Yaşıl innovasiyalar”ın biznes proseslərinə inteqrasiyası

 

Özəl sektor bundan faydalanmalıdır

 

Bu, ümumi iqtisadiyyatın xeyrinədir, həm sahibkarlığın inkişafı üçün vacibdir

 

  Ekoloji, sosial korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi "yaşıl iqtisadiyyat"a keçidə öz töhfəsini verməklə yanaşı, biznes üçün faydalıdır. Biznes mühiti beynəlxalq reytinqlər üzrə KomissiyanınKorporativ idarəetmə, investisiyalar korporativ sosial məsuliyyətişçi qrupunun ESG standartları üzrə altqrupuna rəhbərlik edən Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ESG prinsiplərinin tətbiqinin şirkətlər üçün faydası barədə sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir. KOBİA-nın rəsmi internet səhifəsində yer alan məlumatdayaşıl iqtisadiyyat”a keçidin təkcə dövlət tabeliyində olan müəssisələr, sənaye obyektləri üçün deyil, sahibkarlar, özəl sektora da faydalarından bəhs edilir. Məlumdur ki, “yaşıl iqtisadiyyat”a keçid yaşıl enerjitəchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir. Təsadüfi deyil ki, dövlət başçısının müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdəYaşıl dünya naminə həmrəylik ilielan edilib. Həmçinin bu il Azərbaycan COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. Ekoloji, sosial korporativ idarəetmə (ESG) yanaşmasının əsas istiqamətlərindən biri məhz ətraf mühit məsələləri ilə bağlıdır. ESG prinsiplərinin tətbiqi "yaşıl iqtisadiyyat"a transformasiya prosesinə öz töhfəsini vermək imkanına malikdir. ESG (Environmental, Social and Governance) müvafiq olaraq ətraf mühit, sosial korporativ idarəetmə deməkdir. Ümumilikdə isə ESG biznesin ətraf mühitə cəmiyyətə təsirini, həmçinin biznesin qədər şəffaf etibarlı fəaliyyət göstərdiyini ölçən meyarlar, rəhbər ideyalar məcmusudur. ESG-nin E komponenti - şirkətin ekologiyaya münasibətdə dərəcədə diqqətli davrandığını əks etdirir. Bu komponent korporativ iqlim siyasəti, enerjidən istifadə, tullantıların idarə edilməsi, çirklənmə, təbii resursların qorunması kimi məsələlərlə bağlıdır. E elementi həm şirkətin üzləşə biləcəyi ekoloji riskləri şirkətin bu riskləri necə idarə etdiyini qiymətləndirməyə kömək edir. Buraya həmçinin birbaşa dolayı istixana qazlarının emissiyası, zəhərli tullantıların idarə edilməsi ətraf mühitin mühafizəsi qaydalarına riayət edilməsi daxildir. S komponenti - şirkətin işçilərinə, təchizatçılara müştərilərə münasibətdə siyasəti ilə bağlıdır. Bu komponent şirkətin qazancının bir hissəsini sosial təşəbbüslərə tədbirlərə yönəltməsi, yerində işçilərin sağlamlığının təhlükəsizliyinin qorunması kimi məsələləri özündə ehtiva edir. G komponenti isə şirkətin dəqiq şəffaf mühasibat uçotu metodlarından istifadə etməsi, öz rəhbər işçilərini seçərkən dürüstlük bərabərliyə riayət olunması, səhmdarlar qarşısında cavabdehlik məsələlərini əhatə edir. Hər bir özəl şirkət özünə uyğun bir ya bir neçə ESG istiqamətini götürərək şirkətində tətbiq edə bilər. ESG prinsiplərinin biznes üçün faydası əhəmiyyətli dərəcədə genişdir. Biznes subyektlərinin istər yerli, istərsə qlobal miqyasda ətrafdakı ekosistemə göstərə biləcəyi təsir mühüm əhəmiyyət kəsb edir. ESG prinsiplərinin müəssisələrdə tətbiqi ətraf mühitin mühafizəsinə xidmət etməklə yanaşı, bizneslərin rəqabət qabiliyyətinin artırılmasına, kənar investisiyalarının cəlb edilməsinə, xüsusilə xarici bazarlara çıxışına da əhəmiyyətli təsir göstərir. Belə ki, ESG-nin vacib komponentlərindən olan ətraf mühit komponentini diqqətə saxlayan biznes subyektləri səmərəli qənaətli texnologiyaları, “yaşıl innovasiyalar”ı biznes proseslərinə inteqrasiya edir ki, bu, sahibkarların xərclərinin optimallaşdırılmasına, məhsuldarlığının yüksəldilməsinə rəqabət qabiliyyətinin artırılmasına böyük ölçüdə təsir göstərir. Digər tərəfdən, istehsal prosesinin ətraf mühitin mühafizəsi standartlarına uyğunlaşdırılması yaşıl məhsulların istehsalı bizneslərin ixrac potensialının maliyyə resurslarına çıxış imkanının artırılmasına xidmət edir. ESG tələblərinin yerinə yetirilməsi bizneslərin dayanıqlı inkişafına kənar risklərin daha yaxşı idarə olunmasına imkan verir. ESG amilləri hazırda institusional investorlar tərəfindən aktiv seçim prosesinin bir hissəsi kimi nəzərdən keçirilir. Belə ki, investisiya etməzdən əvvəl özəl kapital fondları ESG prinsiplərinin həyata keçirilməsi ilə bağlı lazımi araşdırmalar aparır müvafiq prinsipləri tətbiq edən şirkətlərə üstünlük verir. ESG-nin tətbiqi ilə bağlı ölkəmizdə məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkəmizdə ESG-nin daha geniş şəkildə təşviq edilməsi, bu istiqamətdə dövlət özəl sektorun səylərinin birləşdirilməsi konseptual baxışın formalaşdırılaraq həyata keçirilməsinin təmin edilməsi məqsədilə 30 sentyabr 2022-ci il tarixində Biznes mühiti beynəlxalq reytinqlər üzrə KomissiyanınKorporativ idarəetmə, investisiyalar korporativ sosial məsuliyyətişçi qrupununEkoloji, sosial korporativ idarəetmə (ESG) standartlarıüzrə altqrupu (altqrup) yaradılıb. Altqrupa Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) rəhbərlik edir. Altqrupun tərkibinə dövlət, özəl ictimai sektoru təmsil edən 20-yə yaxın qurum təşkilatın nümayəndələri daxildir. Ötən dövrdə ESG sahəsində sistemli fəaliyyətin təmin edilməsi məqsədilə ölkəmizdə ortamüddətli dövr üçün Strateji Baxış sənədi formalaşdırılıb, eyni zamandaEkoloji, sosial korporativ idarəetmə prinsiplərinin tətbiqinin stimullaşdırılması təşviqi üzrə 2023 2024-cü illər üçün yol xəritələri təsdiq edilib. 2023-cü il üçün Yol Xəritəsinın icrası çərçivəsində ESG sahəsində ölkədə mövcud vəziyyətin təhlili aparılıb, sorğu həyata keçirilib beynəlxalq təcrübə öyrənilib. Bununla yanaşı, ESG-nin ayrı-ayrı elementləri ilə əlaqəli olan normativ hüquqi çərçivələr, mövcud olan yeni tətbiq edilən norma qaydalar nəzərdən keçirilib.

