Vətənə sevgi ana dilindən
başlayır
Azərbaycançılıq
ideyasının təbliği;
Xaricdəki azərbaycanlıların
milli kimliyinin qorunması istiqamətində görüləsi
işlər çoxdur
Azərbaycan dili əsas dövlət atributlarımızdan
biridir. Ana dilimiz azərbaycançılıq
ideologiyasının da
mühüm elementi, onun siyasi və
sosial-mədəni dayağıdır.
Əvvəla ona görə
ki, Azərbaycan dili həm müstəqil
dövlət kimi getdikcə güclənən
ölkəmizdə, həm
də dünyada yaşayan çoxmilyonlu soydaşlarımızın ünsiyyət
vasitəsi və onların mənəvi doğmalığının əsasıdır.
Bu dil nə qədər saf və zəngin olarsa, mənəvi varlığımızı dolğun
ifadə edərsə,
milli birlik də bir o qədər
möhkəm və sarsılmaz olar. İkincisi, dövlət
dili rəngarəng etnik və konfessional
tərkibə malik müstəqil Azərbaycanın
bütün vətəndaşlarının
ürəkdən qəbul
etdiyi və birləşdirici rol oynayan nadir mədəni-sosial
fenomendir. Başqa sözlə,
dövlət dili respublikamızda bərqərar
olmuş milli həmrəyliklə cəmiyyətimiz
üçün xarakterik
olan multikulturalizmin vəhdətini təmin etməyə, yəni azərbaycançılıq məfkurəsinin
əsas məqsədlərindən
birinə çatmağa
imkan verir.
Bu baxımdan dünyanın
müxtəlif ölkələrində
yaşayan soydaşlarımızın
azərbaycançılıq ideyasına əsaslanaraq həmrəylik nümayiş
etdirməsinə və
vətənlə əlaqələrini
möhkəmləndirməsinə ehtiyac var. Dünyanın hansı ölkəsində
yaşamasından asılı
olmayaraq hər bir azərbaycanlının
vətənə bağlılığının
olması, dilinin qorunması, millətinin, milli-mənəvi dəyərlərimizin
yaşadığı ölkədə
təbliğ etməsi
vacib amildir.
Bunun üçün də mütləq
əksəriyyətin Azərbaycan
dilini bilməsi vacib şərtdir. Azərbaycan dövlətindən xaricdə
yaşayan azərbaycanlıların,
xüsusən də gənclərin və uşaqların ana dilimizdə danışa bilməməsi zaman-zaman problemli məsələ olaraq qaldırılıb.
Lakin bu günlərdə Azərbaycan
Gənc Müəllimlər
Assosiasiyasının təşkilatçılığı
ilə xaricdə yaşayan soydaşlarımız
üçün ana dilini məsafədən öyrənməni təmin
edən pilot layihəyə
start verilib.
"Ana dili - Azərbaycan
məktəbi” layihəsinə
bu günədək
29 fərqli ölkədən
600-ə yaxın soydaşımız
layihədə iştirak
üçün müraciət
edib. Müraciətlərin təhlili aparıldıqdan
sonra ümumilikdə
35 qrup olmaqla 6-18 yaş kateqoriyası üzrə 300-dən çox
iştirakçı ana
dili dərslərinə
başlayıb.
Layihənin məqsədi xaricdə doğulan azərbaycanlı
uşaqlara ana dilini, milli kimliyi
öyrətmək, milli
şüurlu insan kapitalı formalaşdırmaq,
dünyanın müxtəlif
yerlərində yaşayan
soydaşlarımızın ən dəyərli mənəvi sərvətimiz
olan ana dilimizi öyrənməsini
təmin etməkdir. İştirakçılar ana dilində yazmağı, oxumağı,
danışmağı öyrənməklə
yanaşı, ölkəmizin
tarixi, ədəbiyyatı,
coğrafiyası və
mədəniyyəti haqqında
da məlumat əldə edə biləcəklər.
Diaspor Fəaliyyətinə Jurnalistlərin
Dəstəyi İctimai
Birliyinin sədri Fuad Hüseynzadə də "Şərq"ə
açıqlamasında Gənc
Müəllimlər Assosiasiyasının
həyata keçirdiyi
"Ana dili-Azərbaycan məktəbi"
layihəsini yüksək
qiymətləndirib: "Bu gün dünya azərbaycanlılarının əsl
hüquq azadlıqlarını,
milli kimliyini və müstəqil dövlətçilik tarixini
bilməsi və ana vətənə bağlılığı mühüm
əhəmiyyət kəsb
edir. Milli kimliyi, eləcə də mənəvi dəyərlərimizi özündə
əks etdirən dil, din, azərbaycançılıq
ideologiyası, vətənpərvəlik,
mədəniyyət, adət-ənənələr,
musiqimiz, maddi-mənəviyyat
nümunələri və
s. insanın formalaşmasında
əsas amillərdən
biridir.
Azərbaycanlıların cəmiyyətə inteqrasiyasının
sürətləndirilməsi, soydaşlarımızın hüquq
və azadlıqlarının
qorunması Azərbaycan
diasporunun qarşısında
duran prioritet vəzifələrdir. Reallıq göstərir ki,
dünyanın müxtəlif
ölkələrində yaşayan
soydaşlarımız milli
kimliklərini, mədəniyyətimizi,
adət və ənənələrimizi, ana
dilimizi istənilən
səviyyədə qoruya
bilmir, eləcə də praktikada tətbiq etmir. Hətta mövcud vəziyyət gələcək nəsillərin
adətə-ənənəmizdən, milli-mənəvi dəyərlərimizdən,
ana dilimizdən xəbərsiz olacağını
deməyə əsas verir. Xarici ölkələrdə apardığımız araşdırmalar
zamanı xüsusən
gənclərin bütün
bunlar haqda məlumatsız olmasını
müşahidə etmişik.
