Yaşıl
planet və sağlam gələcək...
Ekologiya və ətraf mühitin mühafizəsi
Bakıda müzakirə olunur
Azərbaycan Diplomatiya Akademiyasında
İqlim-Su Zirvəsi keçirilib. Tədbirdə dövlət və akademik qurumlar, beynəlxalq təşkilatlar
və özəl sektor ekspertləri iştirak edib. Çıxış edənlər
arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin,
ADA Universitetinin, BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı (FAO) və
BMT-nin Azərbaycandakı
Rezident Əlaqələndiricisinin
Ofisinin nümayəndələri,
eləcə COP29 Azərbaycan
Əməliyyat Şirkətinin
İdarə Heyətinin
sədri, baş icraçı direktoru, Türkiyənin Dayanıqlı
Gələcəyi üzrə
Komissiyanın sədri
və "Aqualink"
şirkətinin icraçı
direktoru olub. Tədbirdə iqlim dəyişikliyi
və onun fəsadları, ətraf mühitə və insan sağlamlığa dəyən ziyanların aradan qaldırılması
yolları, su ehtiyatlarının qorunması
və sair qlobal problemlər müzakirəyə çıxarılıb,
mütəxəssislər arasında
fikir mübadiləsi aparılıb. Azərbaycan Meliorasiya
Elmi-Tədqiqat İnstitutunun
Baş direktoru Mir Mövsüm Dadaşev çıxışı zamanı
qeyd edib ki, iqlim dəyişikliyi
səbəbindən su
ehtiyatlarında azalma
hiss olunur. Azərbaycan iqlim
dəyişikliklərinə son dərəcə diqqətlə
mübarizə aparır.
Onun sözlərinə görə,
Su Ehtiyatları Agentliyi
tərəfindən alternativ
su mənbələrindən
istifadə, su sahəsində rəqəmsallaşmanın
tətbiqi kimi uyğunlaşdırma tədbirləri
aparılır. "Ölkəmizdə keçiriləcək
COP29 iştirakçılara yeni öhdəliklər götürmək və yeni addımlar atmaq üçün əlverişli fürsətdir.
Məqsədimiz iqlim dəyişikliklərinə
qarşı mübarizə
çərçivəsində həll yollarını müzakirə etmək və yeni innovativ
mübarizə üsullarını
tapmaqdır". İqlim dəyişiklikləri
dünya ictimaiyyətini
ciddi narahat edir. Bu sözləri
isə tədbirdə
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin
rəis müavini Əkbər Əsgərov
deyib. O, iqlim dəyişmələrinin su
ehtiyatlarına olduqca mənfi təsir etdiyinə diqqət çəkib: “Ölkədə
su obyektləri üzərində müşahidələr
aparılır. Biz qlobal istiləşmənin
bu sahədə yaratdığı fəsadların
şahidi oluruq. Məhz bu səbəbdən, Azərbaycanın su ehtiyatlarında 15 faizə
qədər azalma var”. Ə.Əsgərov
bu il
COP29-un Azərbaycanda keçirilməsini
mühüm hadisə
kimi dəyərləndirib:
“COP29-da yaşıl planet və
sağlam gələcək
naminə üzləşə
biləcəyimiz problemləri
idarə etmək üçün geniş müzakirələr aparılacaq”.
BMT-nin Azərbaycandakı
Rezident Əlaqələndiricisinin
Ofisinin rəhbəri Kanako Mabuçi çıxışı zamanı
qeyd edib ki, qlobal istiləşməyə
səbəb olan qaz emissiyaları 2019-cu ildəki səviyyə ilə müqayisədə
2030-cu ilədək 43 faiz
azaldılmalıdır. "Yaxın bir neçə il ərzində qlobal temperaturun 1,5 dərəcəyədək artmasını
məhdudlaşdıra və
bu səviyyədə
saxlaya bilib-bilməyəcəyimiz
bir çox baxımdan müəyyən
olunacaq", - deyə
o bildirib. BMT nümayəndəsi
qeyd edib ki, qaz emissiyaları
2025-ci ilədək artıq
pik həddə çatacaq. "Dubayda
keçirilən COP28 konfransında
qəbul edilən konsensus bütün ölkələri qazıntı
yanacağından imtina
etməyə və sıfır səviyyəyə
salmağa, eləcə
də, bütün iqtisadiyyat üçün
milli hədəf töhfələri təqdim
etməyə çağırır",
- deyə Kanako Mabuçi əlavə edib. BMT Azərbaycanın
sədrliyi altında
COP29-dan mühüm nəticələr
gözləyir. Bu barədə BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi Vladanka
Andreyeva "GSMA M360 Eurasia 2024" konfransında çıxışı
zamanı danışıb.
