TƏBİB böyük yolun başlanğıcındadır

 

İctimai və dövlət maraqlarının müdafiəsi

 

Səhiyyə sahəsində həyata keçirilən islahatlar müsbət nəticə verir

 

“Həkimlərin bölgələrdə çalışması təşviq edilməlidir, təcili yardım briqadalarının sayı da artırılmalıdır.  Əhalinin sağlamlığının qorunması üçün bu, vacibdir

 

 

Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 20 dekbar 2018-ci il tarixli Fərmanı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyipublik hüquqi şəxsin təsis edilməsindən ötən müddət ərzində ölkə səhiyyəsində əsaslı islahatlar başlandı. Bu, dövlətimizin vətəndaşların sağlamlığı və yüksək səhiyyə xdmətləri ilə təminatının əsas qarantı olduğunu sübut edir. TƏBİB təsisatına dair cənab Prezidentin imzaladığı Fərmanda qeyd edilirdi ki, Azərbaycan Respublikasında səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son illərdə həyata keçirilən islahatlar nəticəsində dövlətin iqtisadi potensialının daha da artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaratdıb. Səhiyyə sistemində islahatların mühüm istiqamətlərindən biri də Azərbaycanda əhali arasında icbari tibbi sığortanın tətbiq edilməsi yönündə aparılan işlərdir. Səhiyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasında, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarla təkmilləşdirilməsində və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəldilməsində icbari tibbi sığorta sisteminin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Ölkədə icbari tibbi sığortanın tətbiqi və idarəetmə sisteminin formalaşdırılması məqsədilə qanunvericilik bazası formalaşdırılıb, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanı ilə Mingəçevir şəhərinin, YevlaxAğdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq həyata keçirilməyə başlanıb. Layihə çərçivəsində icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilib, icbari tibbi sığortanın tətbiqinin üstünlükləri və əhəmiyyəti barədə əhalidə əyani təsəvvür yaranıb. Bundan başqa, göstərilmiş tibbi xidmətlər müqabilində tibb işçilərinin mövcud əməkhaqlarına müəyyən olunmuş əlavələr həkimlərin və digər səhiyyə işçilərinin sosial rifahının yüksəldilməsinə səbəb olub. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla tətbiq etmək yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək və əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin təsis edilməsi tapşırılıb.