Təəssüf ki, bu gün xaricdə dünyaya gələn azərbaycanlı gənclərin
əksəriyyəti Azərbaycan
dilində danışa
bilmir. Xaricdəki azərbaycanlı ailələrin böyük
əksəriyyətində bu problem yaşanır və onlar bundan
ciddi narahatdırlar.
Psixoloji olaraq azərbaycanca düşünə bilməyən
belə gənclərin
mənəvi olaraq Azərbaycanla bağlılığı
olmur. Belə olduqda həmin
gənclərin Azərbaycan
mədəniyyətinə, milli dəyərlərinə
və adət-ənənələrinə
marağı olmur.
Bu, eyni zamanda
ikinci nəsil diasporun itməsi təhlükəsindən xəbər
verir. Ayrıca, xaricdəki soydaşlarımız
arasında ixtilafların
yaranması, şəxsi
ambisiyaların önə
çıxması, həmrəylik
və birliyin yaranmasına mənfi təsir edir. Hətta bəzi ölkələrdə
bir sıra soydaşlar yad ideologiyaların təsiri altına düşərək
neqativ fəaliyyət
göstərirlər. Bütün bunlar da dünya azərbaycanlılarının,
eləcə də Azərbaycan dövlətinin
imicinin aşağı
düşməsinə səbəb
ola bilər.
Bu kimi neqativ
halların qarşısının
alınması üçün
xaricdəki soydaşlarımız
arasında milli kimliyin formalaşdırılması,
adət-ənənələrimizin, milli dəyərlərimizin,
mədəniyyətimizin, dilimizin,
vətənpərvərliyin təbliği gücləndirilməlidir.
Eyni zamanda xaricdəki azərbaycanlıların cəmiyyətə
inteqrasiyasının sürətləndirilməsi,
ictimai-siyasi fəallığının
artırılması, hüquq
və azadlıqlarının
müdafiəsi möhkəmləndirilməlidir".
F.Hüseynzadə rəhbərlik etdiyi Diaspor Fəaliyyətinə Jurnalistlərin
Dəstəyi İctimai
Birliyinin də bir müddətdir Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Agentliyinin maliyyə dəstəyi ilə “Xaricdəki azərbaycanlıların
milli kimliyinin qorunması və ana vətənə bağlılığının təbliği istiqamətində
tədbirlərin təşkili”
layihəsini həyata
keçirdiyini xatırladıb.
O deyib ki, bu təbliğatın aparılması ilə müxtəlif ölkələrdə
məskunlaşmış soydaşlarımızın
təşkilatlanması, səylərinin
birləşdirilməsi, onların
hüquq və azadlıqlarının müdafiəsi
mexanizmlərini təkmilləşdirmək,
Vətənlə əlaqələrin
gücləndirilməsi, yeni
nəsildə ana dili bilgilərinin artırılması, milli
maraqların müdafiəsi
yolunda real addımların
atılmasına çalışırıq.
Filologiya
elmləri doktoru,
professor Telman Cəfərov
da “Sherg.az”a açıqlamasında
deyib ki, azərbaycançılıq ideyasının,
Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin
və ən əsası Azərbaycan həqiqətlərinin dünyaya
tanıdılması üçün
xaricdə yaşayan azərbaycanlıların ana
dilini bilməsi çox vacibdir: “Həm də ki, ölkədə yaşamamaq tamamilə əlaqəni kəsmək
deyil. Əksəriyyətinin
qohumları, dostları
ilə insani əlaqələri, bəzilərinin
isə hətta iş əlaqəsi olur. Hətta elə ailələr
var ki, uzun
illərdir xaricdə yaşamaqlarına rəğmən
sonradan müxtəlif
səbəblərdən ölkəyə
qayıtmalı olurlar.
Bu zaman onların
övladları, təhsil,
iş məsələsi
ortaya çıxır.
Lap elə qohumluq
əlaqələri üçün
də dili bilmələri vacibdir.
Rus bölməsində oxuyanlara “Azərbaycan tarixi”nin dövlət dilində tədrisi planının da kökündə məhz bu dayanır. Harada yaşamasından, hansı dildə oxumasından asılı olmayaraq hər kəs öz dilini, tarixini doğma dildə, vətəndaşı olduğu, yaşadığı ölkənin dövlət dilində bilməsi vətənpərvərlik və milli düşüncə baxımından zəruridir.
Lakin əksəriyyət bundan narazıdır ki, “Azərbaycan tarixi” fənnini ana dilində oxuya bilmərik. Halbuki rus ədəbiyyatını tədris etdiyim auditoriyaların birində rus tələbəm var. Soruşdum ki;
- Qızım, Azərbaycan dilində nəsə başa düşürsən?
Cavab verdi ki;
- Müəllim, mən Azərbaycan dilində əla danışıram.
Bir az danışdırandan sonra gördüm ki, həqiqətən də yaxşı danışır. Özünə də dedim:
- Qızım, sən öz dilində danışa bilməyib, rus bölməsində oxuduqlarını bəhanə gətirən azərbaycanlılara nümunəsən.
Əgər milli etniklər, ölkəmizdə yaşayan xaricilər Azərbaycan dilində sərbəst oxuyub danışa bilirsə, rus- ingilis bölmələrində oxuyan azərbaycanlıların tarixini, ədəbiyyatını öz dilində oxumaq istəməməsi çox böyük ayıbdır”.
Şəymən
Bayramova
Şərq 2023.- 27 sentyabr.- S.6.