"COP29-dan gözləntilər
böyükdür. Buraya
həmçinin iqlim konfransına qoşulmuş
195 ölkə üçün
yeni kollektiv maliyyə hədəfinin razılaşdırılması, eləcə də istixana qazlarının emissiyalarının azaldılmasındakı
uğurları əks
etdirən şəffaflığa
dair hesabatların qəbul edilməsi daxildir", - deyə o bildirib. Onun sözlərinə görə, COP29 hökumət,
özəl sektor və elmi ictimaiyyət
ilə birlikdə Azərbaycanın iqlim ambisiyalarını dəstəkləməyə
və 2030-cu ilədək
Dayanıqlı İnkişaf
Məqsədlərini reallaşdırmağa
imkan verəcək.
"Həmçinin COP28-də əldə edilmiş razılaşmaların icrasını
təmin etmək və yadda saxlamaq
lazımdır ki,
ÇNL birdəfəlik tədbir
deyil, keçmiş
COP28, gələcək COP29 və COP30 da daxil olmaqla, müxtəlif ölkələrin
sədrliyi ilə keçirilən bir neçə sessiyanı əhatə edən uzunmüddətli prosesdir",
- deyə o əlavə
edib. “Su ehtiyatlarının
çatışmazlığı səbəbindən rəqabətin
artması ölkələr
arasında fikir ayrılıqlarının mənbəyi
ola bilər”.
Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
(FAO) eksperti Aynur Seyidyusif deyib. Onun sözlərinə görə,
su qıtlığı
məişət istehlakı,
kənd təsərrüfatı
və sənaye kimi müxtəlif sahələrə mənfi
təsir göstərir.
“Son illərdə su qıtlığı mövzusu fəal şəkildə müzakirə
olunur və su ehtiyatları iqlim dəyişmələri
kontekstində mühüm
rol oynamağa davam edir. Vaxtında görülən tədbirlər
su ehtiyatlarının
azalmasının qarşısını
almaq üçün
mühüm əhəmiyyət
kəsb edir", - deyə ekspert bildirib. O qeyd edib ki, bu
sahədə ölkə
daxilində və beynəlxalq səviyyədə
ölkələr arasında
su ehtiyatlarının
idarə olunması üzrə diplomatik və texniki müzakirələr vasitəsilə
iki istiqamətdə iş görülür. "Bu səylər su ehtiyatlarının qorunub saxlanmasında və artmasında mühüm rol oynayacaq. Kənd təsərrüfatının dünyada ən intensiv su istehlakçılarından
biri olduğunu nəzərə alsaq, suyun yeni texnologiya
və innovasiyaları
tətbiq etməklə
daha rasional istifadəsi FAO-nun fəaliyyətində
öz əksini tapıb", - deyə Aynur Seyidyusif əlavə edib.
