COP29 yeni körpülər yaradır

 

Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizəni dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edir

 

 

  Hazırda dünya ictimaiyyətinin diqqəti və nəzəri yenidən Azərbaycandadır. Buna səbəb Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsidir. Noyabrın 22-nə kimi davam edəcək konfrans çərçivəsində bir sıra mühüm tədbirlər, o cümlədən iki liderlər sammiti uğurla baş tutub. Bir neçə gün ərzində paytaxtımızda hazırda dünyada çox aktual olan iqlim dəyişmələri ilə bağlı müzakirələr aparılacaq və önəmli qərarlar qəbul olunacaq.

 

196 ölkədən 72 min iştirakçının qatıldığı COP29 Azərbaycanın növbəti uğur hekayəsi olacaq. Bu iştirakçılar sırasında 80 prezident, vitse-prezident Baş nazirlər var. Bu, Azərbaycana, dövlətimizin başçısı İlham Əliyevə böyük etimadın göstəricisidir. Dünya liderlərinin COP29-dan daha böyük gözləntiləri Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə, dayanıqlı inkişafa malik olmasından irəli gəlir. COP29 nəticələri ilə hələ uzun illər dünyanın diqqətində olacaq. COP BMT-in ən böyük tədbirlərindən biridir. Belə bir mötəbər tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsi ölkəmizin onun Liderinin beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir. Azərbaycan bir qayda olaraq beynəlxalq təhdidlərə qarşı qlobal həmrəyliyin gücləndirilməsi təşəbbüslərindən çıxış edir, ümumi məqsədlərə çatılması naminə fəallıq göstərir bu işə özünün töhfələrini verir. Bu da beynəlxalq səviyyədə təqdir olunur. Nəzərə alaq ki, tədbirə hazırlaşmaq üçün ölkəmizin bir ildən az vaxtı var idi. Ancaq indiyədək mühüm beynəlxalq tədbirlərin təşkilində yaxşı təcrübə qazanmış Azərbaycan qısa müddət ərzində məsuliyyətli hazırlıq həyata keçirib hazırda da COP29-a yüksək səviyyədə ev sahibliyi edir. Dünyanı Bakıya toplayan COP29 Azərbaycanın iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə verdiyi töhfələrə, eyni zamanda bu sahədə təcrübəsinə işıq salır, yeni əməkdaşlıq formatlarının, körpülərin yaradılması fonunda qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağın mümkünlüyünü açıqlayır. BMT-nin Baş katibi Antonio Quterreş belə bir əminliyi ifadə etdi ki, Prezident İlham Əliyevin səyi nəticəsində uğurlu bir COP-a imza atacağıq. Antonio Quterreş, həmçinin bu çağırışı etdi ki, COP29 yeni fərq yaratmalıdır inkişaf edən ölkələr Bakını əliboş tərk etməməlidir. Prezident İlham Əliyev Liderlər Sammitindəki çıxışında COP29-un Sədri kimi Azərbaycanın inkişaf etmiş inkişaf edən ölkələr, Qlobal Cənub Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcəyini bildirdi. Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi. Həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar Azərbaycanın iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı yardımçı ola biləcəyinə əsas verir. Ölkəmiz çoxtərəfliliyin tərəfdarıdır. Eyni zamanda mədəniyyətlərarası dialoqda fəal rol oynayır. COP29 bir daha bu uğurlarımızı dünyaya təqdim edəcək. Azərbaycan hər bir dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməklə beynəlxalq münasibətlər sistemində rolunu daha da artırır. Hazırkı dövrün əsas çağırışlarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Ölkəmiz bu sahədə böyük potensiala malikdir yeni əməkdaşlıq formatlarının yaradılması ilə bağlı çağırışlarını atdığı addımları ilə təsdiqləyir. Bugünədək imzalanan sənədlərin xronologiyasına diqqət yetirmək kifayətdir. Bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat dənizdə isə 157 giqavat təşkil edir. COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Azərbaycan, həmçinin ixrac bazarlarına diqqət yetirir Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşları ilə fəal çalışır. Yaşıl gündəliyimiz Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Naxçıvan, Qarabağ Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib. Son yüz ildə Yer kürəsi iqlim dəyişmələri fonunda daşqınlar, qar uçqunları, tufanlar, qasırğalar, güclü küləklər, istiliklər, quraqlıqlar, buzlaqların əriməsi, torpaqların deqradasiyası, səhralaşma, yağıntıların su ehtiyatlarının azalması kimi ekstremal hadisələrin təsirlərinə məruz qalıb. İqlim dəyişmələri iqtisadi inkişafa, insanların həyat fəaliyyətinə, demoqrafik proseslərə, dünyadakı siyasi vəziyyətə milyon illər ərzində formalaşmış təbii ekosistemlərin strukturuna ciddi şəkildə təsir edir. Gələcək nəsillərimizin sağlam təhlükəsiz mühitdə yaşaması üçün bu məsələnin əhəmiyyəti danılmazdır. İqlim dəyişikliyi təkcə ekoloji məsələ deyil, həm iqtisadi, sosial strateji əhəmiyyət daşıyan qlobal bir problemdir. Bu səbəbdən, Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizəni dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edir.

 

 

Əmirova Elnarə İsax qızı,

 ADPU -nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi

Şərq .- 2024.- 16 noyabr (№207).- S.7.