
ki, "Bakısız Azərbaycan
başsız bədəndir". Bakının hər zaman nə qədər önəmli olduğu göz
önündədir. Bütün anlamlarda 15 sentyabr gününü layiqli formada qeyd etməliyik".
İsmayıl Qocayev
Şərq 2023.- 16 sentyabr.- S.6.