Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur

 

 Azərbaycançılıq ideyasının təbliği

 

“Dünyanın harasında doğulsaq, yaşasaq da, Azərbaycanı vətən bilməliyik! Milli dəyərlərin, dövlətçiliyin təəssübünü çəkməliyik”

 

 

 Azərbaycançılıq ideologiyası milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Müstəqil dövlətin formalaşması üçün ordu, konstitusiya, bayraq, gerb, himn kimi atribut və rəmzlər vacib hesab edilir. Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideyasını ümummilli ideologiyaya çevirib. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın 30 ilə yaxındır müstəqil dövlət kimi mövcudluğunu qoruyub saxlamasında dahi şəxsiyyətin misilsiz rolu danılmazdır. Çünki azərbaycançılıq ideologiyası bizə dövlətini, xalqını sevməyi, eyni zamanda Azərbaycan adlı dövlətin əsl vətəndaşı olmağı öyrədir. Ümummilli Lider Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!"  kəlamı yüksək vətəndaşlıq şüuru kontekstində azərbaycanlı olmağın nə qədər şərəfli və məsuliyyətli olduğunu göstərmək baxımından mühüm önəmə malikdir...

 44 günlük Vətən müharibəsində də dinindən və dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının vətənpərvərlik nümayiş etdirməsi məhz həmin ideologiyanın xalqımızda təcəssüm tapmasının sübutu idi. Bu baxımdan, qazandığımız möhtəşəm Qələbədə hər bir azərbaycanlının xüsusi töhfəsi olduğunu söyləmək olar.

Vətənpərvərlik, eləcə də dövlətçilik kimi təməllərə söykənən azərbaycançılıq ideyası yeni yaranan anlayış olsa da, onun mahiyyətinin, konseptual tərəflərinin məhz tədqiqatçılar, ictimai xadimlər tərəfindən şərh edilməsi göstərir ki, bu ideyanın təbliği vacib, həm də aktualdır. Azərbaycançılıq ideyası ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin, milli maraqlarının, eləcə də dünya azərbaycanlılarının ümumi maraqlarının qorunmasını, bununla yanaşı, həm də mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, doğma dilimizi yaşatmağı aşılayan ideyadır və məhz buna görə də təbliği bizim üçün vacib hesab olunur.

 Yazıçı-alim Sadıq Qarayevbu yaxınlarda çap edilən  “Azərbaycançılıq məfkurəsi” kitabında məhz bu nüanslara toxunub.  Müəllifin “Düzülüşmövcudluq”, “Zidiyyətin çalarları”, “Bağbanyol” hekayə və esseləri poeziyanın nəsrlə vəhdətinin yeni formada təzahür nümunəsi olmaqla yanaşı, bu əsərlərdə cəmiyyət və təbiətin harmoniyası, insanın bəndə, bəşər övladı və vətəndaş kimi daxili aləmi, onun müqəddəs vəzifələri bir sıra fəlsəfi baxış nöqtələrindən müzakirə edilir.

 II fəsildə azərbaycançılıq məfkurəsinin milli dövlətçiliyimizin, yeni milli hədəflərimizin işıqlı yolunun zəfərlərimizin hərəkətverici qüvvəsi olduğunu izah edən, əsaslandıran elmi-fəlsəfi, bədii yazılar yer alıb.

 III və IV fəsillərdə müəllifin müxtəlif elmi düşüncələrini, fəlsəfi və ictimai fikirlərini bədii təxəyyüllə təsvir edən müxtəlif janrlı yazılar yer alıb. Bu fəsillərdə yer alan yazıların da mahiyyətində milli və bəşəri dəyərlərin, problemlərin mahiyyətinə baxış, Azərbaycan xalqının milli dövlətçilik idealları, azərbaycançılıq məfkurəsinin mahiyyət elementləri, hər bir vətəndaşın dövlətçilik, vətən qarşısında müqəddəs hüquq və vəzifələrinə işıq salmaq dayanır.

 V fəsildə yazıçının sadə, mənalı, bəzi hallarda aforizm səviyyəsində səslənə biləcək fikirləri yer alıb.

VI fəsildə oxucuÖmür lövhələri” adlanır və bir insanın - bioloqun yaşadığı, müşahidə etdiyi ətraf aləmin, ömür yolunun yazıçı təxəyyülündə əks olunan xatirələri ilə tanış olur.

 Məlumat üçün bildirək ki, Sadıq Qarayevin yaradıcılığında azərbaycançılıq məfkurəsini elmi postulat kimi ədəbiyyata gətirməsi onun ən uğurlu cəhdlərindəndir. Azərbaycançılıq məfkurəsinin bütün faktları onun əsərlərində sujet və xırdalığı ilə elmi və bədii sintez təşkil edir. Yazıçının əsərləri elmi-ədəbi fikrinin müasir səviyyəsini əks etdirən dəyərli nümunə kimi milli-mənəvi dəyərlərin təbliği baxımından əhəmiyyətlidir. Milli ədəbiyyatımızda öz dəsti-xətti ilə seçilən alim azərbaycançılıq düşüncəsinin, ideologiyasının carçısı kimi mövqe qazanıb. Ana dilinin milli ruhu yazıçının əsərlərində aydın hiss olunur. Bu, elmi maarifçiliyin təbliği baxımından da maraq doğurur və əhəmiyyətlidir. Azərbaycan ədəbiyyatında milli düşüncənin yaranması, keçdiyi inkişaf yolumilli ideologiya kimi formalaşmasından bəhs edən bu əsərlər Azərbaycan xalqı var olduqca müraciət olunacaqöz elmi dəyərini heç zaman itirməyəcək.

 

 Çap edilən kitabda əks edilən mövzu ilə bağlı fikirlərini “Sherg.azla bölüşən müəllif deyib ki, azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur:

 “Dünyanın harasında doğulsaq, yaşasaq da, Azərbaycanı vətən bilməliyik! Milli dəyərlərin, dövlətçiliyin təəssübünü çəkməliyik. Ana dilini bilməli, özümüzü müstəqil respublika, vətən və xalq yolunda şəhid, ya qazi növbəsində görməliyik. Azərbaycançılıq konsepsiyası geniş anlayış olub, özündə azərbaycançılıq məfkurəsini, Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi anlayışlarını, milli-mənəvi dəyərləri, Azərbaycan dili və Azərbaycan ədəbiyyatını, Azərbaycan mədəniyyətini azərbaycanşünaslıq prinsiplərini cəmləşdirir. İstər ölkə daxilində, istərsə də Azərbaycandan kənarda yaşayan, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü naminə fəaliyyət göstərən, onun demokratik dövlət kimi inkişafı üçün çalışan hər kəs azərbaycançılıq ideyasının daşıyıcısıdır”.

  

Şəymən Bayramova

Şərq .- 2024.- 25 iyul, ¹ 130.- S.6.