Yazıçı
Çingiz Ələkbərzadənin əyalət
sərgüzəştləri...
Yazıçı Şirvanda niyə
həbs olunub?
Feyruz Muradov
Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda
görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki
cavanlıq şəklindən onu görüb tanımışam. O, bir zamanlar bizimlə eyni şəhərdə yaşayıb. O, vaxtlar şəhərimiz indiki
kimi Şirvan deyil Əli Bayramlı adlanırdı. Çingiz şəhərin “İşıq”
adlı qəzetində jurnalist işləyib. Yəqin ki
çoxları bunda xəbərsizdirlər.
O, redaksiyanın“şəhər
həyatı və məktublar şöbəsi”nin müdiri idi. Bu 1960-ci illərin sonlarına təsadüf edib.
Bu sətirlərin müəllifi də uzun illər həmin redaksiyada işləyib. Amma Çingizin şəhəri tərk edib getməsindən uzun illər sonra redaksiyanın ayrı-ayrı əməkdaşlarının Çingiz Ələkbərzadə haqda xatirələrini eşitdim.
Çingiz təyinatla işləməyə gələndə qəzetin redaktoru Möhsüm Xəlilov idi. Sonralar Möhsüm müəllim onu bunu belə xatırlayırdı:
- “Eşitmişdim ki, xalq yazıçısı Əbühəsənin oğlu Ç.Ələkbərzadə redaksiyamıza təyinat alıb. Onunla bir yerdə işləməli olacağıq. Amma bu məni sevinməkdən daha çox narahat olmağa vadar edirdi. Bilmirdim ki, adlı-sanlı bir yazıçının oğlu ilə münasibətimizi necə quracağıq. Ona necə söz deyəcəyik. Bir yandan da tanışlar mənə xəbərdarlıq etmişdilər ki, - “Çingiz şıltaq təbiətli, ipə-sapa yatmayan bir gəncdir.”
Çingiz “Çılpaqlı” qəsəbəsində kirayə ev tutub orada yaşadı. Redaksiyaya işə qəbul olunduqdan sonra qəzetin sənaye şöbəsinin müdiri Sabir Gözəlov ona “Çılpaqlı” qəsəbəsində ev tapmaqda kömək etmişdi. Sabir müəllim özü də həmin qəsəbədə yaşayırdı və redaksiyaya yaxın olduğuna görə məhz burada ev kirayələməsini ona məsləhət bilmişdi.
O, maraqlı
yazılarla, felyeton və oçerkləri
ilə tezliklə şəhərdə tanındı. Redaksiya işçiləri arasında Çingiz istedadlı olmağı ilə fərqlənirdi.
Həm də özünəməxsus
şıltaqlıqları da var idi. Tez-tez
işə gecikirdi. Gələn
kimi tez özünü redaktorun
kabinetinə salar, dil-ağız etməklə
onu yumşaltmağa
çalışırdı. Redaktor da gülümsəyərək ona bu
şıltaqlıqları bağışlayırdı. Beləliklə,
Çingiz
hər yerdə olduğu kimi redaksiyanın da ərköyün
əməkdaşı statusunu
qazanmışdı.
(Şəkildə: soldan rejissor M.Manafov, ortada
yazıçı Ç.ƏLəkbərzadə və jurnalist S.Gozəlov.
1970-ci il. Şirvan
şəhəri. ”İşıq” qəzeti
redaksiyasının önü)
Redaksiyada işçiərin sayı çox olduğundan otaqlar azlıq edirdi. Hər jurnalistə ayrıca otaq ayırmaq imkanı yox idi. Odur ki, Çingizi qocaman jurnalist Taptıq Xudayi ilə bir otaqda otururdu. Taptıq Xudayi uzun illər qəzetin redaktoru olmuşdu. Çingiz gələn vaxtlarda redaktor müavini işləyirdi. O, çox ciddi, qaraqabaq bir adam idi. Çox danışmağı sevməzdi. Zarafatla da arası yox idi. Cavanlara qarşı da bir qədər dözümsüzlüyü vardı. Onda fərqli olaraq Çingiz deyib-gülən, zarafatlaşmağı sevdiyi ilə səciyyələnirdi. Günlərin birində Çingiz nə deyirsə Taptıq müəllim bərk əsəbləşir. Ayağa qalxaraq Çingizin üstünə qışqırır və onu otağıdan çıxarır. Onların səs-küyünə redaksiya əməkdaşları otaqlartından çıxaraq dəhlizə yığışırlar. Tapdıq müəllim tələb edir ki, Çingizi başqa otağa keçirsinlər və onunla bir otaqda saxlamasınlar. Redaktor da işə qarışır. Taptıq müəllimi bir təhər sakitləşdirirlər. Çingizi isə müvəqqəti olaraq ayrı otağa keçirirlir. İş günü başa çatır. Redaksiya əməkdaşları hər biri evə gedərkən narahat olurlar ki, görəsən sabah bu hadisə necə qurtaracaq?Amma səhəri gün işə gələndə onlar gözlərinə inanmırlar. Taptıq müəllimlə Çingiz ikisi bir yerdə söhbət edə-edə redaksiyaya gəlirdilər. Sən demə Taptıq müəllim evə gedəndən sonra hirsi soyuyb, Çingizə dediyi sözlərdən peşmançılıq çəkib. Gecə ilə ona zəng vurub, görüşüb-barışıblar. Tapdıq müəllim deyirdi ki, əgər o gün onunla barışmasaydım gecə səhərədək gözümə yuxu getməyəcəkdi. Taptıq müəllim bir qədər səbirsiz olsa da, ürəyiyumşaq adam idi. Uzun müddət kin saxlaya bilmirdi. Onların barışmaqlarını bütün redaksiya kollektivi şadyanalıqla qırşılayır.
