Əbu Turab təhsilə rəğbət bəsləyən görkəmli din xadimi olub

 

Millət vəkilinin statusunu bəyənənlər də var, etiraz edənlər də

 

Bir şəxs haqqında çarpaz rəylər varsa, ədalət naminə müxtəlifliyə yer vermək daha yaxşıdır

 

 

Özünü ziyalı sayanlarımız Mirzə Ələkbər Sabirdən sitat gətirməyi çox sevir. Xüsusən də dahi SabirinDindirir əsr bizi dinməyiriz...” satirasındakı “əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz” misrasını tez-tez xatırladırlar. Amma fəaliyyətlərinə, cəmiyyətə ötürdükləri mesajlara baxanda düşüncə baxımından Sabirin əsrində qaldıqları görünür. 21-ci əsr ziyalısı niyə, məsələn, 20-ci əsrin əvvəllərində vəfat etmiş Hacı Zeynalabdin Tağıyevin vəziyyətinin ucundan tutubucuzluğa” getməli və bu mövzuda açdığı müzakirə ilə cəmiyyətin başını qatmağa çalışmalıdır? Millət vəkilinin birbaşa missiyası budur, məgər? Deyəcəklər, mövhumata qarşı çıxır. Zəmanəmizdə mövhumat qalıbmı ki?!. “Nizami” (“Torqovı”da) küçəsində kim mövhumata rast gəlibsə, irəli çıxsın. Bizim “Torqovı”ya hətta Avropanın ən bərk gedən ölkəsi və milləti də “həsəd” aparar. Ümumiyyətlə, hazırda bütün dünya Azərbaycana həsəd aparır. Amma bəzi ziyalılarımız müzakirəyə çıxarmağa başqa mövzu tapmayıb ötən əsrin dolanbaclarında fırlanırlar.

 

  Hörmətli millət vəkili Fazil Mustafa sosial şəbəkədə status paylaşaraq yazır:

Bir qrup millət müdriki ortaya çıxıb yazdıqlarımızda hər dəfə bir qüsur axtarmağa çalışır. Son müsahibəmdə söyləmişəm ki, millətimiz naminə dəyərli xidmətləri olmuş Zeynalabdin Tağıyevin mürtəce bir axundun qəbrinin ayaq hissəsində dəfn olunması barədə vəsiyyətini fəxarət menyunuzdan çıxarmanız lazım. Adam desəydi ki, Həsən bəy Zərdabinin və ya Mirzə Fətəlinin ayaqları altında basdırın bunun dəyəri daha fərqli olmazdımı? Bu müdriklərimiz oturub mənə cahilliyin, dinçi geriçiliyin lideri olmuş Abu Turabın böyük fəzilət sahibi olmasından bəhs edən mənbəyi məchul nağıllardan danışırlar...” yazır və belələrini 21 əsrin savadlı cahilləri adlandırır. Millət vəkilinin statusunu bəyənənlər də var, etiraz edənlər də.

 

  H.Z.Tağıyevin Axund Əbu Turabın ayaqları altında dəfn olunmasını vəziyyət etməsi və vəsiyyətinin də yerinə yetirilməsi Fazil bəyi niyə narahat edir? Cavab, çox güman  belə olacaq ki, Fazil bəy H.Z.Tağıyevin Əbu Turabın ayaqları altında dəfn olunmasını fəxarət hesab edənləri tənqid edir. Amma, əzizlər, “keçəl Həsən, Həsən keçəl”, eynidir. Sadəcə Fazil bəy, bir qədər ehtiyat edərək H.Z.Tağıyevi “cahil” adlandırmaqdan çəkinir. Sonucda vəsiyyət edən Tağıyev idi. Burda Əbu Turablıq bir   yoxdur. Ola bilsin, H.Z.Tağıyevin bir sıra mənbələrdə qeyd edildiyi kimi (Tağıyev haqqında filmdə də bu var – M.R.) “Əbu Turabın ayağı bildiyini mənim başım bilmir”, təvazökar deyimi millət vəkilinə təsir edir. Özüstatusunda bunu dolayısıyla yazıb: “niyə Zərdabinin, M.F.Axundovun yox, Əbu Turabın ayaqları altında?!”. İndi durub desək ki, H.Z.Tağıyevin də ayağının bildiyini bəzilərinin başı bilmək iqtidarında deyil, qırğın-qiyamət qopacaq. Hesab edin ki, deməmişik. Elə-belə, söz gəlişi yazdıq.