Qeyd edək ki, Bakıda keçirilən “GSMA M360 Eurasia 2024” konfransının gedişində də iqlim dəyişikliklərinin yaratdığı fəsadlara və onların aradan qaldırılması məsələlərinə toxunulub. Konfrans çərçivəsində təşkil olunan “COP29-un qurulmasında iqlim öhdəliklərinə yeni həyat nəfəsi” adlı paneldə çıxış edənlər maraqlı fikirlər və təkliflər səsləndiriblər. “McKinsey & Company”nin Mərkəzi Asiyadakı telekommunikasiya təcrübəsi rəhbəri Alima Zimanova paneldə çıxışı zamanı bildirib ki, telekommunikasiya şirkətləri ən çox emissiya buraxan şirkətlərdir: “Araşdırmaya görə, müştərilər yaşıl sertifikatlara 30 faiz artıq ödəniş etməyə hazırdır. Operator qrupları emissiyaların azaldılması üzrə öhdəlik götürüblər. Onların əksəriyyəti 2030-cu ili özlərinə hədəf seçib. Bəzi operatorlar bu mövzuda digərlərindən daha uğurludur. 80-90 faiz emissiyalar geri qaytarılandır. Lakin emissiyaları azaltmaq daha səmərəli ola bilər. Aktiv infrastrukturdan istifadə enerjiyə ən çox qənaət edə biləcəyimiz sahədir. Avropada bu işləri həyata keçirmək daha asandır. Biz yalnız özümüz üçün yox, gələcək nəsillər üçün yaşıl enerjidən istifadə etməliyik”,- deyə o bildirib. "Huawei" Rəqəmsal Sənaye Mükəmməllik Mərkəzinin rəhbəri Safder Nazir çıxışında bərpaolunan enerji ilə təmin edilən məlumat mərkəzlərinin səmərəli ola biləcəyi fikrini önə çəkib. O bildirib ki, sənayelər üçün öhdəliklərini başa düşmək çətin olur: “Şirkətlər öz kampuslarını sıfır emissiyaya endirməlidir. Binalarda texnoloji həllərin istifadə edilməsi enerji istifadəsini azaldacaq. Biz texnologiya ilə hər bir alətin nə qədər enerji istifadə etdiyini və süni intellektlə bunu azaltmağın yolunu tapmağa nail olmuşuq. Hökumətlər də biznes şirkətlərini bu işə təşviq etməlidir”. “2050-ci ilə qədər emissiyaların 40 faizə qədər endirilməsi əsas hədəflərimizdəndir”. Bu barədə Azərbaycan Bərpa Olunan Enerji Agentliyinin Hidrogen və Yaşıl Texnologiyalar Departamentinin rəhbəri Rəna Hümbətova “GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən “COP29-un qurulmasında iqlim öhdəliklərinə yeni həyat nəfəsi” adlı paneldə çıxışı zamanı deyib. O bildirib ki, azad edilən ərazilərdə sıfır emissiya zonası tərtib edilməsi düşünülür. “Bərpaolunan enerji gücünü və enerji səmərəliliyini 2030-cu ilə qədər iki dəfə artırmağı hədəf götürdük. Azad edilən ərazilərdə kiçik su elektrik stansiyalarının yaradılması səmərəlidir. Növbəti illərdə də bu kimi stansiyalar istifadəyə veriləcək. Bununla yanaşı, digər islahatlar da həyata keçiririk. Ölkənin bərpaolunan enerji atlasının hazırlanması nəzərdə tutulur. Biz bu istiqamətdə çox böyük addımlar atmışıq. Artıq informasiya sistemi tərtib olunur. 2026-ci ilə qədər informasiya sistemi istifadəyə tam yararlı olacaq”, - deyə o bildirib.
Ölkəmizdə keçirilən beynəlxalq konfransların, zirvə görüşlərinin əhəmiyyətini vurğulayan ekoloq Rövşən Abbasov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu səpkili tədbirlər qlobal problemlərin həllinə nail olunması üçün uğurlu platformalardır:
- Məlumdur ki, ölkəmiz COP-29-a hazırlaşır. Bu, qlobal – dünya əhəmiyyətli bir tədbir olacaq. Hazırda Bakıda keçirilən beynəlxalq tədbirlər də COP-29-a bir növ hazırlıq məqsədi daşıyır. İştirakçılar fikir mübadiləsi aparır, təkliflər səsləndirir. Bu təkliflər elmi əsaslara söykənən təkliflərdir. Nə etməliyik ki, dünyamız daha təhlükəsiz, yaşana bilən planet olsun? Bunun üçün bəli, bütün dövlətlər beynəlxalq aləm qarşısında götürdükləri öhdəliklərə əməl etməlidirlər. İstixana qazlarının azaldılması, atmosferə daha az zəhərli qazların ötürülməsi, bərpaolunan enerjilərdən, “yaşıl enerji”dən istifadəyə daha geniş yer verməklə planeti xilas etmək mümkündür. COP-29-un Azərbaycanda keçirilməsi qərarı o deməkdir ki, ölkəmiz qlobal iqlim dəyişmələri ilə mübarizədə aparıcılığı ələ almaqdadır. Təkcə işğaldan azad olunmuş ərazilərdə hazırda aparılan tikinti-quruculuq işləri zamanı “yaşıl enerji” və bərpa olunan enerjidən istifadəyə önəm verilməsi bunu sübut edir. Azərbaycan bu sahədə bir çox ölkələrə örnəkdir.
Məlahət Rzayeva
Şərq .- 2024.- 11 may, ¹ 82.- S.6.