Çingiz həm də teatr həvəskarı idi. Şəhər mədəniyyət evinin dram dərnəyinin rejissoru Miryusif Manafovla dost idi. Ç.Ələkbərzadə yeni qoyulan tamaşalar, teatrın aktyorları haqda məqalələr yazır, teatrın fəaliyyətini işıqlandırırdı. Bir dəfə M.Manafov onun da tamaşada aktyor kimi çıxış etməsini təklif edir. Çingiz onun təklifi ilə razılaşır və növbəti tamaşaların birində baş rollardan birini ifa edir. Çingiz rolun öhdəsindən məharətlə gəlir. Onun aktyorluq bacarığı ortaya çıxır. Bundan sonra Miryüsif Manafovla dostluqları daha da möhkəmlənir.
Ç.Ələkbərzadə kirayədə qaldığı “Çılpaqlı” qəsəbəsinin tarixi, adamları ilə də maraqlanır."Çılpaqlı” adlı roman yazıb çap etdirib.
Onun kirayə qaldığı mənzilə tez-tez yurnalis dostu Sabir Gğzəlov, şəhərin dram dərnəyinin rejissoru Miryusif Manafov, mühəndis Səbirağa Həsənov gəlir,tez-tez Çingizə baş çəkirdilər. Uzun illər şəhər redaksiyası ilə əməkdaşlıq emiş, yerli şair Yaqub Salman ilə ara-sıra görüşüb söhbət edirdik. Bir dəfə Çingiz haqda soruşdum. Y.Salman onun haqda dedi: -İstedadlı idi, Çingiz. Məşhur yazıçının oğlu olması bir qədər onu ərköyünləşdirmişdi. Bəzən həddini aşırdı. Gecə saat 2-yə, 3-ə kimi oturub dostları yeyib-içərdilər. Axırda başlarını şampan şərabı ilə yuyurdular. İfrata varırdılar. Hərdən qonşular da onların səs-küyündən şikayətlənirdilər. İçkiyə meyllənməyə başlamışdı Çingiz. O da, dostları da.
Ç.Ələkbərzadə
“İşıq” qəzetində fəaliyyətini başa vurdu.O, mərkəzi
qəzetlərdən birinə
bölgə müxbiri təyin olundu
.O, rayonlara ezamiyyətə gedir və
yazılar hazırlayırdı. Mənz belə ezamiyyəıtlərinin
biruində Çingiz həbs edilir. Onun Şamaxı rayonunda restoranların birində, içib sərxoş olaraq,
işçilərə qarşı kobudluq
etmsi və rüşvət tələb
etməsi xəbəri
yayılır. Deyilirdi ki,
bu hal dəfələrlə
təkrar olunduğundan restoran
işçiləri cana doyaraq,
onun bu əməlindən
dövlət təhlükəsizlik komitəsinə şikayət ediblər. O növbəti dəfə həmin restorana
gələrək öz əməlini təkrar
etdiyi zaman
yaxalanır.Onun barəsində cinayət işi
açılaraq barəsində həbs qəti imkan tədbiri seçilir.
Çingiz rüşvətalma maddəsi
ilə həbs edildi. Respublikanın
neçə-neçə tanınmış ziyalıları onun həbsdən azad
olunmasına görə dövlət
qürumlarına müraciət etdilər. Lakin
bütün bu
müraciətlər cavabsız qaldı. Çingiz
həbs olundu. O bir
neçə il həbsxanada yatdı. Azad olunduqdan sonra “Zindan” adlı romanını işıq üzü gördü. Bu roman oxucular
arasında ona populyarlıq
qazandırdı. Lakin keşirdiyi
nizamsız həyat tərzi onun səhhətində
problemlər yaranmasına səbəb idi.
Bir müddət sonra o dünyasını dəyişdi. Sonralar onun qızı Sevda Ələkbərzadə atasının
günahsız yerə həbs olunması haqda
iddialarla televiziyada
çıxışlar etdi. Bilmirəm ona bəraət qazandıra bildilər ya yox. Amma
onu bilirəm ki, valdeyn övladının nəzərində həmişə
ən təmiz və ən yaxşı adam
kimi görünür.
Şərq .- 2023.- 26 sentyabr.- S.7.