Qaldı ki adı hallanan Əbu Turaba, bu şəxs haqqında mənbələrdə mənfi fikirlərə rast gəlinmir. Məlumatlar qaynağı  "Vikipediya"da bu şəxs haqqında “Azərbaycan tarixində dərin hörmət və rəğbət bəslənən böyük din xadimlərindən biri də görkəmli şəxsiyyət Axund Mirzə Turab Axundzadədir. 1817-ci ildə Bakıda İçəri şəhərdə (bəzi mənbələrdə Əmircan kəndi) tanınmış ruhani ailəsində dünyaya göz açmışdır. Mirzə Əbu Turab Axundzadə, sözün həqiqi mənasında Abşeron torpağının "atası" idi. İlk təhsilini o dövrdə Bakının məşhur təhsil ocaqlarından sayılan Mirzə Həsib Qüdsinin mədrəsəsində almışdır. O, Bakının bir çox məscidlərində moizələr edərdi. Bəzən moizələrini ərəb dilində söyləyərdi. O, əsasən Bakının Əmircan məscidində fəaliyyət göstərirdi ki, bunun da səbəbi vardı. Bu din xadimi elminmaarifin tərəfdarı idi. 1901-ci ildə öz qızını H.Z.Tağıyevin qız məktəbinə qoymuşdu. 1845-1846-cı illərdə alim iki dəfə Tiflis şəhərinə dəvət olunmuş Qafqaz baş canişini M.S.VerensovZaqafqaziya Şeyx-ül-İslamı Axund Məhəmmədli tərəfindən qəbul edilmiş, ona Bakı vilayəti qazısı vəzifəsi təklif olunmuşdu. Amma o, bu vəzifədən imtina etmişdi. Öz dərin ağlı, zəkası, mərifəti və xeyirxahlığı ilə hörmət qazanmış, Bakı alimlərinin başçısı Mirzə Əbu Turab Axundzadə 1910-cu ildə Mərdəkandakı bağında vəfat etmişdir. Bakı milyonçusu Ağa Murtuza Muxtarov hörmət əlaməti olaraq, onun qəbri üstündə memarlıq cəhətdən insanın diqqətini cəlb edən, günbəz inşa etdirmişdir”.

 

  Əməkdar jurnalsit Qərənfil Dünyaminqızının illər əvvəl “Kaspi” qəzetində dərc olunmuş məqaləsində də Əbu Turab Axundzadə elmə, təhsilə rəğbət bəsləyən görkəmli din xadimi kimi təqdim edilib, H.Z.Tağıyevin qızı Sara xanımın xatirələrində bu şəxsdən danışdığı məlum olub:

