Paytaxtla regionlar arasındakı iqtisadi fərq azalacaq
Regionların sosial-iqtisadi inkişafının
təşviq edilməsi;
Məqsəd bölgələrdə daha çox iş yerlərinin yaradılmasına nail olmaqdır
“Dövlət Proqramlarının
qəbul edilməsi və icra olunması
daha sistemli tədbirlərin reallaşması
və bütövlükdə
dəstəyin sistemləşməsinə,
ünvanlılığın artmasına imkan yaradacaq”
Baş nazir Əli Əsədov Milli Məclisdə “2025-ci
il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, regionların
sosial-iqtisadi inkişafına
dair növbəti 5 illik dövlət proqramı hazırlanacaq. Baş nazirin
sözlərinə görə,
sənəddə sahibkarlığın
inkişafının dəstəklənməsi,
kənd yerlərində
infrastrukturun inkişafı
və məşğulluğun
artırılması, turizm
potensialının reallaşdırılması
tədbirləri nəzərdə
tutulur. Əsas vəzifələrdən biri də ərzaq
təhlükəsizliyinin təmin
edilməsi, idxalın
əvəzləşdirilməsi və ixrac coğrafiyasının
şaxələndirilməsidir. Həmçinin Naxçıvan Muxtar
Respublikasının sosial-iqtisadi
inkişafına dair
2023-2027-ci illər üçün
150 milyon manat vəsait ayrılacaq.
Baş nazir əlavə edib ki, Prezidentin
tapşırığı ilə 2004-cü ildən başlayaraq Naxçıvanın
qaz təminatı yerinə yetirilir. Baş nazir deyib ki, Naxçıvanda
bu gün qaz təminatı 100 faizdir: “Buna baxmayaraq, Prezident İlham Əliyevin təşəbbüsü
ilə ikinci xəttin Türkiyə ərazisindən Naxçıvana
çəkilməsinə hazırlıq
yüksək səviyyədədir”.
Azərbaycan iqtisadiyyatını gücləndirən
əsas amillərdən
biri olan regionların dinamik inkişafı daim diqqətdə saxlanılır
və bununla bağlı genişhəcmli
layihələr reallaşdırılır. Prezident İlham
Əliyev vaxtaşırı
rayonlara səfər edir və yerlərdə
investisiyaların qeyri-neft
sektoruna, xüsusən
də bölgələrin
inkişafına yönəldilməsi,
əlverişli sahibkarlıq
və biznes mühitinin formalaşdırılması,
işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə maraqlanır. Üzləşilən çətinliklərin aradan qaldırılması
üçün icra strukturlarına zəruri tapşırıq və tövsiyələrini çatdırır.
Ölkə rəhbəri fəaliyyətinin
bütün mərhələlərində
bölgələrdə insanların
rifah halının yaxşılaşdırılmasına, infrastruktur obyektlərinin yaradılmasına, o cümlədən
sosial infrastrukturla bağlı işlərin
aparılmasına mühüm
önəm verib.
Bu isə həm
regionların ümumi
inkişafını gerçəkləşdirib,
əhalinin sosial şəraitinə müsbət
təsir göstərib,
həm də ölkəmizi gücləndirib.
Biznes mühitinin yaxşılaşdırılması
və qeyri-neft sektorunda sahibkarlığın
inkişafı sahəsində
görülən tədbirlər
nəticəsində isə
regionlarda iqtisadi fəallıq getdikcə artıb. Belə şərait isə özəl sahələrdə
yeni iş yerlərinin davamlı artımını şərtləndirib.
Nəticədə iqtisadiyyatda qeyri-neft-qaz
sektoru üzrə vergi daxilolmalarının payı 74 faizi ötüb. İqtisadi artım
işgüzar fəallığın
və sahibkarların sayının da ildən-ilə artmasına
səbəb olub.
Regionların dinamik inkişafında sənaye parkları və zonalarının yaradılması ilə yeni mərhələ başlanıb. Hazırda Azərbaycanın iqtisadi zonalarında 7 milyard manatdan çox investisiya layihəsi ilə 138 sahibkarlıq subyekti rezident statusu alıb. Ölkəmizdə
7 sənaye parkının
(Sumqayıt, Mingəçevir,
Pirallahı, Qaradağ,
Ağdam, Balaxanı və “Araz Vadisi
İqtisadi Zonası”)
və 5 sənaye rayonunun (Hacıqabul, Neftçala, Masallı, Sabirabad və Şərur) uğurlu fəaliyyəti təmin edilib. Respublikanın 6 sənaye zonasında indiyədək 6 milyard manat investisiya qoyulub və 11 mindən çox daimi iş yeri
açılıb. Növbəti
mərhələdə sənaye
zonalarındakı mövcud
layihələrə 864 milyon
manat sərmayə yatırılacağı və
6 min 700-dən çox daimi
iş yerinin fəaliyyətə başlayacağı
planlaşdırılıb. Sənaye 0zonalarında 11,1
milyard manat dəyərində məhsul
istehsal olunub ki, onun 3,6 milyard
manat hissəsi isə ixrac edilib.