2024-cü ilin yekunları və 2025-ci ilin planlarına dair dünən təşkil edilmiş mətbuat konfransında çıxışı zamanı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Bildirib ki, cari ilin 11 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 1,6 milyondan çox çağırış qeydə alınıb. Ən çox müraciət Bakı şəhəri üzrə olub, paytaxtda 11 ay ərzində 781 min 152 müraciət qeydə alınıb: “Sumqayıt üzrə 132 min 711, Gəncə üzrə 93 min 536, Abşeron üzrə 34 min 46, Mingəçevir üzrə isə 38 min 357 çağırış qeydə alınıb. Bakı üzrə olan çağırışlar əsasında 742 min 152 nəfərə yerində yardım olunub, 75 min 21 nəfər isə müxtəlif profilli tibb müəssisələrinə hospitalizasiya olunub, müraciətlərin 39 minini əsassız çağırışlar təşkil edib. Ümumiyyətlə, Bakı üzrə gündəlik müraciətlərin sayı təxminən 2 min 200 - 2 min 300 arasında dəyişir”. “2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrimizə 22.1 milyon müraciət qeydə alınıb, 76.8 milyon tibbi xidmət göstərilib”, deyən V.Qurbanov qeyd edib  ki, 2023-cü ildə isə 20.3 milyon müraciət qeydə alınıb, 63.8 milyon tibbi xidmət göstərilib: “Cari ildə müraciət sayında 9 faiz, göstərilən tibbi xidmət sayında isə 20 faizlik artım qeydə alınıb. 2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrimizdə 348 mindən çox cərrahi əməliyyat və prosedur icra olunub. Cari ilin yanvar-noyabr ayları ərzində laborator xidmətlərin sayı 30.5 milyon olub. Bu isə keçən illə müqayisədə 34 faiz artım deməkdir”. V.Qurbanov əlavə edib ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində 6 milyondan çox radioloji müayinə həyata keçirilib. İnstrumental müayinəyə dair şəkillərin bir bazada toplanması əlçatanlığın təmin edilməsi üçün Mərkəzi PACS sistemi qurulub”. O qeyd edib ki, həmin sistemə hazırda 16 tibb müəssisəsinin bütün müvafiq tibbi avadanlıqları inteqrasiya edilib, sistemdə 400 minə yaxın pasiyentin məlumatları yerləşdirilib: “E-tabibxəstəxana idarəetmə sisteminin, İT infrastrukturun təkmilləşdirilməsi İnformasiya təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı da uğurla addımlar atılıb. Xəstəxana idarəetmə sisteminin mobil versiyası da hazırlanıb. Bu sistem sayəsində həkimlər hər yerdən pasiyent məlumatlarına sürətli təhlükəsiz çıxış əldə edirlər ki, bu da diaqnostika müalicə proseslərini xeyli sürətləndirir. Eyni zamanda pasiyentlərin tibbi tarixçəsinə dərhal çıxış imkanının olması həkimlərə fərdi yanaşmanı təmin etməyə daha effektiv müalicə üsulları tətbiq etməyə imkan verir. Sözügedən sistemin 2025-ci ilin birinci rübündən başlayaraq tətbiq edilməsi planlaşdırılır”. TƏBİB-in icraçı direktoru digər məsələlər barədə məlumat verib. Qeyd edib ki, ölkədə hazırda 322 mindən çox şəkər xəstəsi var. Hazırda şəkərli diabet xəstələrinin vahid elektron reyestrində qeydiyyatda olan ümumi xəstə sayı 322 min 353 nəfərdir ki, onlar da zəruri preparatlarla təmin olunub. Yeniliklər bundan ibarərtdir ki, işğaldan azad olunmuş ərazlərimizdə (Qubadlı Cəbrayıl) modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib, ərazilərdə ilkin səhiyyə xidmətinin təşkili üçün baş plan hazırlanıb, 81 kənddə, 8 qəsəbə 8 şəhərdə ilkin səhiyyə müəssisələrinin dəqiqləşdirilmiş sislokasiyaları eskiz layihələri Səhiyyə Nazirliyinin tikinti üzrə mütəxəssisləri ilə birlikdə hazırlanaraq Nazirliyin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti İdarəsinə təqdim edilib: “Hazırda işğaldan azad edilən torpaqlarımızda Ağalı, Hadrut, Cəbrayıl, Laçın, Talış, Füzuli, Xocalı ASM, Şuşa, Zəngilan, Ağdam modul, Ağdərə xəstəxanası, Xankəndi poliklinikası fəaliyyət göstərir”. 2024-cü ildə TƏBİB-ə daxil olan vətəndaş müraciətlərinin sayı onların strukturlaşmış şəkildə cavablandırılması, həmçinin minnətdarlıq məktubları təşəkkür zənglərinin artımı müşahidə edilib. 2024-cü ilin yanvar-noyabr ayları ərzində TƏBİB-ə elektron sənəd dövriyyəsi sistemi üzərindən kağız daşıyıcıda ümumilikdə 24 min 265 vətəndaş müraciəti (birbaşa vətəndaşlardan təşkilatlardan vətəndaşla bağlı) daxil olub: “Bu müraciətlərdən 13 min 120-si ərizə, 11 min 117-si şikayət, 28-i isə təklif olub. TƏBİB-in rəsmi elektron poçt ünvanına isə 23 min 247 müraciət daxil olub. 2024-cü ilin 11 ayı ərzində TƏBİB- 5 561 vətəndaşın qəbul edilməsi təmin edilib. Cari ilin 11 ayı ərzində Çağrı xidməti şöbəsinə daxil olan müraciətlərin sayı isə 101 min 853 olub”.