Sara xanımla bir neçə dəfə görüşüb, müsahibə götürmüşdüm. Görüşlərimizdən birində belə demişdi: "Atam şəxsi faytonuna ailə üzvlərindən başqa yalnız Həsən bəy Zərdabinin və Axund Mirzə Əbu Turabın minməsinə icazə verərdi”. O, Axund Mirzə Əbu Turab ki, Hacı Zeynalabdin dünyasını dəyişərkən, onun ayaqları altında basdırılmasını vəsiyyət etmişdi. "Onun ayağının bildiyini mənim başım da bilmirdemişdi Hacı. Kim idi Axund Mirzə Əbu Turab ki, yalnız Azərbaycanda, Rusiyada deyil, bütün Avropada iri iqtisadi və ticarət əlaqələrində çox nüfuzlu bir sima olan, Şərq aləminin ilk mesenatı, adlı-sanlı Hacı Zeynalabdin Tağıyev ona bu qədər böyük ehtiram göstərmişdir?” Sonra da Əbu Turabın müsbət məziyyətləri, onun söz əhli, istedadlı publisist, Azərbaycan tarixində dərin hörmət və rəğbət bəslənən böyük din xadimi olduğu qeyd edilir. “Dövrünün "din xadim”lərindən fərqli olaraq Axund Mirzə adı da ona boşuna verilməmişdir. Axund Mirzə Əbu Turab əksər dindaşlarından fərqli olaraq elmə, təhsilə, mədəniyyətə çox böyük önəm verirdi. O, illərdə Bakıda baş verən bütün ictimai, mədəni hadisələrdə yaxından iştirak edən ilahiyyat elminin ən görkəmli nümayəndəsi hesab olunan Əbu Turab həm də qələm, söz əhli, istedadlı publisist idi. 1914-cü ildə Orucov qardaşlarının nəşriyyatında Axund Mirzə Əbu Turabın "İslamın təfriqəsi səbəbləri” adlı kitabı nəşr edilib. Müəllif əsərində islamiyyət içərisindəki təfriqənin əsas səbəblərini geniş izah edib. Yalnız bir faktı qeyd edim ki, 1906-cı ildə "Həyat” qəzetində çap etdirdiyi "Bizə hansı elmlər lazımdır?” sərlövhəli məqaləsi uzun illər mətbuatda, cəmiyyətdə müzakirə və mübahisələrə səbəb oldu. ...Bütün elmlərin öyrənilməsinin vacibliyini irəli sürən Axund Mirzə Əbu Turabın əsas məqsədi və məramı hər şeydən əvvəl insanın daxili aləmini zənginləşdirmək idi. ...Böyük mərifəti və xeyirxahlığı ilə hamının hörmətini qazanan Axund Mirzə Əbu Turab bütün ömrünü islamda təfriqə salanlarla mübarizəyə həsr etdi. Ona görə də çıxışlarında hər zaman sünni-şiəçiliyin əleyhinə idi. Odur ki, əksər tədqiqatçılar onu "elmin, maarifin dostu, mövhumatın qatı düşməni” adlandırırdılar.

 

Yazıçı Qılman İlkin bu haqda belə yazırdı:

"O, şəbeh çıxarmaq, baş yarmaq, zəncir vurmaq, şaxsey-vaxsey kimi dini adətlərə qarşı çıxaraq, müsəlmanları islamiyyətə dəxli olmayan belə zərərli adətlərdən çəkinməyə çağırırdı. Həm minbərdən, həm də mətbuat səhifələrindən”. Axund Mirzə Əbu Turab dindaşlarına üzünü tutaraq deyirdi: "Müqəddəs Peyğəmbərimiz buyururdu: "Allahın etibar edib tapşırdığı böyük vəzifəni insanın ruhuna ağıl-kamalla, dürüstlüklə pərvəriş vermək vəzifəsini ləyaqətlə yerinə yetirmək üçün ən əvvəl gərək sizin özünüz izzət və şərəf sahibi olasınız”.

 

Q.Dünyaminqızının məqaləsindən göründüyü kimi Axund Mirzə Əbu Turab filosof təbiətli, tərəqqipərvər din xadimi olub. Əbu Turab 1910-cu ildə 93 yaşında dünyasını dəyişib və Mərdəkandakı "Pirhəsən” pirində dəfn edilib. Sonrası məlum. Fazil bəy statusunda Əhməd bəy Ağaoğlunun xatirələrindən sitat gətirib. Şəkk etmirik. Amma başqa mənbələrə də nəzər yetirsəydi, obyektivlik hasil olardı. Bir şəxs haqqında çarpaz rəylər varsa, ədalət naminə müxtəlifliyə yer vermək daha yaxşıdır. Özünə sərf edəni götürüb, kökündən baltalamaq normal cəmiyyətlərdə, savadlı ziyalılar arasında qəbul edilirsə, “cahil ziyalılar”dan niyə inciyirlər?.. Həqiqətən, “izzət və şərəf sahibi olmaq” çətindir, çox çətin!.. 

 

Məlahət Rzayeva

Şərq .- 2024.- 4 iyun, ¹ 97.- S.7.