Könüllülər COP29-da da öndə olacaq

 

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi; 

 

Bu fəaliyyət ölkəmizdə həyata keçirilən gənclər siyasətinin ən uğurlu nəticələrindən biridir

 

 

  Vətəndaşın, cəmiyyətin və dövlətin fəaliyyətini təcəssüm etdirən könüllülük gənclər siyasətinin əsas istiqamətlərindəndir. Müasir dövrümüzdə vətənpərvər Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə töhfəsini verir. Bu gün Azərbaycan gəncliyi ona göstərilən diqqətin fərqindədir və gənclik ona olan etimadı hər zaman doğrultmaq üçün bütün potensalından maksimum dərəcədə istifadə edir. Millətin mövcudluğunda, dövlətin tərəqqisində, dünyada nüfuz qazanmasında əlbəttə ki, vətənpərvər gəncliyin rolunu xüsusi olaraq qeyd etməliyik. Ölkəmizdə könüllülük fəaliyyəti üçün hər cür şərait yaradılıb, bu istiqamətdə zəruri hüquqi baza mövcuddur. Eyni zamanda bütün dövlət qurumları tərəfindən bu fəaliyyətə cəlb olunmuş təşkilat və şəxslərə lazımi dəstək göstərilir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Bu fəaliyyətlə məşğul olanlar digər şəxslərə kömək etməklə yanaşı, öz bilik və bacarıqlarını təkmilləşdirmək imkanı qazanırlar. Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 9 iyun 2009-cu ildə "Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bu Qanunun məqsədi hüquqifiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətləri tənzimləyir. Qanunun qəbul edilməsi Azərbaycan könüllülük fəaliyyətinin inkişafında təkanverici rol oynadı. Bu qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu.

Ümumiyyətlə, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən dövrümüzün yeni çağırışlarına uyğun davam etdirilir. Son illər ölkəmizdə bütün sahə və istiqamətlərdə çox ciddi və əsaslı islahatlar aparılır. Həyata keçirilən islahatların mərkəzində Azərbaycan vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dayanır. Digər sahələr kimi dövlət xidmətlərinin göstərilməsi sahəsində də mühüm işlər görülür. Könüllülük gənclər üçün yeni inkişaf modelidir. Bu məqamda mən diqqəti Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiyamövzusunda keçirilən panel iclasında Prezident İlham Əliyevə ünvanlanmış suala onun verdiyi cavaba çəkmək istərdim. Ölkə başçısı vurğulamışdı: “Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük”. Dövlət başçısının bu sözləri və 2020-ci ili Azərbaycanda “Könüllülər ilielan etməsi könüllü olan şəxslərin fəaliyyətinə verilən ən yüksək qiymətdir. Bütün bunlar onu göstərir ki, könüllülük dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin mühüm elementlərindən biridir.

  Hazırda Azərbaycanda sistemlidinamik inkişaf edən könüllülük hərəkatı mövcuddur. Bu hərəkat özündə həm dövlət, həm də qeyri-hökumət təşkilatlarını birləşdirir. Bu, dövlət və vətəndaş cəmiyyəti təsisatlarının effektiv və səmərəli əməkdaşlığının bariz nümunələrindən biridir. Könüllülük hərəkatına nəzər yetirsək, onun ötən il ölkə rəhbərinin müvafiq göstərişi əsasında keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyduğunun şahidi olarıq. Həmin tarixdən sonra bütün yerli, bir çox mərkəzi icra və məhkəmə hakimiyyəti orqanlarında gənclər üçün könüllü olmaq imkanları yaradılıb. Bu gün Azərbaycanda olan könüllülük bir qədər fərqli müstəvidə inkişaf edir.

  Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov da oktyabrın 21-də keçirilən IV Hesabat - Seçki konfransında çıxışı zamanı könüllülük fəaliyyətindən danışıb. Qeyd edib ki, həyata keçirilən fəaliyyətlər, gənclər və könüllülük təşkilatlarının cəmiyyətin inkişafına verdiyi önəmli töhfələri bir daha sübut edir: "Bu fəaliyyətlər, yalnız sosial məsuliyyətin yerinə yetirilməsi ilə məhdudlaşmır, həm də gənclərin vətənpərvərlik ruhunu gücləndirir, onların vətəndaşlıq borcunu daha dərindən dərk etmələrinə imkan yaradır. Könüllülər cəmiyyətdə mühüm rol oynayaraq, müxtəlif sahələrdə həyata keçirilən sosialhumanitar layihələrdə fəal iştirak edir, ehtiyacı olan insanlara dəstək verir və ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə töhfə verirlər. Bu cür fəaliyyətlər, eyni zamanda gənclərin fərdi inkişafına və gələcək karyera imkanlarına müsbət təsir göstərir, onların liderlik bacarıqlarını və təşkilatçılıq səriştələrini artırır". H.Nəsibov bildirib ki, könüllülər tərəfindən nümayiş etdirilən fədakarlıq və səriştə həm milli, həm də beynəlxalq miqyasda öz əksini tapıb: “Könüllülər ilk dəfə olaraq genişmiqyaslı şəkildə Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərib, Prezident İlham Əliyevin çağırışına cavab olaraq qısa zamanda Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş insanlara yardıma səfərbər olublar. Bu könüllülük hərəkatı Türkiyədə qardaş xalqımıza göstərilən yardımın təşkilində mühüm rol oynayıb və orada baş ucalığı ilə öz vəzifələrini yerinə yetiriblər”. Vurğulanıb ki, azad olunmuş ərazilərə qayıdışı təşviq etmək məqsədilə başladılan “Qayıdış” könüllü proqramı da əhəmiyyətli nəticələr veribbu layihə bölgənin bərpası və yenidən qurulması prosesində mühüm rol oynayıb: "Bu proqram çərçivəsində gənclər, öz təşəbbüsləri və könüllü əməkləri ilə azad edilmiş torpaqlara qayıdan ailələrə dəstək olublar. Bu təşəbbüs, azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin sürətləndirilməsinə və həmin ərazilərin iqtisadisosial inkişafına öz müsbət təsirini göstərir. Gənclərin bu proqramda iştirakı onların doğma torpaqlara bağlılığını daha da gücləndirir, vətənpərvərlik hisslərini artırır və ölkənin hərtərəfli inkişafına sadiqliklərini nümayiş etdirir".

 

  Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli "Sherg.az"a deyib ki, könüllülük fəaliyyəti hər bir gəncin peşəkar kimi formalaşmasında çox mühüm bir addımdır. Ekspert vurğulayıb ki, könüllülük həm də dövlətin gənclər siyasətində çox önəmli prioritet yer tutan istiqamətdir:

 

 "Azərbaycanda 2015-ci ildən etibarən könüllülük fəaliyyəti daha da prioritet sahələrdən biri kimi meydana çıxıb. Xüsusən, Avropa Oyunlarında ölkə gənclərinin, könüllülərin nə qədər aktiv olduqlarını və tədbirə mühüm töhfələr verdiklərinin şahidi olduq. Ümumiyyətlə, ASAN Könüllülər Təşkilatının yaranması da ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlu nəticələrindən biridir. Könüllülər istər Avropa Oyunlarında, istər "Avroviziya" mahnı müsabiqəsində, istərsə də Bakıda keçirilən bütün beynəlxalq tədbirlərdə hər zaman öz cərgədə olublar. Artıq Azərbaycanda keçirilən mühüm tədbirləri, yarışları könüllülərsiz təsəvvür etmək olmaz. Bu həm də, könüllü gənclərin özləri üçün, fərdi inkişafları və peşəkar kimi formalaşması üçün önəmli istiqamətdir. Könüllülük siyasəti gənclər sektorunda çox önəmli rol oynamaqdadır".

 

H.Heydərli əlavə edib ki, noyabr ayında Bakıda ölkəmiz və dünya üçün çox önəmli sayılan COP29 tədbiri baş tutacaq:

"COP29 tədbirində də könüllülərin üzərinə çox böyük yük düşür. Əminəm ki, önəmli tədbirlərdə əhəmiyyətli missiya icra edən könüllülər COP29 çərçivəsində həyata keçirilən tədbirlərdə də üzərlərinə düşəni layiqli şəkildə yerinə yetirəcəklər. Dövlətimiz də hər zaman könüllülərə dəstək olur, mühüm tədbirlərdə, beynəlxalq yarışlarda, müsabiqələrdə iştirak edən gənclərə xüsusi dəstək nümayiş etdirir. Hazırda rəhbər vəzifələrdə çalışan şəxslərin bir müddət öncə könüllülük fəaliyyətindən gəldiyinin şahidi olmuşuq. O baxımdan düşünürəm ki, COP29 tədbiri dövlətimiz və cəmiyyətimiz üçün nə qədər önəmlidirsə, könüllülər üçüno miqyasda əhəmiyyət kəsb edir. Könüllülər COP29-da yaxından iştirak etməli və orada qazandıqları təcrübələrdən gələcək həyatlarında faydalanmalıdırlar".

 

 

İsmayıl Qocayev

Şərq .-  2024.- 22 oktyabr (¹193).- S.6.