Azərbaycan siyasətinə sadiqdir

 

Dinimilli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

 

Tarixən belə olub, indi ənənə davam edir

 

Burada yaşayan digər xalqların nümayəndələri arasında milli, irqi, dini ayrı-seçkilik, ədavət qarşıdurma  heç vaxt müşahidə edilməyib

 

Ayrı-ayrı dinlərə etiqad edən insanlar ölkəmizdə daim sülh əmin-amanlıq şəraitində yaşayıblar

 

 

 Azərbaycan müxtəlif etnosların millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm çoxmillətlilik dəyərlərin müstəsna rolu vardır. İslamın mənəvi dərkinə əsaslanan dünyəvi dövlət olan Azərbaycan nəinki dini tolerantlıq ənənəsini möhkəmləndirə bilmiş, hətta onu bir dövlət kimi öz imicinə çevirərək beynəlxalq miqyasa çıxarmağa çalışmaqdadır. Azərbaycan bu sahədə dünya dövlətlərinə uğurlu model hesab olunur. Çünki Azərbaycan bütün dinlərə hörmətlə yanaşır, hətta ölkəmizə təcavüz edənləri belə din məzhəbə görə fərqləndirmir. Bütün bu proseslərin müvafiq qanunvericilik çərçivəsində tənzimlənməsi, Azərbaycan Respublikası Konstitusiyasının vicdan azadlığı ilə bağlı müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə əlaqədar qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi dini qurumların qeydiyyata alınması dövlət tərəfindən müvəffəqiyyətlə tənzimlənir. Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib. Çoxmillətli çox konfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Bu siyasətin nəticəsində hazırda ölkəmizdə bütün dini icmalar bərabər hüquqlara malikdirlər. Azərbaycan müstəqilliyini bərpa etdikdən Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Onun dövlətçilik konsepsiyasına uyğun olaraq, ölkəmizdə dinlər etnik qruplar arasında münasibətlər daha da möhkəmlənib bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ulu Öndər milli-dini dəyərlərimizin qorunmasında, islam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin möhkəmləndirilməsində öz əməli fəaliyyəti ilə böyük rol oynayıb. Belə ki, Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının multimədəni harmoniyanın təminatçısı himayəçisidir.

Qeyd edək ki, Azərbaycanda dini plüralizm, dinlərarası dialoq, dini tolerantlıq artıq nümunəvi xarakter daşıyır. Ölkəmizin vətəndaşları tərəfindən bu üç prinsipin qəbul edilməsi dini maariflənmənin yüksək səviyyədə olduğunu nümayiş etdirir. O da mühüm məqamdır ki, Azərbaycanda dövlət dinlər arasında münasibətlərin uyğunlaşdırılması üçün din xadimlərinin ümumi hazırlığının səviyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycanda Qərb Şərq əməkdaşlıq edən, bir-birini tamamlayan sivilizasiyaların subyektləri kimi fəaliyyət göstərir. Azərbaycan dinlərarası millətlərarası tolerantlıq dəyərlərinə əsaslanan mədəniyyətlər, etniklər dinlər icması arasında perspektiv əməkdaşlıq modelini təqdim edir. Ölkəmiz mədəniyyətlərarası dinlərarası dialoq üçün mərkəz, müzakirə platforması rolunu da oynayır. Müasir Azərbaycanın dini həyatının mühüm fərqləndirici xüsusiyyəti digər dinlərə münasibətdə bir din üçün üstünlüklərin ya məhdudiyyətlərin müəyyən edilməsinin yolverilməzliyidir. Millətlərarası harmoniya dini dözümlülüyü təmin etmək məqsədilə cəmiyyətdə aparılan islahatların əsas prioritetlərindən biri irqindən, cinsindən, milliyyətindən, dilindən, sosial mənşəyindən, əqidəsindən asılı olmayaraq vətəndaşların hüquq azadlıqlarının, qanun qarşısında bərabərliyinin təmin edilməsi qorunmasıdır. Bununla belə, mədəniyyətlərin, dinlərin inkişafı qarşılıqlı əlaqəsi sahəsində dünya təcrübəsinin, müxtəlif çoxmillətli çoxkonfessiyalı dövlətlərin dövlət siyasətinin xüsusiyyətlərinin davamlı olaraq dinlərarası harmoniya millətlərarası birliyin möhkəmləndirilməsi üçün davamlı öyrənilməsi vacibdir. Onu da qeyd edək ki, Azərbaycan insan hüquqlarına dair beynəlxalq müqavilələr çərçivəsində dini azadlıqların təmin edilməsi sahəsində üzərinə düşən beynəlxalq öhdəlikləri ardıcıl ciddi şəkildə yerinə yetirir. Məlum olduğu kimi, Azərbaycan hazırda insan hüquqları ilə bağlı onlarla əsas beynəlxalq sənədə qoşulub. Bu sənədlərə qoşulma Azərbaycanda insan hüquqlarının müdafiəsi üçün səmərəli sistemin yaradılmasına kömək edir. Azərbaycanın din sahəsində həyata keçirdiyi, cəmiyyətdə dinlərarası dialoqun dini tolerantlığın gücləndirilməsinə yönəlmiş siyasəti sabitlik təhlükəsizliyin mühüm amili kimi vacib önəmə malikdir.

