Qarabağ Universitetinə şamil edilən güzəştlər
sevindiricidir
Elmi-Kütləvi, Mədəni-Maarif, Təhsil
Proqramlarının Hazırlanması
Təhsilin inkişafına xidmət
edən hər bir yenilik, icra
olunan hər bir proqram alqışlanmalıdır
Azərbaycan dövləti təhsilin
inkişafı v əlçatanlığının
təmin edilməsi istiqamətində daim yeniliklər həyata keçirir. Təhsilin
inkişafını prioritet
sayan dövlətimiz gənclərin ali
təhsil alması üçün mümkün
vasitələri maksimum
dərəcədə icraya
yönəldir. Bu günlərdə verilən
məlumatlardan biri budur ki, Qarabağ
Universitetində bir sıra ixtisaslar üzrə təhsil alacaq tələbələr
təhsil xərclərindən
azad olunacaqlar. Buraya ödənişli təhsil alan
tələbələr də
daxildir. Bu barədə
Elm və Təhsil üzrə Dövlət Agentliyinin məlumatında
bildirilib. Məlumatda 2024/2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində
SABAH qruplarına tələbə
qəbulu aparılacaq
ixtisaslar açıqlanıb.
Bunlar, Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi, İbtidai
sinif müəllimliyi,
Riyaziyyat müəllimliyi,
Xarici dil müəllimliyi (ingilis dili), Hüquqşünaslıq,
Beynəlxalq münasibətlər,
Maliyyə və Mühasibat ixtisaslarıdır.
Qarabağ Universitetinin SABAH qruplarında təhsil alacaq tələbələr
bir sıra üstünlüklər əldə
edəcək. Qarabağ
Universitetinin ilk tələbəsi
olmaqla onlar ödənişsiz təhsil,
ödənişsiz yataqxana,
hər bir tələbəyə təqaüd,
yüksək bal toplayanlara
əlavə təqaüd,
hər bir tələbəyə kompüter,
müasir maddi-texniki bazası olan universitet kampusu, yeni məzmunlu təhsil proqramları, peşəkar yerli və əcnəbi
professor-müəllim heyəti,
beynəlxalq, yerli ikili diplom və
mübadilə proqramları,
elmi-tədqiqat və startap layihələrinin dəstəklənməsi imtiyazları
əldə edəcəklər.
Qeyd edək ki, təhsilin inkişafı istiqamətində vacib addımlar atan hökumət təqaüd
xərclərinin optimallaşmasını
nəzərdə tutur.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə
edilən “Məşğulluq
haqqında” qanuna dəyişikliyin müzakirəsi
zamanı bildirib ki, təqaüd xərclərinin optimallaşdırılması
hər il əlavə 10 min şəxsin
peşə hazırlığına
cəlb olunmasına imkan yaradacaq. Peşə hazırlığına cəlb
olunanlara əməkhaqqı
deyil, təqaüd ödənilir. Eyni zamanda
onların nəqliyyat
xərcləri İşsizlikdən
Sığorta Fondunun vəsaiti hesabına kompensasiya olunur. Təqaüdün məbləğininsə aylıq minimum əməkhaqqının
məbləği ilə
bağlantısı yenə
də saxlanılacaq.
"Növbəti dövrdə minimum əməkhaqqı
artdıqca, təqaüdün
məbləği də
artacaq. Peşə hazırlığına cəlb olunan şəxs əvvəlcədən
bilməlidir ki, harada işləyəcək.
Peşə hazırlığı heç bir halda təqaüd almaq məqsədilə proqrama daxil olmanı stimullaşdırmamalıdır”,
- deyə nazir müavini əlavə edib. Qeyd edilir ki, “Məşğulluq haqqında”
qanuna dəyişiklikliyə
əsasən, Azərbaycanda
peşə hazırlığına
cəlb olunmuş şəxslərə verilən
təqaüd məbləği
minimum əməkhaqqının 50 faizi dəyərində müəyyən edilir.
Təhsilin inkişafı məqsədilə
həyata keçirilən
proqramlar arasında olimpiadaların təşkili
də xüsusi əhəmiyyət daşıyır.
Fənn olimpiadaları
orta məktəb şagirdləri, həm də ali
məktəb tələbələri
arasında təşkil
olunur. Bu günlərdə
Azərbaycan Memarlıq
və İnşaat Universiteti Tələbə
Elmi Cəmiyyətinin
təşkilatçılığı ilə Ulu Öndər
Heydər Əliyevin anadan olmasının 101-ci
ildönümünə həsr
edilmiş fənn olimpiadalarının qaliblərinə
diplomlar təqdim edilib. Təqdimat mərasimində AzMİU-nun
elm və innovasiyalar üzrə prorektoru
professor Nigar Aslanova çıxış edərək
olimpiada haqqında məlumat verərək bildirib ki, fənn
olimpiadaları materiallar
müqaviməti, statika,
inşaat mexanikası,
riyaziyyat, fizika, ingilis dili (rus
dili), informatika olmaqla 7 fənn üzrə keçirilib. Hər fənn üzrə müvafiq kafedraların müəllimləri tərəfindən
olimpiadaya hazırlıq
dərsləri keçirilib.
Olimpiadalarda qalib gələn
tələbələr pul
ilə mükafatlandırılıb.
