Qarabağ və Şərqi Zəngəzurun “yaşıl” sərvəti artır

 

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

 

COP29-a ev sahibliyi edəcək Azərbaycan "yaşıl enerji"nin inkişafına regionda ən çox töhfə verən ölkələrdəndir

 

  İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun relyefi, külək, günəş, su ehtiyatları imkan verir ki, Azərbaycan öz təbii sərvətləri hesabına bərpaolunan və “yaşıl enerji” zonası yaratsın. Qeyd edək ki, bu istiqamətdə çox böyük layihələr hazırlanır və icra edilir. Azərbaycan öz təbii sərvətlərinin həcminə və həm də etibarlılığına görə Avropanın enerji körpüsünə çevrilir. İqtisadi gücüyeni texnologiyaların tətbiqi sayəsində respublikamız  enerji idxalçısından etibarlı ixracatçı ölkə kimi dünyanın diqqətini cəlb edir. Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur “Yaşıl Enerji Zonası” elan edilib, təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpaolunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqe ifadə edərək bildirib ki, azad edilmiş ərazilər “yaşıl enerji” zonasına çevriləcək. Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində daha çox müşahidə olunur. Hər iki bölgədə mövcud olan Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas  və digər kiçik çaylar böyük hidroenerji potensialına malikdir. Həmçinin, ilkin təhlillərə əsasən Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir. Müasir dünyada günəş enerjisi bərpaolunan enerjinin ən perspektivli və ən böyük potensiala malik olan növü hesab olunur. Günəş enerjisindən elektrik enerjisi əldə etmək məqsədilə günəş panellərindən, istilikisti su təminatı üçün isə günəş kollektorlarından istifadə edilir. Günəş enerjisi texnologiyaları yaşıl siyasətlə bağlı müxtəlif beynəlxalq tədbirlərdə və yeni layihələrdə fəal iştirak edən Azərbaycanda yaşıl enerji istehsalı və ixracını artırmaq üçün mükəmməl hədəflər müəyyən edilib. Məhz buna görə də günəş və külək enerji istehsalını yaratmaq üçün bu sahəyə investisiyalar cəlb olunur, yaşıl zona üçün lazımi texnologiyaların tətbiqi həyata keçirilir. Gələcək naminə icra olunan layihələr içərisində alternativ və bərpa edilən enerji mənbələrindən istifadə mühüm yer tutur. Qeyd edək ki, dünyada  enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpaolunan) enerji mənbələrindən (günəş və külək enerjisi, kiçik SES-lər, termal sular, biokütlə enerjisi) geniş istifadə olunur. Yerləşdiyi əlverişli coğrafi mövqeiqlim şəraiti dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda da ekoloji cəhətdən təmiz alternativ (bərpaolunan) enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Məhz buna görə də ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpaolunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaradıb. 2022-ci il mayın 3-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” çox mühüm sərəncam imzalayıb. Prezident İlham Əliyev Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimindəki çıxışı zamanı azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin, eləcə də Naxçıvan bölgəsinin Azərbaycanda “yaşıl enerji” zonalarına çevrilməsi barədə danışıb. Prezident bildirib: “Bu bölgələr bizim ərazimizin təxminən 25 faizini təşkil edir. Bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək. İşğaldan azad edilmiş torpaqlarda son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları inşa edilib. Bu stansiyaların istehsal gücünü 500 meqavata çatdırmaq üçün konkret proqramımız var və yaxın iki-üç il ərzində bu, həll olunacaq. Nəzərə alsaq ki, İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi artıq həll olunub və qarşılıqlı təchizat məsələləri də həll edilib, bu, ölkələrimiz və digər ölkələr üçünfayda gətirəcək layihələr olacaq”. Ümumiyyətlə, bölgə təbii ehtiyatlarla zəngin, bolsulu əraziləri ilə seçilir. Qarabağ bölgəsində 14 çay və 9 su anbarı mövcuddur. Mütəxəssislərin fikrincə, bu ərazilərin yerüstü və yeraltı su ehtiyatlarından həm içməli, həm də aqrar sahədə suvarma suyu kimi istifadə etmək üçün zəngin potensial var. Müasir dünyada günəş enerjisi bərpaolunan enerjinin ən perspektivli və ən böyük potensiala malik olan növü hesab olunur. Günəş enerjisindən elektrik enerjisi əldə etmək məqsədilə günəş panellərindən, istilikisti su təminatı üçün isə günəş kollektorlarından istifadə edilir. Günəş enerjisi texnologiyaları yaşıl siyasətlə bağlı müxtəlif beynəlxalq tədbirlərdə və yeni layihələrdə fəal iştirak edən Azərbaycanda yaşıl enerji istehsalı və ixracını artırmaq üçün mükəmməl hədəflər müəyyən edilib. Məhz buna görə də günəş və külək enerji istehsalını yaratmaq üçün bu sahəyə investisiyalar cəlb olunur, yaşıl zona üçün lazımi texnologiyaların tətbiqi həyata keçirilir. Gələcək naminə icra olunan layihələr içərisində alternativ və bərpa edilən enerji mənbələrindən istifadə mühüm yer tutur.

  Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, Qarabağ və Şərqi Zəngəzur alternativ mənbələrdən əldə edilən enerji hesabına, enerji təminatını, istehlakını həyata keçirəcək. Bu il COP29-a ev sahibliyi edəcək Azərbaycanın “yaşıl zona”nın yaradılmasını dəstəkləyən ölkələrdən olduğunu diqqətə çatdıran V.Bayramov qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda bu istiqamətdə işlər davam etdirilir:

 

“Digər bölgələrimizdə də alternativ mənbələrdən əldə edilən enerji istehlakının artırılması prioritet olaraq qalır. Azərbaycan bütövlükdə ətraf mühitin qorunması və "yaşıl iqtisadiyyat"ın dəstəklənməsi istiqamətində mövqelərini daha da möhkəmləndirəcək. COP29-un əsas istiqamətlərindən biri də "yaşıl enerji"nin dəstəklənməsi və bu sahədə innovasiya və texnologiyaların daha sıx şəkildə istifadəsinə nail olmaqdan ibarətdir. Praktik olaraq COP29-a ev sahibliyi edəcək Azərbaycan həm də "yaşıl enerji"nin inkişafına regionda ən çox töhfə verən ölkələrdən biridir. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda günəş enerjisinin istehsalı 6 dəfə artıb və 50,2 MVt-dən artıq günəş enerjisi istehsal olunub. Bərpa olunan mənbələrdən enerji istehsalında artımlar var. Bu artımlar Azərbaycan üçün 2030-cu il hədəflərinə nail olunması baxımdan vacibdir. Yəni Azərbaycan 2030-cu ilədək ümumi istehlakın 30 faizini “yaşıl enerji” hesabına ödəmək niyyətindədir".   

  Deputat qeyd edib ki, digər tərəfdən bu, Azərbaycan üçün “yaşıl enerji” də ixrac imkanları deməkdir: “2027-ci ildən Azərbaycanın Avropa İttifaqı ölkələrinə öz “yaşıl enerjisini çıxaracağı gözlənilir. “Yaşıl enerji” ixracının artması Azərbaycan üçün ixracın şaxələndirilməsi və enerji ixracının strukturunun keyfiyyətcə dəyişməsi baxımından vacib bir addımdır”. Millət vəkili qeyd etdi ki, inkişaf etmiş ölkələrdə icmalar və eləcə də ailələr bərpa olunan enerji mənbələrdən, o cümlədən külək və günəş şüalarından enerji istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də artıq hissəni dövlətə satırlar: “Oxşar praktikanın Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər. Bu enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan yaratmaqla yanaşı enerji xərclərini azalda bilər. Bunun üçün icma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir. Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 Mvt dəyərləndirilir. Bunun 23000 Mvt-ı günəş, 3000 Mvt-ı isə külək enerjisinin payına düşür. Günəş enerjisi üzrə, demək olar, bütün ölkə ərazisində istehsalın təşkili mümkündür. Külək enerjisi üçün isə Bakı şəhəri, Abşeron və Xızı rayonları daha əlverişli hesab olunurlar”.

 

İsmayıl Qocayev

Şərq .- 2024.- 15 iyun, ¹ 106.- S.6.