 İyulun 20-də Şuşada keçirilənYalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizəmövzusunda 2-ci Qlobal Media Forumu zamanı da bəzi iştirakçılar Azərbaycandakı mövcud multikultural dəyərlərdən, ölkəmizdəki tolerant mühitdən bəhs etdilər. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat 82 media qurumunun qatıldığı Forum iştirakçılar Azərbaycandakı tolerant mühiti öz gözləri ilə gördülər, danışılanlara qulaq asdılar. Bir sıra çıxışçılar Azərbaycandakı tolerantlıqdan, fərqli dəyərlərin daşıyıcıları olan müxtəlif xalqların təhlükəsiz rahat birgəyaşayışından heyrətləndiklərini etiraf etdilər.

 

İlahiyyatçı-alim Hacı Atif İsmayılov da "Sherg.az"a açıqlamasında deyib ki, tolerantlıq və birgəyaşayış nümunəsinin ən gözəli məhz Azərbaycandadır. İlahiyyatçı xatırladıb ki, ərazi bütövlüyümüz bərpa ediləndən cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə işğaldan azad olunmuş torpaqlarda digər dini inanclara məxsus abidələr, ibadət yerləri ən gözəl şəkildə bərpa olundu:

 

 "Halbuki torpaqlarımız işğal altında olarkən erməni vandalları bütün tikililərlə yanaşı, qədim kilsələrə də divan tutublar. Çünki kilsələrin də Azərbaycana, bizə məxsus olduğunu bilirdilər. Amma Azərbaycan dövləti həm kilsələri, həm də məscidləri bərpa edərək xalqımızın istifadəsinə verdi. Ölkəmizdə çoxsaylı xalqlar öz adət-ənənələrini, mədəniyyətlərini, dini inanclarını olduğu kimi qoruyub saxlayırlar. Onların heç biri zərrə qədər olsun, hər hansı təzyiq və təhdidlə üzləşməyib. O baxımdan dünya ölkələri bizi multikultural və tolerantlıq sahəsində örnək götürə bilərlər. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılıb. Bu, tarixən belə olub, indi də ənənə davam edir. Ayrı-ayrı dinlərə etiqad edən insanlar ölkəmizdə daim sülh və əmin-amanlıq şəraitində yaşayıblar, dinlərini, adət-ənənələrini qoruyub saxlayıblar. Azərbaycanda yaşayan digər xalqların nümayəndələri arasında milli, irqi, dini ayrı-seçkilik, ədavət və qarşıdurma  heç vaxt müşahidə edilməyib. Azərbaycan xalqı da daim ölkədə yaşayan müxtəlif millətlərə və dinlərə mənsub insanların dostluğunun, qardaşlığının möhkəmlənməsinə çalışıb. Təəssüf ki, ölkə xaricində fəaliyyət göstərən bəzi radikal qruplaşmalar müəyyən narazılıqlar, ayrı-seçkilik yaratmağa cəhd göstərirlər. Lakin onların cəhdinin qarşısı həm dövlət səviyyəsində, həm də xalq tərəfindən alınır. Çünki dövlətimiz möhkəm əsaslar üzərində və milli-dini dəyərlərə söykənərək qurulub. Azərbaycanda islami vəhdət hökm sürür, biz dünyaya insanların bir-biri ilə mehriban münasibətdə yaşaya biləcəyini sübut edirik".

 

İsmayıl Qocayev

Şərq .- 2024.- 23 iyun, ¹ 128.- S.6.