Belə ki, hər fənn
üzrə I yerin qalibi 300 AZN, II yerin qalibi 200 AZN, III yerin qalibi isə 100 AZN qazanıb. AzMİU-nun
Fizika və kimiya kafedrasının müəllimi dosent Hüseynağa Hüseynov,
Mexanika və İnformasiya texnologiyaları
fakültəsinin dekanı
dosent Sabir Məmmədov, Mexanika kafedrasının müdiri
dosent Ceyhun Musayev və Ali riyaziyyat kafedrasının
müəllimi dosent Mehralı Əliyev çıxış edərək
olimpiada, tələbələrin
hazırlıq prosesi və nəticələrlə
bağlı fikirlərini
bildirib, təkliflər
səsləndiriblər. Tələbə Elmi Cəmiyyətinin sədri Günel İmanquliyeva isə çıxışında yaradılan
şərait və dəstək üçün
tələbələr adından
universitet rəhbərliyinə
təşəkkürünü bildirib. Sonda rektor professor Gülçöhrə
Məmmədova çıxış
edərək olimpiadaların
əhəmiyyətinə toxunub
və qeyd edib ki, qarşıdakı
illərdə universitet
tərəfindən respublika
fənn olimpiadasının
təşkil edilməsi
hədəflənir: “İdmançıların
fiziki hazırlığının
səviyyəsini yüksəltmək
üçün yarışlar,
olimpiadalar təşkil
olunduğu kimi, tələbələrin, tədqiqatçı
gənclərin də
zehni hazırlığının
səviyyəsini yüksəltmək
üçün yarışlar,
olimpiadalar lazımdır.
Əvvəllər universitetimizdə keçirilən fənn olimpiadalarına fasilə verilməsi bizi çox narahat edirdi. Sevindirici haldır ki,
bu bilik yarışması yenidən
təşkil olundu.
Ümidvaram ki, növbəti
illərdə bizim digər zəkalı tələbələrimiz də
bu olimpiadada iştirak edəcək, onların sayı ilbəil artacaq, daha yüksək nəticələr toplayacaqlar.
Olimpiada bilikli və hazırlıqlı tələbələr
üçün əlavə
motivasiyadır. Hədəfimiz bu prosesi daha
da kütləviləşdirmək
və respublika fənn olimpiadasına çevirməkdir”. Qalib və
iştirakçı tələbələri
təbrik edən rektor onları bilikli və hazırlıqlı yoldaşlarını
da bu prosesə
cəlb etməyə səsləyib.
Həmçinin bu günlərdə Bakıda I Türk İnteqrasiya Olimpiadası keçirilib. Və sevindirici olan budur ki, Gürcüstan vətəndaşı olan azərbaycanlı məktəblilər də bu olimpiadada iştirak edib və yüksək nəticələr göstəriblər. Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev olimpiada qalibləri ilə görüşündə qeyd edib ki, Gürcüstandakı soydaşlarımızla bağlı məsələlər hər zaman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqətindədir. Gürcüstandakı gənc soydaşlarımızın təhsilinə dair Ümummilli Lider Heydər Əliyev tərəfindən atılmış əməli addımlar bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gürcüstandakı icma təşkilatları nəzdində fəaliyyət göstərən təhsil mərkəzləri gənc soydaşlarımızın təhsili ilə bağlı əhəmiyyətli layihələr icra edir. Təhsil eksperti Kamran Əsədov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, təhsilin inkişafına xidmət edən hər bir yenilik, icra olunan hər bir proqram alqışlanmalıdır:
"Qarabağ Universitetinin “Sabah” qruplarında təhsil alacaq tələbələrə, peşə təhsili üzrə təhsil alanlara şamil edilən güzəştlər sevindiricidir. Bunlar gənclərin elmə, təhsilə yolunu açır, təhsil almalarını asanlaşdırır. Sevindirici hallardan biri də budur ki, işğaldan azad olunuş Füzuli şəhərində inşa edilmiş və görkəmli alim, eyni zamanda Teymurilər sülaləsinin hökmdarı olmuş Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi bitirənlər Özbəkistan universitetlərinə imtahansız qəbul ediləcəklər. Özbəkistanın ali təhsil, elm və innovasiya naziri Konqratbay Şaripov bildirib ki, həmçinin bu məktəbdə Özbəkistandan da müəllimlər gəlib dərs deyəcəklər. Füzuli şəhərinə səfər çərçivəsində onlar məktəbdə yaradılmış şəraitlə tanış olublar. Məktəbin müəllim və şagird kollektivi ilə görüşüblər. Və qeyd edilib ki, məktəbi bitirən azərbaycanlı uşaqlar gələcəkdə Mirzə Uluqbəy adına məktəbin attestatını daşıyacaqlar. Gələcəkdə birgə əməkdaşlıq daha da genişləndiriləcək. Bu məktəbi bitirən uşaqlar həm də Özbəkistanın uşaqları sayılır. Ona görə də onlar Özbəkistanın ali təhsil müəssisələrinə imtahansız qəbul olunacaqlar. Əlbəttə ki, fənn olimpiadalarının keçirilməsi də önəmlidir. Fənn olimpiadalarında şagird və tələbələr bilik və bacarıqlarını realizə edə bilir, təhsillə bağlı gələcək istiqamətləri, ixtisaslarını müəyyən edə bilirlər. Bu, gənclərimizə bəlli bir istiqamət üzrə irəliləməyə imkan verir".
Məlahət Rzayeva
Şərq .- 2024.- 5 iyun, ¹ 98.- S.6.