İşğaldan azad edilmiş ərazilərin ölkənin
ümumi iqtisadiyyatına
inteqrasiyası uğurla
həyata keçirilir. Qarabağ və
Şərqi Zəngəzur
iqtisadi rayonlarının
bərpa-quruculuq prosesinə
infrastruktur layihələrindən
başlanılıb. Hazırda düşməndən
təmizlənən ərazilərdə
infrastruktur layihələri
uğurla icra edilir. Dəmir və avtomobil
yollarının çəkilişi,
elektrik enerjisi, su təchizatı məsələləri, meliorativ
tədbirlərlə bağlı
layihələr reallaşdırılır.
Qısa müddətdə salınan
“ağıllı yaşayış
sahələri”ndə - Ağalı,
Talış, Zabux kəndlərində, Laçın
və Füzuli şəhərlərində məskunlaşdırma
davam etdirilir. Hava limanları fəaliyyətdədir.
Müasir beynəlxalq standartlar
əsasında istifadəyə
verilən aeroportlar nəinki iqtisadi, həm də geosiyasi və geoiqtisadi baxımdan region ölkələri arasında
Azərbaycanın nüfuzunu
daha da gücləndirir.
Ən diqqətçəkən məqam
isə Azərbaycan dövlətinin bütün
bu və ya digər layihələrin
həyata keçirilməsinə
çəkdiyi xərcləri
daxili imkanlar hesabına reallaşdırmasıdır.
Qeyd edək ki, Azərbaycanın
iqtisadi inkişafının
əsas baza sütunlarından birinə
çevrilən regionların
sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramları respublikamızın
sıçrayışlı inkişafını təmin
etməklə yanaşı,
insanların sosial həyatının yaxşılaşması,
bölgələrin simasının
əhəmiyyətli dərəcədə
dəyişərək yeni
proqressiv çalarlar almasında mühüm rol oynayıb. Daha dəqiq desək, istehsal müəssisələrinin fəaliyyətinin
bərpası və yeni sənaye obyektlərinin yaradılması,
yerli resurslardan istifadənin səmərəliliyinin
artırılması, regionların
inkişafı üçün
zəruri infrastrukturun
yaradılması, aqrar
sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə
dəstək məqsədilə
müxtəlif servis mərkəzlərinin, investorların
regionlara cəlb olunması üçün
əlverişli şəraitin
yaradılması bütövlükdə
respublikanın ümuminkişaf
göstəricilərinə təsir edən mühüm faktordur.
Millət
vəkili, iqtisadçı-ekspert
Vüqar Bayramov "Sherg.az"a deyib ki, regionların sosial-iqtisadi inkişafı
Azərbaycan iqtisadiyyatında
dayanıqlı və
balanslı iqtisadi inkişafın möhkəmlənməsi
baxımından prioritetdir.
Deputatın sözlərinə
görə, əvvəlki
dövrlərdə regionların
sosial-iqtisadi inkişafı
ilə bağlı həyata keçirilən
Dövlət Proqramları
regionlarda infrastrukturun
formalaşması və
inkişafına zəmin
yaradırdı:
"Nəzərə
alaq ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən struktur islahatları da artıq Naxçıvanın
inkişafı ilə
bağlı ayrıca
Dövlət Proqramının
reallaşmasına şərait
yaradıb. Bu, eyni zamanda Naxçıvan
Muxtar Respublikasına dövlət büdcəsindən
ayrılan dotasiyanın
həcminin də azalmasına gətirib çıxarıb. Bu baxımdan da növbəti dövrlərdə
regionların sosial-iqtisadi
inkişafı ilə
bağlı əsas hədəf artıq formalaşmış infrastrukturun
dəyərə çevrilməsidir.
Həmçinin, bölgələrə daha çox sərmayənin cəlb edilməsidir. Bununla da, regionlarda daha çox iş yerlərinin yaradılmasına nail olmaqdır.
Ona görə də Dövlət Proqramlarının
qəbul edilməsi və icra olunması
daha sistemli tədbirlərin reallaşması
və bütövlükdə
dəstəyin sistemləşməsinə,
ünvanlılığın artmasına imkan yaradacaq. O baxımdan
nəticə etibarı
ilə bu, paytaxtla regionlar arasındakı iqtisadi fərqin minimumlaşmasına
gətirib çıxaracaq".
İsmayıl
Şərq 2024.- 17 dekabr (¹231).- S.6.