  İqtisadçı Xalid KərimliSherg.az"a açıqlamasında qeyd etdi ki, ESG standartları inkişaf etmiş ölkələrin biznes mühiti üçün daha aktualdır:

"Qərb dövlərtlərində bəlli ekoloji standartlarsanksiyalar mövcuddur. Sahibkarlar ekoloji standartlara riayət etmədikdə ciddi cəzalanırlar. Sahibkarlar ekoloji standartlara uyğun fəaliyyət göstərməyə məcburdurlar. Son zamanlar bizim ölkədə də yavaş-yavaş bu prinsiplər aktuallaşır. İkinci məqam odur ki, Qərb ölkələri işsizlik problemini həll edib. Bu ölkələr kənardan işçi idxalı həyata keçirir. Məsələn, Almaniya, Kanada, o cümlədən ABŞ də “yaşıl kart” imkanı yaratmaqla ixtisaslı işçiləri idxal edirlər. İşsizlik problemi çoxdan həll edildiyindən Qərb ölkələrində ekoloji problemlərə diqqət artıb. Qlobal istiləşmə, iqlim dəyişiklikləri, tullantıların təkrar emalı, istehsalda təkrar emal edilə bilən materiallara üstünlük vermək və sair. Qərb sahibkarları ekoloji problemləri də biznesə çevirə bilirbundan qazanc əldə edirlər. Çalışırlar ki, ekoloji təmiz məhsulların istehsalına üstünlük versinlər, çünki cəmiyyət bunu tələb edir artıq. Yəni Qərbdə ekoloji şüur inkişaf etmiş səviyyədədir. Məsələn, plastik qablardan geyim hazırlanır. “Sıfır tullantı” prinsipinə riayət edilir. Ekoloji şüurun inkişaf etməsi nəticəsində şirkətlər öz məhsullarını bazara daha geniş imkanlarla çıxara bilir. Korporativ sosial məsuliyyət, korporativ idarəetmə sahibkarlıqda xüsusi yer tutur. Şirkətlər qərarların qəbulunda korporativ prinsipləri əsas götürməlidir. Qaydalar ondan ibarətdir ki, şirkət rəhbərləri qərar qəbul edərkən təkcə səhmdarın, korporasiyanın maraqlarını deyil, eyni zamanda işçilərin, dövlətin, həm də cəmiyyətin mənafeyini nəzərə almalıdırlar. Yaxşı korporativ idarəetmə odur ki, bütün maraqlı tərəflərin mənafeyi nəzərə alınsın. Belə olduqda həmin şirkət uzunmüddətli fəaliyyətə əmin ola bilər. Belə olduqda cəmiyyət qarşısında məsuliyyətli davranmaqla, ekoloji standartları öz biznesində tətbiq etməklə sahibkar həm cəmiyyət üçün faydalı görür, həm də özü qazanır. Məsələn, hazırda ən aktual problem təbii resurslardan səmərəli istifadədir. Su Ehtiyatları Dövlət Agentliyi dəfələrlə bildirib ki, 50-60 faiz su itkisi mövcuddur. Xüsusən də kənd təsərrüfatı sahəsində. Bu özü ciddi ekoloji problemdir. Su ehtiyatlarının azalması torpağın şoranlaşmasına gətirib çıxarır, bu da mövcud torpaq resurslarına ciddi ziyandır. Nəticə etibarilə kənd təsərrüfatı sahəsində inkişaf tələb olunan səviyyəyə çatmır. Odur ki, sahibkarlar təbii resurslardan qənaətlə istifadəni öyrənməlidir. Bu, ümumi iqtisadiyyatın xeyrinədir, həm də sahibkarlığın inkişafı üçün vacibdir".

 

 

Məlahət Rzayeva

Şərq .- 2024.- 21 iyun, ¹ 107.- S.6.