 

TƏBİB-in fəaliyyətini dəyərləndirən terapevt, təcili tibbi yardım stansiyasının həkimi Şahvələd Məmmədov ötən illər ərzində səhiyyə sahəsində müsbət islahatlar aparıldığını bildirdi:

 

- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik 15 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi adı altında fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə isəİcra hakimiyyəti orqanıhüquqi statusuna malik olan Agentlik əsasındaİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyipublik hüquqi şəxs yaradılıb. Agentliyin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanına əsasən Mingəçevir şəhəri Yevlax rayonunda, 2018-ci il 16 fevral tarixli 1830 Fərmanına əsasən isə habelə Ağdaş rayonunda icbari tibbi sığorta pilot layihə şəklində 1829 tibbi xidməti əhatə edən baza zərfi əsasında həyata keçirilib. 1 aprel 2021-ci ildən icbari tibbi sığorta bütün ölkə ərazisini əhatə edir. Yəni ilkin mərhələdə icbari tibbi sığortanın tətbiqinə pilot layihə olaraq başlandı, mərhələli şəkildə, icbari tibbi sığorta bütün  ölkəni əhatə etdi. Əsas problemlərdən biri, yenə təcili tibbi yardımın təşkili ilə bağlıdır. Bu barədə rəsmi qurumlar da açıqlamalar verir, çatışmazlıqları qeyd edirlər. Bölgələrdə həkim çatışmazlığı da etiraf edilir. Amma bu problemlər kompleks şəkildə həllini tapmalıdır. Həkimlərin bölgələrdə çalışması təşviq edilməlidir, təcili yardım briqadalarının sayı da artırılmalıdır.  Əhalinin sağlamlığının qorunması üçün bu, vacibdir.  Mətbuat konfransında təcili yardım maşınlarının avtobus zolaqlarına daxil ola bilməsindən danışıldı. TƏBİB-in icraçı direktoru bildirdi ki, bununla bağlı Dövlət Yol Polisi ilə müvafiq razılaşma əldə edilib. İçərisində xəstə olduğu halda təcili yardım maşınlarının səsgücləndirici işıqlarda istifadə etməsinin qanuni olduğunu bildirib. Biz özümüz müşahidə edirik ki, təcili yardım maşınlarına yol vermək, yolu açmaq mədəniyyəti formalaşıb artıq cəmiyyətdə. Digər nəqliyyat vasitələrinin sürücüləri ambulansın hərəkət etdiyini gördükdə, ona yol verirlər, yolun kənarına çəkilib, yolu açırlar. Bu, çox yaxşıdır, alqışlanmalıdır. Son zamanlar müzakirə olunan saxta plastik cərrahlarla bağlı məsələyə aydınlıq gətirilib. V.Qurbanov bildirib ki, TƏBİB daxilində işə qəbul qaydaları öz daxili prosedur qaydaları ilə tənzimlənir, qanunvericiliyin tələbi əsas götürülür. Həkimlərin ixtisas seçimi, sertifikasiya nəticələri nəzərə alınır. Plastik əməliyyatlar icbari tibbi sığorta təminatına daxil deyil. Bu prosedurlar ödənişli qaydada həyata keçirilə bilər. TƏBİB-in işə götürdüyümüz cərrahlar Azərbaycan qanunvericiliyinə uyğun işə götürülən plastik cərrahlardır. TƏBİB, TƏBİB tabeli xəstəxanalara cavabdehdir. TƏBİB tabeli xəstəxanalarda baş verən bütün ölüm halları ciddi şəkildə araşdırılır. Bununla bağlı TƏBİB tabeliyində ölüm komissiyası fəaliyyət göstərir. Hesab edirəm ki, səhiyyə sahəsində həyata keçirilən islahatlar müsbət nəticə verir.

 

Məlahət Rzayeva

Şərq .- 2024.- 24 dekabr (¹236).- S.6.